Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


AVADANLIQLARIN HISSƏ DÜYÜNLƏRININSIRADAN ÇIXMA



Yüklə 11,09 Mb.
səhifə60/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
Müh

11.AVADANLIQLARIN HISSƏ DÜYÜNLƏRININSIRADAN ÇIXMA

SƏBƏBLƏRININ ARAŞDIRILMASI, TRİBOTEXNİKİ

SINAQLAR VƏ ÜSULLAR

Avadanlığın istismarı zamanı onun hissələri fasiləsiz olaraq yeyildiyindən, onların ölçüləri dəyişir və oturma zamanı qüsurlar yaranır. Qazıma avadanlığı hissələrinin köhnəlməsinin əsas növləri – sürtünmədən yaranan yeyilmə, abraziv köhnəlmə, yorğunluqdan dağılma, hissələrin korroziyasıdır. Avadanlığın istismarı zamanı yeyilmənin 2, 3 və ya bütün növləri baş verir. Məsələn,qazıma nasosunun ştoku abraziv, köhnəlmə və korroziya yeyilməsinə uğrayır.

Belə ki, qazıma nasosu iş prosesində abraziv, köhnəlmə, yorulma yeyilmələrinə ugrayır. Nasosun hissələrinə işi vaxtı yuyucu mayedən abraziv hissəciklər düşür ki,

onlar rezin kipləndiricini deformasiyaya uğradıb, orada qalırlar və hərəkət zamanı onların səthini cızırlar. Nəticədə ştokun səthində köndələn risqlər, yeyintilər əmələ gəlir.

Ştok iş prosesində həm də müxtəlif dəyişən güclərə rast gəlir(sıxılma, dartılma). Nəticədə, bu dəyişiklikdən yorulma yeyilməsi baş verir.Yorulma yeyilməsindən ştokun gövdəsində əmələ gələn xırda çatlar getdikcə dərinləşərək ştokun qırılmasına gıtirib çıxarır.

Ştokun köhnəlmədən yeyilməsi korroziya ilə güclənir. Yuyucu mayenin kimyəvi tərkibi (turşular, duzlar) xırda çatlara daxil olaraq metal ilə kimyəvi reaksiyaya girir, onun mexaniki xassələrini aşagı salır, çatların yayılmasını sürətləndirir. Yuyucu mayenin kimyəvi tərkibinin təsirindən ştokun səthində incə turşu klyonkası əmələ gəlir ki, bu da sürtünmə vaxtı soyularaq, metalın yeni səthinə təsir

edir. Sürtünmə güclərinin təsirilə yeyilmə, bir-biri ilə əlaqədə olan səthlərin mexaniki sürtünməsindən baş verir.

Güc təsiri ilə sürtünən hissələrin səthində cızıq və qopmalar əmələ gəldiyindən detalın yeyilmısi artır. Metalın materialının düzgün seçilməsi, sürtünən hissələrin yaxşı yağlanması, təmizlənməsi ilə yeyilməni minimuma endirmək olar. Sürtünmənin 2 əsas növü var:-sürüşmə,yellənmə. Sürüşmə sürtünməsi bir hissənin digərinə nəzərən yerdəyişməsilə baş verir. Bu zaman sürtünən hissələr eyni zamanda bir neçə hissədə əlaqələnirlər. Yellənmə sürtünməsi bir hissənin digərinə tərəf yellənməsində baş verir. Məs, təkərin relsdə diyirlənməsi.

Təcrübədə çox vaxt hər iki növ bir yerdə baş verir. Sürtünməni azaltmaq üçün sürtünən səthlərin müxtəlif yağlanmalarından istifadə edilir.

Sürtünən səthlərin təmizlənməsindən asılı olaraq sürtkü yağının qalınlığı və olması 4 növə bölünür:- quru, sərhədli, yarımmayeli, mayeli.

Quru sürtünmə-hissələr arasında sürtkü yağı olmadıqda baş verir. Quru sürtünmə detalların daha çox yeyilməsinə gətirir.

Sərhədli sürtünmə-sürtünən səthlərin az sürətlərində sürtkü yağı çox nazik olduğundan səthə yağın axması dayanır. Uzunmüddətli sərhədli sürtünmədə sürtünən səthlərdə oyuq əmələ gəlir. Sərhədli sürtünmə maşın işə düşərkən və ya dayanarkən qeyd olunur.

Yarımmayeli sürtünmə-sürtkü yağının miqdarı aşağıdırsa, sürtünən hissələrin bəzi yerlərdə toxunmasından baş verir. Az mayeli sürtünmədə hissələrin yeyilməsi, sərhəd sürtünməsinə nisbətən aşağıdır.

Mayeli sürtünmə-sürtkü yagı mərhələli olduqda baş verir. Bu zaman sürtünmə sürtkünün ayrı-ayrı molekulları arasında baş verir. Mayeli sürtünmədə sürtünən səthlərin yeyilməsi və istilənməsi minimum həddə çatır.

Təcrübədə yarıquru və yarımaye sürtünməyə rast gəlinir. Hissələrin ən böyük yeyilməsi quru sürtünmədə, ən kiçiyi isə mayelidə olur. Sürtünən hissələrin yeyilməsinə yük, sürtkü yağının keyfiyyəti, hissələrin materialı təsir edir.

Detalların yeyilməsi maşının iş qabiliyyətliliyinə təsir edir.

Bütün yeni maşınlar və kapital təmirdən çıxan maşınların hissələri iş prosesində kiçik yüklə sınaqdan keçirilir. Sınaq dövründə maşının səthindəki əyriliklər mexaniki işlənmədən sonra tez aradan qalxır. Hissələr sınaqdan cıxdıqdan sonra kələ-kötürlüklər aradan qalxdığından detalların uzlaşdığı sahə böyüyür və xüsusi çəki azaldığından detalların yeyilməsi ləngiyir.Buna görə sınaq zamanı maşını çox yükləməyə məruz qoymurlar. Həmçinin işinə ciddi nəzarət edilir, tez-tez yağlama aparılır.Maşının keyfiyyətli sınağı onun etibarlıgını və uzunömürlülüyünü artırır.

Rasional və profilaktik tədbirlərə baxmayaraq,maşının iş prosesində hissələrinin yeyilməsi artır və elə an çatır ki, maşının təmir olunması lazım gəlir. Təmirdən sonra maşının iş qabiliyyətliliyi yenidən artır. Hissələrin abraziv yeyilməsi onların kəsici, sıyırıcı alətlərlə əlaqəsindən baş verir. Bərk hissəciklərin ölçülərinin böyüməsi, sürət və təzyiqlərinin artması ilə hissələrin yeyilməsi də artır.

Abraziv yeyilmənin növləri aşağıdakılardır:

- Kələ-kötürlük (və ya bir hissənin digərindən fərqliliyi) –bu zaman materialın kobud hissəsi digər detalı kəsir, cızır və.s

- Çirklənmiş yağlanma- bu zaman yad hissəciklər bir detalı korlayır, digərini kəsir.

- Mühitdə bərk hissəciklərin olması- iki səth arasında hərəkət edərək onları kəsir,

Yorğunluq dağılması möhkəmlik həddindən aşağı dəyişən güclərdə baş verir. Yorgunluq dağılması hiss olunmadan baş verir. Buna səbəb kiçik çatlar olur.

Korroziya yeyilməsində hissələrin səthi mühitin təsirindən dağılır.

Mühitin kimyəvi birləşməsi hissənin metalı ilə reaksiyaya girərək, onun mexaniki xassələrini aşağı salır. Korroziya hissənin səthində başlayaraq getdikcə dərinləşir.

Ən çox yayılmış korroziya – paslanmadır ki, o da metalın oksigenlə birləşməsindən alınır. Qazıma avadanlığının hissələri yuyucu duzların, şor suların təsirindən də korroziyaya uğrayır. Korroziya nəticəsində metal hissələr öz xarici görünüşlərini itirməklə bərabər həm də,mexaniki xassə və ölçülərini itirirlər ki, bu da onların iş qabiliyyətliliyini aşağı salır. Korroziyadan qorunma üçün xüsusi rənglərdən, korroziyaya davamlı metal qatlardan, legirlənmiş poladdan istifadə edilir.

Bütün yeyilmə növləri intensivliklərindən asılı olaraq 2 əsas qrupa bölünürlər:- təbii və vaxtından əvvəl;

Təbii yeyilmə-maşının normal iş şəraitində sürtünmədən əmələ gələn güclərin təsirilə, yorgunluq dağılmasından, korroziyadan və başqa faktorlardan asılı olaraq yavaş sürətlə gedən prosesdir.

Təbii yeyilmənin vaxtında dayandırılması (yeyilmiş hissələrin yenisilə əvəz edilməsi), maşının etibarlığını artırır,keyfiyyətini qaldırır, material və ehtiyat hissələrinin işlənməsini azaldır, maşının təmir vaxtını azaldır.Deməli, bu iqtisadi cəhətdən əlverişlidir.

Qazıma avadanlıqlarının aşağıdakı hissələri daha çox yeyilməyə uğrayır:

Porşenlər, silindir köynəkləri, ştoklar, klapanlar, qazıma nasoslarının rezin kipləndiriciləri, əyləc lentinin kolegakları, zəncir təkərləri, pnevmatik muftalar, qazıma bucurğadının işlək çarxları, şin-pnevmatik reduktorun muftaları, dəyişən ötürülər qutusu, dayaqlar, yaylar, qarmaqların kilid və barmaqcıqları, həm də qazıma borularının hissələri..

Qəza yeyilməsi maşının texniki xidmət qaydalarının pozulması, normal iş şəraitinin pozulması nəticəsində baş verir.

Maşının normal işi aşağıdakı şərtlərdə pozulur:

1. Maşının texniki göstəricilərinə əsasən iş rejminə qazıma nasosunun silindir köynəkləri üçün buraxılabilən təzyiqin qaldırılması.

2. Əsas hissələrin və düyünlərin yeyilməsinin kritik həddə çatması.Məs: şatun boltları vaxtında dəyişdirilməzsə kompressorların silindirləri sıradan çıxar.

3. Keyfiyyətsiz montaj olunan qurğuda ayrı – ayrı hissələrin və düyünlərin vaxtından tez yeyilməsi baş verir.

Qəza yeyilməsi çox tez yayılır və maşının tez sıradan çıxması baş verir. Qəza yeyilməsi baş verməsin deyə maşını saz vəziyyətdə saxlamaq lazımdır.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə