Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə12/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

  23 

müxtəlif  əlamətlərinə  görə  axtarılıb  tapılması,  idarəetmə  panelinin  elementləri  ilə  işin  təşkili,  şəbəkə 

diskinin işə qoşulması və onun işdən xaric edilməsi və s. 

«Корзина» elementinin vəzifəsi istifadədən müvəqqəti uzaqlaşdırılmış faylların yerləşdiyi yaddaş 

hissəsinin həcminin müəyyən edilməsi, onun məzmununa baxılması. Lazım gəldikdə oradakı faylın bərpa 

olunması, faylların ləğvi ilə əlaqədar parametrlərin müəyyən edilməsi və s. daxildir. 

“İnternet Explorer”in əsas vəzifəsi İnternetdə bələdçilik funksiyasının yerinə yetirilməsi və onunla 

əlaqədar meydana çıxan məsələlərin həllidir. 



.İşçi  stolun  elementlərindən  biri  olan    «Мой  компьютер»  elementinin  əsas  vəzifəsi  kompüterin 

qurğuları və qurğuların məzmunu ilə işin təşkil olunması, onların xarakteristikalarının müəyyən olunması 

və dəyişdirilməsidir. Bu elementin əmrləri aşağıdakılardır: 

Открыть – kompüterə daxil olan qurğuların, daha doğrusu  yaddaş qurğularının siyahısı verilir. 

Проводник  –  kompüter  qurğuları,  onların  məzmunu  ilə  işləməni  asanlaşdıran  bələdçidən 

istifadəyə şərait yaradır. 

Найти – hər hansı əlamətə görə fayl, fayllar qrupunun və qovluğun axtarılıb tapılması; 

Управление – idarəetmə ilə əlaqədar əməliyyatların yerinə yetirilməsini təmin edir. Bura müxtəlif 

yaddaş qurğuları, xidmət və əlavələrlə. Eləcə də xidməti jurnallardakı məlumatlarla işləməni təmin edir

Подключить  (Откдючить)  системный  диск  -    şəbəkə  diskinin  işə  qoşulması  və  işdən  xaric 

edilməsini təmin edir;  

Создать ярлык -  «Мой компьютер» elementinə uyğun yeni yarlığı yaradaraq ekrana verir

Переименовать -   «Мой компьютер» elementinin adını istifadəçi dəyişərək istənilən adla əvəz 

edir; 


Удалить – elementi ekrandan silir (ləğv edir); 

Свойство – elementə aid olan xarakteristik xüsusiyyətlər haqqında məlumatları ekrana verir. 

Windows  əməliyyatlar  sisteminin  işçi  stolunun  əsas    elementlərindən  biri  də  «Корзина»  

elementidir.  Onun  əsas  vəzifəsi  istifadədən  müvəqqəti  uzaqlaşdürülmış  fayl  və  qovluqları  saxlamaqdır. 

Bu elementin əmrləri aşağıdakılardır: 

Открыть – bu əmrinverilməsi ilə ekrana elementin məzmunu, yəni fayl və qovluqların adlarının 

siyahısı verilir; 

Проводник – elementə daxil olan fayl və qovluqlar  onların məzmunu ilə işləməni asanlaşdıran 

bələdçidən istifadəyə şərait yaradır. 

Очистить корзину – “Корзина»-da olan bütün faylları silərək ləğv edir

Создать ярлык -  «Корзина» elementinə uyğun yeni yarlığı yaradaraq ekrana verir; 

Свойство  –  elementə  aid  olan  xarakteristik  xüsusiyyətlər  haqqında  məlumatları  ekrana  verir. 

Burada  “Корзина”-  nın  istifadəçi  tərəfindən  həcmi  müəyyən  edilə  bilər,  Qeyd  edək  ki,  bu  həcm 

kompüterin  yaddaş  imkanlarına  uyğun  olaraq  istənilən  qaydada  verilə  bilər.  Lakin  həcmin  ümumi 

yaddaşın  10  faizindən  çox  olmaması  məsləhət  görülür.  Eyni  zamanda  burada  faylların  ləğvi  zamanı 

təsdiqləmənin  soruşulacağını,  faylların  ləğv  olunaraq  yerləşdirilməsi  qaydaları  və  bu  parametrlərin 

umumi təyinatlı və ya fərdi olması da müəyyənləşdirilə bilər. 

Windows    əməliyyatlar  sistemində  fayl  və  qovluqların  axtarılıb  tapılması  məqsədilə  «Мой 

компьютер»  elemintinin  Найти  əmrindən  və  ya  hər  bir  yaddaş  qurğusu  seçildikdən  sonra  açılmış 

pəncərənin  yuxarı hissəsindəki  paneldə  olan Поиск  əmrindən istifadə  oluna bilər. Eyni  zamanda  axtarış 

məqsədilə  «Пуск»  düyməsini  basdıqda  açılan  pəncərədəki  Найти  əmrindən  də  istifadə  etmək  olar.  Bu 

əmrlərdən  hər  hansı  biri  verildikdən  sonra  ekranda  yeni  pəncərə  açılır.  Bu  pəncərənin  sol  tərəfindəki 

rejimlərdən    Файлы  и  папки  rejimini  seçərək  düyməni  basürüq.  Yeni  açılan  pəncərədə  tələb  olunan 

parametrləri  veririk.  Bu  parametrlərə  fayl  və  ya  papkanın  adı,  əgər  ad  bilinmirsə  onun  adinın  əlaməti, 

sonuncu dəyişiklik olan tarix, ölçüsü, ölçü dəqiq bilinmirsə onu təqribi göstərilən qaydalara uyğun ( 1Mb-

dən  kiçik,  1Mb-dən  böyük,  Kb-la)  vermək  olar.  Burada  faylın  yerləşdiyi  qurğunun  adını  və  əlavə 

məlumat kimi faylda olan unikal söz və ya söz birləşməsini də göstərmək olar.  

Bütün  bu parametrlər müəyyənləşdirildikdən sonra kompüter axtarışa başlayır. Axtarışın nəticəsi 

ekrana verilir. Əgər  eyni  adlı fayl  müxtəlif qurğularda  yerləşirsə  bu faylların hamısı  əlamətləri müxtəlif 

olduğuna görə ekranda göstərilir. Lazımi fayl və ya qovluğu istifadəçi təklif olunan siyahıdan seçir. 

Windows  əməliyyatlar  sisteminin  «Мой  компьютер»  elementinin  «Открыть»  və  ya 

«Проводник»  əmrlərindən  birinin  köməyi  ilə  açılan  yeni  pəncərədən  qurğular,  proqramlar  və  digər 

imkanlarla  işləməni  təmin  edən,  onları  müəyyənləşdirməyə  və  istəkdən  asılı  olaraq  dəyişməyə  imkan 



  24 

verən «Панель управления» (İdarəetmə paneli) əmrindən istifadə olunur. Bu əmr seçilərək verildikdən 

sonra ekranda müxtəlif elementlərin adları göstərilir. Bu elementlərin köməyi ilə sistemin parametrlərini 

müəyyənləşdirmək  və  təyin  etmək.  Vaxt  və  tarixi  nizamlamaq,  sistemin  xarici  müdaxilələrdən 

mühafizəsini vermək, yeni proqramları əlavə etmək və ləğv etmək, kompüterlərə yeni qurğuların əlavəsi 

və nizamlanmasını müəyyənləşdirmək, müxtəlif qurğulara aid parametrləri istifadəçi tələbinə və istəyinə 

uyğun dəyişmək, onların sistemin tələbatına uyğun nizamlanmasını həyata keçirmək mümkündür.  

İdarəetmə panelinin daha çox istifadə edilən əmrləri və onların iş prinsipləri aşağıdakı kimidir: 

Windows  əməliyyatlar  sistemində  klaviatura  və  MOUSE-la  işləmənin  nizamlanması  məqsədilə 

sistemin  İdarəetmə  panelinin  uyğun  olaraq  «Клавиатура»  və      «Мышь»  əmrlərindən  istifadə  edilir. 

Klaviaturaya  uyğun  əmr  verildikdən  sonra  açılan  pəncərədəki  əmrlərdən  istifadə  edərək  düymələrin 

basılması  ardıcıllığı  arasindakı  vaxt,  müxtəlif  düymələrin  kombinasiyalarının  təyinatı,  eləcə  də  istifadə 

olunan drayverin müəyyən edilməsi həyata keçirilir. 

MOUSE  qurğusu  üçün  olan  əmr  verildikdən  sonrə  açılan  pəncərədəki  əmrlərin  köməyi  ilə 

qurğunun  ekran  göstəricisinin  təyini.  Onun  hərəkət  sürəti.  müəyyən  tələblərə  uyğun  olaraq  göstərici 

şleyfinin  və  onun  uzunluğunun  müəyyən  edilməsi,  qurğu  düymələrinin  (sol  və  sağ)  təyinatının 

dəyişdirilməsi,  qurğuya  uyğun  drayveri  seçilməsini  və  sairi  həyata  keçirmək  lazımdır.  Əgər  MOUSE 

qurğusu  infraqirmizi  şüa  ilə  işləmə  qabliyyətinə  malikdirsə  onda  bunu  İdarəetmə  panelinin  xüsusi  bu 

məqsəd üçün müəyyən edilmiş əmri ilə əvvəlcədən elan etmıək lazımdır.  

Windows  əməliyyatlar  sistemində  dil  və  ona  uyğun  standartların  müəyyən  edilməsi  məqsədilə 

İdarəetmə  panelinin  «Языки  и  стандарты»    əmri  istifadə  edilir.  Əmr  verildikdən  sonra  təklif  olunan 

siyahıdan  dil  və  uyğun  dövlət  seçilir.  Bundan  sonra  standartlar  müəyyən  edilməyə  başlanılır.  Bu 

standartlara ölçü vahidləri ( uzunluq, vaxt, pul və s.) müəyyən edilir. Burada ədədlərin yazılışı qaydaları, 

kəsr hissəni bildirən işarənin  nöqtə  və  ya vergül  olması.  Böyük  ədələrin  göstərilməsi  qaydaları, vaxt  və 

tarixin verilməsi qaydası, müsbət və mənfi ədədlərin əksetdirilməsi, işarə və bahidlərin ədədlərdən əvvəl 

vəya  sonra  yerləşməsi  müəyyən  edilir.  Bu  standartların  təyinindəki  dəqiqlik  sonradan  müxtəlif  ofis 

proqramlarında  müvəffəqiyyətli  işin  təminatçısı  olur.  Qeyd  edək  ki,  sistemin  özü  tərəfindən  də  seçilən 

dilə və ölkəyə uyğun parametrlər təklif edilir. Bunun qəbul olunub olunmaması istifadəçidən asılıdır. 

Kompüterə  qoşulan  yeni  qurğunun  nizamlanması  məqəsdilə  İdarəetmə  panelinin  «Установка  и 

удаления  оборудиваний»  əmrindən  istifadə  edilir.  Əmr  verildikdən  sonra  açılan  yeni  pəncərədə  yeni 

qurğunun  avtomatik  axtarılması  və  ya  istifadəçi  tərəfindən  axtarılacağı  soruşulur.  Adətən,  axtarışın 

kompüter tərəfindən axtarılıb tapılması daha məqəsəduyğyndur. Qurğu kompüterə hansı portla qoşulduğu 

müəyyən  edildikdən  sonra  onun  nizamlama  proqramının  köməyi  ilə  qurğu  və  kompüter  arasında  əlaqə 

yaradılır. 

Əgər  hər  hansı  tələbata  uyğun  ioaraq  kompüterə  qoşulan  qurğunun  qoşulmasını  ləğv  etmək 

istəyiriksə  ondə  həmin  qurğunun  adı  dəqiq  seçilərərk  ardıcıl  addimların  dəqiq  yerinə  yetirilməsi  ilə  bu 

yerinə  yetirilir.  Qeyd  edək  ki,  qurğuların  nizamlanması  zamanı  istifadə  olunacaq  portların  düzgün 

seçilməsi və ləğv olunacaq qurğunun düzgün müəyyən edilməsi lazımdır. 

Windows  əməliyyatlar  sistemində  faylların  mühafizəsi  məqsədilə  müxtəlif  üsullardan  istifadə 

oluna bilər. Bundan  əlavə kompüterin də xarici müdaxilədən qorunması mühüm məhəmiyyətə malikdir. 

Faylların  mühafizəsi  məqsədilə  parollardan  və  faylın  müxtəlif  atributlarla  (  ancaq  oxumaq  üçün,  gizli) 

verilməsindən istifadə edilir. Kompüter və ondakı sənədlərin mühafizəsini  Windows-un brandmaueri ilə 

də  həyata  keçirmək  olar.  Sistemin  İdarəetmə  panelinin  “Брандмауер    Windowsа»  əmri  ilə  bunu  etmək 

mümkündür. Məhz bu əmrdə mühafizə  rejiminin verilməsi. mühafizənin  şərtləri müəyyənləşdirilir. Belə 

ki, əmr veriləndən sonra açılan pəncərədəki rejimlər brandmauerin işə salınıb salınmamasını, onun hansı 

şəbəkə növünə aid olması, məlumatın daxil olunması zamanı sorğu olunub olunmaması müəyyən edilir. 

Windows  əməliyyatlar  sistemində  müxtəlif  şriftlərin  əlavəsi  və  lazım  olmayanların  ləğvi 

mümkündür.  Qeyd  edək  ki,  istifadə  olunacaq  bütün  şriftlər  sistemin  “Font”  qovluğunda  yerləşməlidir. 

Əks halda bu şriftlərdən müxtəlif proqramların istifadə etməsi mümkün olmur. Hər hansı yeni şrifti əlavə 

etmək  və  ya  ləğv  etmək  məqsədilə  İdarəetmə  panelinin  «Шрифты»  əmrindən  istifadə  edilir.  Bu  əmr 

verildikdən  sonra  açılan  pənsərədə  artıq  qovluqda  olan  şriftlərin  siyahısı  verilir.  Bu  siyahıdan  ləğv 

olunacaq istənilən şrift faylını seçildikdən sonra ya kontekst menyunun ya da File menyusunun  Удалить 

əmrini  verməklə  onu  silmək  olar.  Əgər  istifadəçi  yeni  şrift  əlavə  etmək  istəyirsə  File  menyusunun 

«Установить шрифт» əmrini verir. Yeni pəncərədə şriftin yerləşdiyi qurğunu göstərir. Qurğu məzmunu 

göründükdə  lazimdirsa  bütün  şriftləri,  ya  da  yalnız  lazım  olanları  seçib  ardıcıl  addımları  yerinə  yetirir. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə