dindir ki,
0
zaman vətəndaşın həmin haqqının nə onun özü
üçün, nə də başqaları üçün heç bir əhəmiyyəti olmayacaqdı.
Odur ki, hüquq və vəzifələr vəhdət halında mövcuddur.
Konstitusiya hüquq münasibətlərinin subyektlərinin də
subyektiv hüquq və vəzifələri olur. Bu hüquq və vəzifələr
müəyyən obyektə münasibətdə şəxslərin davranış imkanını
bildirir və həmişə müəyyən hüquqi nəticə törədir. Məsələn,
şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması
onun dövlət qarşısında vətəndaşlıqdan irəli gələn hüquq və
vəzifələrinin xitamına səbəb olur. Konstitusiya hüquq
münasibətlərinin subyektlərinin hüquq və vəzifələri həmişə
digər münasibətlərdə olduğu qədər dəqiq və konkret olmur.
Məsələn, vətəndaşlıqdan irəli gələn çoxsaylı hüquq və
vəzifələr bütün qanunvericilik sistemində əks olunur. Onlar
daim inkişaf edir və dəyişir. Burada subyektlərin hüquq və
vəzifələrini dəqiq müəyyən etmək qeyri-mümkündür. Bir sıra
münasibətlərdə isə nəinki müvafiq münasibətin məzmununu,
hətta subyektlərin özünü belə dəqiq müəyyən edib nəticə
çıxarmaq çətindir. Məsələn, “hakimiyyətin mənbəyi xalqdır”
müddəasında subyekti, onun hüquq və vəzifələrini müəyyən
etmək üçün qanunvericiliyin əhatəli təhlili və analizi tələb
olunur. Qanunvericilik sisteminin formalaşdırılması ilə bağlı
subyektləri (dövlət orqanları), onların hüquq və vəzifələrini
birmənalı olaraq müəyyən etmək çox çətindir. Məntiqi olaraq
belə nəticəyə gəlmək olar ki, normativ hüquqi aktı qəbul edən
bütün hakimiyyət orqanları bu münasibətlərin subyektidir.
Lakin onların hüquq və vəzifələri ilə bağlı (qanunvericilik
sisteminin formalaşdırılması) hər hansı norma tapmaq
çətindir. Yenə də hüquqi məntiq əsasında müəyyən etmək
olar ki, kons
— 46 —
titusiyanın nəzərdə tutduğu tələblərə riayət etmək bu sistemin
yaradılmasında iştirak edən hər bir orqanın vəzifəsidir.
Bununla yanaşı, bir sıra konstitusiya hüquq münasibətlərində
hər bir tərəfin hüquq və vəzifəsini dəqiq müşahidə etmək və
müəyyənləşdirmək mümkündür. Məsələn, bələdiyyələrin
məhkəməyə müraciət etmək hüququ mütləq cavabdehin
iddiaya qarşı iddia irəli sürmək hüququnu və ya tələbini qəbul
edərsə, onun ödənilməsi vəzifəsini yaradacaqdır və bu da
konkret münasibətlərdə həyata keçirilir. Subyektlərin hüquq
və vəzifələrində də konstitusiya hüququna xas olan iyerarxiya
qaydasında çeşidlənməsi müşahidə olunur. Məsələn, seçki
hüququ vətəndaşın əsas konstitusion hüquqlarından biridir.
Ancaq bu hüquq seçki qanunvericiliyində bir sıra hüquqlar
şəklində dəqiqləşdirilir (səsvermənin gizliliyini tələb etmək
hüququ). Yaxud vətəni müdafiə borcu hərbi xidmətin
keçilməsi ilə bağlı yaranan bir çox hüquqlarda çeşidlənir,
dəqiqləşdirilir. Başqa bir misal: konstitusiya hüquq
münasibəti Azərbaycan Respublikası Milli Məclisinin
deputatının icra hakimiyyəti orqanının nümayəndəsinə sorğu
göndərmək və həmin sorğuya cavab tələb etmək hüququ kimi
qanunvericilikdə dəqiqləşdirilmiş formada təzahür edir.
Konstitusiya hüquq münasibətlərinin subyektləri insan və
onun sosial birlikləri, o cümlədən bir sıra digər sosial
reallıqlardır (xalq, dövlət və s.). Bu subyektlər digər
sahələrdəki subyektlərdən bir çox xüsusiyyətləri ilə fərqlənir.
Xalq bütövlükdə yalnız konstitusiya hüququnun subyektidir.
Dövlət bilavasitə subyekt kimi yalnız konstitusiya hüququnda
çıxış edir. İnsan bir fərd kimi sosial və bio- fızioloji
xüsusiyyətlərindən asılı olmadan, konstitusiya hüququnun
subyektidir. Başqa sahələrdə yaş (mülki hü
— 47 —
quqda fəaliyyət qabiliyyəti yaşla yaranır), müxtəlif sosial-
siyasi faktorlar (hərbçi siyasi fəaliyyətdə iştirak edə bilməz),
əmək qabiliyyəti (əmək hüququnda) şəxsin sahə hüququ
subyektliyinə kəskin müəyyənləşdirici faktorlar kimi təsir
edir. Konstitusiya hüququnda subyektin sahə statusu anlayışı
kifayət qədər şərtidir, çünki, məhz bu status (vətəndaşlarda)
digər bütün sahə statuslarının əsasında durur. Burada əsasən
subyektliyə şəxsin dövlətlə münasibətlərdə qurduğu
rəsmi-hüquqi əlaqələr təsir edir. Konstitusiya hüququnda fərd
eyni zamanda bir neçə konstitusiya hüquqi statusa malik ola
bilər. Deputat həm Azərbaycan Respublikası Milli Məclisinin
deputatı kimi, həm də Azərbaycan Respublikasının vətəndaşı
kimi konstitusiya hüququnun subyektidir. Konstitusiya
hüququnun subyekti kimi vətəndaş, əcnəbi və vətəndaşlığı
olmayan şəxs fərqləndirilir. Vətəndaş dövlətlə siyasi - hüquqi
əlaqədə olur və əcnəbilərdən və vətəndaşlığı olmayan
şəxslərdən fərqli olaraq, bir sıra əlavə və daha geniş hüquq və
vəzifələrə malikdir. Fərdin hüquq və azadlıqları subyektiv
hüquq kimi insanın özünün bilavasitə davranışında təcəssüm
edir.
Dövlət orqanları və ictimai birliklər də konstitusiya
hüququnun subyektləridir. Bu subyektlərin fəaliyyətini
konstitusiya hüququ, demək olar ki, bütövlükdə tənzimləyir
(yaranmasından
xitamına
qədər).
Dövlət
orqanları
vətəndaşlardan fərqli xüsusiyyətlərə malikdir və bu
xüsusiyyətlər də onların statusu ilə bağlıdır. Dövlət orqanı ilə
vətəndaşın qarşılıqlı əlaqələrinin də bir hissəsini (inzibati
hüquqla tənzimlənən hissə istisna olmaqla) konstitusiya
hüququ tənzimləyir. Dövlət orqanları hakimiyyəti həyata
keçirir və vətəndaşlardan fərqli olaraq onlar, hakimiyyət
səlahiyyətlərinə malikdir. Xalq və dövlət konstitusiya hü
— 48 —
Dostları ilə paylaş: |