Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə14/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   10   11   12   13   14   15   16   17   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

7. Su hövzələrinin abiotik faktoru.
Yer kürəsi səthinin 71%-i okeanların payına düşür.
Suyun sıxlığı havanın sıxlığından 800 dəfə, özlülüyü isə 55 dəfə çoxdur. Su hövzəsi axarlığı,
şəffaflığı, duzluluğu, temperatur tutumluğu ilə başqa sahələrdən seçilir. Bu xüsusiyyət
bakteriyaların, planktonların fotosintez proseslərinə böyük təsir edir.
Ətraf mühitin biotik faktoru.
Biotik faktor dedikdə bir orqanizmin digərlərinin həyat
fəaliyyətinə təsiri başa düşülür.
Hinlik faktorlar əsasən üç istiqamətdə inkişaf edir: 
– Qida vasitəsilə; 
– Sahə vasitəsilə; 
– Nəsilvermə vasitəsilə. 
Canlılar arasında ən əsas əlaqə qida əlaqəsi sayılır. Bu əlaqə təbii olaraq elə yaradılmışdır
ki, eyni ərazidə eyni vaxtda yaşayan heyvanlar biri-birinə qarşı olmur. Qida rəqabəti təbiət
tərəfindən tənzim olunur. Məsələn, heyvanlar təbii olaraq gecə və gündüz qruplarına bölünmüş
və bununla da, qida barəsində bir-birinə mane olmamışlar.
Canlıların sahə əlaqələri müxtəlif olur. Onlar növ daxilində güclü, növlər arasında isə zəif
olur. Eyni bir sahədə növün fərdləri çoxaldıqda onlar arasında rəqabət artır, yaşayış səviyyəsi
aşağı düşür. Müxtəlif növlərin yaşadığı sahədə hər kəsin öz yeni növü olduğu üçün onlar bir-
birinə rəqib olmurlar.
Nəsilvermə, yəni reproduktiv əlaqə əsasən növ daxilindəki fərdlər arasında gedir. Süni
olaraq, eyni növ daxilində müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər. Lakin,
hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.
Ətraf mühitin antropogen faktoru.
Antropogen faktor dedikdə, insanların istehsalat və
məişət fəaliyyəti nəticəsində ətraf mühitə edilən təsiri nəzərdə tutulur. İstehsalat fəaliyyəti
dedikdə, sənayedə, kənd təsərrüfatında, neft-qazçıxarmada, dağ-mədən işlərində və s.
göstərilən fəaliyyət nəzərdə tutulur.
Məhdudlaşdırıcı faktorlar: minimum və tolerant.
Minimum qanunu 1840-cı ildə
U.Libix tərəfindən irəli sürülmüşdür. Bu qanuna əsasən, bitkilərin inkişafı onların torpaqda
çoxluq təşkil edən maddələr ilə yox, orada olan elementlərin cüzi miqdarı ilə limitləşdirilir
(məhdudlaşdırılır). Minimum haqqında qanun özünün doğruluğunu xüsusilə insanlarda və
heyvanlarda sübut edir. Məsələn, insanların sağlamlığı onların bədənində cüzi miqdarda olan
maddələrdən – vitaminlərdən asılıdır.
Bütün canlı orqanizmlərə temperatur, nəmlik, qida ümumilikdə tam şəkildə yox, yalnız
onların müəyyən həddi lazımdır. Ekoloji minimum ilə ekoloji maksimum arasındakı diapazon


dəyanətlilik həddi adlandırılır. Başqa sözlə, bu orqanizmin tolerantlığı (tolerant qanunu)
adlandırılır. Bu qanun 1910-cu ildə V.Şelferd tərəfindən irəli sürülmüşdür.
Məhdudlaşdırıcı faktorun qiyməti ondan ibarətdir ki, o, ən mürəkkəb ekoloji halların
tədqiq edilməsinə imkan verir. Əgər orqanizm geniş tolerant faktoru diapazonuna malikdirsə,
onda belə faktor məhdudlaşdırıcı ola bilməz. Orqanizm kiçik diapazon tolerantlığa malikdirsə,
bu hal tədqiq olunmalıdır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə