MühaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ



Yüklə 184,29 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix28.04.2023
ölçüsü184,29 Kb.
#107551
1   2   3   4   5
M haziR 11 alanmalardan m hafiZ M S L L R p L a n

ber
qəbul olunur.
Şüalanmanın buraxılabilən həddi
. İnsan orqanizminin müxtəlif toxuma və
üzvlərinin şüalanmalara həssaslığı eyni deyil . Ona görə də böhran üzv məfhumu
qəbul edilmişdir. Verilmiş şəraitdə şüalanması sağlamlığa ən böyük zərər verən
üzv, toxuma, bədən hissəsi və ya bütün bədən böhran üzv adlanır.
Radiohəssaslığından asılı olaraq böhran üzvlər üç qrupa bölünür.
I qrup- bütün bədən, cinsiyyət üzvləri, qırmızı sümük iliyi
II qrup – əzələlər, qalxanabənzər vəzi, piy vəzisi, ciyərlər, böyrəklər, göz
billuru, I və III qrupa daxil olmayan digər üzvlər.
III qrup – dəri örtüyü, sümük toxuması, əllər, bazu önü, topuqlar və ayaq
pəncələri.
İonlaşdırıcı təsirdən insanın mühafizəsini təmin etmək üçün şüalanma
buraxılabilən həddən artıq olmamalıdır. İonlaşdırıcı şüalanmaların buraxıla bilən
səviyyəyələri «Radiasiya təhlükəsizliyi normalarında» və «Radioaktiv
maddələrlə və digər ionlaşdırıcı şüalandırma mənbələri ilə işlədikdə əsas
sanitariya qaydaları» nda göstərilir.
30 yaşa qədər bütün hallar üçün bu norma 60 berdən artıq olmamalıdır.
İonlaşdırıcı şüalanma mənbələri ilə iş görən heyət üçün qoyulmuş buraxıla
bilən doza həddi 50 il müddətində işcinin şüalanma nəticəsində sağlamlığının
pozulmasının və irsi xəstəliyin yaranmasının qarşısını alır.


5
Bədəndə radioaktivliyin toplanması onun tez zədələnməsinə şərait yaradır.
İonlaşdırıcı şüalanmadan mühafizə vasitələri.
Radioaktiv maddələrlə
işlərkən təhlükəsizlik məqsədilə xarici və daxili şüalanmadan mühafizə olunmaq
lazımdır. Xarici şüalanmadan mühafizə üçün zaman amili və şüalanma
mənbəyindən olan məsafə dəyişdirilməli və ekranlamadan istifadə edilməlidir.

şüaları çox nazik şüşə, folqa və s. ekranlaşdırırsa,

şüaları üçün daxili
alüminiumla ötrülmüş qurğuşun ekran,

şüalar üçün daha qalın ekran tələb
olunur.
İstilik enerjisindən yuxarı həddə neytronlar maddə tərəfindən zəif udulur.
Ona görə də neytron seli soyudulub sonra udulur. Soyudulma üçün ağır sudan,
parafindən, plastik kütlədən və böyük udma qabiliyyəti olan maddələrdən
istifadə edilir.
Radioaktiv maddələrlə işlərkən xüsusi hazırlanmış şkafdan, hermetik
kameradan, məsafədən idarə olunmadan və s. istifadə olunmalıdır.
Belə maddələrlə işlərkən fərdi mühafizə vasitələrindən istifadə olunması
əsas şərtdir.
Təcrübələr göstərir ki, pambıq parça, polietilen, polixlorvinil və bəzi rezin
maddələrdən hazırlanmış iş geyimləri radioaktiv maddələrdən və tozlardan
asanlıqla təmizlənə bildiyi üçün onların tətbiq edilməsi məsləhətdir.
Əllərin mühafizəsi üçün rezin və qurğuşunlu rezin əlcəklərdən istifadə
olunur.
Radioaktivlik dərəcəsi yüksək olan yerlərdə təmir işində plastik maddədən
hazırlanmış pnevmatik geyimdən (LQ-4, LQ-5) istifadə edilir.
Nəfəs yollarını respirator, yaxud əleyhqaz vasitəsilə, gözləri isə pleksiqlaz,
qurğuşunlu şüşə və s. hazırlanmış gözlüklərlə radioaktiv təsirdən qorumaq olur.
Radioaktiv maddələrlə işləmək üçün istifadə olunan xüsusi geyimlərlə iş
yerindən xaricə çıxmaq qadağandır. Kənara çıxmazdan qabaq geyimlərin
təmizliyini yoxlamaq, əlləri yumaq, yaxud çimmək lazımdır.
Qəza hallarında bütün işçilər dərhal dozimetrik nəzarətdən keçirilməlidir.


6
Radioaktiv çirki su və sabunla, sintetik maddələrlə yumaq, 5%-li azot
turşusu məhlulu və s ilə aktivsizləşdirmək lazımdır.
Radiasiyadan mühafizə üçün iş otaqlarında sanitar gigiyena şəraitinə
riayət edilməsinin böyük əhəmiyyəfti vardır. Otaqlar azı beş qat hava mübadiləsi
olan ventilyasiya və hava ilə isidilmə sistemi ilə təchiz edilməlidir. Hər gün
otaqlar və avadanlıqlar yaş əski ilə silinib təmizlənməli, ayda bir dəfə isə qaynar
su ilə əsas təmizləmə işləri aparılmalıdır. Otaqda radioaktiv maddələr iş
yerindən kənarda, mexanikləşdirilmiş quyularda saxlanılır.
Radioaktiv maddələrlə və ionlaşdırıcı şüalandırma mənbələri ilə əlaqədar
olan bütün işlərdə çalışan işçilər ilk və vaxtaşırı həkim müayinələrindən
keçirilməlidir. Bu işlərdə hamilə qadırlar bütün hamiləlik dövründə, açıq
radioaktiv maddələrlə işləyən qadınlar isə bütün uşaq əmizdirmə dövründə işdən
azad olunur.

Yüklə 184,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə