Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


İnformasiyaların idarəetmədə rolu



Yüklə 0,68 Mb.
səhifə105/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   98   99   100   101   102   103   104   105   106
iqtisadiyyat nmf

2. İnformasiyaların idarəetmədə rolu
İdarəetmədə informasiyanın əhəmiyyəti olduqca bö­yük­dür. İnformasiyasız idarəetməni təsəvvür etmək ol­maz. İnformasiya idarəetmə prosesi üçün yeganə mate­rial ro­lunu oynayır. Bu materiallar nə qədər obyektiv, real olar­sa idarəetmənin məhsuldarlığı və səmərəliliyi bir o qədər yük­sək olar.
İdarəetmədə informasiyaların rolu aşağıdakılardan iba­­rət­dir:
- müəssisə informasiyalar vasitəsilə ətraf mühitə uy­ğunlaşır və məlumatlanır;
- informasiya idarəedən və idarəolunan sistemlər arasında əlaqələndirici rol oynayır;
- informasiyalardan idarəetmə qərarları hasil olur.
İnformasiya sisteminin tətbiqi və bazar sisteminə uyğunlaşdırılması riyazi, statistik, plan, proqnoz və ana­li­tik hesablamaların aparılması ilə bağlıdır. Müəs­sisədə in­for­masiyanın istifadəçiləri aşağıdakılar hesab olunur:

    1. Müəssisənin təsisçiləri.

    2. Rəhbərlər, menecerlər.

    3. Müəssisənin ayrı-ayrı struktur bölmələrində çalı­şan işçilər.

    4. Təşkilatdan kənara informasiya vermək hüququ olan şəxslər. (mətbuat katibləri, ictimaiyyətlə əlaqə şöbəsi, reklam şöbələri və s.).

İnformasiya idarəetmənin bütün funksiyaları üçün vacib materialdır. İnformasiya təminatı idarəetmə prosesi üçün olduqca əhəmiyyətlidir. İnformasiyalar müəssisənin bü­tün sferalarında istifadə olunur. İdarəetmə informa­si­ya­la­­rı müəssisənin fəaliyyətinin təhlil olun­ma­sında və ona qiy­mət verilməsində böyük əhəmiyyət kəsb edir. Bu cür ida­rəetmə informasiyalarına aşağıdakıları aid etmək olar.

  1. Firmanın plan göstəriciləri haqqında informasiya;

  2. Təşkilati-struktur və onun səmərəlilik səviyyəsi haqqında informasiya;

  3. Firmanın maliyyə potensialı haqqında infor­ma­si­ya;

  4. Firmanın məhsul istehsalının həcmi haqqında in­for­masiya;

  5. Satış fəaliyyəti və onun nəticələri haqqında infor­masiya;

  6. Bazarın vəziyyəti (rəqabətin səviyyəsinin öyrə­nil­məsi) haqqında informasiya;

  7. Müəssisənin mənfəəti haqqında informasiya;

  8. Firmanın balans göstəriciləri haqqında infor­ma­si­ya.

Bütün bunlar müvafiq idarəetmə qərarlarının ha­zır­­lanması üçün əsas verir. Ona görə də hər bir in­for­ma­si­ya ob­yektiv reallığı düzgün əks etdirməlidir. Əks təqdirdə qə­bul edilmiş idarəetmə və təsərrüfat qərarları səmərəsiz xa­rak­ter daşıyacaqdır.
İnformasiyalar geniş məzmuna malik olmalı, isteh­sa­lın planlaşdırılmasını, təşkilini, həyata keçirilməsini, nəza­rət prosesini, müəssisənin bütün maliyyə-təsərrüfat fəaliy­yətini sistem və kompleks halında qiymətlən­dir­məyə im­kan verməlidir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə