Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


MOLEKULYAR-MEXANİKİ SÜRTÜNMӘ NӘZӘRİYYӘSİ



Yüklə 11,09 Mb.
səhifə30/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   68
Müh

3. MOLEKULYAR-MEXANİKİ SÜRTÜNMӘ NӘZӘRİYYӘSİ

Sürtünmә vә yeyilmә nәzәriyyәsi dedikdә sürtünmә vә yeyilmә prosesinin ideallaşdırılmasına vә sürtünәn çisminqarşılıqlı tә'sirinin aparıçı mexanizminin ayrılmasına әsaslanan fәrziyyәlәr sistemi başa düşülür. Sürtünmә (yeyilmә) prosesinә müxtәlif nöqteyi-nәzәrdәn kompleks baxılmasırәqabәtdә olan bir sıra sürtünmә nәzәriyyәsinin meydana kәl-mәsinә sәbәb olmuşdur. İndiyәdәk sürtünmәnin deformasiyanәzәriyyәsi, molekulyar-mexaniki nәzәriyyә, molekulyar-kinetiknәzәriyyә, energetik nәzәriyyә, kombinә edilmiş nәzәriyyә vәs. kimi nәzәriyyәlәrdәn praktiki hesablamalar aparılmaq üçünistifadә edilmәklә yanaşı onların eksperimental yoxlan-ması da aparılır.

Deformasiya nәzәriyyәsi sürtünmәyә әks cismin deforma-siyasının nәticәsi kimi baxır. Ç.Y Pesli belә hesab edirdi ki,sürtünmә deformasiya olunmuş cismә batmış hәr bir çıxın-tının qarşısında kedәn deformasiya dalğası hesabına başverir. L.hümbel sürtünmәyә materialın batmış çıxıntılartәrәfindәn sıxışdırılıb kәnar edilmәsinә qarşı müqavimәt kimi baxırdı. Q.İ.Yepifanov bu nәzәriyyәni inkişaf etdirәrәk belә fәrziyyә irәli sürmüşdür ki, sürtünmә prosesisürtünәn cismlәrin nazik sәth tәbәqәlәrindә baş verәn sürüşmә yaranması prosesindәn ibarәtdir. Sürtünmәnin dislokasiya nәzәriyyәsi dә bu qrupa aiddir.

Sürtünmәnin dislokasiya nәzәriyyәsinin әsasında dislo-kasiyaların (kristal qәfәsinin xәtti qüsurları) hesabınabәrk cismin sәthindә submikrorelyef әmәlә kәlmәsi fәrziyyәsi durur (B.İ.Kostetski, P.V.Nazarenko). Kontakt sәthindәyaranan submikrorelyef sürtünmә prosesinә әhәmiyyәtli dәrәcәdә tә'sir edir. Normal vә tankensial qüvvәlәrin tә'sirialtında dislokasiyaların hәrәkәti baş verir. Bu zaman yaranan vakansiyalar, gәrkinliyin vә temperaturun lokal artması çatların әmәlә gәlmәsinә imkan verir. Hәmin çatlarsәthin dağılma sahәlәrini yaradır vә yeyilmәnin intensivliyinә tә'sir edir.

Molekulyar nəzәriyyә sürtünmәni iki bәrk cismin qar-şılıqlı molekulyar tә'siri kimi izah edir. Bu nәzәriyyә üzrə bir neçə fәrziyyә mövcuddur. V.D.Kuznetsova görə sürtünmә yeni səthin yaranmasına sərf olunan işlə bağlıdır. F.Boudenvә D.Teybora görә sürtünmә bərk cismlәrin molekulyar qarşılıqlı tә'siri nәtiçəsindә yaranmış qaynaq körpücüklәriniqırma prosesinin yekunudur. C.Tomlinson belə hesab edirdiki, bir cismin başqası üzәrindә sürüşmәsi zamanı naha-marlığın nәticәsindә sәthlәrin bә'zi nöqtәlәri bir-birinә qәdәr yaxınlaşır ki, qarşılıqlı itәlәnmә, nisbәtәn uzaqyerlәşən nöqtәlәr arasında isә cazibә baş verir. B.V.Deryaqin bir atom üçün müvazinәt şәrtinә cazibә vә itәlәnmәqüvvәlәrini, yükü vә xarici tankensial qüvvәni nәzәrә almaqlabaxır. Polimerlәrin sürtünmәsinin öyrәnilmәsindә Q.M.Bartenyevin molekulyar - kinetik sürtünmә nәzәriyyәsindәn kenişistifadә edilir.

Molekulyar-mexaniki nәzәriyyә bir tәrәfdәn batmışkәlә-kötürlәrlә materialın deformasiya olunmasına (sürtün-mә qüvvәsinin deformasiya vә mexaniki mürәkkәbәlәri), digərtәrәfdәn isә kontakt zonasında molekulyar (adkeziya) rabitәlәrin dәf olunmasına, yә'ni friksion rabitәlәrin yaran-ması vә qırılması fәrziyyәsinә әsaslanır.

Sürtünmәnin energetik nәzәriyyәsi friksion rabitәlәrin yaranması vә qırılmasını onlarda enerjinin çevrilmәsilә әlaqәlәndirir. Energetik balans tәnliklәrinin qurulması vә hәlli sürtünmә әmsalını vә yeyilmә intensivliyini hesablamağa imkan verir.

Kombinә edilmiş sürtünmә nәzәriyyәsi sürtünmәni molekulyar qüvvәlәrin dәf edilmәsilә müşayiәt olunan mexaniki qarşılıqlı tә'sir kimi nәzәriyyәlәr qrupundan ibarәtdir.

Kombinә edilmiş nәzәriyyәyә "ikili sürtünmә nәzәriyyәsi" adlanan nәzәriyyә aiddir. Bu nәzәriyyәyә görә sürtünmәvә yeyilmәyә materialın hәcmi deformasiyası vә sürtünәnsәthlәrin çox yaxınlaşan nöqtәlәrindә molekullararası qüvvәlәrin ("soyuq qaynaq körpücüklәrinin") dәf edilmәsi kimi baxılır. Bәrk cismlәrin kontaktda olan sәthlәrinin irәli-çәdәn verilmiş modeli әsasında qurulmuş İ.V.Krakelskinin molekulyar-mexaniki nәzәriyyәsi daha çox inkişaf etmişdir.Bu nәzәriyyәyә görә bәrk cisimlərin təması zamanı onların kәlә-kötürlüyü, dalğalılığı və qeyri-bәrabәr bәrkliyi sayәsindә kontaktda olan sahәlәr biri digərinә batır. Nәtiçәdәmetalın ayrı-ayrı zonalarında axıçılıq həddindәn böyük gergənliklər yaranır. Yüksək elastikliyə malik olan cism zamanı mikrokәsilmə çox az hallarda baş verir, çünki qovşaq üçün təyin olunmuş yük hissәciklәrin kәsmә üçün tәlәb olunan dәrinliyә qәdәr batmasını tә'min etmir. Tәcrübәlәr göstәrir ki, mikrokәsilmә olduqda (burada a -batma dәrinliyi, R - batmış kәlә-kötürlәrin radiusudur) baş verir.

2. Cızılma . Sürüşmә zamanı batmış sahә vә ya hissәçik materialı öz qarşısında sıxışdırıb kәnar-laiYdırmaqla cızır. Batmış elementin kontakt zonasından çıxdığı hissәciyin parçalandığı, preslәndiyi vә ya sürtünmә sahәsindәn kәnarlandığı yerdә çızılma qurtarır. Eyni yerdә vә eyni intensivlikdә cızılma baş vermәsi tәsadüfi halda olur. Çox zaman çızılma baş verdiyi yerdә materialın plastik sıxışdırılması әvvәl yaranmış çızılmadakı deformasiya zonasını qapayır. Belәliklә, sürtünmә sәthi sürüşmә istiqamәtinә tәqribәn paralel olan cızılmalarla örtülür. Cızılmaların arasındakı material isә dәfәlәrlә plastik deformasiya nәticәsindә döyәnәklәnmiş, başqa sözlә tәkrar plastik deformasiya olunma qabiliyyәtini itirmiş olur. Yüklәnmә zamanı belә sahәlәrdә asanlıqla çatlar әmәlә gәlir vә bu çatlar böyüdükcә materialın hissәciklәri qopur.

Aşkardır ki, tәkcә sürüşәn hissәciklәr yox, diyirlәnәn hissәçiklәr dә cızılma şәklindә iz sala bilәr. Batmış hissәcik öz hәrәkәti zamanı materialın bәrk tәrkib hissәsinә söykәnәrәk istiqamәtini dәyişә bilәr, buna görә də cızılmanın istiqamәti hissәnin hәrәkәt istiqamәtilә üst-üstә düşmәyә bilәr.

3. Materialın elastik sıxışdırılması vә yalaylanma Plastik axıcılıq zamanı material sürtünmә sәthindәn sıxışdırılıb kәnar oluna bilәr vә axıcılığını itirdikdәn sonra laylanar. Axıcılıq nәticәsindә material oksid tәbәqәlәrinin üstünә yaxılaraq әsas materialla әlaqәsini zәiflәdir. Cismlәrin xәtti vә ya nöqtәvi kontaktı zamanı tәbәqәnin qalınlığı boyu gәrkinliklәr yorulma hәddindәn böyük olarsa, iş vaxtı materialın axçalı "balıqpuluna bәnzәr" qopmasına sәbәb olan çatlar әmәlә kәlir. Bu hal tablanmış vә sementitlәnmiş hissәlәrdә müşahidə oluna bilәr. eyilmə zamanı səthlərin dağılması submikroskopik də ola bilər, bu zaman atom qədәr kiçik əlçüdә ola bilәcәk kristal hissәçiklәri yağla vә ya hava ilә birlikdә kәnar olunur. Yeyinti mәhsullarının sәthi yaranma prosesindә oksidlәşir, yeyinti zәrrәlәri parçalanır, biri-birinә yapışır, hәmçinin qovuşuq sәthә preslәnir. Belәliklә yeyinti mәhsullarının əzlәri sürtünәn sәthlәr arasında aralıq mühitkimi sürtünmә prosesindә iştirak edir. Qarşılıqlı batma,qopma, adkeziya, tablanma vә yeyinti mәhsullarının sәthәpreslәnmәsi materialın bir sürtünәn sәthdәn digərinә köçürülmәsini hәll edir. Materialın bir sәthdәn digәrinә belә köçürülmәsi yağlama materialı ilә sürtünmәdәn başqa,bütün sürtünmә növlәrinә xasdır. Yağlama materialsız sürtünmәyә nisbәtәn hüdudi sürtünmә, hissәciklәrin ölçüsünün kiçilmәsi hesabına, köçürülmәni bir neçә dәfә azaldır.


Friksion rabitәlәrin xarakteristikası

Cədvəl 5


Xarakteristika

Rabitənin növü

1

2

3

4

5

Qarşılıqlı təsir

Mexaniki

Molekulyar

Friksion rabitәnin pozulması zamanı materialın deformasiyasının xarakteri

Kövrәk (kәsilmә, qopma)

Plastiki(tәkrar deformasiya)

Elastiki

(sıxışdırma)



Elastiki

Kövrәk(dәrindәn qopma)

Materialın dağılmasına sәbәb olan tsikllәrin sayı

n=1

1

n=

n=1

n=

Friksion rabitәnin yaranma şәraiti

(yağlayıcı materialsız sürtünmә)



(yağlayıcı materialla sürtünmə)




(yağlayıcı materialsız sürtünmә)



(yağlayıcı materialla sürtünmə)















Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə