Mövzu8 Qiymətli kağızlar bazarı Plan 1



Yüklə 83,4 Kb.
səhifə6/8
tarix31.12.2021
ölçüsü83,4 Kb.
#82255
1   2   3   4   5   6   7   8
Mövzu 8

Birjadankənar bazarın əsasını telefon və kompyüter şəbəkəsi təşkil edir. Məhz bu şəbəkə vasitəsilə qiymətli kağızlar barədə məlumatların mübadiləsi baş verir. Birjadankənar dövriyyədə bir qayda olaraq mütəxəssis vasitəçilər fəaliyyət göstərirlər. Birjadankənar dövriyyə fond birjası strukturunda vacib yerlərdən birini tutur. Belə ki, bu dövriyyənin dolayı iştirakçılan Mərkəzi və kommersiya banklardır. Mərkəzi Banklar birjadan-kənar bazarda pul dövriyyəsini tənzimləmək və dövlət borcunu idarə etmək məqsədilə qiymətli kağızlarla müxtəlif alqı-satqı əməliyyatları yerinə yetirir. Qiymətlikağızlarla əməliyyatların böyük hissəsi birjadankənar bazarda aparılır.

4.Qiymətli kağızlar bazarında aparılan əməliyyatların növləri. Fond indeksləri, onların katirovkası.

Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü,ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur. Bu əməliyyatların növündən asılı olmayaraq onların hamısı son nəticədə qiymətli kağızların alınıb-satılması ilə nəticələnir və yaxud da bu prosesə xidmət edir. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin aşağıdakı növləri həyata keçirilə bilər:


  • broker fəaliyyəti;

  • diler fəaliyyəti;

  • qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət;

  • qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət;

  • depozitari fəaliyyəti;

  • qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət;

  • qiymətli kağızlar bazarında ticarətin təşklil üzrə fəaliyyət.

Qiymətli kağızlar bazarında göstərilən fəaliyyət növləri ilə əlaqədar olaraq müxtəlif əməliyyatlar yerinə yetirilir.Qiymətli kağızların ilkin bazarında onun funksiyalarına uyğun olaraq qiymətli kağızların buraxılışının təşkili (emissiyası), onların yerləşdirilməsi və uçotu əməliyyatlərı həyata keçirilir.

Birja əməliyyatlarının digər növü qiymətli kağızların arbitrajıdır . Arbitrajın mahiyyəti ucuz alıb, baha satmaqdır.

Birjadankənar bazarın inkişaf etmiş forması olan komputerləşdirilmiş bazarda da yuxarıda göstərilən əməliyyatlar komputer sistemi vasitəsilə həyata keçirilir.

“REPO əməliyyatı”-Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satışı (REPO-nun açılması) və eyni zamanda müvəkkil bank tərəfindən həmin İstiqrazları Mərkəzi Banka satmaq, Mərkəzi Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyəəməliyyatıdır.

“Əks REPO əməliyyatı”-müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satışı(REPo-nun açılması) və eyni zamanda Mərkəzi Bank tərəfindən həmin qiymətli kağızları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Mərkəzi Bankdan geri satın almaq öhdəliyini(REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.

-“Müvəkkil bank”-Mərkəzi Bank ilə REPO baş Sazişini bağlayan bankdır.

-“REPO Baş Sazişi”-REPO/əks-REPO əməliyyatları aparılan zaman Mərkəzi Bank və müvəkkil bank arasındakı qarşılıqlı münasibətləri tənzimləyən və REPO/əks-REPO əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirən sazişdir.

-“REPO-nun açılma tarixi”-REPO Şəhadətnaməsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satıldığı gündür.

-“Əks-REPO-nun açılma tarixi”-REPO Şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satıldığı gündür.

-“Repo-nun bağlanma tarixi”-REPO Şəhadətnaməsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı gündür.

“Əks –REPO-nun bağlanma tarixi”-REPO Şəhadətnaməsinə uyğun olaraqmüvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Bankdan satın alındığı gündür.

Qiymətli kağızlarla aparılan girov əməliyyatları

Qiymətli kağızların girova qoyulması

-Qiymətli kağızların girova qoyulması onların mülkiyyətçinin depo hesabında girov bölməsinə və ya girovsaxlayıcının girov hesabına ötürülməsi ilə həyata keçirilir və həmin hesabda dondurulur.

Qiymətli kağızların girovdan azad edilməsi

-Qiymətli kağızların girovdan azad edilməsi onların mülkiyyətçinin depo hesabının əsas bölməsinə ötürülməsi ilə (mülkiyyətçinin depo hesabının girov bölməsindən və ya girovsaxlayıcının depo hesabından) həyata keçirilir və qiymətli kağızlar dondurulmadan azad olunur.

Girovda olan qiymətli kağızlara mülkiyyət hüququnun dəyişməsi

Qiymətli kağızların hesabda dondurulması

-Qiymətli kağızların mülkiyyətçinin hesabında dondurulması onlarınmülkiyyətçinin depo hesabında öhdəliklər bölməsinə ötürülməsi ilə həyata keçirilir və bu barədə qərar verənin tapşırığı olmayanadək qiymətli kağızlar hərəkətsiz saxlanılır.


Yüklə 83,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə