Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Maddə 2. Məşğulluq haqqında Azərbaycan Respublikasının



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə11/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   7   8   9   10   11   12   13   14   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
Maddə 2. Məşğulluq haqqında Azərbaycan Respublikasının 
qanunvericiliyi 
Sosial sığorta haqqında 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Bu Qanun Azərbaycan Respublikasında sosial sığorta sahəsiində 
münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati 
əsaslarını müəyyən edir. 
I Fəsil 
ÜMUMİ MÜDDƏALAR 
Maddə 1. 
Sosial sığorta anlayışı 
Sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin 
itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin 
kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına 
yönəldilmiş təminat formasıdır. 
Maddə 2. 
Sosial sığortanın formalar 
Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta 
formalarında olur. 


23 
Məcburi dövlət sosial sığğortası sığortaedənlər tərəfindən bütün əmək 
müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu 
Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət 
sosial sığortasına cəlb olunurlar. 
Maddə 3. 
Sosial sığortanın prinsipləri 
Sosial sığortanın prinsipləri aşağıdakılardır: 
-sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; 
-sosial sığortanın ümumiliyi; 
-sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda 
təminat verməsi; 
-sosial sığorta subyektlərinin hüquq bərabərliyi; 
-dövlət sosial sığortasının məcburiliyi; 
-məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların 
iştirakının təmin olunması.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik 
çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi 
Q A Y D A S I 
Bu qayda ―Məşğulluq haqqında‖ Azərbaycan Respublikası Qanununun 
tətbiq edilməsi barədə Azərbaycan Respublikiası prezidentinin 2001-ci il 
9 avqust tarixli 549 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və 
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 
vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi 
qaydasını müəyyən edir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə