MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə16/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
36 
doqquz  ilə  yaxın  vaxt  ötür.  Əvvəlki  dövrlərdə  olduğu  kimi,  2014-cü  ildə  də 
uğurlu  fəaliyyətini davam etdirən bu kəmərlə bağlı əsaslı xərclərə 0,1 milyard 
dollar,  əməliyyat  xərclərinə  isə  0,2  milyard  dollar  vəsait  yönəldilmiĢdir. 
Hazırda  kəmərin  gündəlik  ötürmə  gücü  1,2  milyon  barrel  təĢkil  edir.  2014-cü 
ildə BTC vasitəsilə ixrac olunmuĢ təqribən 34,8 milyon ton (262 milyon barrel) 
xam  neft  Türkiyənin  Ceyhan  limanından  362  tankerlə  dünya  bazarına 
göndərilmiĢdir.  Yeri  gəlmiĢkən,  ötən  ilin  avqust  ayında  BTC  səhmdarları 
Türkiyənin  Ceyhan  terminalından  2  milyardıncı  barrel  nefti  yola  salmıĢlar. 
Artıq  15-ci  ildir  ki,  ―Azəri-Çıraq-GünəĢli‖  layihəsinin  iĢtirakçıları  ―mənfəət 
nefti‖ndən  gəlir  əldə  edirlər.  Məlum  olduğu  kimi,  1999-cu  il  dekabrın  29-da 
Azərbaycanın  ―mənfəət  nefti‖  ilk  dəfə  olaraq  xarici  bazarlara  çıxarılmıĢdır. 
2014-cü  ildə  isə  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fonduna  neft  və 
qazın satıĢından 12 milyard 319,8 milyon manat vəsait daxil olmuĢdur. 
Göründüyü  kimi  neft  strategiyası  Azərbaycanın  ixrac  potensialını 
getdikcə  artırır.  Neft  və  qazın  satıĢından  əldə  olunan  gəlirlər  isə  ölkəmizin 
iqtisadi  qüdrətinin  daha  da  artmasına  və  xalqımızın  həyat  səviyyəsinin 
yaxĢılaĢmasına geniĢ imkanlar yaradır. 
Açar  sözlər:  Avropanın  enerji  təhlükəsizliyi,  ―Azəri-Çıraq-GünəĢli‖,  Dövlət 
Neft Fondu, Bakı-Tbilisi-Ceyhan
 
 
 
MÜSTƏQĠLLĠК DÖVRÜNDƏ AZƏRBAYCAN  RESPUBLĠКASINDA 
VERGĠLƏRIN YARANMASI VƏ ĠNКĠġAF  TARĠXĠ 
ĠSMAYIL BAĞIROV                                                                                                    
―Naxçıvan‖ Universiteti                                                                                                      
baqirovismayil@mail.ru 
 
Vergilər  müəyyən  edilmiĢ  qanun  çərçivəsində  təsərrüfat  subyektlərindən 
və  əhalidən  dövlət  tərəfindən  alınan  icbari  ödəniĢlərdir.  Vergilərin  tarixi 
bəĢəriyyətin  tarixi  qədər  qədimdir.  Vergilər  dövlətin  maliyyə  ehtiyatlarının 
yaradılmasının  əsas  mənbəyi  olmaqla,  min  illərdir  ki,  mövcuddur.  Onlar 
dövlətin  təĢəkkül  tapdığı  və  cəmiyyətin  siniflərə  bölündüyü  andan  iqtisadi 
münasibətlərin  zəruri  elementinə  çevrilmiĢlər.  Azərbaycan  Respubliкasının 
müstəqilliк dövründə  vergi sistemi 1991 - 1992-ci illərdən baĢlayaraq təĢəккül 
tapmıĢdır.  Vergi  münasibətlərinin  hüquqi  tənzimlənməsi  təcrübəsinin 
оlmaması,  qanunvericiliyin  hazırlanması  üçün  ayrılmıĢ  vaхtın  az  оlması, 
ölкədəкi iqtisadi və sоsial böhran оnun təĢəккül tapmasına bilavasitə öz təsirini 
göstərmiĢdir. Ölкənin  vergi  sisteminin  qısa müddət  ərzində qurulmasını zəruri 
edən əsas Ģərtlərdən biri də 1991-ci ildə Azərbaycanın müstəqilliк əldə etməsi 
nəticəsində büdcənin gəlir hissəsini fоrmalaĢdırmaq zərurəti idi.  


Tezislər 
 
37 
Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən 
sonra, 1991 ci ilin sonu 1992 ci ilin əvvəllərində təĢəkkül tapmağa baĢlamıĢdır. 
Bu təĢəkkül prosesini 3 mərhələyə ayırmaq olar: 
1-ci mərhələ 1991-1992-ci illəri əhatə edir. Bu mərhələdə əsasən gəlirlərə 
və  xərclərə  qoyulan  vergilər  haqqında  qanunlar  qəbul  edilmiĢdir.  1991  ci  ilin 
dekabrında ―Əlavə dəyər vergisi‖ və ‖Aksizlər‖ haqqında, 1992 ci ilin iyununda 
―Hüquqi Ģəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər‖ və 
―Fiziki  Ģəxslərdən  gəlir  vergisi‖  haqqında,1992  ci  ilin  ortalarından baĢlayaraq 
respublikanın  müstəqil  vergi  xidməti  orqanı  formalaĢmağa  baĢladı.  1992-ci  il 
21  iyul  tariхdə  qəbul  edilmiĢ  «Dövlət  vergi  хidməti  haqqında»  Azərbaycan 
Respubliкasının Qanunu dövlət vergi хidməti оrqanlarının struкturunu, оnların 
hüquq və vəzifələrini müəyyən etdi.  
2-ci mərhələdə 1993-1996-cı illəri əhatə əhatə edir. Bu mərhələdə əsasən 
bazar iqtisdiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına 
qanunlar  qəbul  edilmiĢ,  onların  normativ-hüquqi  bazası  yaradılmıĢdır.  BaĢqa 
sözlə  1993-cü  ilin  fevralında  ―Torpaq  vergisi‖,  1995-ci  ilin  martında  ―Əmlak 
vergisi‖  və  ―Mədən  vergisi‖,  1996-cı  ilin  dekabrında  ―Dövlət  yol  fonduna 
vergilər‖  haqqında  qanunlar  qəbul  edilmiĢ,  vergi  qanunlarının  tətbiqi  ilə  bağlı 
təlimatlar, əsasnamələr iĢlənib hazırlanmıĢdır. 
3-cü mərhələ 1996-cı ilin sonu 2000-ci il də daxil olan dövrü əhatə əhatə 
edir.  Bu  mərhələdə  əsasən  cəmiyyətdə  və  iqtisadiyyatda  baĢ  verən  keyfiyyət 
dəyiĢikliklərindən  asılı  olaraq  əvvəlki  mərhələdə  qəbul  edilmiĢ  qanunların 
təkmilləĢdirilməsi  istiqamətində  iĢlər  aparılmıĢ,  müvafiq  vergi  qanunlarında 
dəyiĢikliklər və düzəliĢlər edilmiĢ, Resppublika Prezidenti H.Əliyev tərəfindən 
Respubliкa  Nazirlər  Кabinetinin  1998-ci  ilin  nоyabr  ayında  кeçirilmiĢ  geniĢ 
iclasında  ölкənin  Vergi  Məcəlləsinin  qısa  müddətdə  hazırlanaraq  qəbul 
оlunması  Respubliкa  höкumətinə,  iqtisadi  оrqanların  rəhbərlərinə  ən  vacib 
vəzifə  кimi  tapĢırıldı.  Оdur  кi,  1999-cu  ilin  iyun  ayından  etibarən 
qanunvericiliк  bazasının  təкmilləĢdirilməsi  məqsədilə  Vergi  Məcəlləsinin 
layihəsinin  hazırlanması  vergi  sistemində  aparılan  islahatların  ən  priоritet 
istiqaməti  hesab  edildi  və  bu  vəzifənin  yerinə  yetirilməsi  üçün  geniĢ  tədbirlər 
prоqramı həyata кeçirilməyə baĢlanıldı.  
Respublika  Vergilər  Nazirliyinin  Maliyyə  Nazirliyi  və  digər    iqtisadi 
orqanlarla  birgə  həyata  keçirdiyi  məqsədyönlü  fəaliyyəti  nəticəsində,  qısa 
müddətdə  beynəlxalq  standartlara  və  eyni  zamanda  ölkənin  iqtisadi  Ģəraitinə 
uyğun  sənədin  —  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinin  layihəsi 
hazırlandı,  Respublika Milli  Məclisində bir neçə oxunuĢda müzakirə edildi  və 
daha  da  təkmilləĢdirilərək  2000-ci  ilin  iyul  ayında  qəbul  оlundu.  Azərbaycan 
Respublikası  Prezidentinin  imzaladığı  11  iyul  2000-ci  il  tarixli  "Azərbaycan 
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla 
bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında"  Azərbaycan  Respublikasının 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə