MRMG №22
Human Rights Monitoring Group of Ethnic Minorities
M
üvəkkil
11
İnsan cəmiyyəti biosferə təsir göstərən və
ətraf mühiti dəyişdirən güclü qüvvəyə çevril-
mişdir. İnsanın təsərrüfat fəaliyyəti nəticəsin-
də biosferə birbaşa və ya dolayı yolla təsiri
antropogen təsir adlanır. Antropogen təsir
gücünə görə yalnız geoloji proseslə, miqya-
sına görə isə biosferdə baş verən maddələr
və enerji dövranı ilə müqayisə edilə biər. Cə-
miyyətin yaşaması üçün ilkin bioloji məhsula
və mineral xammala olan tələbat antropogen
təsirin mahiyyətini təşkil edir. Həmin tələba-
tı ödəyən yeganə mənbə kimi biosfer çıxış
edir.
Təbii sərvətin mənimsənilməsi, emalı və isti-
fadəsi zamanı yaranan tullantılarla ətraf mü-
hitin çirklənməsi biosferə antropogen təsirin
ekoloji nəticələridir. Biosferin ilkin və təkrar
tullantılarla çirklənməsi müşahidə olunur.
İlkin tullantılar təbii sərvətin mənimsənilməsi
nəticəsində istifadə tapmayan, təbii əlaqələri
pozulmuş biosfer məhsullarının birbaşa qa-
lıqlarından ibarətdir.
Təbii sərvətin emalı, işlənməsi və istifadəsi
nəticəsində yaranan tullatılar ikinci (təkrar)
adlandırılaraq, ətraf mühitin çirklənməsinə
səbəb olur. İkinci tullantılar sırasına həm də
insan tərəfindən sintez edilmiş və təbii eko-
sistemlərə əsas olmayan maddələr aiddir.
Biosferin təkrar, yəni ikinci tullantılarla çirk-
lənməsi daha ağır təzadlar yaradır.
Çirklənmənin mahiyyəti ekosistemin tərki-
binə ona əsas olmayan maddə əşyaların
daxil edilməsidir. Alman filosofu Hegelin ifa-
dəsinə görə: “Təbiətdə mövcud olan bütün
cisimlər qüdrətli olub, insana müxtəlif şəkildə
müqavimət göstərir. Onları fəth etməkdən
ötrü, insan onların arasında təbiətin başqa
cisimlərini yerləşdirir.”
Ekosistemə yad olan maddə, enerji və
birləşmələrin ətraf mühitə (atmosferə, li-
tosferə və hidrosferə) gətirilməsi, yerləş-
dirilməsi və atılması nəticəsində mühit
amillərinin fiziki parametrlərinin, kimyə-
vi xassələrinin və daxili qanunauyğun-
luqlarının pozulması çirklənmə adlanır.
Biosferin çirklənməsi insan cəmiyyəti yara-
nan gündən mövcuddur. Ətraf mühitə antro-
pogen təsirin zəruriliyi irəli gəlir:
· Cəmiyyətin ətraf mühitdən təcrid olunmuş
avtonom şəkildə yaşamasının qeyri-müm-
künlüyündən;
· Tullantıların və əlavə təsirin aradan qaldırıl-
mamasının qanunauyğun xarakter daşıma-
sından;
Bu qanuna əsasən təsərrüfat fəaliyyəti-
nin bütün sahələri tullantıların yaranması
və aradan qaldırılması, prinsip etibarilə,
qeyri-mümkün olan əlavə təsirlərlə nəti-
cələnir. Həmin tullantılar və əlavə təsirlər
ya bir formadan digərinə keçirilə bilər, ya
da hər hansı bir məkanda yerləşdirilə bilər.
Antropogen təsirin yaranması tarixi xa-
rakter daşısa da, sənaye dövrünə qədər
(XVIII əsr) ətraf mühitin çirklənməsi lo-
kal yayılaraq geniş əraziləri əhatə etmir-
di. Əhalinin sayının az, təbii sərvətlərin
isə bol olduğu dövrlərdə antropogen təsi-
rin nəticələri də o qədər nəzərə çarpmırdı.
· Yeni yaranan ibtidai insan təbiətdə “həll
olaraq” biosferə adi bioloji növ kimi təsir
göstərirdi;
· Bioloji növ kimi formalaşmış insan (Homo
sapiens) intensiv şəkildə ovçuluqla və bitki
toplamaqla məşğul olsa da, ekosistemlərdə
köklü dəyişikliklər yaratmırdı;
· Əkinçilk və heyvandarlığın yaranması ilə
bağlı biosferə təsir intensivləşmişdir. Geniş
ərazilərdə mal-qaranın otarılması, meşələrin
qırılaraq yandırılması, çəmənliklərin şum-
lanması nəticəsində əkin sahələrinin ge-
nişləndirilməsi təbii ekosistemlərin sıradan
çıxması və biosferdə tarazlığın pozulması ilə
nəticələnmişdir.
Antropogen təsirin sənaye dövrü son 300 ili
əhatə etməklə kulminasiya həddinə XX əs-
rdə çatmışdır. Bu mərhələdə biosferdə bü-
tün ekoloji komponentlər güclü antropogen
təsirə məruz qalaraq qlobal ekoloji təzadlar
yaranmışdır. XVII əsrə qədər biosferdə eko-
loji tarazlıq qlobal şəkildə pozulmamış qalır,
ətraf mühitin çirklənməsi isə lokal xarakter
daşıyırdı. Lakin XVII əsrdən başlayaraq
sənayenin sürətli inkişafı və onun törəməsi
olan güclü urbanizasiya biosferin sabitliyini
pozan başlıca amilə çevrilmişdir. İqtisadiy-
yatın bütün sahələrinin, o cümlədən kənd
təsərrüfatı istehsalının da sənayeləşdirilməsi
və iri şəhərlərin yaranması biosferə antro-
pogen təsiri artırmaqla XX əsrin ortalarından
başlayaraq ekoloji bəlalar yaratmışdır.
Biosferə antropogen təsirin nəticələri aşağı-
dakı formalarda özünü biruzə verir:
· Litosferin strukturunun dəyişdirilməsi, xam
torpaqların, çöl və çəmənliklərin əkilmə-
si, meşə örtüyünün məhv edilərək geniş
sahələrin meşəsizləşdirilməsi, səhralaşma
və bozqırlaşma, meliorasiya və irriqasiya
işlərinin aparılması, süni su hövzələrinin və
dəryaçaların yaradılması və s. nəticəsində;
· Biosferi təşkil edən komponentlərin
əlaqələrinin və maddələr mübadiləsinin ba-
lansının pozulması, faydalı qazıntıların çıxa-
rılması, sənaye və məişət tullantılarının litos-
ferdə toplanması, çirkləndirici maddə və bir-
ləşmələrin atmosferə və hidrosferə atılması,
quraqlaşma və s. nəticəsində;
· Yer kürəsinin ayrı-ayrı regionlarında və pla-
netdə bütövlükdə enerji, o cümlədən istilik
balansının pozulması: atmosferdə karbon
qazının (CO2) qatılığının artması nəticəsin-
də “parnik” (istixana) effektinin yaranması,
iqlimin istiləşməsi, ozon təbəqəsinin deqra-
dasiyaya uğraması üzündən dəliklərin açıl-
ması və s. nəticəsində;
· Biotanın (bitki və heyvanlar aləminin məc-
musu) dəyişdirilməsi: bir çox bitki və heyvan
növlərinin məhv edilərək itirilməsi, yeni hey-
van cinslərinin və bitki sortlarının yaradılma-
sı, bioloji müxtəlifliyin sıradan çıxması, ətraf
mühitdə (torpaq, su, hava) arzuolunmayan
biogenlərin və hansısa ərazidə yeni orqa-
nizmlərin peyda olması, kənd təsərrüfatı
bitkilərinin və mal-qaranın infeksion və para-
zitar xəstəlik törədicilərinin və ziyanvericilə-
rinin yayılması, mikrobioloji çirklənmə və s.
Hal-hazırda 200-ə qədər təbii sərvətdən is-
tifadə olunur. Müasir texnologiyanın təkmil-
ləşməməsi, mineral xammalın tam emalı və
istifadəsini təmin etmir. Onun əksər hissəsi
tullantı şəklində təbiətə qaytarılır. Bəzi mən-
bələrə görə, istehsal olunan məhsul istifadə
olunan xammalın yalnız 1-2%-ni təşkil edir,
yerdə qalanı isə tullantıya gedir. Bu fakt ətraf
mühitin çirkənməsini təsdiqləməklə yanaşı,
təbii sərvətdən qeyri-rasional istifadəyə mü-
nasibətin olmasını, qənaətedici yanaşmanın
yaranmamasını göstərir.
Elmi-texniki tərəqqinin inkişaf səviyyəsi bu
gün 10 milyona yaxın maddə sintez etməyə
imkan verir. Ümumdünya Səhiyyə Təşkilatı-
nın məlumatlarına əsasən hazırda 500 minə
yaxın kimyəvi birləşmə praktiki tətbiqini tapır.
Onlardan 40 minə yaxın birləşmə insan üçün
zərərli,12 mini isə tosik hesab olunur.
Biosferin antropogen çirklənməsinə əsasən
sənaye, energetika və nəqliyyat vasitələ-
ri (birlikdə 76%) səbəb olur. Onların iştirakı
təşkil edir: sənaye – 38%; energetika – 22%;
nəqliyyat vasitələri – 16%; kənd təsərrüfatı
– 14%; məişət tullantıları – 7%; digər mən-
bələr – 3%.
Biosferə antropogen təsirin nəticələri və
miqyası (1 ildə): Yerin təkindən 300 mlrd.
Ton mineral sərvət çıxarılır; o cümlədən, 100
mlrd. ton dəmir filizi; tikinti və dağ-mədən
işləri zamanı 4 min km2 qrunt və suxur da-
şınır; 800 mln. ton metal əridilir; 50-70 mln.
km2 torpaq səhralaşma, şoranlaşma, tikinti
və s. nəticəsində itirilir; 18 mln. hektar meşə
sahəsi məhv edilir; minə yaxın bitki və hey-
van növü itirilir; Dünya okeanına 10 mln. ton
neft məhsulları düşərək onu çirkləndirir; 7
mlrd. ton şərti yanacaq yandırılır; 4 mln. ton
pestisid istifadə olunur; 30 mlrd. ton sənaye
və məişət tullantıları bərk, maye və qaz ha-
lında atmosferə, hidrosferə və litosferə atıla-
raq biosferi çirkləndirir.
Böyük şəhərlərin böyük də ekoloji problem-
ləri mövcuddur. İri şəhərlərin yaranmasına
sənayenin inkişafı, urbanizasiya və demoq-
rafik partlayış başlıca səbəb olmuşdur.
Demoqrafik partlayış planetimizdə əhalinin
sayının sürətli artımı deməkdir. Başlanğıcı
XVIII-XIX əsrlərdə müşahidə olunmaqla XX
əsrdə əsl sıçrayışa – demoqrafik partlayışa
çevrilmişdir. Buna başlıca səbəblərdən biri
əhalinin təbii artım göstəricisinin dəyişmə-
sidir. Qədim dövrlərdən əhalinin təbii artımı
0.1 % təşkil edirdisə, bu göstərici XX əsrin
ikinci yarısında artıq 2%-ə çatmışdır.
Eramızın başlanğıcında Yer kürəsində əhali-
nin sayı 0.3 mlrd. nəfər olub, XVIII əsrin sonu
XIX əsrin əvvəllərində 1.0 mlrd.-dan 1.65
mlrd. nəfərə çataraq bu göstərici XX əsrin
sonunda 6 mlrd. nəfər təşkil etmişdir. Belə-
liklə, eramızın əvvəlindən XVIII əsrə kimi
əhalinin sayı 4 dəfə, XX əsrin əvvəlində 6
dəfə və XX əsrin sonunda 24 dəfə artmışdır.
Əhalinin intensiv artımı XX əsrdə müşahidə
olunur. Belə ki, əgər eramızın əvvəlindən XX
əsrin əvvəlinə kimi olan dövrdə Yer kürəsin-
də əhalinin sayı 6 dəfə artmışdırsa da, təkcə
XX əsrdə artım 4 dəfə təşkil etmişdir. Mütləq
artım XX əsrə qədər 1.40 mlrd. nəfər, XX əs-
rdə isə 4.35 mlrd. nəfər təşkil edir.
XXI əsrin sonunda dünya əhalisinin sayının
12-13 mlrd. təşkil edəcəyi proqnazlaşdırır.
Sənayenin inkişafı ilə bağlı iri şəhərlər ya-
ranmağa başladı. Həmin şəhərlərin əhalisi
kənd yerində yaşayan əhalinin hesabına
formalaşırdı. Şəhərlər inkişaf etdikcə kənd
əhalisinin şəhərə axını (urbanizasiyası) güc-
ləndirdi. Nəticədə şəhər və kənd əhalisinin
sayında qeyri-bərabərlik yaranmışdır və bu
gün əhalinin yarıdan çoxu şəhərlərdə məs-
kunlaşmışdır. Bəzi inkişaf etmiş ölkələrdə bu
göstərici 80%-dən çoxdur.
Ətaf mühitin çirklənməsində və biosferin
deqradasiyaya uğramasında iri şəhərlər
əsas yer tutur. Bununla bərabər, iri şəhərlə-
rin özünəməxsus ekoloji problemləri də möv-
cuddur. Ətraf mühiti çirkləndirən əsas mən-
bələr – sənaye, energetika və nəqliyyat va-
sitələri şəhərlərdə cəmləşmişdir. Şəhərin so-
sial-iqtisadi problemlərinin həllinə xidmət et-
məklə bərabər onun ekoloji durumunun gər-
ginləşməsinə səbəb olurlar. Digər problem
şəhərin həyat fəaliyyəti təchizatı və onun nə-
ticələri ilə bağlıdır. Şəhər əhalisinin ərzaq, su
və s. ilə təchizatı problemi ilə yanaşı, məişət
tullantıları da əsl ekoloji bəlaya çevrilmişdir.
İnkişaf etmiş ölkələrdə əhalisinin sayı 1 mln.
nəfər olan şəhərin suya, ərzağa və yana-
cağa olan sutkalıq tələbatı yüksək olsa da,
bunların müqabilində yaranan tullantıların
miqdarı düşünməyə daha çox vadar edir.
Əhalisi 1 mln. nəfər olan şəhər sutka ərzində
500 min ton çirkab su, 2 min ton bərk tullantı
və 1.9 min ton müxtəlif aqreqat halında və
kimyəvi tərkibdə atmosferi çirkləndirən mad-
də yaradır.
Mənşəyinə görə çirklənmə bölünür: təbii-tə-
biətdə müşahidə olunan hadisə və proseslə-
rin nəticəsində yaranır (vulkan püskürməsi,
sel hadisələri, meteoritlərin atmosferin Yerə
yaxn təbəqələrinə daxil olması, meşə yan-
ğınları və s.); antropogen – insanın fəaliyyəti
ilə bağlı bütün çirklənmələr.
Çirklənmə obyektinə görə: suyun; atmos-
ferin; torpağın; təbii landşaftın çirklənməsi.
Əhatə etdiyi əraziyə - miqayasına görə: lo-
kal kiçik əraziləri əhatə etməklə,məhdud,
yerli xarakter daşıyır; regional-ölkə daxilin-
də ərazinin hər hansı hissəsini əhatə edir;
transsərhəd – bir neçə ölkənin ərazisinə aid
edilir (Kür çayının, Xəzər dənizinin və s. çirk-
lənməməsi); qlobal ölkələr çərçivəsindən kə-
nara çıxaraq bütün sivilizasiya üçün təhlükə
yaradır (Dünya okeanının çirklənməsi, ozon
təbəqəsinin deqradasiyaya uğraması və s.).
Çirklənmə yaranma mənbəyinə və növünə
görə fiziki, kimyəvi, bioloji və biotik olub təs-
nifatı daha çox elmi-praktiki əhəmiyyət kəsb
edir.
Fiziki çirklənmə mühitin istilik-energetik,
elektromaqnit, dalğa, radioaktiv şüalan-
mavə s. parametrlərinin normadan kənara
çıxmasında müşahidə olunur: istlik (termal)
çirklənmə - metallurgiya sənayesində, istilik
elektrik stansiyalarında və s. qızdırılması
hava kütləsinin atmosferə buraxılması və isti
suyun hidrosferə axıdılması zamanı müşa-
hidə olunur; elektromaqnit şüalanma (EM-
Ş)-mühitin təbii elektromaqnit xassələrinin
dəyişdirilməsi nəticəsində baş verir, əsas
mənbə kimi müxtəlif teleradio qurğularının
yaratdığı elektromaqnit şüaları çıxış edir.
Radioaktiv çirklənmə - mühitdə radioaktiv
şüalanmanın miqdarının təbii fonu keçməsi
nəticəsində yaranır.
Radioaktiv və elektromaqnit şüalanmaları
ən təhlükəli çirklənmə növləri olub, insanla
bərabər bütün canlı aləmə (biosenoza) güclü
təsir göstərir.
Kimyəvi çirklənmələrin əsas mənbələri sə-
naye, energetika, nəqliyyat vasitələri və
kənd təsərrüfatı istehsalı olub, çirkləndiricilə-
rin tərkibi çox geniş diapazona malikdir: kar-
bon birləşmələri; kükürd birləşmələri; azot
birləşmələri; karbohidrogen məhsulları; ftor-
lu birləşmələr; ağır metallar; pestisidlər; üzvi
metal birləşmələri; mərgümüş birləşmələr;
yuycu maddələr; plastik kütlə; aerozollar;
sintez olunmuş üzvi maddələr; radioaktiv
elementlər (bəzi mənbələrdə fiziki çirklən-
məyə aid edilir) və s.
Biosferin çirklənməsində kənd təsərrüfatı-
nın intensivləşdirilməsi (sənayeləşdirilməsi)
sayəsində kimyanın – gübrə və pestisidlərin
tətbiqi xüsusi yer tutur. Miqyasına və törət-
dikləri təzadlara görə sənayedən sonra ikinci
yerdə durur.
Qəzənfər Əliyev,
AMEA Şəki Regional Elmi Mərkəzi
Genofond və bitki biomüxtəlifliyi şöbəsinin rəhbəri,
biologiya üzra fzlszfz doktoru
ANTROPOGEN
TƏSİR VƏ ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ