Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya



Yüklə 43,05 Kb.
səhifə17/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   ...   11   12   13   14   15   16   17   18   19
Texnologiyalar

Beynəlxalq injinirinq yuxarıda da qeyd edildiyi kimi, bir tərəfin (məsləhətçi) digərinə (sifarişçi) layihələndirmə, tikinti, obyektin istismara verilməsi ilə bağlı mühəhdis-texniki xidmətlər göstərməsidir. Yeni obyektin tikintisi üçün lazım olan tam kompleks xidmətlər kompleks injinirinq adlanır. Eyni zamanda, injinirinq fəaliyyətini bir neçə tərkib hissəsinə ayırmaq olar:

  • məsləhət injinirinqi – obyektin layihələndirilməsi, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, beynəlxalq müzaidələrin keçirilməsi, tikinti planlarının işlənməsi və işlərin həyata keçirilməsinə nəzarət üzrə xidmətlərin göstərilməsi;

  • texnoloji injinirinq sənaye obyektinin tikintisi və onun istismarı, elektrik və su təhcizatı, nəqliyyat və s. ilə əlaqədar texnologiyaların sifarişçiyə verilməsini nəzərdə tutur;

  • tikinti injinirinqi – bu zaman əsasən, avadanlıqlar tikinti yerinə gətirilir, onlar montaj edilir və bununla əlaqədar, bir sıra mühəndis işləri həyata keçirilir; injinirinq firmaları öz üzərlərinə baş podratçı funksiyasını götürərək işlərə tikinti və montaj subpodrat firmalarını cəlb edə bilərlər;

  • idarəetmə injinirinqi – müasir standartlar əsasında istehsal strukturunun və inzibati idarəetmənin təşkili üzrə, istehsalın planlaşdırılması prinsiplərinin, statistik hesabat üsullarının işlənməsi və s. üzrə xidmət göstərilməsidir.

İnjinirinq tipli xidmətlər həm xüsusi ixtisaslaşmış firmalar, həm də sənaye, tikinti və digər müəssisələr tərəfindən həyata keçirilir.

İnjinirinq xidmətləri bazarında üstün mövqeyə səanyecə inkişaf etmiş ölkələrin firmaları malikdirlər: injinirinq xidmətlərinin ixracının təxminən 95%-i onların payına düşür. Bununla yanaşı, hasilat, neft emalı, kimya, kompüter texnikası sahələrində injinirinq xidmətlərinin ixracının sürətli artımı müşahidə olunur. Eyni zamanda, injinirinq yol tikintisi və digər infrastruktur sahələrində mövqelərini itirir.



Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə