Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

40
Müctəba Sadət
qaynaqlarından  istifadə  etmək  bacarığında  deyildi.  Halbuki 
hal-hazırda neft və mədən resurslarından ən gözəl şəkildə isti-
fadə etmək bacarığındadır. Bəlkə də on doqquzuncu əsrdən bu 
yana, insanın bu qısa müddət ərzində başarmış olduğu şeylər 
bütün cari yaşam ərzində bütün kəş ləri, bilgiləri və istehsal et-
miş oluğu şeylərin hamısı ilə müqayisə olunmayacaq şəkildədir. 
Ona görə də deyirik ki, bəşərin zəkasındakı bu ixtiralar və 
nəhəng  irəliləyiş  Höccətin  (əleyhissəlam)  zühurunun  müqəd-
diməsidir.  Çünki  Sahibəzzəmana  (əleyhissəlam)  beyət  etmək 
istəyən  insanların  bacarıqlarının  və  elmi  imkanlarının  olma-
sı  gərəkdir  ki,  Bəqiyyətullahın  (əleyhissəlam)  təqdim  edəcəyi 
mövzulara inansınlar və onları başa düşsünlər. Çünki rəvayət-
lərdə qeyd edildiyi kimi bir göz qırpımında məşriqdən məğribə 
gedəcəkdir (yerini dəyişdirəcəkdir)
Muhəmməd ibn Əlidən (əleyhissəlam) rəvayət olunmuşdur 
ki, “füqəda” bir dəstədir ki, öz fərşlərindən yoxa çıxıb Məkkədə 
olarlar. Bu isə Allahın ayəsidir: “Harada olsanız, Allah sizin ha-
mınızı gətirəcəkdir”.
38
Onlar Qaimin (əleyhissəlam) əshabıdır.
39
Həmçinin məlumdur ki, peyğəmbərlər, rəsullar və imamların 
(əleyhimussəlam) möcüzələrinin öz dövrlərinin qanun və elmlərinə 
uyğun olması vacibdir. Odur ki, İmam Məhdi Müntəzər (əleyhissə-
lam) elə bir zamanda zühur edəcək ki, orada texnoloji elmlər, silah-
landırma öndə olacaqdır. Belə ki, kosmosda süni peyklər hərəkət 
edər  və  Mars  planeti  üçün,  həmçinin  simli,  simsiz  və  internet 
əlaqələri vasitələri üçün insan ixtiralarının yetkin hala yetişər. İma-
mın (əleyhissəlam) Bari Allah tərə indən möcüzəsi olacaqdır. Belə 
ki, rəvayətlərdə qeyd edilmişdir ki, bir yerdə danışdıqda yer üzünün 
sakinləri heç bir müasir cihazdan istifadə etmədən onu eşidəcəklər. 
Əbu  Cəfər  Muhəmməd  ibn  Əlinin  (əleyhissəlam)  belə  bu-
yurduğu nəql olunmuşdur: “Seyhət (hayqırtı, çığırtı) yalnız Ra-
38
 Bəqərə, 148.
39
 Numani, “əl-Ğeybə”, s.213; “Kəmalud-din və təmamun-nemət”, s.654.


41
Müqəddəs sübh
mazan ayında olacaqdır. Çünki Ramazan ayı Allah ayıdır. O isə 
Cəbrailin bu məxluqa hayqırtısıdır”. 
Sonra  buyurdu:  “Bir  carçı  səmadan  Qaimin  adı  ilə  (onun 
adını çəkərək) nida edər. Məşriq və məğribdə olan hər kəs (bu 
nidanı) eşidər. Elə bir uzanan qalmaz ki, durmasın, nə də ayaq 
üstə olan olmaz ki, oturmasın, nə də elə bir oturan olmaz ki, 
ayaqları üstə bu səsdən qorxmuş halda durmasın. Beləcə, Allah 
bu səsdən ibrət alıb (onu diqqətə alıb) (bu dəvətə) cavab verən 
kəsə rəhm edər. Belə ki, o səs Ruhul-əmin Cəbrailin səsidir”.
40
Dünyanın  (müxtəlif)  yerlərinə  səs  və  görüntü  çatdırmaq  na-
minə elektronik zəka, inkişaf etmiş cihazlar, süni peyklər və sair 
şeylərdən istifadə edən alim və aydın kəslər Sahibəzzəmanın (əley-
hissəlam) imkanlarına təslim olacaqlar. O kəs ki, səsi cihazsız, yaxud 
süni peyksiz çatdıracaq. Onlar onu xariquladə bir insan kimi qəbul 
edəcək, ona inanacaq və digərləri də mütləq onlara qoşulacaqdır.
Rəvayətlərdə  zikr  olunmuşdur  ki,  Höccət  (əleyhissəlam) 
ərazi və qitələr arasında nəqliyat üçün buludlara minəcək. 
Əbu Abdullah (əleyhissəlam) demişdir: “İmama izin veril-
diyi zaman Allahı Onun ibranicə olan adı ilə çağıracaq. Bundan 
sonra üç yüz on üç nəfər səhabəsi payız buludları kimi onun 
üçün hazır ediləcək. Onlar bayraqlar sahibidir. Onların içərisin-
də  elələri  olacaq  ki,  gecə  ikən  yataqlarında  yoxa  çıxıb  səhəri 
Məkkədə  açacaqlar.  Elələri  də  olacaq  ki,  gündüz  vaxtı  bulud-
larda  yol  getdikləri  görüləcək.  Onlar  adları,  atalarının  adları, 
xüsusiyyətləri və nəsəbləri ilə tanınacaqlar”. 
Dedim:  Sizə  fəda  olum,  onlardan  hansı  birisi  imanca  ən 
yüksəkdir? 
Buyurdu: “Gündüz vaxtı buludda yol gedənlər. Onlar itən-
lərdirlər. Bu ayə onlar barədə nazil olub: “Harada olursanız 
olun, Allah hamınızı (bir araya) gətirəcək”.
41
40
 Ğeybətun-Numani, s.170; Ğeybətut-Tusi, s.274.
41
  Ğeybətun-Numani,  s.213;  Kəmalud-din  və  təmamun-nemət,  s.672; 
Muntəxəbul-əsər, s.476. 


42
Müctəba Sadət
Təbiidir ki, ağıl sahibləri və təyyarələr, süni peyk və raket-
lər düzəldən alimlər məntəqələr arası öz əshabı ilə buludlara 
süvar olan İmamı (əleyhissəlam) müşahidə etdikdə ona təslim 
olacaq, (qarşısında) kiçik düşmüş halda diz çökəcəklər.
Bunu belə əsaslandırmaq olar ki, bu cür düşüncə və elmi kəş lər 
bəşərə İmam Bəqiyyətullahın möcüzələrini dərk etmək bacarığına 
çatmaq imkanı yaradacaq ki, bunu təbii olaraq etmişdir (daha heç 
bir texniki vasitədən istifadə etməmişdir). Ya da Allah-taala bu elmi 
ikirləri həmin dövrdə böyük zühuru (Müqəddəs sübh) qarşılamağa 
(və qəbul etməyə) hazır olması üçün yetişkin hala gətirəcəkdir.
İkincisi: İnsanların İmamdan (əleyhissəlam) asılı olma-
sı və adının dildən-dilə dolaşması
Bu  günlərin  bizim  üçün  alışılmış  hala  gələn  işlərdən  biri 
olması – bu zaman kəsimini vurğulayırıq – budur ki, əksər in-
sanlar  sıxıntılara  tuş  gələrkən  və  özlərini  böyük  və  təhlükə-
li  hadisələrlə  üz-üzə  qaldıqlarını  gördükdə  İmam  Məhdinin 
(əleyhissəlam) məsələsi və zühur əlamətlərinə qarşı çox önəm 
göstərirlər. Həmçinin ümid işığının onlara bəxş etdiyi, yaxın, ya 
da uzaq gələcəkdə baş verəcəklərə dair bir az işıq saçmasından 
paylarına düşən şeylərin axtarışını aparırlar. 
Bu zaman kəsimi ərzində bir sıra yazıçı və müəlli lər görü-
rük  ki,  əllərində  olan  birbaşa  buyurulmuş  kəlamlardan  (nəs-
lərdən) başa düşülməsi onlara müyəssər olanlarla uyğun gələn 
hadisələrin gələcəyini bəlirləmək üçün böyük səylər sərgiləyir 
və bu aşkar rəğbətə uyğun zəhmət çəkirlər.  
Diqqət edirik ki, İmam Məhdiyə (əleyhissəlam) yönəlik xü-
susi bablar və kitablar birinci islami dövrlərdə yalnız hədislərin 
nəqlinə  istinad  etməklə  kifayətlənirdi.  Sonrakı  dövrlərdə  ona 
kəlami münazirələrin əsası əlavə oldu. Ardınca irfan və təsəv-
vüf ünsürü əlavə edildi... Axırıncı zaman kəsimində bu mövzuda 
əksər islam ölkələrində onlarla kitablar və məqalələr çıxmışdır. 
Onlardan az olmayan sayı sitat gətirmə, münazirə üslubunu keç-


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə