43
düşündürən, narahat edən, bizim günlər üçün səciyyəvi və tipik
görünən problemlərdən alır. Çünki Elçin Əfəndiyev müasir
həyatla yaşayır, onun axar və istiqamətini dərindən duyur, zəhmət
adamlarının arzusunu, duyğu və düşüncəsini ifadə edir, gah
əxlaqi-mənəvi təmizlikdən, fədakarlıq və qayğıkeşlikdən, gah da
xalqa, ucsuz-bucaqsız Vətənimizə məhəbbətdən yazır. Elçin
Əfəndiyev yazarkən dövrün ideya-estetik tələbi səviyyəsində
dayanır, çox hallarda fikir və düşüncəsini, psixologiyasını xırda,
amma mənalı lövhə və detallarda açır. Mənəviyyata, hiss və
duyğuya təsir etmək, oxucunu düşündürmək və fikrən hərəkətə
gətirmək üçün yazıçı sözün və bədii təsvirin imkanlarından
yaradıcı şəkildə istifadə edir. Yazıçı bəzən hekayənin sujetinə
məlum əfsanə, nağıl və rəvayətlərin motivini axıdır.
II Aparıcı:Bəli, yazıçı canlı, biçimli və ürəyəyatımlı obrazlar
yaradır. Onun hekayə və povestlərində surətlər həyatın axarından
çıxmır, öz daxili məntiqləri ilə hərəkət edir, cizgilərinin bolluğu
ilə fərqlənirlər. Elçin Əfəndiyev hekayələrində rəmz və
şərtilikdən, öz-özü ilə söhbət və daxili dialoqlardan, tutarlı məcaz,
əfsanə və nağıl ünsürlərindən sıx-sıx istifadə edir. Bunlar da
əsərlərə bədii məziyyət və hərarət gətirir, təsiri, dilin şirinlik və
oynaqlığını artırır. Yazıçı boya zənginliyini, sözü çalarlı axara
salmağı sevir, təbiətin, hissin və duyğunun rənglərindən yerində
və məqamında istifadə edir. Rəng Elçin Əfəndiyevin əsərlərində
bədii-estetik, ideya-fəlsəfi yük daşıyır, əhvali-ruhiyyənin, düşüncə
və münasibətin, müəllif amalının açılmasına kömək edir.
I Aparıcı: Mənəviyyata, hiss və duyğuya təsir etmək, oxucunu
düşündürmək və fikrən hərəkətə gətirmək üçün yazıçı sözün və
bədii təsvirin imkanlarından yaradıcı şəkildə istifadə edir. O,
bəzən hekayənin sujetinə məlum əfsanə, nağıl və rəvayətlərin
motivini axıdır. Bunlar da dövrün cari həqiqəti, həyati bir mətləbi
44
ilə vəhdət təşkil edir və ideya, müəllif amalı müasirliklə aşılanır.
Elçin Əfəndiyevin adi ədəbiyyat yaradıcılığında bədii dili xüsusi
iş görür. Yazıçı elita deyilən zümrəni kənara qoyub cəmiyyətin alt
qatına, saf, təmənnasız, zəhmətkeş, torpaq kimi əməksevər
insanlara üz tutanda onlarla öz gündəlik ailə-məişət dillərində
ünsiyyətə girir. Ədəbilik möhürü ilə aliləşdirilən, bəkağətlə
saydırılan nitqin üzündən, necə deyərlər, ənliyini- kirşanını silir.
Abşeron camaatının evdə, küçədə, məclisdə işlətdiyi danışığın
dadını-duzunu eynən çatdıran təbiiliyi saxlayır. Ədəbilik
pərdəsinin parıltılı cilasını təmizləyir və canlı dil Mirzə Cəlil
dilinin sadəlik gücü ilə görünür.
II Aparıcı: Bəli, əsərin gücü oxunuşundadır. Rəvan oxumaq,
həvəslə oxumaq Elçin Əfəndiyevin istedadına rəvac verən əsas
gücdür. Yazıçı Elçin ana dilinin bilicisidir. Elçin Əfəndiyev
istedadlı söz ustası kimi, təbii ki, Azərbaycan türkcəsinin bütün
zəriflik və gözəlliklərinə bələddir. Onun Abşeron mövzuları
ədəbiyyatımızın şedevrlərindən sayılır. Əsərlərindəki obrazlardan
biri də yazıçı özüdür. O, obrazları ilə yazıçıdan çox, həmkar kimi
danışır. Elçin Əfəndiyev hər əsərinə görə, hətta bir əsərdəki hər
obraza görə özünü, öz dilini xüsusi kökləyir. Ona görə Elçin
Əfəndiyev çox oxunan yazıçılardandır. Ənənəvi ədəbiyyatımızda
buna xəlqilik deyiblər. Əgər yaradıcılığın boyu min obraz yaradıb
hərəsini öz dili ilə danışdırırsansa, deməli sən min nəfərin düşüncə
aləminə girə bilmisən. Bu humanizmdir, psixoloq səriştəsidir –
yazıçının əsl yazıçı keyfiyyəti də humanizmdir, psixoloq idrakıdır.
Elçin Əfəndiyev hər mövzuya görə dilini xüsusi kökləyə bilir.
I Aparıcı: Kimsə hərdən bir adiyə bədii obraz pasportu verəndə
Elçin Əfəndiyev bu adi insanları əsərlərinə dəstə-dəstə gətirdi.
Adiliyin estetikasını özününküləşdirdi. Adiliyin fəlsəfəsini oxudu
və üzə çıxardı, adiliyin poeziyasını duydu və qələmə aldı.
45
Nəticədə, adilik təməlində qeyri-adi ədəbiyyat yaratdı. Bu, Elçin
Əfəndiyevin zəngin üslub cizgilərindən biri oldu. Yazıçı bu yolda
xüsusi
istedad
göstərdi.
“Baladadaşın ilk məhəbbəti”,
“Baladadaşın toy hamamı” və Abşeronun, Bakı kəndlərinin
mənzərəsini canlandıran neçə-neçə belə hekayə və povestləri son
50 illik ədəbiyyatımızın həmişəyaşarlıq fondunun vəsiqəsini
almışdır. Bu ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar ki,
yazıçı bu adi adamların daxilən gizlədib xəlvətdə saxladığı
mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir. Bu
ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar ki, yazıçı bu adi
adamların heç birinin tərəfində dayanmır, onların həyatını,
mübarizəsini təsvir etdikcə bu adamların daxilində gizlənən və
qətrə - qətrə üzə çıxan bütövlükdə; – İnsan gözəldir! Təbiətin
yaratdığı ən gözəl varlıq insandır! – fəlsəfəsinin ifadəsinə çevrilir.
Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları keçən
adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz etmək
qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli amillərindəndir.
II Aparıcı: Elçin Əfəndiyev müasir həyatdan, uşaq vaxtlarından
bələd olduğu adamlardan və mənbələrdən yazır. Təsadüfü
deyildir ki, Abşeron bağları və kəndləri, Xəzər dənizi onun
əsərlərində poetikləşdirilir. Bizi əhatə edən xarici aləm,
yaşadığımız evlər, gəzdiyimiz dəniz sahilləri, Bakı bağlarının sarı
qumu, dadlı üzüm gətirən meynələri, çadır kimi kölgə salan tut
ağacı, çılpaq qayaları Elçin Əfəndiyevin hekayə və povestlərində
daim insan hissilərinin hərarətini, insan ürəyinin romantik
çırpıntılarını əks edir; çünki yazıçı onları təsvir xatirinə deyil,
qəhrəmanlarının həyəcan və iztirablarının, hisslərinin tərcümanı
kimi əsərə daxil edir. Bu təsvirlərin yığcamlığı və təbiiliyi
oxucunu daima cəlb edir. Xalq yazıçısı Elçin əfəndiyevin
dramaturgiyası bu gün nəinki ölkəmizin, hətta dünyanın bir çox
Dostları ilə paylaş: |