Mühazirə Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri. Plan


Riyaziyyat müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır



Yüklə 67,83 Kb.
səhifə13/24
tarix31.12.2021
ölçüsü67,83 Kb.
#81389
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
RTM Mühazirə 5

Riyaziyyat müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır.

Hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə riyaziyyatla qarşılaşır. Riyazi bilik və bacarıqların olmasından faydalanır.



Riyaziyyat dünya mədəniyyətinin tərkib hissəsidir. Riyaziyyat: bir elm olmaqla insanların əməli fəaliyyətindən doğan təlabat kimi yaranaraq öz daxili qanunauyğunluqları ilə inkişaf edir.

İbtidai təhsil pilləsində şagirdlərin hesab əməllərini yerinə yetirmələri, yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri, ədədi ifadələri hesablamağı, mətnli məsələləri həll etmələri, ilkin ölçmə vərdişlərinə, fəza və həndəsi təsəvvürlərə malik olmaları, verilmiş məlumatları təsnif etmələri təmin olunur, onlarda riyazi bilikləri gündəkik həyatda tətbiq etmək vərdişləri formalaşır.

Orta təhsil pilləsində gündəlik həyati problemlərin həlli, digər müvafiq fənlərin öyrənilməsi, profilli siniflərdə təhsilin davam etdirilməsi, başqa formalarda orta təhsil almaq üçün zəruri riyazi biliklərin əldə edilməsi, şagirdlərin intellektual inkişafına, uğurlu praktik fəaliyyətinə zəmin yaradan təfəkkür tərzi formalaşır.

Tam orta təhsil pilləsində orta təhsil pilləsində müəyyən olunmuş fəaliyyətlərin genişləndirilməsi və inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktik vərdişlərin aşılanmasıdır.


  1. Yüklə 67,83 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə