Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə22/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   18   19   20   21   22   23   24   25   ...   237

çıxış etməsi ideyası orta əsrlər  Fransa inqilabı dövrlərindən 

gəlir.  O  zaman  bu  ideya  başlıca  olaraq  mütləqiyyətə  qarşı 

yönəlmişdi  və  mütləqiyyətin  hakimiyyətə  olan  hüdudsuz 

imkanlarını  qəbul  etmirdi.  Bu  nəzəriyyənin  ifrat  forması 

J.J.Russonun əsərlərində öz əksini tapır. Onun fikrincə, xalq 

özü  ona  məxsus  hakimiyyəti  realizə  etməlidir.  Bunun  üçün 

seçkili şuralar təşkil olunmalı və onlar da hakimiyyəti həyata 

keçirməlidirlər.  Xalq  hakimiyyətinin  aliliyini  qəbul  edən 

Russo  bu  səbəbdən  də  onun  təcəssümü  olan  qanunverici 

orqan üzərində icra hakimiyyətinin nəzarətini heç cür qəbul 

etmirdi və belə düşünürdü ki, qanunverici hakimiyyət bütün 

digər  hakimiyyət  orqanlarından  yüksəkdə  duraraq  onları 

idarə  etməlidir.  Müasir  dövrdə  demokratiyanın  məhək  daşı 

sayılan  bu  müddəa  kifayət  qədər  mücərrəd  və  ümumi 

olduğundan,  onun  realizəsi  üçün  bir  sıra  digər  normaların, 

təşkilati  mexanizmlə-  rin  müəyyən  edilməsi  lazım  gəlir. 

Xalqın  hakimiyyətin  mənbəyi  olmasını  qəbul  edən 

nəzəriyyəyə  görə,  xalq  öz  hakimiyyətini  özü  bilavasitə 

realizə  etmir.  Bunun  üçün  seçkilər  vasitəsilə  xalq  dövlət 

hakimiyyətini  təsis  edir.  Dövlət  hakimiyyəti  xalqdan 

qaynaqlandığından  xalqın  adından  həyata  keçirilir.  Xalq  öz 

hakimiyyətini seçkilər vasitəsilə təşkil edir və hakimiyyətin 

həyata keçirilməsi hüququnu dövlətə verir. 

Azərbaycanda  «xalq»  anlayışı  Konstitusiyanın  1-ci 

maddəsinin II hissəsində  əks olunmuşdur.  Burada  göstərilir 

ki,  «Azərbaycan  xalqı  Azərbaycan  Respublikası  ərazisində 

və  ondan  kənarda  yaşayan,  Azərbaycan  dövlətinə  və  onun 

qanunlanna  tabe  sayılan  Azərbaycan  Respublikasının 

vətəndaşlarından  ibarətdir».  Göründüyü  kimi,  xalq  anlayışı 

ilə vətəndaşların məcmusu üst-üstə düşür. Bu ondan irəli gəlir 

ki, hüquqda etnik, demoqrafik və digər əla 

— 70 — 



mətlər  əsasında  xalq  müəyyən  edilə  bilməz.  Bundan  başqa, 

xalqın 


bu 

əlamətlər 

əsasında 

müəyyənləşdirilməsi 

diskriminasiya  demək  olardı  və  hüquqi  anlayışlara  uyğun 

gəlməzdi. Xalqı təşkil edən vətəndaşlar eyni zamanda hüquqi 

kateqoriyadır.  Hüquq  etnik  mənsubiyyətə  münasibətdə 

neytraldır,  əks  təqdirdə  milliyətə  görə  diskriminasiya-  dan 

söhbət  gedə  bilər.  Lakin  vətəndaşa  münasibətdə  hüquq 

neytral  deyil  və  bu  baxımdan  xalq  hüquqi  mənada 

vətəndaşların məcmusudur. 

Konstitusiyada xalqın öz hakimiyyətini realizə etməsinin 

ən  əsas  yolu  kimi  referendum  müəyyənləşdirilir. 

Referendumda  xalq  bilavasitə  hüququn  subyekti  kimi,  həm 

də hakimiyyətə malik subyekti kimi öz hüququnu realizə edir. 

Xalqın  suverenliyinin  məzmunu  Azərbaycan  Respublikası 

Konstitusiyasının  2-ci 

maddəsində 

müəyyənləşdirilir 

(suverenlik  termini  alman  dilində  olan  “Souveränität” 

sözündən  olub  tərcüməsi  “ali  hakimiyyəf’  deməkdir).  Bu, 

sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmə və öz 

idarəçilik formasını təyin etmə hüququdur. Suverenlik xalqa 

məxsus  olan  istisnasız,  onun  üstünlüyündən  irəli  gələn  bir 

hüquqdur. Suverenlik  ilk vaxtlar  J.Boden tərəfindən, qəribə 

də  olsa,  kral  mütləqiyyətinin  əsaslandırılması  üçün  istifadə 

olunmuş nəzəriyyədir. Suverenlik xalqın üstün mövqeyi ilə - 

onun hakimiyyət mənbəyi olması ilə şərtlənir. Ona görə də o 

öz  hakimiyyətinin  təşkili  formasını  özü  müstəqil  müəyyən 

edir. Xalqın bu cür əhəmiyyətli olan ən əsas hüququnu heç bir 

orqan onun adından həll etmək imkanına malik deyildir. Xalq 

iradəsinin  belə  vacib  məsələdə  təhrif  edilməməsi  üçün  bu 

məsələnin  həllində  bütün  xalq  iştirak  etməlidir.  Odur  ki, 

suverenlik  hüququnun  yeganə  birbaşa  realizə  yolu 

referendumdur. Referendum bütün xalqın öz iradəsini birbaşa 

tə 


— 71 — 


zahür  etdinnəsinə  imkan  verən  üsuldur.  Referendumda 

müxtəlif  məsələlər  həll  oluna  bilər.  Lakin  Azərbaycan 

Respublikasında aşağıdakı məsələlər yalnız referendum yolu 

ilə həyata keçirilə bilər: 

1)

 

Azərbaycan  Respublikası  Konstitusiyanın  qəbul 



olunması və dəyişikliklər edilməsi

2)

 



Azərbaycan  Respublikasının  dövlət  sərhədlərinin 

dəyişdirilməsi. 

Konstitusiyanı  qəbul  etməklə  xalq,  hakimiyyəti 

təşkilatlandırır,  yəni  suverenlik  hüququnu  həyata  keçirir. 

Sərhədləri dəyişdirməklə həmçinin xalq, dövlətinin taleyinə 

həlledici  təsir  göstərə  bilər,  yeni  ərazilər  ala  və  verə  bilər. 

Xalqın  təmsil  olunması  da  xüsusi  əhəmiyyətə  malikdir.  İş 

burasındadır  ki,  xalqı  təmsil  etmək,  hakimiyyəti  həyata 

keçirmək  deməkdir  və  aydındır  ki,  xalq  öz  hakimiyyətinin 

kimlər tərəfindən və necə həyata keçirilməsində maraqlıdır. 

Buna  görə  də  Konstitusiyada  birbaşa  müəyyən  edilir  ki, 

xalqın  seçdiyi  səlahiyyətli  nümayəndələrindən  başqa,  heç 

kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın 

adından  müraciət  etmək  hüququ  yoxdur  (Azərbaycan 

Respublikası Konstitusiyasının 4-cü maddəsi). Xalq adından 

danışmaq səlahiyyətinə birbaşa xalqdan mandat alan vəzifəli 

şəxslər  malikdir  (prezident,  deputat).  Hər  hansı  bir  başqa 

şəkildə kimsəyə xalq adından danışmaq səlahiyyəti verilmir. 

Xalqın  hakimiyyətini  həyata  keçirən  xüsusi  təşkilati 

institutlardan  biri  qanunverici  orqan  -  parlamentdir.  O, 

bilavasitə  xalq  tərəfindən  seçilir.  Bu  yolla  cəmiyyətdəki 

bütün  maraq  və  mənafeləri  təmsil  edən  insanların 

parlamentdə  təmsil  olunması  mümkün  olur.  Parlament 

cəmiyyətin,  xalqın  kiçik  modelidir.  Xalqın  iradəsini  qanun 

şəklinə  salıb,  onun  hakimiyyətini  həyata  keçirmək 

parlamentə həvalə edilmişdir. 



— 72 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə