|
Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati
|
səhifə | 18/22 | tarix | 18.05.2022 | ölçüsü | 427,5 Kb. | | #87311 |
| M-vzu-13Göndərmələrin mənşəyinə görə yük tarifləri: vaqon (bütün vaqonla daşınan yüklərə qoyulur); az və kiçik tonnajlı yüklərin göndərilməsi tarifləri (faktiki göndərilən kütləyə görə hesablanır); konteyner (müxtəlif təyinatlı konteynerlərlə göndərilən yüklərə tətbiq edilir) və tonnajlı (sisternalara və bunkerlərə doldurulan yüklər üçün istifadə olunur) tariflərə bölünür. Bu göndərmələr üçün daşıma haqları daşıma sənədlərində – qaimələrdə göstərilən yüklərin həqiqi kütləsinə görə tutulur.
Quruluş formasına görə yük tarifləri cədvəl və sxem tariflərinə ayrılır. Cədvəl tarifləri cədvəl məlumatları əsasında bir vaqona, bir ton yükə və ya bir konteynerə görə yüklərin mövcud stansiyalar arasında nəql edilməsi üçün istifadə olunan daşıma haqlarıdır. Sxem tariflərində (differensiallaşdırılmış) yüklərin daşınması üçün tətbiq edilən haqlar daşıma məsafəsindən asılı olaraq müəyyənləşdirilir. Bu haqlar ikidərəcəli və çoxdərəcəli olur. Eyni zamanda sxem tarifləri bütün daşıma məsafəsi üçün ton - kilometr və ya vaqon - kilometr kimi vahid bir dərəcəli - diferensiallaşdırılmamış formaya malikdir. Yük tariflərinin sxem formasından praktikada geniş istifadə olunur.
Avtomobil nəqliyyatının yük tarifləri.
Avtomobil nəqliyyatı tariflərinə aşağıdakı faktorlar təsir göstərir:
daşıma məsafəsi;
yükün kütləsi;
avtomobilin yükgötürmə qabiliyyətindən istifadə olunması imkanlarını xarakterizə edən yükün həcmcə tutumu;
avtomobilin yükgötürmə qabiliyyəti;
ümumi yürüş;
avtomobildən istifadə müddəti;
avtomobilin tipi;
yükün daşındığı rayon (ərazi) və s.
Avtomobil nəqliyyatı ilə yüklərin daşınması tariflərindən hər biri sadalanan bu faktorların hamısını deyil, yalnız konkret daşımaların həyata keçirilməsi üçün bu və ya digər dərəcədə əhəmiyyətli olanları nəzərə alır. Məsələn, işəmuzd tariflər üzrə daşımaların dəyərini hesablamaq üçün ilk növbədə daşıma məsafəsinə, yükün kütləsinə və avtomobilin yükgötürmə qabiliyyətindən istifadə dərəcəsini xarakterizə edən siniflərə diqqət yönəldilir.
Daxili çay nəqliyyatlarında tariflərin səviyyəsi hər şeydən əvvəl göndərilən yük partiyalarının həcmi, daşıma prosesində iştirak edən vasitələrdən rasional istifadə olunması, əlaqələrin növü və intensivlik dərəcəsi, seçilən marşrutlar, məntəqələr arasında dəmir yolu əlaqələrinin mövcudluğu kimi faktorlardan asılıdır.
Şəkil 10.14 -də verilən təsnifat əlamətlərindən başqa daxili çay nəqliyyatı tarifləri daxili formasına görə: differensial və yekcins olur. Yekcins tariflər 1 ton/km görə dəyişməyən vahid dərəcələrlə xarakterizə edilir. Differensial tariflər isə adından göründüyü kimi hər bir ton/kilometr hesabı ilə dəyişən dərəcələrə malikdir, yəni, hər bir ton/kilometr üçün differensiallaşdırılmış tarif dərəcələri mövcuddur.
Bundan əlavə daxili çay nəqliyyatı tarifləri özlərinin xarici görkəminə görə cədvəl və sxem formasında da olur.
Dəniz nəqliyyatı tarifləri qurulma formasına görə daxili çay nəqliyyatı tarifləri ilə demək olar ki, eyniyyət təşkil edir. Belə ki, tətbiq sahəsinə görə dəniz nəqliyyatı tarifləri əsas, müstəsna, xüsusi və yerli tariflərə bölünür.
Dostları ilə paylaş: |
|
|