Mövzu8 Qiymətli kağızlar bazarı Plan 1


Qiymətli kağızların ümumi xarakteristikası və təsnifləşdirilməsi



Yüklə 83,4 Kb.
səhifə4/8
tarix31.12.2021
ölçüsü83,4 Kb.
#82255
1   2   3   4   5   6   7   8
Mövzu 8

2. Qiymətli kağızların ümumi xarakteristikası və təsnifləşdirilməsi

hQiymətli kağız - sahibinin əmlak və qeyri əmlak hüquqlannı və bu hüquqların verilməsi inıkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir. Başqa sözlə, Azərbaycan Respublikasınm Mülki məcəlbsində deyildiyi kimi qiymətli kağız müəyyən edilmiş formaya və zəruri rekvizitlərə malik olmaqla hər hansı bir hüqııqu təsdiqbyən eb bir sənəddir ki, həmin hüquq bu sənədsiz nə həyata keçirib bibr, nə də başqa şəxsə verib bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da ona keçir. Lakin hazırda qiymətli kağızların sənədsiz forması daha geniş yayılmışdır. Bu zaman qiymətli kağızların özü buraxılmır. Yalnız onıın buraxılışı, sahibinin qeydiyyatı və uçotu aparılır. Qiymətli kağızların mahiyyəti və rolu özünü onun yerinə yetirdiyi funksiyalarda daha aydm göstərir.

Qiymətli kağızlar aşağıdakı funksiyaları yerinə yetirir:


  1. Tənzimləyici funksiya;

Qiymətli kağızlar iqtisadiyyatın müxtəlif sahəbrində gəlir normasınm dinamikasını əks etdirərək, kapitalm bir sahədən digorinə axmını təmin edir. Etibarlı, gəlirli və perspektivli sahələrin qiymətli kağızlanna təlabat çox, digər sahəbrin qiymətli kağızlanna isə tələbat aşağı olur.

  1. Pul vasitələrinin mərkəzləşdirilməsi funksiyası; İnkişaf etmiş ölkələrdə sərbəst kapitalın əsas hissəsi bilavasitə qiymətli kağızlarda yerbşdirilir. Lakin respublika-mızda qiymətli kağızlar bazan kifayət qədər inkişaf etmədiyi üçün bu funksiyanm yerinə yetirilməsiııdə bank kreditinin rolu vo ohəmiyyəti daha böyükdür

3) İqtisadi konyukturanm müəyyən edilməsi;

Qiymətli kağızlar iqtisadiyyatm vəziyətini özündə əks ctdirir. Beb ki, bu və ya digər sahədə qiymətli kağızların kursunun aşağı düşməsi həmin sahədə iqtisadi vəziyyətin pisbşməsini, kursun sabitliyi və ya onun qalxması isə iqtisadi vəziyyətin yaxşı olduğunu göstərir.

Qiymətli kağızlar bir sıra keyfiyyətbrə maiikdir: qiymətli kağızlarm tədavül etməsi, likvidliyi, riskliyi, gəlirliyi və s.

Qiymətli kağızlar alqı-satqıya girərək tədavül edir. Əldən-əb keçir.

Qiymətli kağızlarm mühüm keyfiyyətlərindən biri onun likvid olması, yəni pula çevrilmə, satılma qabiliyyətidir. Qiymətli kagızlar kapitalm puldan sonra ikinci likvid hissəsidir.

Qiymətli kağızların gəlirliyi ondan əldə olunan gəlirin (dividentin, faizin) ona qoyulan investisiyaya olan nisbətidir. Qiymətli kağızlarm gəlirliyi onun kursu ib six əlaqədardır. Qiymətli kağızlarm kursu onun fond bazarlarında alqı-satqı qiymətidir. Qiymətli kağızlarm etibarhğına sırf istisadi amilbrb yanaşı, digər amillər də (siyasi, sosial, elmi-texniki v ə s.) təsir göstərir.

Buraxılması məqsədindən, alqı-satqısmm xarakterindən, vəsaitlərin verilməsi və gəlirbrin ödənilməsi qaydasın-dan ash olaraq qiymətli kağızlar pay (əmlak), borc və törəmə qiymətli kağızlarma ayrılır.

Pay qiymətli kağızları vəsaitin kapitala sərf edildiyini göstərir və əmlakda emitentin pay və gəlir almaq hüququnu təsdiq edir. Bu cür qiymətli kağızların fəaliyyət müddəti məhdudlaşdınlmır. Pay qiymətli kağızlarma səhmlər daxildir.

Borc qiymətli kağızllan qiymətli kağız sahibbri ib qiymətli kağız buraxan şəxsbr arasındakı borc müna­sibətlərini təsdiqbyir. Borc qiymətli kağızlanna istiqrazlar, depozit və əmanət sertifıkatları, veksel, çek və s. daxildir.

Törəmə qiymətli kağızları qiymətli kağız sahibbrinə onları (səhm, çek və istiqrazları) almaq hüququ verir. Bu cür qiynıətli kağızlara opsion, varrant, fyuçers müqavibbri və özəlləşdirmə çekləri daxildir.

Səhm - sahibinin (səhmdarm) səhmdar cəmiyyətinin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək və cəmiyyətin bğvindən sonra qalan ənılakın bir hissəsini almaq hüqu-qunu təsdiqləyən qiymətli kağızdır.

Səhmlər iki cür olur: adi səhmlər və imtiyazlı səhmbr.

İmtiyazlı səhmbrin mühüm xüsusiyyəti ondan ibarətdir ki, о sahibinə ilk növbədə dividend almaq imkanı verir (əvvəlcədən müəyyən edilmiş həcmdə). Bundan başqa səhmdar cəmiyyəti bğv olunduqda kreditorların təbbbrindən sonra ilk növbədə imtiyazlı səhm sahibbrinin, sonra isə adı səhm sahibbrinin təbbbri ödənilir.

Adi səhm sahibbri isə imtiyazlı səhm sahibbrindən fərqli olaraq səsvermə hüququna malikdir və onlar səhmdar cəmiyyətinin idarə olunmasında iştirak edirbr.

Əgər adi səhmlər üzrə dividendin səviyyəsi imtiyazlı səhmbr üzrə müəyyən edilmiş səviyyədən yüksək olarsa, onda imtiyazlı səhmbrə də həmin səvivyyədə dividend verilir.

İmtiyazlı səhmlərlə istiqrazların bəzi oxşar cəhətbri vardır. Beb ki, onlar da istiqrazlar kimi əvvəlcədən sabit, müəyyən edilmiş səviyyədə gəlir gətirir. Lakin səhmlər istiqrazlar kimi borcu əks etdirmir və müddətlə məhdudlaşdırılmır.

İstiqrazlar - sahibinin istiqrazı buraxan şəxsdən, yəni emitentdən nominal dəyərini və müəyyən olunan faizi və ya onun əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. Istiqrazlar qısa və uzun müddətli ola bibr. Istiqrazlar dövbt, bələdiyyə və şirkətlər tərəfindən buraxılır.

Depozit və əmanət sertifikatları banka depozit və əma-nətin qoyulduğunu və müəyyən edilmiş müddətdən sonra faizb birlikdə vəsaitin sertifikat sahibinə qaytarılmasını tosdiqləyən qiymətli kağızlardır. Depozit və əmanət sertifikatlarmın müddəti müxtəlifdir. Depozit sertifikatları hüquqi şəxsbr tərəfindən, əmanət sertifikatları isə əhali torəfindən əldə oluna bilər.

Veksel borc qiymətli kağızlarm bir növü olub, göstəri-bn məbləğin müəyyən edilmiş müddətdə vekseli verən və onu aksept edən şəxsdən almaq hüqııqu verən sənəddir, borc öhdəliyidir. Vekselbr sadə və koçürmə veksellərinə ayrılır.

Sadə veksəkdə vekselverən eyni zaraanda ödəyici he-sab olunur. Köçürmə vekselində isə vekselverən ödəyicinin adırıı göstərir. Vekseldə göstərilən ödəyici vekseli aksept et-məlidir, yəni vekseldə imza etməlidir. Bununla da o, gös-təribn müddətdə vekseli ödəməyi öhdəsinə götürmüş olur. Sadə vekseldə vekseli verən, köçürmə vekselində isə onu ak­sept edən əsas borclu hesab olunur və vekselin vaxtmda ödə-nilməsinə məsuliyyət daşıyır. Veksel saxlayan vekseli ko-çürmə (ötürmə) qeydib verə bibr. Otürmə qeydi vekselin arxasında və ya ona əlavə edilmiş vərəqdə yazıla bibr.

Çek göstərilən pul məbbğinin çek sahibinə ödənilməsi barədə çekverənin banka verdiyi yazılı sərəncamdır. Çek yalnız о halda verib bibr ki, çekverənin bankdakı hesa-bında vəsaiti və həmin vəsaitə dair çek vasitəsilə sərəncam vermək hüququ olsun.Çekbr adh və adsız olur. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır. Çek təqdim olunduq-da ödəniliməlidir. Hər cür başqa göstəriş etibarsız sayılır.

Fyuçers müqavibnin bağlandığı zaman qiymətli kağızın müəyyən olunmuş qiymətlə alışı və satışı haqqında standart formaya malik olan qısamüddətli müqavibbrdir.

Opsion qiymətli kağızı almaq hüququ verən sənəddir. Opsion sahibi öz hüququnu həyata keçirməkdən imtina edə bilər. Amma fyuçers hər iki tərəf üçün məcburidir.

Varrant: a) qiymətli kağızları razılaşdmlmış qiymətb almaq hüququ verər sənəddir. b) anbardan verilmiş və ya anbarda yerbşdirilmiş əmtəəyə nıülkiyyət hüququnu təsdiq-byən sənəddir.

Qiymətli kağızlar bazarının tərkib hissəsi olan korporativ qiymətli kağızlar özəl müəssisələrin səhmlərindən, vek-selbrdən, depozit sertifikatları və istiqrazlardan, çekbrdən və s. ibarətdir.

Sahibinin hüquqlarınm həyata keçirilməsi formasm-dan ash olaraq qiyməıli kağızlar adlı və adsız olur. Adsız qiymətli kağızlarda sahibinin hüququnu təsdiq edən heç bir sənəd tələb olunmur. Hüquq avtomatik olaraq onu təqdim edənə keçir. Hüququn başqa şəxsə keçməsi qiymətli kağızın sadəcə olaraq ona verilməsi yolu ib baş verir.

Adlı qiymətli kağızlarda sahiblik hüququ onun adının göstərilməsi və qiymətli kağızlarm saxlanması reystrinin qeydiyyat kitabmda qeyd etməkb həyata keçirilir. Qiymətli kağızı satdıqda və ya başqasına verdikdə sahibinin adi dəyişdirilir.

Adlı və adsız qiymətli kağızlarla yanaşı order qiymətli kağızları da vardır.

Adlı qiymətli kağızlardan fəqli olaraq order qiymətli kağızlarmda orderdə adı göstəribn şəxs öz hüquqlarını ya özü həyata keçirə bibr ya da sərəncamla onu başqasına verə bibr.

Ümumiyyətlə pay, borc və törəmə qiymətli kağızları həm adlı həm də adsız ola bibr.

Qiymətli kağızlarm fəaliyyət müddətindən ash olaraq onlar şərti olaraq iki uеQэ ayrılır: qısa və uzun müddətli.

Qisa müddətli qiymətli kağızlar bir ilə qədər müddətə buraxıhr və dövriyyə kapitalına xidmət edir. Qisa müddətli qiymətli kağızlar dövbtin və biznes fəaliyyətinin qısa müddətli ehtiyaclarınm ödənilməsinə, uzun müddətli qiymətli kağızlar isə investisiya fəaliyyətinə sərf edilir.

Qiymətli ağızların növləri aşağıdakı sxemdən daha
aydın görünür


Qiymətli kağızlar

Borc qiymətli kağızları

Pay qiymətli kağızları

Törəmə qiymətli kağızlar

Səhm

Adi

İmtiyazlı

istiqrazlar

Depozit sertifikatlar

Veksellər

Çeklər

Əmanət sertifikatları və s

Opsion

Varrant

Fyuçers müqaviləsi

Özəlləşdirmə çekləri

Qiymətli kağızlara bir sıra texniki tələblər qoyulur. Belə ki, qiymətli kağızlar müəyyən ediilmiş formaya, zəruri rekvizitlərə, saxtalışdırmadan muhafizə əlamətlərinə və s. malik olmalıdır.



Yüklə 83,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə