Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə30/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

Təfəkkürün tədqiqi üsulları: 

Təfəkkür  prosesini    tədqiqi  üçün  müxtəlif  metodikalardan  istifadə  edilir. 

Əşyaların təsnifatı metodikası: ümumiləşdirmə və mücərrədləşdirmə proseslərinin 

tədqiqi üçün istifadə olunan metodikadır. Bu zaman tədqiq olunanın dediyi sözlərin 

ardıcıllığı,  məntiqiliyi,  hərəkətlərinin  istiqaməti,  düşünülmüş  olması  və  s. 

müşahidə edilir.   

 

 



 

 

 



 

 

 



 

 

-Artıq əşyanın müəyyən edilməsi metodikası: Buna 4-cü artıqdır metodikası 



da deyirlər. Təhlil-tərkib, ümumiləşdirmə, müqayisə bacarıqlarının müəyyən edir. 

Material kimi 4 ədəd şəkilli bir kart verilir. Onlardan 3-ü müəyyən əlamətlərə görə 

oxşardır,  digəri  isə  yox.  Uşaqdan  onu  tapması  istənilir.  Bu  zaman  uşaqdan  nəyə 

görə onların 3-nü bir qruplaşdırdığını, digərini artıq götürdüyünü soruşulmalıdır. 

 

-Analogiyaların müəyyən edilməsi    



 

 

 



 

 

 



Təfəkkür prosesinin 2 növ pozuntusu özünü göstərir: kəmiyyət və keyfiyyət. 

Kəmiyyət pozuntularına aşağıdakılar aiddir:  

 

 

 



 

 



 

Təfəkkürün  sürətlənməsi-fikirlərin  axını,  sürətli  şəkildə  bir-birini  əvəz 

etməsi şəklində özünü göstərir.  

 

 



 

 

 



 

 

 



Təfəkkürün  ləngiməsi-  bu  zaman  xəstələr  çətinliklə  danışır,  fikirləri  sanki 

tormozlanmış olur. Bəzən isə qeyd edirlərki, heç nə fikirlərinə gətirə bilmirlər.  

 

Təfəkkürün  patoloji  müfəssərliyi-  nitqin  ləngiməsi,  eyni  zamanda 



uzunçuluğu  ilə seçilir. Xəstələr söhbət zamanı sanki 3-cü şəxsin dili ilə danışırlar.

 

Təfəkkürün  perseverasiyası-bu  zaman  xəstə  verdiyi  cavabları  təkrar  edir. 



Bəzən eyni söhbətləri təkrar edir.  

 

 



 

 

 



 

 

 



Təfəkkürün  steriotipliyi-eyni  sözlərin  və  fikirlərin  təkrar  olunması  kimi 

özünü göstərir.    

 

 

 



 

 

 



 

 

 



 

Məntiqsiz  təfəkkür-  fikirlərin  məntiqsizliyi,  əlaqəsizliyi  şəklində  özünü 

göstərir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

Rezonyorluq- boş mühakimələr, mənasız sözlərdən ibarət nitqi ilə fərqlənir. 

 

Autistik tip təfəkkür- şəxs sankı real aləmdən uzaqlaşır. Obyektiv təcrübəyə 



əsaslanmayan, dialektiv izaha tabe olmayan təfəkkür formasıdır. 

 

 



 

Neologizm- bu zaman şəxslərdə xəstəliklə əlaqəli sözlər meydana çıxır. Hər 

hansı bir sözlə mövcud vəziyyətləri izah etmək istəyirlər.  

 

 



 

 

Təfəkkürün ambivalentliyi- xəstə eyni vaxtda bir-birinə zidd fikirlərə malik 



olur.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

Simvolik təfəkkür- normal mühakimələri simvolik fikirlərlə əlaqələndirir. 

 

Təfəkkürün kəmiyyətə pozulması: 



 

 

 



 

 

 



 

Sayıqlama ideyaları-psixi xəstəliklə əlaqəli yaranan, şəxs tərəfindən tənqidi 

münasibət bəslənilməyən əqli nəticələr formasında özünü göstərir 

 

 



 

Sarışan ideyalar- şəxsin ideyasından asılı olmayaraq, şəxs tərəfindən tənqidi 

münasibət bəslənilən ideyalar, fikirlər və meyillər formasında təzahür edir.   

 

Yüksək  qiymətli  ideyalar-  real  varlığa  əsasən  meydana  gələn,  yüksək 



emosional gərginliyə malik, düşüncədə üstün yer tutan mühakimələrdir.   

 


Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə