II. Sosial simanın qavranılması haqqında. Sosial sima ilk növbədə insanın geyim xüsusiyyətləri, bəzək-düzəyi vəb. aksessuarlar vasitəsilə qavranılır. Onun nitq xüsusiyyətlərinin proksemik və fəaliyyət xarakteristikalarının, mənəvi keyfiyyətlərinin qavranılması sosial simanın qavranılmasının vektorunu təşkil edir.
Sosial simanın qavranılmasında iki önəmli sosial-psixoloji fenomen - fizioqnomik reduksiya və qrupdaxili favoritizm fenomenləri müşahidə olunur.
Fizioqnomik reduksiya özünü aşağıdakı kimi göstərir: insanın daxili aləmi, davranış və rəftarı müəyyən sosial qrup üçün tipik olan xüsusiyyətlərə görə təfsir olunur və... onun davranışı bilavasitə həmin tipik əlamətlər əsasında proqnozlaşdırılır. Bu mexanizm xüsusilə etnoslararası münasibətlər sahəsində daha aydın təzahür edir.
Dostları ilə paylaş: |