MühaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ


Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə



Yüklə 184,29 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix28.04.2023
ölçüsü184,29 Kb.
#107551
1   2   3   4   5
M haziR 11 alanmalardan m hafiZ M S L L R p L a n

Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə
Ultrabənövşəyi şüalanmaların təbii mənbəyi Günəşdir. Onların süni
mənbələri isə qaz boşaltma lampaları, elektrik qövsləri, lazerlər və s.-dir. Belə
şüalanmalar enerji axınının gücü ilə xarakterizə olunur. Ultrabənövşəyi
şüalanmalar insan orqanizminə fiziki-kimyəvi və bioloji təsirlər göstərir.
İnsan dərisi və gözləri UBŞ-in bir başa təsirinə məruz qalır. UBŞ dəriyə
təsir edərək onu qızardır (epitem təsiri), sonra isə (adətən 48 saatdan sonra)
dərinin piqmentizasiyasına (qaralmasına) səbəb olur. Şüaların fotokimyəvi
təsirindən dəridə D vitamini əmələ gəlir. Bu şüalanmaların effekti həmin
vitaminin əmələ gəlməsi ilə izah olunur.
UBŞ bakterisid, yəni mikrobları tələf etmə xassəsinə də malikdir. Bununla
birlikdə orqanizmin infeksiyaya dözümlülüyü və immuniteti də yüksəlir. UBŞ-ın
bakterisid xassəsindən havanın, suyun, ərzaq mallarının, taraların, cərrahiyyə
alətlərinin və s. sanitar işlənməsində istifadə edilir.
İnsan orqanizminin normal fəaliyyəti üçün ultrabənövşəyi şüalar zəruridir.
UBŞ uzun müddət olmadıqda orqanizmdə müxtəlif əlverişsiz hallar təzahür edir
ki, bunlar «uşaq aclığı» və ya «ultrabənövşəyi çatışmazlıq» adlanır. Lakin
bununla bərabər UBŞ-nin böyük dozalarda, uzun müddətli təsiri dərini və
gözləri ciddi zədələyə bilər.
UBŞ-ın böyük dozalarının dəriyə uzun müddətli təsirindən dəridə güclü
qızartı, şuluqlama və şiş əmələ gəlir. UBŞ-ın peşə ilə əlaqədar təsirindən isə
dermatitlər, ekzemalar, üzün və əllərin yanıqları, dəri xərçəngi inkişaf edə bilər.
UBŞ-ın gözə təsiri daha ağır olur. UBŞ-ın gözlərə təsiri 2…6 saat davam
edən gizli dövrdən sonra aşkara çıxır və göz almacıqlarının artan ağrıları, görmə
qabiliyyətinin dumanlanması, konyuktivitlərin, göz qapağı və almacıqların


11
şişməsi ilə nəticələnir. Bu hadisələr göz yaşarması, işıqdan qorxma, bəbəklərin
daralması, baş ağrısı, yuxusuzluq və ümumi narahatlıq hissiyatı ilə müşahidə
olunur. Şüalanmaların təsiri aradan qaldırıldıqda 5…6 gün sonra göstərilən
hallar keçib gedir və hər şey qaydaya düşür.
UBŞ-ın çatışmazlığı ilə əlaqədar olaraq işçilərin orqanizmində yaranan
əlverişsiz halları aradan qaldırmaq üçün həm Günəş şüalanmalarından, həm də
süni UBŞ mənbələrindən istifadə edilir.
UBŞ artıqlığından mühafizə üçün günə qarşı kimyəvi (kimyəvi maddələr
və tərkibində UBŞ-nı udan inqrediyentli qoruyucu kremlər) və fiziki (şüaları
udan, əks edən və yayan müxtəlif maneələr) vasitələr tətbiq edilir. UBŞ-nı
keçirməyən parçalardan (məsələn, poplindən) hazırlanmış iş paltarından istifadə
olunması da yaxşı nəticələr verir. İstehsalat şəraitində gözləri mühafizə etmək
üçün şüşəli eynəklərdən istifadə olunur.

Yüklə 184,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə