MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

Yaxşı,  bu  genişlənmə  daha  nə  qədər  davam  edəcək?  Bir
maddənin kütləsi artıq olarsa, cazibə qüvvəsi də o nisbətdə artıqdır.
Bu vəziyyətdən yüksək cazibə qüvvəsi genişlənmə sürətini üstələyər.
Əksinə,  cazibə  qüvvəsi  az  olarsa,  bu  qüvvənin  genişlənməni
əngəlləməyə gücü çatmaz. Alimlərin fikrincə, əgər kainatın kütləsi
müəyyən bir dəyərin üzərindədirsə, genişlənmə bir gün dayanacaq
və kainat öz içinə çökəcək. Bu, qapalı kainat modelidir. Digər yan-
dan,  kainatın  kütləsi  müəyyən  bir  dəyərin  altındadırsa,  cazibə
qüvvəsi genişlənmə sürətini üstələyə bilməyəcəyindən kainatın ge-
nişlənməsi heç dayanmayacaq. Bu da açıq kainat modelidir.
Kainatın sonu: açıq və qapalı kainat
Daha əvvəl də bildirdiyimiz kimi, kainat Allah’ın daha əvvəl
başqa  bir  səbəbi  vasitə  etməsi  xaricində  ya  qapanıb  yeganə  bir
nöqtədə toplanaraq, ya da sonsuza qədər genişlənərək yox olacaq.
Kainatın qapalı və ya açıq, hansı modellə sona çatacağını təxmin
etmək üçün kainatdakı kütlə miqdarını bilmək gərəkdir.
Kainatın kütləsini ölçmək son dərəcə çətin olduğundan alimlər
kütlə yerinə sıxlığı ölçməyi qərara almışlar. Çünki əgər kainatın sıx-
lığı kritik sıxlıq dediyimiz bir dəyərə çatırsa, sahib olduğu cazibə
gücü  qalaktikaların  fəzada  süzmə  (qaçış)  sürətini  üstələyə  bilir.
Beləliklə, kainat bütün qalaktikaları özünə doğru çəkə bilər. Ancaq
sözügedən sıxlıq kritik bir dəyərə çatmırsa, genişlənmə sonsuza
qədər davam edər. Çünki bu cazibə qüvvəsi qalaktikaların qaçış
sürətini üstələyə bilməz. Bu nöqtəyə istinad edən saysız alimlər kai-
natın sonunu öyrənmək məqsədi ilə çox çeşidli araşdırmalar aparmış,
teleskop başında dayanaraq saatlarla qalaktik sistemlərdən gələn şüa-
ları analiz etmişlər.
Bunun üçün qalaktik sistemlərin sürəti, ölçüsü, parlaqlıqları,
uzaqlıqları hesablanıb, kainatın həqiqi sıxlıq dəyəri araşdırılıb. Əldə
edilən ilk məlumatlar kainatdakı hazırkı mövcud sıxlığın kritik sıx-
QİYAMƏT GÜNÜ
62


lığın dəyərinə olduqca yaxın olduğunu göstərmişdir. Yəni kainatın
qapalı olması ehtimalı daha yüksək olaraq müəyyən edilib. Daha
sonra bu çalışmaya 1986-cı ildə iki amerikalı tədqiqatçı Edvin Loh
və Örl Spilar minlərlə qalaktikanı öyrənərək əldə etdikləri nəticələr
də əlavə olunanda kainatın qapalı olması ehtimalı 90 faizə çatdı.
Ayrıca, bu 90 faizlik ehtimalı ortaya çıxaran sıxlıq hesablanarkən
hesaba qatılmayan və işıq yaymayan qara dəliklər kainatın sıxlıq
dəyəri hesablanarkən heç nəzərə alınmamışdı. Buna görə, kainatdakı
sıxlıq dəyəri qara dəliklərin də hesaba alınması ilə bir miqdar da ar-
tacaq. Son illərdə adına qaranlıq maddə deyilən və bütün qalaktika-
ları dolduran, gözlə görünməyən maddələrin sıxlığını da bunlara
əlavə etsək, ortaya çıxan tablo kainatın genişlənməni buraxıb öz içinə
çökəcəyi ehtimalının mümkün olduğunu göstərir. Həmçinin dr. Con
Qribbin: “Bu zaman qapalı kainat modeli üçün ortaya atılan dəlillər
indiyə qədər heç bu qədər qüvvətli olmamışdı”, - deyir.
8
Yəni olduqca kritik bir yaş və tarazlıqda olan kainat hər an qi-
yamətə hazır vəziyyətdədir. Allah Quranda “Ənbiya” surəsinin 104-
cü ayəsində kainatı yaratmağa başladığı vəziyyətinə döndərəcəyini
bu şəkildə bildirir:
“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü ya-
dınıza salın. O gün insanları ilk dəfə yaratdığımız kimi
qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli oldu-
ğumuz vədi mütləq yerinə yetirəcəyik”. (“Ənbiya” surəsi,
104)
Ayə  ilə  qapalı  kainat  modelinə  diqqət  çəkilməsi  ehtimalı
yüksəkdir. Bura qədər anlatdıqlarımızdan da göründüyü kimi, elmi
məlumatlar da kainatın təkrar büzüşmə ehtimalının yüksəkliyini
göstərir.  Belə  ki,  materialist  ideologiyasının  tərəfdarları  da  əldə
edilən nəticələrin mütləqliyi qarşısında ortaya çıxarılacaq yeni bir
iddia tapa bilməyiblər.
Harun Yəhya (Adnan Oktar) 
63


Çikaqo Universiteti (ABŞ) astronomiya bölümünün sədri Şer-
mann  keçmişdən  kainatın  qapalı  olduğu  fikrinin  fəlsəfi  və  dini
təməllərə dayandığını, ancaq bu anda modelin doğruluğunu sübut
edən bir çox nəzəri və praktiki dəlillərin olduğunu bildirir.
9
Bəli, kainatımız 15 milyard ildir genişlənir. Fəqət ortaya çıxan
nəticəyə görə, böyük ehtimalla Allah qatında zamanı bəlli bir gündə
cazibə qüvvəsi genişlənməyə hakim olacaq və genişlənmə dayana-
caq. İfrat dərəcədə sıx və qapalı bir kainatda cazibə qüvvəsi hökmran
hala gəlincə hər şey öz içinə çökməyə başlayacaq. Hər şey tərsinə
döndüyündə o zamana qədər soyuyaraq genişlənən kainat daralaraq
istiləşməyə başlayacaq, bütün qalaktik sistemlər sürətlə bir-birinə
yaxınlaşacaqlar.
Bu  modelə  görə,  bir  gün  cazibə  qüvvəsi  qalaktikaların  ge-
nişlənməsini saxlayacaq və qalaktikalar bu nöqtədən etibarən get-
dikcə artan bir sürətlə bir-birinə doğru irəliləməyə başlayacaqlar.
Kosmosda şiddətli toqquşmalar olacaq, nəhəng göy cisimləri iç-içə
keçməyə, birləşməyə başlayacaqlar. Ay, günəş, dünya, bütün planet
və ulduzlar birləşəcək, getdikcə büzüşəcək və daralan kainat yaşanan
bu prosesin sonunda bir nöqtədə toplanıb yox olacaq. Dünyanın or-
bitində meydana gələcək bir fərqin bütün canlıların yanmasına və ya
donmasına  səbəb  olacağını,  atmosferdəki  kiçik  bir  dəliyin  canlı
aləmə nə qədər mənfi təsir edəcəyini, dünyanın 23-27 dərəcəlik arada
kiçik bir dəyişiklik olması ilə mövsümlərin dəyişməyəcəyini bilirik.
Beləliklə, həssas tarazlıq üzərində qurulan nizamın kainatın büzülmə
prosesinə girdiyində nə qədər mənfi təsirlənəcəyini təxmin etmək
heç  də  çətin  deyil. Allah  Quranda  qiyamət  günü Ayla  Günəşin
birləşəcəyini  bildirir.  Bu  ayələrin  qapalı  kainat  modelinə  diqqət
çəkməsi ehtimalı var. Büzülmə gerçəkləşsə, bəlli bir zamanda dün-
yanın, Günəş sistemindəki digər planetlərin, Ayın və Günəşin bir-
biri ilə birləşəcəyi böyük bir ehtimaldır.
QİYAMƏT GÜNÜ
64


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə