Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 15 Yanğın siqnalizasiyası və rabitə



Yüklə 2,28 Mb.
səhifə42/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
Sənaye təhlukəsizliyi

Mühazirə 15
Yanğın siqnalizasiyası və rabitə

Siqnalizasiyanın və rabitənin növləri. Neft və neft-kimya sənayesində aşağıdakı siqnalizasiya və rabitə vasitələri tətbiq edilir: elektrik yanğın siqnalizasiyası (EYS) habelə telefon və radio rabitələri. İşə salma üsuluna görə elektrik siqnalizasiyası avtomat və qeyri-avtomat olur. EYS qurğuları qəbuledici stansiyaların tutumuna, habelə xəbərvericilərin qəbul stansiyaları ilə birləşmə üsuluna görə fərqlənir.
Xəbərvericilərin birləşmə üsuluna görə (xətti şəbəkənin strukturuna görə) EYS, şüa və şleyf (həlqəvi) sistemlərə bölünür.
Elektrik yanğın siqnalizasiyaları (EYS) sistemdən asılı olmayaraq üç əsas hissədən – xəbərvericilər, qəbuledici stansiya və xəbərvericiləri qəbuledici stansiyalara birləşdirən xətti şəbəkələrdən təşkil olunur. EYS sabit cərəyanla işləyən zəif cərəyanlı (24V və ya 48V) qurğulardır. Məftillərin müqaviməti 2000 Om qəbul olunur.
EYS xəbərvericiləri işə salınma üsuluna görə avtomatik və əl ilə işləyən ola bilər. Qeyri-avtomatik EYS yalnız gecə-gündüz adam olan yerdə işlədilir.
Əl ilə işə salınan xəbərvericilər öz iş xarakterinə görə düyməli və kodlu olur. Xəbərvericilər istehsalat binalarında, anbarlarda, habelə binalardan kənarda, ən çox yanğın təhlükəsi və adamların olduğu yerdə qoyulur. Yanğın haqqında siqnal verilməsi üçün xəbərvericinin şüşəsi sındırılır və düymə axıra qədər basılır. Ən çox yayılmış şüa sistemli siqnal vermədə düyməli (xəbər vermələrdə) əks fon siqnalı adlanan xüsusi quruluş tətbiq edilir. Bunun rolu qəbuledici stansiyanın almış olduğu siqnal haqqında lazımi şəxsləri xəbərdar etməkdən ibarətdir.
Düyməli xəbərverici işə düşdükdə yanğın hissəsi tablosunda onun nömrəsi qeyd edilir və buna əsasən yanğının harada baş verməsi aydınlaşdırılır. Yanğının başlandığını bildirən avtomat yanğın xəbərvericiləri üç qrupa bölünür:
I. Temperaturun artmasının təsirinə həssas olan, yaxud istilik xəbərvericiləri;
II. Açıq alovun şüalanmasının təsirinə həssas olan işıq xəbərvericiləri;
III. Yanma məhsullarının təsirinə həssas olan tüstü xəbərvericiləri.
Avtomat xəbərvericilərin effektli işləməsini təyin edən əsas parametrlər bunlardır:
a) cihazı işə salan impulsun minimal ölçüsü ilə müəyyən edilən həssaslıq;
b) müəyyən mənbəyin xəbərvericiyə təsir etməyə başladığı anla siqnalın alındığı an arasında keçən vaxtla müəyyən edilən ətalətlilik;
c) istilik, od və tüstü mənbələrinin xəbərvericini işə sala bildiyi məsafə və ya sahə ilə ölçülən təsir zonası.
İstilik xəbərvericilər diferensial, maksimal və maksimal diferensial (kombinəedilmiş) olur.
Diferensial xəbərverici qalın metal lövhədən və ona möhkəm bərkidilmiş, eyni materialdan hazırlanan nazik lövhədən ibarətdir. Bu lövhənin istilik tutumu az olur. Tez qızdıqda lövhə uzanır və kontaktı bağlayır.
Belə xəbərvericilər ətraf mühitin temperaturu dəqiqədə 5-10°C sürətlə artıqda işə düşür.
Binaların və otaqların temperaturunun kəskin artması halında maksimal təsirli xəbərverici cihazlar tətbiq edilir. Bu xəbərvericilər temperaturun artma sürətindən asılı olmayaraq işə düşür və ətraf mühitin 20°C ilə 120°C intervalında dəyişən temperaturunda qoyulur.
Ultrabənövşəyi şüaların təsirini hiss edən işıq xəbərvericiləri alovun baş verilməsi haqda ani bir anda siqnal verməyə qabildir. Xəbərvericinin həssas elementi fotoelementlərdən daha həssas olan foton sayğacıdır.
Foton sayğaclarının yük müqavimətindən alınan gərginlik impulsu üçpilləli gücləndiricilərlə güclənir. Triod kollektorunun dövrəsinə elektromaqnit relesi qoşulur. Foton sayğacından alınan impulsun orta qiyməti, xəbərvericinin həssaslığından asılı olaraq, müəyyən qiyməti keçdikdə rele işə düşür.
Xəbərverici sabit cərəyanlı qəbuledici stansiyalardan iki məftillə qidalanır. Az miqdarda toz və tüstü xəbərvericinin işinə təsir etmir. Temperaturun 10°C ilə 40°C intervalında nisbi nəmlik 80% olduqda və temperatur kəskin dəyişmədikdə xəbərverici etibarlı işləyir. Xəbərvericinin alova yüksək həssaslığına baxmayaraq o pəncərə şüşələrindən keçən gündüz işığının və elektrik işığının təsiri ilə işə düşmür. Çünki ultrabənövşəyi şüalar (dalğa uzunluğu 3000-2000°A) pəncərə şüşələri və armaturlu közərmə lampalarının şüşələri tərəfindən udulur. Normalara əsasən qoyulan xəbərvericilər sahəsi 600m2 və ondan artıq olan binaları mühafizə edə bilər.
Tüstü xəbərvericiləri, havada yanma məhsullarının olmasını müəyyən etmək üçün işlədilir


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə