Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
1   2   3   4   5   6   7   8

qalstuklu, iki həftə  qırılmamış üzü olan tələbəyə baxdım. Hər birimizdə axmaq bir şöhrətpərəstlik 

oturub. Neyləyək ki, insan belə yaranıb, deyə fikirləşdim və hirsli professorun şəklini tez qaraladım. 

Budur artıq, o professor deyil, yanmayan koldur və ya odlu kometanın quyruğudur, insan cildindən 

çıxmış, mənasız bir kabusdur. Hemsed-Hitdə yandırılmış bir qucaq çirpidir. Beləliklə, mən qəzəbimin 

səbəbini tapdım və o bir anda yox oldu. Ancaq maraq qaldı. Professorların hiddətini nə ilə izah etmək 

olar? Onlar niyə  qəzəblənirlər? Onların  əsərləri analiz olunanda onlarda həmişə  hərarətin olduğu 

aşkarlanır. Bu qızğınlıq gah satirik, gah da sentimental rəng alaraq ya həddən ziyadə ciddiyyətdən, ya da 

maraqdan partlayırdı. Və bir daha bir element vardı ki, onu tez görmək olmur. Qəzəb – mən onu belə 

müəyən etdim. Ancaq o çoxdan tullanıb müxtəlif başqa hisslərlə qarışmışdı. Qəribə nəticələrinə görə, bu 

haqlı və səmimi deyil, fitnəkar və maskalanmış qəzəb idi.  

Stolumun üstündəki kitab təpəsinə baxaraq fikirləşdim, necə olur olsun, bütün bu kitablar mənə heç 

lazım deyil. Onlar elmi planda heç nəyə  dəyməzlər, amma onlarda həyati baxımdan çoxlu ibrətli, 

əyləncəli, darıxdırıcı  və Fidji adasının qadınları haqqında çox qəribə  şeylər var. Onlar həqiqətən 

məhsuldar işığında deyil, hövsələsizliklə yazılmışdır. Buna görə  də, yaxşısı budur ki, kitabxanaçının 

stoluna qayıtsınlar və kitab anbarının böyük pətəyində öz özəklərinə dağılsınlar. Mən isə  şəhər 

axtarışlarından cəmi-cümi bir faktla çıxdım.  

Amma niyə? – mən atıq kitabları qaytararaq, sütunların altında göyərçin və qədim sütunlar arasında 

durmuşdum, - niyə onlar hirslənirlər? Və bu sualı öz-özümə dayanmadan verərək səhər yeməyinə 

getdim. Professor hirsinin arxasında əslində nə gizlənib? Muzeyin yaxınlığındakı kafedə xidmət görənə 

kimi bu məsələ üzərində baş sındırmaq olar.  

Müştərilərdən birinin stulun üstündə unutduğu axşam xəbərlərinin səhər buraxılışını darıxdığım 

üçün öz nöbəmi gözləyərək, gözdən keçirməyə başladım. Bütün səhifədə başlıq: Cənubi Afrika 

partlayışında kiminsə  bəxti gətirib. Bir qədər xırda hərflərlə  xəbər verirdilər ki, Çemberlen Jenevrəyə 

gəlib. Qəssabın zirzəmisində üstündə yanmış insan tükləri olan balta tapılıb. Boşanmalar üzrə hakim 

cənabları dünən məhkəmədə qadınların abırsız davranışına qarşı nitqlə çıxış etmişdir. Başqa xəbərlər də 

gözə dəyirdi. Kaliforniyanın harasında isə başgicəlləndirən hündürlükdən kinoulduzunu düşürüblər – o 

havadan asılı qalıb. Hava tutqun-buludlu olacaq. Bu qəzet başqa planetdən gələnin  əlinə düşsəydi, bu 

ayrı-ayrı faktlardan belə başa düşərdi ki, İngiltərə patriarxın ayağı altındadır. Təkcə  ağılsızlar 

professorun hər yeri öz nüfuzuna almasını görmürlər. Hakimyyət, pul və nüfuz ona məxsudur. O bu 

səhər buraxılışının sahibi, onun redaktoru və redaktor müavinidir. O xarici işlər naziri və hakimdir. O 

yaxşı kroket oynayan və yaxta sahibidir. O ildə payçılarına gəlirin 200% ödəyən şirkətin başında durur. O 

özünün sədrlik etdiyi yetimxana və kolleclərə milyonlar vəsiyyət edir. O aktrisanı havadan asıb. 

Baltadakı tüklərin insana aid olub-olmadığını, mütəhhimin təqsirkar olub-olmadığını, onu edam etməyi 

və ya bəraət verməyi o həll edəcək. Havadan başqa hər şey ona tabedir. Bununla belə o hirslənir. Və mən 

bilirəm niyə. Onun qadının kəmdəyərliyi haqqında kitabını oxuyarkən, mən istər-istəməz söhbətin 

predmeti haqqında deyil, onun haqqında düşünürdüm. Mübahisə  qərəzsiz gedən yerdə, mübahisə 

edənlər ancaq məsələnin mahiyyətini düşünürlər, onda oxucu da eyni cür düşünür.  Əgər professor 

qadınlar haqqında qərəzsiz yazsaydı, onların kəmdəyərliliyini sübut etmək üçün danılmaz dəlillər 

gətirsəydi, nəticəni  əvvəlcədən məhz bu cür görməsəydi, heç kim coşmazdı. Noxudun yaşıl, bülbülün 

sarı olduğu faktı kimi, bunu da qəbul edərdik. Eybi yoxdur, qoy belə olsun deyərdim. Amma mən 

hşirsləndim, çünki o hiddətlənirdi. Qəzetin tərs üzünü oxuyaraq, fikirləşdim ki, insanın bu qədər 

hakimiyyəti olduğu halda onun hirslənməsi qəribədir. Bəlkə  qəzəb hakimiyyətin xidmətində olan 

şeytandır? Məsələn, varlılar tez-tez hirslənirlər, ona görə ki, dilənçilərdə sərvətləri üçün təhlükə görürlər. 

Professorlar və ya dəqiq desək, patriarxlar çox güman ki, bu səbəbə və ya daha dərində gizlənmiş başqa 

bir səbəbə görə hislənirlər. Onlar hirsli olmaya da bilərlər – əksinə olaraq tez-tez şəxsi həyatlarında 

heyran, sədaqətli, qüsursuz olurlar.  

Ola bilər ki, qadınların kəmdəyər olmasını vurğulayan professor fon X. həqiqət üçün deyil, öz şəxsi 

birinciliyi üçün canfəşanlıq edirdi. Onun üçün bu qiyməti olmayan almazdır, buna görə də o bunu belə 

coşqunluqla müdafiə edirdi. İnsan həyatı – budur pəncərə arxasından çiyinlərini qabağa vermiş adamlar 

keçir – bu sonu olmayan, gərgin mübarizədir. O böyük qüvvə  və hünər istəyir. Bizim illüziyalara 

bağlılığımıza görə daha çox özümüzə güvənməyi istəyir. Özümüzə güvənmədən biz beşikdəki körpə 

kimiyik. Bəs bu müəmmalı, misilsiz xüsusiyyəti özümüzdə sürətlə necə inkişaf etdirək? Başqalarını 

özümüzdən aşağı hesab etmək. Özümüzü doğuşdan üstün hesab etmək – məsələn, sərvət ya və titul, və 



ya roma burnu və ya babanın, Romneyin fırçasından çıxan, portreti – özünü yüksəltmək üçün müxtəlif 

hiyələlərə əl atan insanın fantaziyası tükənməzdir. Patriarxa belə başqalarını özünə tabe saxlamaq üçün, 

hakimiyyətdə qalması üçün həyati vacib hiss lazımdır ki, insanların böyük kütləsi, faktiki olaraq, 

bəşəriyyətin yarısı  onun  patriarx  hərəkətlərindən aşağıda durur. Ola bilər ki, həqiqətən də bu onun 

qüvvəsinin baş mənbələrindən biridir. Bu müşahidələrdən real həyata keçək. Görəsən, bu hər gün qeyd 

etdiyimiz psixoloji tapmacalara açar ola bilərmi? Məsələn, Z. başına gələn  əhvalat – çox mədəni, sakit 

adam Rebekka yestin kitabını  vətərqləyərkən birdən ilan çalmış kimi atılaraq «Qatı feminist! O kişiləri 

snov hesab edir!» Bu çığırma məni heyrətə saldı – əgər miss yest başqa cins haqqında xoşagəlməz sözlər 

desə, niyə o dəqiqə «qatı» oldu? Bu təkcə yaralanmış mənliyin harayı deyil, bu onun özünə inamının azca 

poulmasına qarşı etirazıdır. Bütün bu əsərlər qadın, kişi üçün onun fiqurunu iki dəfə böyüdən ayna 

olmuşdur. Belə sehirli qüvvə olmadan yəqin ki, bu günə qədər cəngəlliklərdə qalacaqdırlar. Dünya bizim 

saysız-hesabsız müharibələrin triumflalarından xəbərsiz qalacaqdı. Biz əvvəlki kimi mağaralarda 

duraraq, gəmirilmiş sümkülərin üstündə maral fiqurlarını çızar və ya çaxmaq daşını dəriyə  və ya uşaq 

zövqümüzü cəzb edən başqa bəsit bəzəyə  dəyişərdik. Tarix nə Supermenlər, nə  də Taleyin Barmağıyla 

nişanlanmışları tanımazdı. Heç kəsin başına tac qoymaq və ya başını kəsmək lazım olmazdı. Sivilizasiyalı 

qalaktikalarda necə olduğunu bilmirəm, sərt və güclü şəxslərin dünyasında aynasız keçimək olmaz. 

Napoleon və Mussolini qadının aşağı səviyyələri varlıq olduqları fikirlərində ona görə inad edirdilər ki, 

azı onu alçaltmasan, o kişini ucalda bilməz. Bu əsasən kişilər üçün qadınların nədən belə  gərəkli 

olduğunu izah edir. Niyə onlar qadının tənqidindən belə narahatdır. Niyə qadın deyə bilməz: bu 

darıxdırıcı kitabdır, bu zəif  şəkildir. Qadının hər sözü kişini eyni şeyi deyən tənqidçi kişinin sözündən 

daha çox qırar və hirsləndirər. Həqiətin səsi və aynadakı kişi, büzüşür, o daha əvvəlki həyata qabil deyil. 

Axı evdə  səhər və günorta süfrə başında onu öz nəzərlərində heç olmasa iki dəfə böyütməsələr o 

yaşamağı necə davam etsin, bilici kimi ad çıxarsın, savadsızları ziyalandırsın, qadınları  qəbul etsin, 

kitablar yazsın və bəzənəcək təntənəli banketdə necə nitq söyləsin.  

Mən çörəyi  əlimdə  əzərək, qəhvəni qarışdıraraq, pəncərədən adamlara baxaraq, bu fikrə  gəldim. 

Ayna kabusu həyatın vacıb  şərtdir, o kişiləri irəli itələyir, onların  əsəb sistemini stimullaşdırır. Aynanı 

götürün, kişi kokain dozası olmayan narkoman kimi ölə bilər. Mən belə fikirləşirəm ki, yoldan keçənlərin 

yarıçı bu illuziyanın hökmü altında isə addımlayır. Səhər onun isti şüaları altında palto və şlayapalarını 

geyinirlər. Kücəyə gümrah çıxaraq  əmindirlər ki, miss Smitin çay qonaqlığında arzu olunan qonaq 

olacaqlar; onlar hələ qonaq otağının kandarında duranda özlərinə  təlqin edirlər ki, «Burada hər ikinci 

adam məndən aşağıda durur» və söhbətə elə özlərindən razı halda qoşulurlar, bu inam cəmiyyətin 

həyatına dərin təsir göstərir və insanda maraqlı fikirlər yaradır. Başqa cinsin psixologiyasının kimi 

təhlükəli və maraqlı mövzu ətrafındakı bu düşüncələri siz ildə 500 funt gəliriniz olanda tədqiq 

edəcəyinizə ümid edirəm. Hesabı gətirən ofisiant məndən 5 şillinq və 9 pens istədi. Ofisianta 10 şillinqlik 

banknot verirəm və o pulun qalığı üçün gedir. Pul kisəmdə daha bir kupyura var. Mən onu onda gördüm 

ki, indiyə kimi pul kisəmin avtomatik banknot buraxmaq qabiliyyətinə məəttəl qalıram.  

Mənim xalam Meri Betonun mənim üçün saxladığı məlum saylı kağızların əvəzində cəmiyyət məni 

yedirir, içirir, mənə yataq və başımın üstünə dam verir. 

Məsələ ondadır ki, mənim nənəm Bombey camaatının heyrətli baxışları qarşısnıda at oynadarkən, 

boynunu sındırıb. Miras haqqında xəbər mənə gecə, qadınların seçki hüququ haqqında qəbul olunmuş 

qanun ilə eyni vaxtda çatdı. Vəkilin poçt ilə göndərdiyi məktubdan öyrəndim ki, mənə ildə 500 funt 

vəsiyyət olunub. Bu iki hadisədən: miras və  səshüququ almadan birincisi daha vacibdir. Mən  əvvəllər 

nəyin hesabına yaşayırdım? Redaksiyalarda dilənçilik edirdim, burada eşşək sərgisi haqqında, orada 

nigah mərasimi haqqında məlumat verir, konvertlərin üstünü yazır, qoca qarılar üçün oxuyur, süni çiçək 

düzəldir, qəpik-quruşa uşaqlara  əlifba öyrədirdim.  1918-ci ilə  qədər qadınlara mümkün olan bütün 

peşələr demək olar ki, bunlardır. Bu muzdlu əməyi təsvir etməyə ehtiyac yoxdur, sizin yəqin ki, bununla 

məşğul olan qadınlara tanışlığınız olub; belə ehtiyac yoxdur, yəqin ki, başınıza gəlib. Amma məni indiyə 

qədər təqib edən  ən pis şey məndə  tədricən yetişən qorxu və  qəzəb zəhərlidir. Nifrət etdiyim işi daim 

görmək və yaltaqlanaraq, üzə gülərək qul kimi görmək – o zaman bu zəruri idi, çünki risk eləmək üçün 

heç bir imkan yox idi. Və daimi fırlanan bir fikir ki, sənin istedadın çox da böyuk deyil, amma onu 

gizlətmək intihara bərabərdir – sənin istedadın məhv olur və onunla birgə sən və sənin ruhun – bütün 

bunlar pas, baharda gül açmış almanı içəridən yeyən kimi, adamın ürəyini yeyir. Dediyim kimi xalam 

rəhmətə getdi və bundan sonra hər banknotu dəyişdikcə pas bir az gedir, əvvəlki qorxu və qəzəb daha 



yoxdur. Gümüş pulu pul kisəmə qoya-qoya əvvəlki acılarımı yada salıb fikirləşdim ki, etibarlı illik gəlir 

insanın əhvalını necə də dəyişir. Dünyada heç bir qüvvə məndən mənim 500 funtumu – azadlığımı ala 

bilməz. Qida, ev v əgeyim həmişəlik mənimdir. Nəinki hədər səylərə nifrət və acıya da son qoyuldu. 

Kişilərə nifrət etməyimə səbəb yoxdur, onlar mənə toxuna bilmirlər.  

Onlara yaltaqlanmağa da ehtiyac yoxdur, onlar mənə heç nə verə bilmirlər. Və məndə bəşəriyyətin o 

biri hissəsinə, heç sevilmədən, yeni baxış yaranmağa başladı. Sinif və cinsi ümumilikdə günaşlandırmaq 

əbəsdir. Böyük insan kütlələri öz hərəkətlərinə cavabdeh deyil. Hamını elə qüvvələr hərəkətə gətirir ki, 

onları  təklikdə cilovlamaq mümkün deyil. Patriarx professorlar da tükənməz çətinliklərlə mübarizə 

aparmalı olurlar. Onların da tərbiyəsi mənimki kimi qüsurludur. Onlarda da xeyli zədə var. Düzdür, 

onların pulu və hakimiyyəti var, lakin bu çox baha başa gəlir; onları içəridən yeyən yırtıcını bəsləyirlə – 

bu sahib olmaq instinkti, qənimət ehtirasıdır ki, insanların torpağını və malını əlindən almaq sərhədləri 

dəyişdirərək bayraqları asmaq, linkorlar inşa etmək və zəhərli qazlar ixtira etmək, özü və öz uşaqlarının 

həyatını qurban vermək kimi doymaq bilməyən arzunu əmələ gətirir. 

Admirallıq alaqapısının altından (mən indicə keçdim) və ya top və  qənimətləri  şöhrətləndirən 

istənilən başqa yoldan keçin və fikirləşin ki, burada əbədiləşdirilmiş hünərin mahiyyəti nədir? və ya 

günəşli gündə dəllal və məşhur vəkili müşahidə edin, onlar kölcədə gizlənərək pul, pul, pul qazanırlar; 

amma məlum olduğu kimi insana ildə ancaq 500 funt lazımdır. Tərbiyəli adam özündə belə  vəhşi 

instinktlər daşımazdı. Onları  həyatın  şəraiti yaradır. Sivilizasiyanın nöqsanıdı, deyə  mən düşünərək o 

hersoq Kembriclinin heykəlinə baxdım, xüsusən onun xoruz plyumacına. Mən bu nöqsanları kəşf etdikcə 

mənim acılarım və qorxum yavaş-yavaş öz yerlərini təəssüf və səbirə verdilər; bir neçə il sonra isə onlar 

da keçib getdilər və böyük qurtuluş şeylərin mahiyyəti haqqında azad düşünmək dövrü gəldi. Deyək ki, 

o buna xoşuna gəlir ya yox? Filan şəkil gözəldir ya yox? Bəs bu kitab, mənim fikrimcə, sənin üçün 

maraqlıdır ya yox? Həqiqətən də, xalanın mirası  mənim üçün üfüqləri açdı, dünyanı azad, qorxusuz 

görməyi öyrətdi (…). 



TƏHLİL ÜÇÜN SUALLAR 

 

1. Bu 



necə mətndir? 

2. hansı canra aiddir? 

3.  Onun statusu necədir (ədəbi, populyar)?  

4. Qadın və kişilərin bu tip mətnlə assosiasiya etmək tendensiyası varmı (oxucuları, yazıçıları  və ya 

reprezentasiya obyektlərini də)? 

5.  Bu canrda yazılan əsərin stili «qadın» və «kişi» stili hesab olunur?  

6. Hekayə hansı  şəxsin dilindən söylənilir: birinci və ya üçüncü şəxsin? Hadisələri qəhrəmanın özü 

danışır və ya «kənar səs»? 

 

Marina Svetayeva 

 

«Mənim Puşkinim» (bir parça

 

İndi biz bağa uçub bağa gedək  



Orada Tatyana ilə görüşək.  

 

Skamya. Tatyana skamyadadır. Sonra Onegin gəlir, lakin oturmur, qız isə ayağa durur. Hər ikisi ayaq 



üstədirlər. Və ancaq o danışır, bütün vaxtı, uzun-uzadası, qız bir kəlmə  də demir. Və  mən burda başa 

düşürəm ki, bu məhəbbətdir: əvvəl skamya, skamyada qız, sonra o gəlir, və bütün müddət danışır, qız isə 

bir söz demir.  

Mən Onegina yox, Oneqin və Tatyanaya vurulmuşam (bəlkə də Tatyanaya bir qədər çox) ikisinə bir 

yerdə, məhəbbətə vurulmuşam. Və bundan sonra mən heç nəyimi hər ikisinə eyni zamanda vurulmamış 

(qıza bir qədər çox), onların ikisinə yox, onların məhəbbətinə vurulmamış yazmamışam. Məhəbbətə. 

Onların oturmadıqları skamya onların müqəddəratları oldu. Mən nə onda, nə sonra öpüşməyi 

sevmirdim, ancaq ayrılıq zamanı heç vaxt. Oturmaqlarını sevmirdim, həmişə ayrıldıqları zaman 

sevirdim. Mənim ilk məhəbbət səhnəm məhəbbət səhnəsi olmayıb: o sevmirdi (mən bunu başa düşdüm) 

ona görə ki, oturmadı, sevən qız idi, ona görə ki, ayağa qalxdı, onlar bir dəqiqə də bir yerdə olmadılar, bir 




yerdə heç nə etmədilər, hər şeyi tamamən tərsinə edirdilər: o danışır, qız susurdu, o sevmir, qız sevirdi, o 

getdi, qız qaldı, ona görə də əgər pərdəni qaldırsaq, görərik ki, qız durub, bəlkə də yenə oturub, ona görə 

ki, qız ancaq o durduğu üçün dururdu, sonra yerinə çökdü və əbədi belə oturacaq. Tatyana o skamyada 

əbədi oturacaq.  

Mənim bu ilk məhəbbət səhnəm mənim sonrakı  məhəbbət səhnələrimi bədbəxt, qarşılıqsız, qeyri-

mümkün məhəbbətin məndə olan bütün ehtirasını müəyyən etdi. Mən o dəqiqədən sonra xoşbəxt olmaq 

istəmədim və bununla da özümü sevgisizliyə məhkum etdim. Bütün iş onda idi ki, o qızı sevmirdi və qız 

onu məhz belə başqasını yox, məhz onu sevmək üçün seçdi. Onun, qızı sevə bilməyəcəyini əvvəlcədən 

bilirdi (bunu mən indi deyirəm, ancaq bunu artıq o zaman bilirdim, sadəcə olaraq indi danışmağı 

öyrənmişəm). Adamlar arasında taleyində  bədbəxt, tənha, hər  şeyi öz boynuna götürən məhəbbət 

istedadı olanlar dühadır. 

Yevgeni Onegin məndə bir çox şeyi qabaqcadan müəyyən etdi. Əgər mən bütün ömrüm boyu bu 

günə  qədər həmişə birinci yazmışamsa,  əlimi birinci uzatmamışamsa və  əllərim heç bir məhkəmədən 

qorxmadan, mənim gözlərimin qabağında bunu ediblərsə, bu ancaq ona görədir ki, mənim günlərimin 

şəfəqində şam işığında hörüyünü sinəsinə atmış Tatyana uzanmışdır. Və sonra getdikləri zaman (həmişə 

gedirdilər) nəinki arxadan əllərimi uzadır, heç başımı da döndərmirdim, ancaq ona görə ki, o vaxt başda 

Tatyana heykəl kimi dondu.  

Cəsurluq dərsi. Məğrurluq dərsi. Səadət dərsi. Tale dərsi. Tənhalıq dərsi. 

Hansı xalqın belə sevgi qəhrəmanı var: cəsur, layiqli, sevgili, əyilməz, bəsirətli və sevən! 

Axı Tatyananın cavabında heç qisasın kölgəsi də yoxdur. Buna görə  də tam intiqam alınır, Onegin 

«ildırım vurmuş» kimi durur. Onun əlində Onegini dəli etmək,  əlçatmaz həmin skamyanın torpağına 

basıb  əzmək, həmin zalın portreti ilə bir etmək üçün bütün dəlillər vardı, o isə  təkcə bir kəlmə ilə 

bunların hamısını  məhv etdi: Mən sizi sevirəm (naz etmək nəyə lazımdır). Naz etmək nəyə lazımdır? 

Təntənə üçün lazımdır? Bəs təntənə nəyə lazımdır? Buna həqiqətən də Tatyana üçün başa düşülən cavab 

yoxdur və o yenə zalın ovsulanmış dairəsində, o vaxt bağın ovsunlanmış dairəsində olduğu kimi – öz 

məhəbbət tənhalığının ovsunlanmış dairəsində, o vazt lazım gəlməyən, indi isə arzu olunan və həm onda 

və indi sevən və sevilə bilməyən. Bütün kozırlar onun əlində idi, lakin o, kart oynamırdı.  

Bəli, qızlar, sevdiyinizi birinci elan edin, sonra kəskin cavab dinləyin və sonra hörmətli yaralılara ərə 

gedin və sonra sevgi etirazlarını dinləyin və onları saymayın – və siz bütün arzuları yerinə yetirdiyi üçün 

relslərə uzanmaqdan başqa heç bir çarəsi qalmayan digər qəhrəman qadınımızdan min dəfə çox xoşbəxt 

olacaqsınız. 

Arzuların dolusu ilə arzuların yerinə yetməsi arasında  əzab toplusu ilə boş səadət arasında mənim 

seçimim doğulmuş və doğulmamışdan əvvəl olunub. 

Ona görə ki, Tatyana məndən qabaq mənim anama təsir edib. Mənim babam A.D.Meyn ona sevgilisi 

ilə özü arasında seçim etməyə  məcbur edəndə, o sevgilisini deyil, atasını seçdi və  ərə gedəndə  də 

Tatyanadan yaxşı getdi, çünki «yazıq Tanya üçün bütün püşklər eyni idi», mənim anam isə ən ağır püşkü 

seçdi – mərhum arvadına vurğun, özündən 2 dəfə böyük, iki uşaqlı bir dula – uşaqlara və özgə dərdə ərə 

getdi, ürəyində onu sevərək və sevməkdə davam edərək, onunla heç vaxt görüş axtarmayaraq və 

təsadüfən ərinin mühazirəsində onunla rastlaşan zaman onun həyat, xoşbəxtlik və sair suallarına cavab 

verdi: «Mənim qızımın 1 yaşı var, o çox iri və ağıllıdır, mən tamamilə xoşbəxtəm» (Aman Allah, yəqin, o, 

bu dəqiqələrdə mənə, yekə və ağıllıya nifrət edirdi ki, mən onun qızı deyiləm). 

Beləlilkə, Tatyana təkcə mənim bütün həyatıma deyil, mənə həyatımın faktına da təsir etdi. Puşkinin 

Tatyanası olmasaydı – mən də olmazdım.  

Qadınlar  şairləri belə oxuyurlar, başqa heç cür. Bununla belə anam mənə Tatyana adını vermədi – 

yəqin ki, hər halda qıza yazığı gəldi. 

 

TƏHLİL ÜÇÜN SUALLAR 

 

1. Bu 


mətn hansı üsluba yaxındır: elmi hekayəyə, jurnalist şərhinə, avtobioqrafiyaya və s. 

2. Sizi nə  məcbur edir ki, müəllifin qadın (kişi) olduğunu fikirləşəsiniz?  İntuisiya (stereotiplərə 

əsaslanan) və sizin mülahizəniz mətndən götürülmüş sübutlara əsaslanır. 

3. Bu 


mətnin qadın (və ya kişi) tərəfindən yazılmasını nəyə əsasən bilirsiniz? 

 



ƏDƏBİYYAT 

 

Абрамович Н. Женщина и мир мужской культуры. М. 1913. С. 103 

Арбатова М. Последнее письмо. // Меня зовут женщина, М., 1997, с.281 

Бадалов Р. Женские образы в «Китаби Деде Коркут»: вчера и завтра / Гендер: гадын проблеминин йени 

мярщяляси. - Б., 1998  



Белинский В.Г. Полн.собр.соч. в 13-ти томах, М., изд-во АН.1953-1959, т.6,с.226. 

Белинскй В.Г. Пол.собр.соч. в 13-ти томах, М.,Изд-во АН.1953-1959,т.3,с.149. 

Баженова  Н.С.  Обозначение  экспрессии  эмоций  женщин  (на  материале  художественной  прозы XVIII-XX 

веков). /Гендер: язык, культура, коммуникация. Доклады 2-й международной конференции.- М., 2001. 



Бовуар. С. Второй пол. // Иостраная литература, 1993, с. 161. 

Ванеева Л. Антигрех. // Новые амазонки.с. 224. 

Гречушникова Т.В. Немецкоязычная женская проза конца ХХ века – нивелирование гендерной идентичности 

/ Гендер: язык, культура, коммуникация. – Доклады 2-й международной конференции.- М., 2001 

«Женская  логика»,  М., 1989; «Не  помнящая  зла»,  М., 1990; «Чистенькая  жизнь»,  М., 1990; «Новые 

амазонки», М., 1991 и т.д. 



Кириевсикй И. Полн.собр.соч. в 2-х томах, М., 1864, т.1,с.119. 

Коллонтай А. Новая женщина // Современный мир. 1913. № 9. с. 162-163. 

Колтоновская Е. Женские силуэты. Спб. 1912. с. 8 

Ласунский О.Г. Вступительная статья. // В.Дмитриева. Повести. Серия «Отчий край».-Воронеж,1983,с.6. 

Мандельштам О.Э. Сочинения в 2-х томах, т.2, - М., 1990, с.275. 

Маргольм Л. Книга о женщине. Киев. 1895. с. 110. 

Надеждин Н.Н. Женщины в изображении современных русских женшин-писательниц // Новый мир. 1902. 

№ 92, С. 290. 



Нарбикова  В.  Литература  или  утопическая  полемика  с  культурой  (Интервью). // Постмодернисты  и 

посткультуре. М., 198, с128. 



Палей М. Нвые амазонки. // Новые амазонки, с.276. 

Пономарев С.И. Наши писательницы. Спб. 1891. С. 20. 

«Работница», 1989, №10, с.18. 

«Русский биографический соварь. Спб, 1913,с.497. 

Рюткенен  М.  Гендер  и  литература:  проблема  «женского  письма  и  «женского  чтения» // Филологические 

науки. 2000, №3. 

Гендер: язык, культура. Коммуникации. Доклады II Международной конференции. М., 2002,с.86. 

Толстая Т. Писание как прохождение в другую реальность (Интервью). // Постмодернисты о посткультуре. 

М.,1998,с.137. 



Толстой Л.Н. Письмо к Страхову. // Собр.соч. в 22 томах,т.17-18, М., 1984, с.686-688 

Тургенев С. Пол.собр.соч. в 12-ти томах. т.4.М.: Наука, 1980,с.476. 

Файнштен М.Ш. Писательницы пушкинской поры. Л., «Наука», 1989. 

Чуйко В. Современные женщины писательницы // Наблюдатель. 1889. № 4. С. 23, 26. 

Шаберт И. Гендер как категория новой истории литературы. / Пол. Гендер. Культура. - М.,1999. 

Шоре  Э.  Феминистское  литературоведение  на  пороге  ХХI  века.  К  постановке  проблемы  (на  материале 

русской литературы ХIХ века)/Литературоведение на пороге ХХI века. Сб. статей



. – М., 1998. 

 

Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə