Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   2   3   4   5   6   7   8   9   ...   19

 

ilə  birlikdə  təsvir  tənqidindən  təhlil  tənqidinə  keçidin  əsasını 



qoydu. 

Elçin Əfəndiyevin xalqımızın tarixi, taleyi və bədii irsi ilə bağlı 

olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri 

XX  əsr  Azərbaycan  ədəbiyyatında  özünəməxsus  yer  tutur. 

Yazıçının 

yaradıcılığı 

yalnız 

Azərbaycanda 



deyil, 

sərhədlərimizdən  kənarda  da  elmi  tədqiqat  obyektinə  çevrilir. 

Yaradıcılığına  metafizik  realizm  üslubunda  hekayələrlə  başlayan 

yazıçı  Azərbaycan  ədəbiyyatının  qızıl  fonduna  tarixi  romanları, 

absurd dramları, sürrealist və realist hekayə və povestləri ilə daxil 

olmuşdur.  

 Ümumiyyətlə  istedad    ali  vətənpərvərlik,  insansevərlik 

duyğusu  ilə  qovuşanda,  büllur  sənətkar  təbiəti  saf  əxlaqla 

qoşalaşanda  sənət  möcüzələri  yaranır.  Bəhs  etdiyimiz  bu 

xüsusiyyətlər  hamısı  xalq  yazıçısı  Elçin  Əfəndiyevdə  var.  Bu 

böyük  yazıçının  bədii  təsvir  vasitələri  elədir  ki,  onun  əsərlərini 

oxuduqda,  elə  bil,  mahir  bir  rəssamın  fırçası  ilə  canlandırılmış 

tablolara tamaşa edirsən. 

Elçin  Əfəndiyev  lirik  hekayələr  ustası,    müqtədir  romançı,  

mahir  komediyalar  müəllifi,    psixoloji  faciələr,  tragediyalar 

dramaturqu,  ədəbi prosesə hakimlik etmək səlahiyyəti olan ustad 

tənqidçi,    fundamental  monoqrafiyalarıyla  özünəməxsus  elmi-

nəzəri  sistemini  yaradan  klassik  ədəbiyyatşünas  alimdir.  Elçin 

Əfəndiyevin      adı  60-cı  illərin    ideoloji    qəliblərinə  sığmayan 

üslubda  yazıb-yaratmış  və  ədəbiyyatımızın  yeni  mərhələsini 

formalaşdırmış  nasirlər  arasında  daim  hörmətlə  çəkilir.  Yazıçı 

təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda 

tanınan, sevilən yazıçılardandır. Həmişə ziyalılar mühitində olan, 

ömrü-  günü  kitablar  arasında  keçən  Elçin  Əfəndiyev  daim 

oxumuş, öyrənmiş, dünyanın ən böyük yazıçılarının əsərləri onun 



 

üçün ədəbi meyara çevrilmişdir. Azərbaycan nəsrini, müasir ədəbi 



tənqid  zirvəsini  araşdıran  Elçin  Əfəndiyev  öz  yaradıcılığına  da 

çox  ciddi  yanaşmış,  dərindən  öyrəndiyi,  müşahidə  etdiyi 

personajların  həyatını  yüksək  sənətkarlıqla  əks  etdirməyi 

bacarmışdır.  Yazıçının    yaradıcılığının  çoxşaxəli  olmağı  bəzən 

onun tədqiqatçılarını çıxılmaz vəziyyətdə qoyur: nasir, dramaturq, 

tərcüməçi,  publisist,  esseist,  ədəbi,  psixoloji  və  dramatik  talelər, 

portretlər 

silsiləsini 

yaradan, 

tənqidçi, 

ədəbiyyatşünas, 

kinossenarist,  sevən  və  sevilən  övlad,  ictimai  xadim,  dövlət 

xadimi...  

    Yazıçı  çox  oxumaq  və  sərbəst  düşünmək  nəticəsində  lakonik, 

qısa,  yığcam  düşüncələr  dünyası  yaratmışdır.  Elə  buna  görə  də 

onun  hekayələri,  povestləri,  romanları  həmişə  diqqət  mərkəzində 

olmuşdur.  Bu  əsərlər  ümumittifaq  miqyasında  da  şöhrət 

qazanmışdır.  

   “Vətən”  cəmiyyətinin  sədri  kimi  Elçin  Əfəndiyev  böyük  işlər 

görmüş,  ilk  dəfə  dünyanın  bir  sıra  ölkələrinə  səpələnmiş 

azərbaycanlıların dayağına, pənahına çevrilmişdir. 

   Elçin  Əfəndiyevi    bir  yazıçı,  dövlət  xadimi,  ziyalı,  ata  kimi 

həmişə  uşaqların  həyatı,  onların  təlim-tərbiyə  məsələləri,  uşaq 

ədəbiyyatı  və  onun  problemləri  maraqlandırmışdır.  1980-ci  ildə 

“Aysunun,  Humayın,  Günayın,  Yalçının  və    Nigarın  nağılları”,  

“Səlimin  hekayələri  “  göstərdi  ki,  yazıçı  uşaq  ədəbiyyatına 

barmaqarası  baxmır,  öz  balaca  qəhrəmanlarının  daxili  dünyasına 

nüfuz etməyi bacarır.        

    Yazıçının  bədii  əsərləri  dünyanın  bir  sıra  dillərinə  tərcümə 

olunmuş, kitab şəklində buraxılmışdır. Çağdaş milli nəsrimizin və 

dramaturgiyamızın  banilərindən  biri,  şöhrətli  yazıçı  İlyas 

Əfəndiyevin  ailəsində  dünyaya  göz  açan  yazıçının    əsərləri  – 

hekayə,  povest,  roman,  publisistika,  ədəbi  qeydlər  və  hətta 



10 

 

fundamental  elmi  məqalələri,  tədqiqatları  işıq  üzü  gördüyü 



vaxtdan  dərhal  sonra,  öncə  öz  vətənində,  eyni  zamanda  digər 

yaxın və uzaq ölkələrdə sürətlə yayılmış, sevilə - sevilə oxunmuş, 

daxili  bir  təlabatla  neçə-neçə  oxucu  nəsli  arasında  əldən-ələ, 

zövqdən-zövqə  ötürülərək  davamlı  bədii  dəyərə  malik  olduğunu 

təsdiqləmişdir. 

İndinin  özündə  onun  yaradıcılığı,  onun  araya-ərsəyə  gətirdiyi 

ədəbi  sərvət  zamanın  sınağından  çıxmışdır.  Elçin  Əfəndiyevin 

yaratdığı Söz sınanmış Sözdür! 

    Son  50  ildə  Azərbaycan  mədəniyyətinin,  Azərbaycandakı  yeni 

estetik  düşüncənin  inkişafında  hələ  ki,  yeganə  dövr  olaraq 

fərqləndirilən  60-cı  illər  nəslinin  öncüllərindən  olan  Elçin 

Əfəndiyev  elə  bir  sənətkardır  ki,  qələmə  sarıldığı  ilk  çağdan,  az 

qala  əlli  il  ərzində  heç  zaman  yazıçı  ovqatından  ,  üzərinə 

götürdüyü  missiyadan,  başqa  sözlə  yaradıcı  prosesdən  heç  bir 

miqyasda iraq düşməmiş, sirli- sehrli yazı masasının başını bir an 

da  olsun  tərk  etməmiş  və  elə  buna  görə  də  ədəbi  varlığının  ən 

yetkin  məqamına  yetişdiyi  indiki  günlərimizdə  heyrətamiz 

dərəcədə zəngin ədəbi-bədii irs yaratmağa nail olmuşdur. 

     Kimsə  hərdən  bir  adiyə  bədii  obraz  pasportu  verəndə  Elçin 

Əfəndiyev bu adi insanları əsərlərinə dəstə-dəstə gətirdi. Adiliyin 

estetikasını  özününküləşdirdi.  Adiliyin  fəlsəfəsini  oxudu  və  üzə 

çıxardı,  adiliyin  poeziyasını  duydu  və  qələmə  aldı.  Nəticədə, 

adilik  təməlində  qeyri  -adi  ədəbiyyat  yaratdı.  Bu,  Elçin  

Əfəndiyevin zəngin üslub cizgilərindən biri oldu. Yazıçı bu yolda 

xüsusi 

istedad 


göstərdi. 

“Baladadaşın  ilk  məhəbbəti”, 

“Baladadaşın  toy  hamamı”  və  Abşeronun,  Bakı  kəndlərinin 

mənzərəsini  canlandıran  neçə-neçə  belə  hekayə  və  povestləri  son 

50  illik  ədəbiyyatımızın  həmişəyaşarlıq  fondunun  vəsiqəsini 

almışdır.    




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə