Mövzu №10 Token Ring şəbəkəsi Token Ring şəbəkələri


Şəkil 9.2. Token Ring texnologiyasında idarəedici baytın formatı



Yüklə 282,99 Kb.
səhifə5/6
tarix26.04.2022
ölçüsü282,99 Kb.
#86084
1   2   3   4   5   6
ders 10

Şəkil 9.2. Token Ring texnologiyasında idarəedici baytın formatı

Bunlardan üç bit üstünlük dərəcəsini göstərən bitlər, bir bit markerə, bir bit monitora, üç bit isə ehtiyat üçün nəzərdə tutulur. Ayrılmış üstünlük biti istifadəçiyə öz paketinin və yaxud markerinin qəbul edilməsinə üstünlük verir (üstünlük 0 (sıfırdan)÷7 (yeddiyə) qədər ola bilər. 7 ən yüksək üstünlük, 0 (sıfır) isə aşağı üstünlük dərəcəsini göstərir.

Şəbəkədə düyün nöqtəsi ona mənsub olan markeri paketlə o vaxt birləşdirir ki, markerin üstünlüyü onun (düyün nöqtəsinə müraciətin) üstünlüyünə bərabər və yaxud ondan yuxarı olsun.

Marker biti paketin markerlə birləşməsinin göstəricisidir. Markerin biti 1-ə (vahidə) bərabərdirsə marker paketə birləşdirilmir, əgər 0 (sıfıra) bərabərdirsə marker paketə birləşdirilir. Əməliyyat vaxtı monitor bitinin vahidə bərabər olması markerin aktiv monitora ötürülməsini göstərir.

Ehtiyat biti isə əməliyyat yerinə yetiriləndən sonra şəbəkədə növbəti dəfə düyün nöqtələrinin hər hansı birindən öturmə üçün nəyin qəbul ediləcəyi haqda qeydiyyatın aparılması üçün istifadə edilir. Əgər əvvəlcədən üstünlük mərtəbələrində abonentin üstünlüyünün aşağı olması qeyd edilibsə, əməliyyat vaxtı ehtiyat mərtəbəsinə 0 qiyməti, üstunlük böyük olanda isə ehtiyat mərtəbələrə uyğun qiymət yazıla bilər. Qeyd olunan əməliyyatlar 4 Mbit/s sürətlə yerinə yetirilir. Son zamanlar texniki tərəqqi ilə əlaqədar olaraq bu əməliyyatın sürəti 16 Mbit/s çatdırılmışdır.

Token Rinq texnologiyasında paketin formatı aşağıdakı şəkildə verilmişdir (şəkil 9.3).




Yüklə 282,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə