MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

Azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatı əsasən xüsusi mülkiyyətlə bağlıdır. 
Xüsusi mülkiyyətin meydana gəlməsi və inkişafı tarixi çox qədimdir. İbtidai icma quruluşunun pozulması 
meyli, nəticə e’tibarı ilə xüsusi mülkiyyətin, xüsusi təsərrüfatların meydana çıxmasına gətirib çıxarır. Sonrakı 
tarix xüsusi mülkiyyət münasibətlərinin müxtəlif məzmun və mahiyyətcə inkişafı dövrləri olmuşdur. 
Vaxtı ilə C.Lokk, A.Smit və başqaları  əmlak,  şey üzərində xüsusi mülkiyyət formasını insan azadlığının 
zəruri şərti hesab etmişlər. 
Habelə bu mütəfəkkirlər xüsusi mülkiyyət formasına mülkiyyətin ən səmərəli reallaşma xarakterinə malik 
olmasını göstərmiş, onun təbiiliyini, daimiliyini, demokratikliyini və perspektivliyini sübut etmişlər. Deməli, xüsusi 
mülkiyyət münasibətlərinin tərəqqisi cəmiyyətin tərəqqisidir. Dövlətin mülkiyyət üzərində inhisarını aradan 
qaldırmadan, vətəndaşların xüsusi mülkiyyət hüququnun reallaşmasına söykənən iqtisadi azadlığını  tə’min 
etmədən iqtisadi və sosial tərəqqiyə nail olmaq mümkün deyil. 
Xüsusi mülkiyyət münasibətlərinin hökmranlığı və sağlam rəqabət olmayan cəmiyyətdə iqtisadi azadlıq da ola 
bilməz. Xüsusi mülkiyyət sahibkara daha yaxın mülkiyyət formasıdır. Xüsusi mülkiyyətin gizli sirri sahibkarı 
fədakar əməyə daha çox ruhlandırmasıdır. 
Azərbaycan xalqı islahatların, o cümlədən aqrar islahatların daha çox xüsusi mülkiyyətə əsaslanmaqla aparılan 
formasına tərəfdardır, çünki xüsusi mülkiyyət formasında mülkiyyətçinin şəxsi marağının ön plana çəkilməsi onu 
bazar iqtisadiyyatının aparıcı qüvvəsinə çevirir və qısa müddətdə əhaliyə ərzaq tə’minatını verir. 
Şəxsi mülkiyyət - xüsusi mülkiyyətin müəyyən bir qolu kimi təzahür edir. 
Ev təsərrüfatı üçün lazım olan əşyalar, nəqliyyat vasitələri, yaşayış evi və evin içindəki mebel, xalı, xalça 
və başqa əmlak, pul, bağ inventarları və alətləri, istehlak şeyləri - şəxsi mülkiyyətdir. Həmçinin həyətyanı təsərrüfat 
və onun aparılması üçün lazım olan xırda alətlər, həyətyanı  təsərrüfatdan götürülən məhsul  şəxsi mülkiyyətdir
onun mənbəyi  şəxsi yardımçı  təsərrüfatda istehsalçının özünün sərf etdiyi əməkdir. Bu mülkiyyətin bütün 
obyektlərinin sahibliyi, istifadəsi, sərəncamlığı yalnız həmin şəxsə (onun ailəsinə) mənsubdur. 
Fərdi mülkiyyət - xüsusi mülkiyyətin mühüm qollarından biridir. Şəxsi mülkiyyətə nisbətən fərdi 
mülkiyyətdə istehsal vasitələrinə sahib olma və fərdi təsərrüfatçılıq dairəsi daha genişdir. Fərdi təsərrüfatçılıq öz 
müxtəlif formaları ilə iqtisadiyyatda mühüm rol oynayır. Bu formalardan biri də xırda istehsal sahibkarlığıdır ki, bu 
da xırda əmtəə istehsalı ilə səciyyələnən mülkiyyət forması xarakteri alır. Bunlar öz fərdi mülkiyyətlərindən 
istifadə edərək həyətyanı əmtəə istehsalı, sənətkarlıqla, xidmət işləri görməklə məşğul olurlar. Fərdi mülkiyyətçilər 
əsasən öz ailə  əməklərinə arxalanırlar. Vətəndaşların fərdi mülkiyyətində yaşayış evləri, bağ  və bağ evi, pul 
əmanətləri, səhmlər və başqa qiymətli kağızlar, nəqliyyat vasitələri və sair olur; fərdlər öz ehtiyaclarını ödəmək üçün 
az-çox məhsul istehsal edən və özünə xidməti təşkil edən iqtisadi vahid kimi mövcud olur. Xüsusi mülkiyyətin 
bir qolu hesab edilən ev təsərrüfatı da fərdi mülkiyyətin tərkibində ola bilər.  
Xüsusi və dövlət mülkiyyətindən törəmə kimi təzahür edən digər mülkiyyət formaları. İndi mülkiyyətin 
iki  əsas forması olan dövlət və xüsusi mülkiyyətdən törəmə kimi mövcud olan digər mülkiyyət formalarını 
öyrənək. 
Əmək kollektivinin mülkiyyəti.  Özəlləşdirmə ilə  əlaqədar olaraq əmək kollektivinə  məxsus  əmlak, 
kollektivin sahibliyinə, istifadəsinə  və  sərəncamına verilə bilər ki, bu zaman əmək kollektivinin mülkiyyəti forması 
yarana bilər. Deməli,  əmlak, kollektiv birgə mülkiyyət verildikdə  hər kəsin payı  bəlli olmaqla kollektiv paylı 
əmlak olur və tam demokratik əsaslarla kollektiv mülkiyyətə əsaslanan təsərrüfat kimi fəaliyyət göstərir. Deməli, 
burada xüsusi mülkiyyətin əsasında kollektiv mülkiyyət və kollektiv münasibətlər yaranır. Buna görə də müasir 
dövrün kollektiv mülkiyyəti Sovet dövrünün kollektiv mülkiyyətindən köklü surətdə fərqlənir və mahiyyət e’tibarı 
ilə dövlət və xüsusi mülkiyyətdən törəmə forma kimi mövcud olur. Burada əmək kollektivinin üzvləri müəssisənin 
idarə edilməsində və gəlirlərin bölüşdürülməsi prosesində aktiv iştirak edirlər. Əmək kollektivi hüquqi şəxs olur. 
Kooperativ mülkiyyət forması.  Dünyada  ən çox yayılmış mülkiyyət formasıdır. Təxmini hesablamalara 
görə dünyada 1 milyon kooperativ təşkilatı və onların 120-dən çox müxtəlif növü var və bunlarda 600 milyon adam 
iştirak edir (Ümumi iqtisadi nəzəriyyə. M., 1995, səh.156.). 
Kooperativ mülkiyyət formasının əsas cəhəti istehsal vasitələrinin və istehsalın nəticələrinin kollektiv qrup 
xarakteridir, həmçinin burada kooperativ üzvlərinin hər birinin üzvlük payı bəlli olur. 
Kooperativlərin fəaliyyət xarakterinə uyğun olaraq torpaq, istehsal binaları, tikililər, avadanlıq, nəqliyyat 
vasitələri, məhsuldar və işlək mal-qara, başqa əmlak kooperativ mülkiyyətində ola bilər. 
Sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət və ictimai iaşə, xidmət sahələri, arxitektor-mühəndis 
işləri, kəşflər, elm-istehsalat və sosial-mədəni həyat sahələrində kooperativlər yaradıla və fəaliyyət göstərə bilər. 
Əlbəttə, maddi ne’mətlər istehsalı ilə  məşğul olan, əhaliyə ucuz və keyfiyyətli xidmətlər göstərən 
kooperativlərə ehtiyac çoxdur. Aqrar islahatların həyata keçirilməsi ilə  kənd təsərrüfatı sahəsində yaranan 
kooperativlər respublika əhalisinin  ərzaq mallarına olan tələbatının ödənilməsi yollarında mühüm əhəmiyyətə 
malikdir. 
Kooperativlər hüquqi şəxslərdir və onlar öz nizamnamələrinə uyğun işləyirlər. 
İstehlak kooperasiyasının mülkiyyətiİstehlak kooperasiyası az-çox istehsalla məşğul olsa da buna əsasən 
tədavül dairəsinin kooperasiyası deyilir. Onun üzvləri müəyyən az tapılan  əmtəələri  əldə etmək imkanına malik 
olur. Əvvəllər bu kooperativlər əsasən kənd əhalisinə xidmət edirdisə, indi bütün əhaliyə xidmət göstərə bilir. Bu 
kooperasiyanın çox geniş beynəlxalq əlaqələri var. 
Hazırda Azərbaycanın istehlak kooperasiyası sistemi öz fəaliyyətini bazar iqtisadiyyatı qanunlarına 
uyğunlaşdırır. Bütövlükdə  və  hər bir struktur bölmələrində mülkiyyətçilər və onların  əmlakı  dəqiqləşdirilmiş, 
 
34


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə