Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

 
96
reklamın görəcəyi effekti bilmək vacibdir. 
Reklamın ticarət və kommunikativ effektləri seçilir. 
Reklamın  ticarət  effektini  reklam  kompaniyasından  əvvəl  və  sonra 
olan satış həcmi ilə müəyyən olunur. 
Kommunikativ effekti tədqiqat və anketləşdirilmiş sorьular keçirilməsi 
ilə müəyyən edirlər. 
 
2.  Informasiya  (məlumat)  və  reklamın  növ  və  formaları 
(üsulları) 
Informasiyanın (məlumatın) verilməsi üçün nəzərdə tutulmuş vasitələr 
üzrə reklam təsnif edilə bilər. 
Bu anlayışları fərqləndirmək mühümdür. Reklam ötürücüləri məqsədli 
auditoriyaya  reklamın  çatdırılması  üçün  nəzərdə  tutulmuş  ödənişli 
vasitələrdir. Reklamın əsas vasitələri - qəzet, jurnal, radio, televiziya, lövhə, 
kataloq,  buklet,  stend,  vərəqə,  məktub,  reklam  şiti,  nəqliyyat  vasitələri 
üzərindəki elanlar və s. olur. 
Sözdən istifadə edən reklam növləri müxtəlifdir: müşahidə, eşitmə və 
müşahidə-eşitmə reklam növləri seçilir. 
Birinci  növ  reklam  növünə  qəzet,  jurnal,  digər  nəşrlər,  işıq  və  bədii 
tərtibatlı işlər, fotoreklam daxildir. Ikinci qrupa radioreklam, şifahi elanlar və 
məlumatlar daxildir. Üçüncü qrup tele və kino reklamdan ibarətdir. 
Poliqrafiya üsulu ilə hazırlanmış reklam çap reklamı adlanır. 
Bukletlər  mehmanxana  və  onun  xidmətlərinə  həsr  edilmiş  xususi 
nəşrdir.  Bukletlər  reklam  mətni  ilə  yanaşı  mehmanxananın  və  ya 
mehmanxana  şəbəkəsi  rəhbərlərinin  fotoşəkli,  qısa  tərcümeyi-halı, 
mehmanxananın ictimai və xeyriyyəçilik tədbirlərində iştirakı, fəaliyyəti və 
dünya mehmanxana sistemində tutduьu nüfuzlu yeri qeyd olunur. 
Bukletlər  -  adətən  keyfiyyətli  kaьızda  müxtəlif  rəngli  üsulla  nəşr 
edilir. Bukletlər mehmanxananın qonaqlarına, sərgi iştirakçılarına, müqavilə 
baьlayan tərəfdaşlara verilir. 


 
97
Reklam vərəqləri - bir vərəqdən ibarət olur. Onlar bir rəngli, şəkilli və 
ya ancaq mətnlə olur. Bu vərəqlər adətən sərgi və yarmarkalarda paylanır. 
Kataloqlar - mehmanxana və onun göstərdiyi xidmətlərin qısa izahı və 
onların qiymətlərini göstərən çap nəşridir. 
Müxtəlif təqvimlər (masaüstü, divara vurulan, cib təqvimləri), qələm, 
alışqan,  brelok,  qovluq,  mehmanxananın  əksi  olan  döş  nişanları,  kulqabı, 
kibrit,  bloknot,  çemodan,  masaüstü  telefonlar  və  digər  kiçik  reklam 
məhsulları qonaqlara təqdim edilmək üçün nəzərdə tutulur. Bütün bu reklam 
məhsullarının üzərində mehmanxananın ticarət və ya firma nişanı olmalıdır. 
Mehmanxananın  xarici,  zahiri  görünüşündə  işıqla  tərtib  edilmiş 
reklam  vacib  amildir.  Zahiri,  xarici  işıqlı  reklam  mehmanxananın  adının 
hafizədə  qalmasında,  ani  qavranmasında,  potensial  qonaьın  diqqətini  cəlb 
etməkdə böyük rol oynayır. Zahiri reklam neon, bilbord, brandmauer, rotafiş, 
sürətlə yazılan sətir və s. ibarətdir. 
Neon-mehmanxanada işıqlanan reklamdır. 
Bilbord  -  şitdə  tərtib  edilmiş  reklamdır.  Bilbordda  adətən  reklam 
parlaq  şəkildə  olur  və  mehmanxana  haqqında  qısa  məlumatlar,  telefon, 
ünvan  göstərilir  (məsələn,  "Plaza"  mehmanxanasının  bilbordu  "Hyatt 
Regency" mehmanxanasının qarşısında qoyulub). 
Brandmauer - binanın bərkidilmiş şit reklamı,  ya da binanın divarına 
suvaq  üstünə  çəkilmiş  rəsmdir.  Adətən  brandmauer  üzərindəki  reklam 
kifayət qədər iri ölçüdə olur. 
 
Üzərinə  reklam  çəkilmiş,  daxildən  işıqlanan,  stasionar  olan 
üçbucaqlar, qutular, kürələr (şarlar) rotafiş adlanır. 
Elektron  tablolar  meydanlarda,  küçələrdə  divar  və  ya  xüsusi 
konstruksiyalar  üzərində  quraşdırılır.  Elektron  tabloda  rəngli  reklam  mətni 
ilə yanaşı kino, video və ya komputer nümayiş etdirmək olar. 
Reklam  rolikini  hazırlamaq  üçün  mehmanxana  müdiriyyəti  reklam 
mütəxəssislərinə  müraciət  edir.  Reklam  roliki  teleyayımda  verilir. 
Mehmanxananın  imicini,  nüfuzunu  qaldırmaq  üçün  televiziya  reklamından 


 
98
da istifadə edilir. 
Turist  sərgilərində  və  yarmarkalarında  iştirak  etmək  mehmanxananın 
fəaliyyətinə müsbət təsir göstərir. 
 
3. Mеhmаnхаnаnın ticаrət və firmа nişаnı 
Hər  bir  müəssisənin,  o  cümlədən  mehmanxananın  nüfuzu,  müsbət 
obrazı onun adı və yazılışı üslubundan da asılıdır. 
Marketinq üzrə mütəxəssislər hesab edirlər ki, mehmanxananın adı və 
onun  ticarət  və  ya  firma  nişanı  mühüm  rol  oynayır.  Qonaqlar 
mehmanxananın adına və nişanına alışırlar və mehmanxana binası yaddaşda 
ə
ks  olunur.  Mehmanxana  müştərilərdə  və  tərəfdaşlarda  daha  çox  inam 
doьurmaьa başlayır. 
Bu  amillər  işgüzar  əlaqələri  möhkəmləndirir  və  biznesin  inkişafına 
təkan verir. 
Ticarət, xidmət nişanlarının bir neçə növü mövcuddur. 
Firma  nişanı  –  rəmz,  rəsm  və  ya  fərqli  bir  rəng;  xidmət  nişanı  – 
firmanın adı və nişanı olur. 
Xidmət  nişanı  zəmanət  və  reklam  funksiyasını  daşıyır.  Buna  görə  də 
sanballı şirkətlər üçün nüfuz və etibar vacib amil sayılır. Hörmət və nüfuza 
məhz  məşhur  etibarlı  tərəfdaşlarla  əməkdaşlıq  edən  mehmanxana 
müəssisələri  nail  olur.  “Bir  kəsi  tanımaq  istəyirsənsə  dostunu  soruş”  atalar 
sözü buna misal ola bilər. 
Mehmanxana işçilərinin forma geyimləri reklam kimi vacib məsələdir. 
Işçilərin geyimi firmanın rəng uslubuna və nişanına uyьun olmalıdır. Firma 
geyimləri  korporativ  təsirlə  yanaşı  intizam  nümayiş  etdirir  və  nüfuz  hissi 
yaradır. 
Mehmanxananın  daxili  reklamında  aşağıdakı  məlumatlar  öz  əksini 
tapmalıdır: 
-  bütün xidmətlərin iş rejimi, telefonu, yerləşdiyi yer; 
-  əlavə xidmətlərin növləri və siyahısı; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə