Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə56/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   68
Müh

Cədvəl 7.2.

Plastik deformasiyada yığılan maksimum enerjinin ən böyük qiyməti



Metal

Al

Cu

Fe

Ni

Latun

Enerji, kal/q

1.1

0.5

1.2

0.8

0.5

Deformasiya çox böyük olmadıqda plastik axıcılığa sərf olan enerjinin təxminən 10%-i qəfəsdə yığılır. Əgər plastik axıcılıq davam edirsə, kristalda yığılan enerjinin qiyməti doymağa başlayır. Kristalda yığılan enerjinin cədvəl 7.2.-də verilən qiymətləri 2∙107 C/m3 uyğundur.

Əgər dislokasiyanın vahid uzunluğuna düşən enerji 5∙109 C/sm olarsa kristalın 1 sm3 həcminə 4∙1011 sm uzunluğunda dislokasiya xətti uyğun gəlir, yəni dislokasiyaların sıxlığı 1011 sm-2 olar. Bu isə, tərəfləri 100 atom məsafəsinə bərabər olan sahədən orta hesabla bir dislokasiyanın keçməsi deməkdir. Bu qiymət, dərin deformasiya olunmuş kristallar üçün xarakter olduğundan dislokasiya sıxlığının ölçüsü qəbul edilmişdir.

Latunun plastik deformasiyasında yığılan enerjinin rentgen şüalarının difraksiya xətlərinin genəlməsinə əsasən təyin olunan. 1.4 kal/q qiyməti kalorimetr üsulu ilə alınan qiymətə uyğundur. Rentgen xətlərinin formasının öyrənilməsi belə nəticəyə gəlməyə imkan verir ki, əksər dislokasiyalar bir neçə elementar özək məsafəsində qeyri-bircinslidir; bu nəticə dislokasiya modelindən də alınır.

Kəskin deformasiya olunmuş kristallarda dislokasiyaların sıxlığı başqa üsullarla da təyin etmək olar. Məlumdur ki, plastik deformasiya olan metalların elektrik müqaviməti artır. Məsələn, mis üçün bu artım 2% təşkil edir. Dekster, dislokasiya modeli əsasında metalın elektrik müqavimətinin dəyişməsi nəzəriyyəsini vermişdir və göstərilmişdir ki, mis üçün həmin dəyişmə bu dislokasiyaların sıxlığının 4∙1012 sm-2 qiymətinəuyqun olmalıdır, ancaq bu qiymətləndiurmə 10 dəfə təcrübədəkindən çox alınır. Bu uyğunsuzluq onunla əlaqədardır ki, plastik deformasiyada elektrik müqavimətinin müşahidə olunan artması, dislokasiyalardan başqa, elektron dalğalarının qəfəsin vakant düyünlərində səpilməsi ilə əlaqədardır.

Tökmə metallarda və “tablanmış” kristallarda dislokasiyaların olması problemi də ortaya çıxır. İş ondanır ki, dislokasiyalar termik tarazlıqlı defektlər deyil, çünki onların yaranmasında sərbəst enerjinin artması entropiyanın artması ilə kompensə olunmur. Başqa sözlə, dislokasiyalar məhlulun soyuma prosesində tarazlıqsız yolla yaranması mexanizmi məlum deyil, ancaq fərz etmək olar ki, bu, kristal soyuduqda sərhəd dislokasiyalarında baş verən vakansiyaların çökməsi ilə əlaqədardır.

Başqa bir problem, plastik deformasiya nəticəsində yaranan dislokasiyaların sıxlığının həddindən çox artmasının izah oluna bilməsidir. Dislokasiyaların sıxlığının ölçülməsi göstərir ki, deformasiya prosesində bu sıxlıq 108 sm-2-dən 1011 sm-2-yə qədər, yəni 1000 dəfə artır. Digər bir fakt da maraqlıdır: əgər bir dislokasiya bütün sürüşmə müstəvisi boyunca keçirsə, bu yalnız bir atom məsafəsi qədər sürüşməyə uyğun olmalıdır, ancaq əslində müşahidələr göstərir ki, sürüşmə bundan 102-103 dəfə çoxdur.

Frank və Rid müşahidə olunan bu faktları izah edə bilən bir model – dislokasiyaların çoxalması-modelini təklif etmişlər.





    1. Yüklə 11,09 Mb.

      Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə