Qədim Romada diplomatiyanın həyata keçirilməsinin əsas formaları
Diplomatik əlaqələrinin qədim formalarından biri də Roma diplomatiyasıdır. Qədim yunan diplomatiyası kimi roma diplomatiyası da diplomatik xidmət orqanlarının müasir formasının yaranması üçün nümunə olmuşdur.Qədim Romada da prokseniyalar (jus hospitii) və yunan amfiktoniyalarını xatırladan fesiallar kollegiyası mövcud idi. Fesiallar qəbilələr və qəbilə ittifaqları arasında yaranan mübahisələri və anlaşılmazlıqları həll edirdilər. Beynəlxalq müqavilələrin qorunması, müharibə elan edilməsi və sülh bağlanması kimi məsələlər onların səlahiyyətinə aid idi. Fesiallar mülki funksiyalara malik kahinlər kollegiyası idi. Heç bir önəmli tədbir fesialların icazəsi olmadan başlaya və qurtara bilməzdi. Onlar müharibə elan edir, sülh bağlayır və sazişlari imzalayırdılar.
Fesiallar kollegiyası qədim nəsillərdən olan 20 nəfərdən ibarət olurdu. Onların fəaliyyəti gizli saxlanılırdı. Yalnız kahinlərin başa düşdüyü sehirli sözlər deyilir və müxtəlif mərasimlər icra edilirdi. Onların xarici görkəmi fərqlənirdi: yun paltar, baş sarğısı və Kapitoli dərəsindən götürülmüş torpağın başda gəzdirilməsi. Torpaq təmsil etdiyi dövlətin ərazisini təcəssüm etdirirdi. Bu geyimdə kollegiyanın nümayəndəsi “müqəddəs ata” (pater patratus) qonşu xalqın sərhəddinə gedir və mübahisələri həll edir, yaxud müharibə elan edirdi. Bütün mübahisələri dinc yolla həll etməyə çalışırdılar, başqa yol qalmadıqda isə silaha əl atırdılar. Qədim Romada müharibə elan etmək çətin bir prosedura idi. Danışıqların aparılması dörd “müqəddəs ata”dan ibarət komissiyaya tapşırılırdı. Beynəlxalq qaydaları pozan şəhərə dəfələrlə komissiya göndərilirdi. Beynəlxalq hüququ pozan tərəfə lənətlər yağdırılır və sehirlı sözlər oxunurdu. Daha sonra komissiya Romaya qayıdır və 33 gün ərzində cavab gözlənilirdi. Cavab gəlmədikdə isə fesiallar müharibə elan etmək hüququna malik Senat və xalq qarşısında hesabat verirdilər. Bundan sonra “müqəddəs ata” bir daha sərhəddə gedir və qarşı tərəfə daş atırd
Romada səfirlikləri leqasi (legationes), safirləri isə leqat (legati), natiq (arotores) və adlandırıdılar. Qədim Romada səfir göndərmək hüququ hökmdara mənsub idi, safirlər isə fessiallardan seçilirdi. Respublika dövründə bu hüquq Senatın əlinə keçdi. Yunanıstanla müqayisədə Romada xalq yığıncaqlarının səlahiyyətləri daha məhdud idi.
Dostları ilə paylaş: |