Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


Sədr: (imza,soyadı, inisialları) Katib



Yüklə 390,98 Kb.
səhifə111/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Sədr: (imza,soyadı, inisialları)

Katib:(imza,soyadı, inisialları)

RƏY

Ümumi məlumat

Rəy kitab, əsər, məqalə və s. haqqında təhlil və tənqidə əsaslanan mülahizələri əhatə edir.

Rəy xüsusi formada yazılır:

  • Rəyin kimə və nəyə verilməsi göstərilir.

  • Ortada ilk hərfi böyük olmaqlaRəy sözü yazılır.

  • Müəyyən bir faktın müsbət və mənfi cəhətləri təhlil olunur.

  • Rəyçinin təklif və tövsiyələriqeyd edilir.

  • Rəyçinin soyadı, adı və atasının adı yazılır, imzası qoyulur.

  • Rəyçinin imzasının altında yazıldığı gün, ay və il göstərilir.

“_”___20__-cı il

Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin əyani şöbə üzrə IV kurs 941-ci qrup tələbəsiƏliyev Elşad Taleh oğlunun “Müasir Azərbaycan dilində ahəng qanunu (linqvostatistik təhlil)” mövzusunda buraxılış işinə



Rəy

Müasir Azərbaycan dilinin əsas fonetik qanunlarından biri ahəng qanunu adlanır. Hələ orta məktəb dərsliklərindən hər birimizə bəllidir ki, dilimizdə saitlərin, eləcə də saitlərlə samitlərin ahəngi mövcuddur. Ahəng qanununa tabe olan bir söz daxilində ya qalın, ya da incə saitlər bir-birini izləyir. Bir söz daxilində həm qalın, həm də incə sait vardırsa, ahəng qanunu pozulmuş sayılır. Hətta səthi müşahidə göstərir ki, belə sözlər dilimizdə kifayət qədər çoxdur.

Lakin bir söz daxilində həm qalın, həm də incə saitlərə rast gəlinirsə, yəni qalın saitlərin qalın saitləri, incə saitlərin incə saitləri izləməsi qanunauyğunluğu pozulursa, onda saitlərin ahəngini qanun adlandırmaq və dilin fonetik sistemində ahəng qanununun mövcudluğundan danışmaq nə dərəcədə məntiqə uyğundur?

Bu sualın hərtərəfli elmi cəhətdən əsaslandırılmış cavabını tapmaq üçün hər şeydən əvvəl dilin bütün leksik vahidlərinin və bütün söz formalarının linqvo­sta­tistik analizini yerinə yetirmək lazımdır. Bu işin həcmi təkcə bakalavr bura­xılış işi səviyyəsində yox, həm də magistr, fəlsəfə doktorluğu və hətta elmlər doktorluğu dissertasiyaları səviyyələrində araşdırmaların yerinə yetirilməsini tələb edir.

Məhz bu səbəbdən rəy verilən bakalavr buraxılış işini yerinə yetirərkən tələbə qarşısında əsas məqsəd kimi ilkin araşdırma, müşahidə və müqayisə vərdişlərini əldə etmək, dil materiallarının dilin dərin laylarında gizlənmiş qanunauyğunluqların aşkarlanmasına aparan linqvostatistik analiz metoduna yiyələnmək tapşırığı qoyulmuşdur.

Müəllif onun qarşısında qoyulmuş məqsədə nail olmaq üçün kifayət qədər inadkarlıq göstərə bilmiş, böyük həcmdə əmək sərf etmiş, buraxılış işini yerinə yetirmək üçün lazım olan ilkin tədqiqat vərdişlərini (kartotekanın tərtibi, toplanmış leksik vahidlərin bu və ya digər əlamətlərə uyğun olaraq qruplaşdırılması, analizə cəlb olunmuş dil materialının tələbinə uyğun olaraq müxtəlif cədvəl və qrafiklərin tərtibi, onların oxunması və müvafiq nəticələrin çıxarılması və s.) əldə etmişdir.

Hesab edirəm ki, tələbə tərəfindən tam sərbəst yerinə yetirilmiş buraxılış işi mövzunun gələcəkdə magistratura və doktorantura təhsil pillələrində araşdırılması üçün tələb olunan bir başlanğıc, müəyyən mənada bünövrə elementi kimi dəyərləndirilə, müdafiəyə buraxıla və yüksək qiymətləndirilə bilər.


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə