141
Lisenziya 5 il müddətinə verilir. Lisenziyanın qüvvədə olma müddətinin
uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən
rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Müddəti bitmiş lisenziya etibarsız
sayılır.
3. Mehmanxana fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və bu
xidmətlərdən istifadə edən istehlakçıların hüququnu qorumaq üçün mehmanxana
standartları mövcuddur.
Mehmanxana xidmətlərinin standartları, Azərbaycan Respublikasında dövlət
standartları sisteminin bir hissəsidir.
Beynəlxalq və milli təcrübədə standart anlayışı, razılıq əsasında işlənib
hazırlanmış, mötəbər təşkilat tərəfindən təsdiq olunmuş, istfadə edilməsi üçün
məcburi olan standartlaşma üzrə normativ sənəddir.
Mehmanxana standartları mövzusunu tam aydınlaşdırmaq üçün ,
mehmanxana biznesində standartların nə rol oynadığını bilməliyik.
Mehmanxanada standart üsullarının tətbiqi və zəruri olması əsas məqsəd
sayılır. Standart (ingilis dilində -nümunə deməkdir) – etalon, model olmaq etibarı
ilə digər analoji (eyni ) müəssisələr ilə müqayisədə əsas, nümunə kimi qəbul
olunur. Eyni zamanda standart, mehmanxanalara aid olan, prinsip, tələb və
qaydaları əks etdirən normativ – texniki sənəddir. Bu sənəddə məhsulun
keyfiyyətinə qoyulan ümumi tələblər əks olunub.
Standart, elmin, texnikanın və praktik təcrübənin nəticələrinə əsaslanmalıdır.
Standartlarda, istehlakçının hüquqlarının təminatı, keyfiyyətli xidmət, münasib
qiymət, təhlükəsizlik və komfortla təmin olunması öz əksini tapmalıdır.
Standartlaşma obyekt və sahə kimi məfhumlarla əlaqəlidir.
Sandatlaşma obyekti – xidmət və xidmətin göstərilməsi üçün işlənib
hazırlanmış qayda, tələb, parametr və xaraktersitikalardan ibarətdir.
Mehmanxan müəssisəsi standartlaşma sahəsidir.
Standartlaşmanın obyekti, mehmanxanada qonağa göstərilən konkret
xidmətdir. Məsələn, qonağın qəbulu, qeydiyyatı və nömrəyə yerləşdirilməsi,
142
nömrələrin yığışdırılıb, təmizlənməsi, qonaqlara göstərilən yemək və içki xidməti
standartlaşmanın obyektidir.
Müasir mehmanxana biznesində yüksək səviyyəli xidmət və keyfiyyətli
məhsul, rəqabət şəraitində əsas meyar sayılır.
Mehmanxana biznesi əsas 3 fəaliyyət növündən ibarətdir. Bunlar,yaşayış və
qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, mətbəxdə hazırlanmış məhsul və
müxtəlif əlavə xidmətlərin göstərilməsindən ibarətdir.
Mehmanxana müəssisəsi üçün vacib şərtlərdən biri. Məhsulun və xidmətin
keyfiyyətini saxlamaq üçün işlənib hazırlanmış sistemdir. Bu sistem texniki və
funksional, keyfiyyət standartlarına bölünür.
Mehmanxana müəssisəsində texniki standartlara, hotelin memarlıq və dizayn
layihəsi daxildir. Ümumi layihəyə müəyyən tələblər, o cümlədən, mühəndis
infrastrukturu və hotelə bitişən əraziyə qoyulan tələblər aid edilir.
Müştəri hotelin göstərdiyi xidmət və məhsuldan istifadə etdiyi zaman, texniki
keyfiyyət standartları ilə təmasda olur və onda təəsürat yaradır. Müştəri bu zaman,
mehmanxana nömrələrində, biznes mərkəzində texnikadan, trenajor zalında
avadanlıqlardan, konfrans zalda masa və stullardan istifadə edən zaman texniki
keyfiyyət standartları ilə tanış olur.
Mehmanxana müəssisəslərində funksional standartlar mühüm rol oynayır.
Bunlar aşağıdakılardır:
1. Mehmanxana müəssisəsi şöbələrinin daxili və xarici fəaliyyətini istehlakçı,
təchizatçı və podratçılarla tənzimləyən standartlar.
2. Mühafizə və təhlükəsizlik standartları
3. Fövqəladə hallarda həyata keçirilən standartlar
4. İşə qəbul və ixtisas standrtları
5. Personalın peşəkar hazırlığı standartları
6. Marketinq fəaliyyətinin yerinə yetirilməsi standartları
Yuxarıda sadalanan standartlar mehmanxana müəssisəsi üçün baza rolunu(
ə
sas) oynayır.
143
Mehmanxanalar üçün müəyyən olunmuş əsas standartlardan başqa, sahibkar
və hoteli idarə edən şirkətlərin münasibətlərini tənzimləyən standartlar mövcuddur.
Franşiz (marka, brend) adı ilə işləyən hotellərə tətbiq olunan standartlar
mövcuddur.
İ
stehlakçıya, yəni müştəriyə birbaşa təqdim olunan məhsul və
xidmət, funksional keyfiyyət standartlarıdır.
Mədələn, ön büroda qonağın qəbulu, qeydiyyatı və nömrəyə
yerləşdirilməsinin tam prosesi funksional keyfiyyət standartıdır.
Yüksək səviyyəli funksional keyfiyyət standartı, hotelin nömrəsinin texniki
tələbata cavab verməyinə baxmayaraq, müştəridə müsbət təəsürat yaradır. Əksinə,
funksional keyfiyyət standartı aşağı səviyyədədirsə ( qeydiyyatın yubadılması,
personalın qaşqabaqlı olması, kobud davranış və s. ) texniki standart müvafiq
tələblərə uyğun olsa da, müştəridə narahatlıq hissləri yaradır.
Standartların hazırlanması
Yeni şəbəkə hotellərinin yaranması və müstəqil mehmanxanaların birləşməsi
hotel biznesində rəqabəti gücləndirir.
Şə
bəkə sisteminə daxil olan hotelin dərəcəsindən asılı olaraq, özünə məxsus
standartlarının olması haqqında fikir yanlışdır. Ümumiyyətlə şəbəkə sisteminə
daxil olan hotellərin standartları, demək olar ki, eynidir.
Məsələn, “Hilton” şəbəkə hotelləri müxtəlif dərəcəlidir və bu hotellər
standartlara görə deyil, dərəcələrə aid tələblərə görə fərqlənir.
Mehmanxana inşa olunarkən, brend ( nişan, marka) almaq üçün, hər hansı bir
hotelin standartları deyil, yalnız beynəlxalq tələblərə cavab verən standartları
rəhbər tutmaq lazımdır.
Müasir dövrdə hotellərdə texniki standartlar sürətlə dəyişir. Naqilsiz internet
və digər yeniliklər heç kimi təəcübləndirmir. Mehmanxanın layihəsi beynəlxalq
texniki standartalara cavab verirsə, hər hansı bir brendi seçmək imkanı artır. Çünki,
dediyimiz kimi beynəlxalq standartlar eynidir, yalnız xırda çatışmamazlıqlar ola
bilər ki, bunları da iş prosesində düzəltmək olar.
Dostları ilə paylaş: |