Mövzu Komanda işi anlayışı


Fəaliyyətin qiymətləndirilməsi və mükafat sistemi



Yüklə 255,89 Kb.
səhifə10/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
UNEC 1697617103

Fəaliyyətin qiymətləndirilməsi və mükafat sistemi – komanda üzvlərini fərdi şəkildə və müştərək necə qiymətləndirmək olar? Fərdi qiymətləndirmə və stimullaşdırma komandaların nəticəlikləriin yüksəlməsinə səbəb ola bilər. Beləliklə komanda üzvlərini fərdi şəkildə qitmətləndirmək və mükafatlandırmaqla yanaşı, rəhbər komanda işini də yüksək qiymətləndirməli və hər bir üzvün xüsusi xidmətini qeyd etməlidir.


Komanda tərkibi
Bu bölmə adından göründüyü kimi komandanın tərkibinin necə təşkil olunması – komanda üzvlərinin fərdi bacarıqları, rolların bölünməsi, komandanın ölçüsü və üzvlərin komanda işində üstünlüklərindən ibarətdir.
Üzvlərin bacarıqları – hər bir komanda işinin nəticəsi üzvlərin bilik, bacarıq və imkanlarından birbaşa asılıdır. Biz idman xəbərlərindən çox vaxt eşidirik ki, hər hansı bir orta səviyyəli oyunçulardan ibarət komanda yüksək səviyyəli məşqçiyə və komanda oyununa görə fərdi ustalığı çox olan komandalara qalib gəlir. Belə növ xəbərlər ona görə diqqət cəlb edir ki, belə hadisələr az hallarda təsadüf edir.
Üzvlərin şəxsiyyəti – fərdi üzvlərin şəxsiyyətinin yüksək olması və onların lazımi səviyyədə qiymətləndirilməsi komanda işinin effektivliyinə müsbət təsir edir.
Rolların bölünməsi – komandaların müxtəlif ehtiyacları vardır və üzvlər bütün rolları icra etmək üçün seçilirlər. Aparılmış tədqiqatlardan aydın olur ki, rolların lazımi səviyyədə bölünməsi komanda işinin nəticəliyinin yüksəldilməsinə müsbət təsir göstərir. Rolların bölünməsi hər bir üzvə bacarığına uyğun işin tapşırılması əsasında olmalıdır.
Komandaların ölmüləri – bir çox mütəxəssislər qrupun effektivliyinin artırılması məqsədilə komanda üzvlərinin az sayda (5-9) olması fikrindədirlər. lakin təəssüflər olsun ki, rəhbərlər çox vaxt böyük sayda komandalara üstünlük verirlər. Komanda üzvlərinin sayı çoxaldıqca əlaqələndirmə probleminin yaranmasına, mütəşəkkilliyin və qarşılıqlı fəaliyyət hissinin azalmasına səbəb olur. Böyük komandalarda üzvlərin bir-biri ilə əlaqələndirilməsi çətinləşir, xüsusilə də vaxt baxımından.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə