Morq küçəsində qətl



Yüklə 477,24 Kb.
Pdf görüntüsü
tarix31.12.2021
ölçüsü477,24 Kb.
#82359
EDQAR-PO-MORQ-KUCƏSINDƏ-QƏTL



 

 

***   



Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar 

arasında gizlənəndə özünə hansı adı uydurdu − bunlar dolaşıq 

suallardır və burada nə isə bir müəmma var. 

   


Ser Tomas Braun 

  

 

   

İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az 



öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə 

görə qiymət veririk. Məlumdur ki, qeyri-adi istedadlı bir adam üçün 

təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsiylə 

qürrələnib,  əzələlərini  işlətməyə  vadar  edən  təmrinlərdən  ləzzət 

aldığı  kimi,  analiz  edən  şəxs  də  mənəvi  fəaliyyətində  dolaşıqları 

açması  ilə  öyünür,  onun  istedadını  fəaliyyətə  gətirən  ən 

əhəmiyyətsiz  məşğuliyyətindən  həzz  alır.  O,  tapmacalar, 

müəmmalar  və  başsındırmaların  vurğunudur.  Çətin  məsələlərin 

həllində  müəyyən  bacarıq  nümayiş  etdirir.  Bu  da  adi  zəka  sahibi 

üçün az qala qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində 

bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin 

möcüzəsi təsirini bağışlayır.    

Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun 

ali bölməsi sayəsində xeyli möhkəmlənir. Bu bölmə yalnış olaraq 

əməliyyatın  əks  təsiri  üzündən,  necə  deyərlər,  “parexcellanaliz 

adlanır.  Bununla  belə,  hesablamaq  öz-özlüyündə  analiz  etmək 

deyildir. Məsələn, şahmatçı analizə cəhd göstərməyərək, hesablama 

aparır. Buradan belə bir nəticə çıxır ki, zehn üçün son dərəcə xeyirli 

olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində 

dayanır.  Mən  heç  də  elmi  əsər  yazmıram,  sadəcə  olaraq  təsadüfi 

müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi 

görünən hekayətimə müqəddimə verirəm. Buna görə də, fürsətdən 

istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha 

downloaded from KitabYurdu.org




 

  

4 | 



s ə h i f ə

 

  



 

  

dərindən düşünməyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali 



incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı 

məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri 

var. Bu mürəkkəblik (bildiyimiz kimi tez-tez olur) səhvən dərinlik 

kimi qəbul edilir. Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin 

bir  anlığa  zəifləməsi  səhvə  gətirib  çıxarır  və  ya  məğlubiyyətlə 

nəticələnir. Şahmatda münkün olan müxtəlif gedişlər eyni dərəcədə 

qiymətlidir.  Buna  görə  də  səhvlər  getdikcə  artır  və  on  oyundan 

doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. 

Dama oyununda isə əksinə olur.    

Burada  gedişlərin  məhdud  və  az  variantı  var.  Səhv  etmək 

ehtimalı  azalır,  diqqət  bir  o  qədər  rol  oynamır.  Fərasətli  oyunçu 

müvəffəqiyyət  qazanır.  Əyanilik  üçün  gəlin  bir  dama  oyununu 

təsəvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir 

diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular 

bərabər  səviyyəli  olduğundan),  beynini  var  qüvvəsi  ilə  işə  salan 

oyunçu incə bir gedişlə əldə edə bilər.    

Adi  imkanlardan  məhrum  olan  şəxs  çalışır  ki,  rəqibinin 

fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt 

bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv 

hesablamaya  sövq  edir.  Vist  kart  oyunudur,  insanın  hesablama 

qabiliyyətinə  onun  təsiri  çoxdan  məlumdur;  bu  da  məlumdur  ki, 

böyük  zəka  sahibləri  vistə  qarşı  izaholunmaz  dərəcədə  meyl 

göstəriblər,  şahmata  isə  əhəmiyyətsiz  bir  əyləncə  kimi  məhəl 

qoymayıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz 

üçün bu qədər qabiliyyət tələb etmir.    

Dünyada  ən  yaxşı  şahmatçı  yalnız  şahmatçı  olaraq  qalır, 

halbuki  vistdə  məharətli  oyun  insan  fəaliyyətinin  daha  vacib 

downloaded from KitabYurdu.org




 

  

5 | 



s ə h i f ə

 

  



 

  

sahələrində  qələbə  çalmaq  bacarığı  ilə  birləşir,  burada  zəka  ilə 



yarışır.   

downloaded from KitabYurdu.org




 

  

6 | 



s ə h i f ə

 

  



 

  

“Məharətli  oyun”  dedikdə  kamilliyin  ali  dərəcəsini  nəzərdə 



tuturam;  bu  vaxt,  oyunçu qələbəyə  gətirib  çıxaran bütün fəndlərə 

yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda 

rəngarəngdir,  insan  fkirlərinin  elə  dərinliklərində  özünə  məskən 

salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə 

müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, diqqətini 

bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid 

bəsləyə  bilər,  çünki  Hoylun*  təlimatı  (sadə  oyun  mexanizminə 

əsaslanır) hamı tərəfindən kifayət dərəcədə başa düşülür. Möhkəm 

yaddaşı  olmaq,  təlimatda  göstərilən  qaydalara  əməl  etmək  visti 

yaxşı  oynamaq  üçün  hamının  vacib  hesab  etdiyi  məsələlərdir. 

Ancaq  analiz  edən  şəxsin  bacarığı  məhz  təlimatda  nəzərdə 

tutulmayan  hüdudlarda  özünü  büruzə  verir.  O,  öz-özlüyündə 

saysızhesabsız  nəticələr  çıxarır  və  müşahidələr  aparır.  Onun 

oyundaşı  da,  bəlkə  belə  hərəkət  edir.  Rəqiblərin  bir-birini 

öyrəndikləri  müddətdə  əldə  edilmiş  məlumatdakı  müxtəliflik, 

çıxarılmış nəticələrin doğruluğundan çox, aparılmış müşahidələrin 

keyfiyyətində özünü göstərir. Əsas məsələ nəyi müşahidə etməkdir. 

Oyun  əsas  məqsədi  olmasına  baxmayaraq  özünü  heç  nə  ilə 

məhdudlaşdırmır,  uzaq  göstərişlərdən  belə  çəkinmir.  O,  rəqibinin 

üzünün  ifadəsinə  fikir  verir,  kartları  əlində  necə  tutmasına  diqqət 

yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını çox vaxt 

oyundaşının  baxışlarından başa  düşür.  Oyun  davam  etdikcə  onun 

hərəkətlərini  izləyir,  üzünün  cizgilərində  bir-birini  əvəz  edən 

peşmançılıq,  ya  sevinc,  əminlik,  ya  təəccüb  ifadə  edən  dəyişiklik 

görür  və  saysızhesabsız  nəticələr  çıxarır.  Rəqibin  kartları  stolun 

üstündən  özünə  tərəf  çəkdiyini  görəndə  onun  sonrakı  kartları  da 

götürəcəyini anlayır, kartın necə atıldığından başa düşür ki, rəqibi 

hiylə işlədir və gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və 

ya diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya 

downloaded from KitabYurdu.org




 

  

-  



7 | 

s ə h i f ə

 

  

 



  

açılmış  kart  (bir  qayda  olaraq  ehtiyatla  və  sakitcə  gizlədilir), 

vurulmuş  kartların  he  sablanması  və  onların  düzülüşü,  çaşqınlıq, 

tərəddüd,  səbirsizlik  və  ya  qorxu,  bir  sözlə  analiz  edənin  duyma 

qabiliyyətindən heç nə yayınmır: iki-üç gedişdən sonra kimin əlində 

hansı kartların olduğunu təsəvvür edir. Elə inamla oynayır ki, yerdə 

qalan  oyunçular  uduzurlar.  Analitik  bacarıq  adi  bacarıqla 

qarışdırılmamalıdır;  çünki  analiz  edən  hökmən  məharətli  olduğu 

halda,  məharətli  adamın  çox  vaxt  analiz  etmə  bacarığı  olmur. 

Məharət  adətən  özünü  yaradıcılıqda  və  hadisələr  arasında  əlaqə 

yaratmaqda buruzə verir, frenoloqlar* (məncə, yalnış olaraq) bunu 

bəsit hesab  edirlər, çox  vaxt  o,  elə  adamlarda  müşahidə edilir  ki, 

onların  əqli  səviyyəsi  yerdə  qalan  bütün  hallarda,  məişət  və 

adətlərdən  yazan  yazıçıların  qeyd  etdiyi  kimi,  kəmağıllılıq 

səviyyəsində  olur.  Bacarıqla  təhlil  etmə  qabiliyyəti  arasında 

mövcud  olan  fərq  təxəyyüllə  təsəvvür  arasındakı  fərqdən  daha 

böyükdür.  Həqiqətən  də,  bacarıqlı  adamların  çox  xəyalpərəst, 

zəngin  təxəyyüllü  adamlarınsa  analizə  daha  meylli  olduğunu 

görmək mümkümdür.    

Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ 

əyani  olaraq  əks  edəcəkdir.  18-ci  ilin  yazını  və  yayının  da  bir 

hissəsini Parisdə yaşadığım zaman Oqyust Düpen adlı bir cənabla 

tanış oldum. O, əsil-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən 

taleyin  dönüklüyü  üzündən  elə  ağır  vəziyyətə  düşmüşdü  ki, 

təbiətinə  xas  olmuş  enerjisi  tükənmiş,  həyatda  heç  nəyə  nail 

olmamış,  əldən  çıxmış  var-dövləti  qaytarmağı  xəyalına  belə 

gətirməmişdi.  Borc  verənlərin  iltifatı  sayəsində  atadan  qalma 

mirasın  bir  hissəsi  Düpen  üçün  saxlanmış,  ondan  gələn  gəliri  ilə 

dolanmış,  ciddi  qənaətcillik  göstərmiş,  ən  zəruri  olan  şeylərlə 

downloaded from KitabYurdu.org




 

  

8 | 



s ə h i f ə

 

  



 

  

kifayətlənmiş,  həyatın  nəşələrinə  etinadsızlıq  edərək  güc-bəla  ilə 



dolanmışdı. Yeganə israfçılıq etdiyi şey kitablardı, onları da Parisdə 

asanlıqla əldə etmək olardı.    

Ilk  görüşümüz  Monmantr  küçəsində  az  tanınmış  bir 

kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq. Ikimiz də çox 

nadir və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun 

ailə  tarixi  ilə  dərindən  maraqlandım.  O,  hər  bir  fransıza  xas 

səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş 

mütailəsi  məni  heyran  etmişdi.  Ən  başlıcası  isə,  həyat  hadisələri 

haqqında  aydın  təsəvvürü  qarşısıalınmaz  bir  çılğınlıqla  qəlbimi 

riqqətə  gətirirdi.  O  zaman  Parisdə  yaşayırdım,  müəyyən  bir 

məqsədim vardı. Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim 

üçün  əvəzsiz  xəzinə  tapmaq  kimidir.  Səmimiyyətlə  bu  barədə 

ürəyimdən  keçənləri  danışdım.  Nəhayət,  şəhərdə  qaldığım 

müddətdə bir yerdə yaşamağı qərara aldıq.    

Mənim  maddi  vəziyyətim  Düpenə  nisbətən  bir  qədər  yaxşı 

olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə 

etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım.  

Qəribə mülk idi. Sen-Jermer yaxınlığında sakit bir yerdəydi. İllər 

keçdikcə  ev  çökmüş,  mövhumatçı  sahibləri  tərəfindən  ona  əl 

gəzdirilməmişdi,  artıq  dağılmağa  doğru  gedirdi.  Bu  mülkdə 

keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, 

bizi  dəli  hesab  edərdilər.  Tamamilə  tənha  yaşayırdıq,  heç  kəsi 

görmək belə istəmirdik.    

Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım.  

Düpensə  Parislə  əlaqəsini  kəsmişdi,  onu  yada  salan  da  yox  idi. 

Dostumdakı qəribəliklərdən biri (bunu başqa cür necə adlandırım?) 

gecə füsünkarlığına vurğunluğuydu. Başqa cəhətləri ilə yanaşı buna 

da alışaraq, özümü unutdum və tamamilə dostumun qəribəliklərinə 

downloaded from KitabYurdu.org



 

  

-  



9 | 

s ə h i f ə

 

  

 



  

öyrəşdim.  Qarabuğdayı  ilahə  tez-tez  bizi  tərk  edirdi, bundan  ötrü 

ondan  uzaq  düşməmək  üçün  tədbir  tökmüşdük;  səhər  dan  yeri 

ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam 

yandırardıq. Şamlar yandıqca ətirli iy verər və ətrafa tutqun zəif işıq 

saçardı.  Şamların  işığında şirin  xəyallara  dalar,  divar  saatı  həqiqi 

qaranlığın  düşdüyünü  xəbər  verənəcən  oxuyar,  yazar  və  söhbət 

edərdik.  Söhbətləri  davam  etdirər  və  yaxud  izdi  hamlı  şəhərin 

yanıb-sönən  işıqları  və  qaranlığı  içində  veyllənərdik.  Gecənin 

sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi. Belə anlarda 

Düpenin  əqlinə,  qabiliyyətinə  bələd  olsam  da,  onun  zəkasına 

qeyriixtiyari  olaraq  heyran  qalırdım.  Bunu  büruzə  vermirdim, 

görünür  Düpenlə  əlyənməyim  ona  xoş  gəlirdi.  Onun  qəlbinə  nə 

qədər sevinc bəxş etdiyimi mənə deyərdi.    

Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki, 

adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də 

ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün 

son  dərəcə  heyrətamiz  dəlillər  gətirmişdi.  Belə  hallarda  onun 

davranışında  bir  soyuqluq  və  yadlıq  görərdim;  gözləri  harasa 

uzaqlara  baxar,  adətən  məlahətli  səsi  zilə  qalxar,  sakit  və 

aydınlığına  baxmayaraq,  danışığı  əsəbi  olardı.  Bu  cür 

əhvalruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi 

təlimi  xatırlayar,  iki  Düpen  barəsində  fikirlərə  dalardım. 

Dediklərimdən  heç  də  güman  etməyin  ki,  sizə  hansısa  bir  sirri 

açmaq  və  ya  Düpeni  fantastik  əsərin  qəhrəmanı  etmək 

niyyətindəyəm.  Xeyr,  mən  onun  olan  xasiyyətini,  sadəcə  olaraq, 

təsvir  edirəm.  Onda  bu  xasiyyət  coşğun  zəkanın,  bəlkə  də,  xəstə 

zəkanın  nəticəsində  əmələ gəlmişdi.  Onun  iradlarına gəldikdə  isə 

adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.    

downloaded from KitabYurdu.org




 

  

10 | 



s ə h i f ə

 

  



 

  

Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə 



gəzirdik.  Hər  ikimiz  fikrə  dalmışdıq,  on  beş  dəqiqə  ərzində  heç 

birimiz bir kəlmə söz demədik. Düpen birdən dilləndi:    

 

O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varyete” 



teatrında sınasın.    

 



Buna  şübhə  ola  bilməz, 

– 

qeyri-ixtiyari  olaraq  cavab 



verdim.    

Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim 

sözlərimin  necə  uyğun  gəldiyini  dərk  etmədim.  Bircə  an  sonra 

özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.    

 

Düpen, 



– 

ciddi tərzdə dedim, 

– 

bunu dərk etməkdə acizəm.  



Düzünü deyim ki, heyrət məni götürüb, heç cürə eşitdiklərimə inana 

bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu 

yerdə  dayandım  ki,  görüm,  o,  həqiqətən  kimin  haqqında 

fikirləşdiyimi bilir, ya yox?    

 

Şantilyi haqqında, 



– 

Düpen dilləndi. 

– 

Nə üçün dayandınız? 



öz-özünüzə  deyirdiniz  ki,  onun  balaca  boyu  tragik  aktyor  üçün 

yaramır.    

 

Bəli,  mənim  fikirlərim  məhz  bu  idi.  Şantiyli  əvvəllər 



SenDeni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış, 

Krebillyonun  eyni  adlı  faciəsində  Kserks  rolunda  çıxış  etmişdi. 

Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.    

 



Allah xatirinə, 

– 

deyə israr etdim, 



– 

metodunuzu mənə başa 

salın; sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən 

keçənləri  oxuya  bildiniz.  Düzünü  deyim  ki,  hetrətimi  müəyyən 

dərəcədə büruzə verməməyə çalışdım.    

downloaded from KitabYurdu.org




 

  

-  



11 | 

s ə h i f ə

 

  

 



  

 



Bunu  sizin  ağlınıza  göyərti  satan  saldı.  Pinəçi  Kserks  və 

onun kimilərinin ayağının tozu da ola bilməz, 

– 

dostum cavab verdi.    



 

Göyərti  satan?  Siz  nə  danışırsınız.  Mən  heç  bir  göyərti 



satan-zad tanımıram.    

 



On  beş  dəqiqə  bundan  əvvəl  bu  küçəyə  dönəndə  sizinlə 

toqquşan o göyərti satanı deyirəm.   

Birdən  həqiqətən  də,  başında  böyük  bir alma  səbəti aparan 

göyərti  satanı  təsadüfən  S.  küçəsindən  keçərkən  bizim  indi 

dayandığımız  yerdə  məni  az  qala  yerə  yıxacağı  yadıma  düşdü, 

amma bunun şantilyi ilə nə əlaqəsi olduğunu heç cürə anlamadım. 

Düpendə zərrə qədər də fırıldaqçılıq nişanələri yox idi.    

 



Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. 

Əvvəlcə gəlin sizinlə danışdığım andan, haqqında danışdığı mız o 

qəribə  göyərti  satanla  toqquşduğunuz  vaxta  qədər  nə  haqda 

düşündüklərinizi  yada  salaq.  Hadisələr  aşağıdakı  ardıcıllıqla 

cərayan edir: şantilyi, Orion, Həkim Nikols, Epikür, Stereotamiya, 

küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç 

olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götürqoy 

etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir. 

Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük 

bir  məsafənin  olduğunu  və  onların  arasındakı  uyğunsuzluğu 

ördükdə heyrətlənəcəkdir.    

Təəccüblə  Düpenə  qulaq  asırdım,  özü  də  eşitdiklərimin 

tamamilə  həqiqət  olduğunu  istər-istəməz  etiraf  etdim.  Dostum 

davam etdi:    

downloaded from KitabYurdu.org



 

  

12 | 



s ə h i f ə

 

  



 

  



 

O  biri  küçəyə  burulmamışdan  qabaq,  düzgün  yadımda 

qalıbsa,  gərək  ki,  atlar  barəsində  danışırdıq.  Düz  bu  yerdə 

söhbətimiz  kəsildi.  Bax,  bu  küçəni  keçərkən  başında  iri bir  səbət 

olan göyərti satan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək 

üçün  bir  yerə  topalanmış  daşların  üstünə  itələdi.  Daşların  birinə 

ilişib  yıxıldınız.  Çevrilib  daş  topasına  baxdınız,  sonra  yolunuzu 

davam  etdiniz.  Hərəkətlərinizi  xüsusi  bir  diqqətlə  izləyirdim. 

Müşahidəçilik son zamanlar mənim üçün bir növ təlabata çevrilib. 

Onu  deyim  ki,  sıx-sıx  pilətələr  döşənmiş  Lamartin  döngəsinə 

çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə 

vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan 

bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz.   

Burada  eyniniz  açıldı,  dodağınızın  qaçmağını  gördüm.  Siz 

“stereotomiya”  sözünü  dediniz.  Buna  şübhə  etmədim.  Bu  termin 

süni surətdə bu cür səki döşəmələri barədə deyilir.Başa düşdüm ki, 

“stereotomiya”  sözü  sizi  atomlar  haqqında  fikrə,  yeri  gəlmişkən, 

Epikürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çıxaracaq. Bu, bizim 

yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə 

nəcib  yunan  aliminin  son  dərəcə  heyrət  doğuran  dumanlı 

müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində 

əldə  edilən  nəticələriylə  təsdiq  edilməsindən  və  Epikürə  lazimi 

qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı 

qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər 

salacaqsınız.  Siz  yuxarı  baxdınız  və  mən  əmin  oldum  ki,  sizin 

hərəkətlərinizi  düz  izləmişəm.  “Müsenin”  dünənki  nömrəsində 

şantilyiyə  qarşı  kəskin  hücumlarda  bir  tənqidçi  onun  ünvanına 

tamamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış 

edərək çalışmışdır ki, öz adını dəyişdirsin. Latın müəllifindən bir 

sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə dəfə istinad 

etmişik. Bu sözləri nəzərdə tuturam: "Perdid antiquum litera prima 

downloaded from KitabYurdu.org




 

  

-  



13 | 

s ə h i f ə

 

  

 



  

sonum"* Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz 

keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa 

düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, 

Orion sizi şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. 

Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin 

fədakarlığı  barədə  düşünürdünüz.  Bura  qədər  yeriyərkən  belinizi 

əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum 

ki, siz şantilyinin balaca boyu haqqında düşünürsünüz. Elə bu yerdə 

düşüncələrinizə  mane  oldum.  Dedim  ki,  bu  şantilyi  çox  balaca 

olduğundan,  “Varteye”  teatrında  oynasa  daha  yaxşı  olardı.  Bu 

söhbətdən  azacıq  sonra  ikimiz  də  “Gazette  des  Tribunaux”-nun 

axşam nömrəsini nəzərdən keçirərkən, aşağıdakı başlıq diqqətimizi 

cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen Rok 

məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. 

Qışqırtılar  Morq  küçəsindəki  madam  L’Espanye  və  onun  qızı 

madmazel  Kamillanın  yaşadığı  binanın  dördüncü  mərtəbəsindən 

gəlirdi. İçəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On 

nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq 

qışqırtılar  kəsilmişdi.  Amma  dəstə  pilləkənin  bi  rinci  pilləsinə 

təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. 

Adamlar  dördüncü  mərtəbəyə  çatanda  bu  səslər  də  kəsildi.  Tam 

sakitlik  çökdü.  Dəstə  bir  neçə  yerə  bölündü.  Onlar  bir  otaqdan  o 

birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına 

çatanda  (otağın  qapısı  içəridən  açarla  bağlandığından,  onu  da 

sındırmalı  oldular),  gördükləri  mənzərə  onları  dəhşətə  gətirdi. 

Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi 

tullanmışdı.  Orada  bir  çarpayı  qalmışdı.  Onun  da  üstündən 

yorğandöşək  götürülmüş  və  otağın  ortasına  atılmışdı.  Stulun 

downloaded from KitabYurdu.org




 

  

14 | 



s ə h i f ə

 

  



 

  

üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, 



sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür tükləri dəri 

ilə  birlikdə  qoparmışdılar.  Döşəmədə  dörd  dənə  napoleondr,  bir 

dənə topaz  qaşlı sırğa,  üç böyük  gümüş  qaşıq,  üç  balaca  melxior 

qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. 

Küncdəki  kamodun  siyirmələri  açılmışdı.  Görünür  kimsə 

qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. 

Balaca  dəmir  seyf  yorğan-döşəyin  altından  tapıldı.  Seyf  açıq  idi, 

açar  da  qapısının  üstündəcə  qalmışdı.  Onun  içərisində  bir  neçə 

köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. 

Madam  L’Espanyedən  əsər-əlamət  yox  idi,  ancaq  buxarının ocaq 

yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam 

dəhşətə  gəlir.)  Qızın  başıaşağı  vəziyyətdə  olan  meyitini  dartıb 

oradan  çıxardılar.  Meyit  başıaşağı  dar  bacanın  içinə 

– 

yuxarıya 



pərçim edilmişdi. Hələ istiydi. Müayinə edərkən məlum oldu ki, bir 

neçə  yerdən  dəri  sıyrılıb.  Bu  da,  şübhəsiz,  zorakılığın  izləriydi. 

Sifətində  çoxlu  dərin  cırmaq  izləri,  boğazında  isə  tünd  qançırlar, 

dərinə  işləmiş  dırnaq  izləri  qalmışdı.  Sanki  məhrumu  boğub 

öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar 

edə bilməyib, binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı 

getdi.  Orada  isə  yaşlı  xanımın  meyitinə  rast  gəldilər.  Boğazı  elə 

kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə, baş qo-  

 

downloaded from KitabYurdu.org




 

  

-  



15 | 

s ə h i f ə

 

  

 



  

pub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər 

kökə  salınmışdı  ki,  onda  insana  oxşayan  heç  nə  qalmamışdı.  Bu 

dəhşətli  müəmmanı  açmaq  üçün,  əlimizdə  hələlik  azacıq  da  olsa 

imkanımız yoxdur”.    

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:    

“Morq  küçəsində  faciə  baş  verib.  Bu  fövqəladə  və  dəhşətli 

hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq 

üçün təzə heç nə aşkar edilməmişdir.    

Əldə olan ifadələr aşağıda təqdim edilir. Paltaryuyan Polina 

Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu 

müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı 

yola  gedirdilər.  Bir-birinə  çox  mehriban  idilər.  Onun  zəhmət 

haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış 

vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır, 

bununla da dolanırdılar. Xanımın çoxlu pulu olduğunu güman edir. 

Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə 

heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına 

əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, görünür, heç yerdə 

avadanlıq olmamışdır. Tütün köşkünün sahibi Pyer Moro ifadə verir 

ki,  dörd il  müddətində  xanım  L’Espanyeyə  az  miqdarda  tütün  və 

burunotu satıb. Mərhum xanımın və qızının cəsədləri tapılan otaqda 

yaşadıqları altı ildən çox olardı. Orada əvvəlcə bir zərgər yaşayar və 

üst  otaqları  müxtəlif  adamlara  kirayə  verərdi.  Ev  xanım 

L’Espanyenin  şəxsi  mülkiyyətiydi,  kirayəçilər  evə  pis 

baxdıqlarından, onları evdən çıxarıb, yuxarı mərtəbəyə özü keçib. 

Kirayəşin  saxlamaqdan  imtina  edib.  Yaşlı  xanım  uşaq  kimi  idi. 

Şahid  bu  altı  il  müddətində  xanımın  qızını  ən  çoxu  beş-altı  dəfə 

görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. 

downloaded from KitabYurdu.org




 

  

16 | 



s ə h i f ə

 

  



 

  

Deyilənə  görə  onların  pulu  varmış.  Qonşular  arasında  xanım 



L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid ona  

downloaded from KitabYurdu.org




 

  

17 | 



s ə h i f ə

 

  



 

  

inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən 



həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.    

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez 

baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa 

dostlarının  olub-olmadığını  da  bilən  yox  idi.  Küçəyə  baxan 

pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki 

böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr 

daim  bağlı  olardı.  Ev  bir  o  qədər  də  köhnə  deyildi  və  yaxşı 

vəziyyətdəydi.  Jandarm  İsidor  Müze  göstərir  ki,  onun  arxasınca 

səhər saat üç radələrində gəlmişdilər. O gələndə darvazanın yanında 

iyirmi-otuza  qədər  adam  vardı.  Onlar  içəri  keçməyə  cəhd 

göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı 

olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun 

açılması  bir  o  qədər  də  çətinlik  törətmədi.  Qışqırtılar  darvaza 

açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar 

ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı 

qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci 

pilləkənin  başına  çatanda  acıqlı  və  ucadan  eşidilən  iki  səs  eşitdi. 

Səslərdən  biri  xırıltılı,  o  biri  isə  ciyiltili  idi.  Çox  qəribə  səs  idi. 

Birincinin  bəzi  sözlərini  ayırd  edə  bilib.  Bu,  fransız  sözləri  idi. 

Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre” və “diable” sözlərini 

ayırd  edə  bilib.  Ciyiltili  səs  yadelli  adamın  səsi  idi,  amma  şahid 

onun  qadın  və  ya  kişiyə  məxsus  olduğuna  əmin  deyildi.  O  nə 

dedildiyini  başa  düşə  bilməyib,  ancaq  yad  adamın  ispanca 

danışdığını  güman  edir.  Otaq  və  meyitlərin  vəziyyəti  şahid 

tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.    

Qonşu,  zərgər  Henri  Duval  göstərir  ki,  o,  evə  birinci  girən 

adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş 

qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecə 

yarısı  olmasına  baxmayaraq,  tezliklə  oraya  toplaşan  camaat  içəri 

downloaded from KitabYurdu.org




 

  

18 | 



s ə h i f ə

 

  



 

  

doluşmasın. Şahidin zənnincə, ciyiltili səs italyan səsinə, xırıltılı səs 



isə fransız səsinə oxşayırmış. Ciyiltili səsin kişi səsi olduğuna əmin 

deyildi.    

Qadın  səsi  də  ola  bilərdi.  Onun  italyan  dili  ilə  tanışlığı 

yoxdur.  Sözləri  ayırd  edə  bilməyib,  lakin  intonasiyasından 

danışanın italyan olduğunu güman edir. Şahid madam L’Espanye 

və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili 

səsin məhrumların heç birinə aid olmadığından əmindir. Restoran 

sahibi Oden Heymer, şahid kimi özü könüllü surətdə ifadə verməyə 

gəlmişdi,  fransızca  danışa  bilmədiyindən,  tərcüməçi  vasitəsilə 

dindirilirdi.  O,  Amsterdam  vətəndaşıdır.  Qışqırtılar  gələn  zaman 

evin  yanından  keçirmiş.  Qışqırtılar  bir  neçə  dəqiqə,  bəlkə  də,  on 

dəqiqə davam edib. Çox dəhşətli və ürək parçalayan imiş. Şahid evə 

daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən 

başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi olub, fransıza 

məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib. 

Sözlər  ucadan  və  tez-tez  deyilirmiş,  başa  düşmək  olmurmuş. 

Qorxudanmı  və  ya  qəzəbdənmi  səs  ciyiltidən  çox  xırıltıya 

oxşayırmış.  Ciyilti  deyə  bilməzdim,  xırıltılı  səsli  adam  elə  hey 

“sacre”  və  “diable”  və  bir  dəfə  isə  “Mon  Dieu”  sözlərini  deyib. 

Dileron küçəsindəki “Mino və Oğulları” firmasının bankiri, Mino 

qardaşlarının  yaşca  böyüyü  Şül  Mino  ifadə  verir  ki,  xanım 

L’Espanyenin bir qədər pulu vardı. Onun kontorunda hansı ilinsə 

(səkkiz  il  əvvəl)  yazında  hesab  açdırmışdılar.  Xırda  məbləğlərdə 

tez-tez  pul  qoyardılar.  Çek  yazmazdı,  ölümündən  üç  gün  əvvəl 

şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla 

ödənildi  və  bankın  işçisi  xanımı  evinə  qədər  ötürdü.  “Mino  və 

Oğulları” firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin 

edilmiş vaxtda, təxminən günorta zamanı, xanım L’Espanyenin iki 

kisəyə  qoyulmuş  dörd  min  frank  pulunu  onun  evinə  aparmışdır. 

downloaded from KitabYurdu.org




 

  

19 | 



s ə h i f ə

 

  



 

  

Qapını  madmazel  L’Espanye  açmış,  əlindəki  kisələrdən  birini 



götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək 

çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.    

Dərzi  Uilyam  Berd  ifadə  verir  ki,  ingilisdir,  iki  il  Parisdə 

yaşayıb.  Evə  daxil  olan  adamlardan  biri  idi.  Pilləkənləri  birinci 

qalxanlardan  olub.  Mübahisəli  səslər  eşidib.  Deyir  ki,  xırıltılı  səs 

fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını 

xatırlaya bilmir. “Sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib. 

Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə adamın 

səsini də eşidib.Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş. Səsin 

ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı. 

Güman  ki,  qadın  səsi  idi.  O,  almanca  başa  düşmürdü.  Yuxarıda 

adları  çəkilən  şahidlərdən  dördü  ikinci  dəfə  sorğu-sual  edilərkən 

göstərmişdi  ki,  madmuazel  L’Espanyenin  meyiti  tapılan  yataq 

otağının  qapısı  adamlar  gələndə  içəridən  bağlı  idi.  Hər  tərəfdə 

sakitlik  hökm  sürürdü.  Nə  inilti,  nə  də  səs-küy  eşidilirdi.  Qapı 

sındırılarkən heç kəs görünmədi. Ön və arxa otaqların pəncərələri 

aşağı  salınmış  və  içəridən  möhkəm  bərkidilmişdi.  İki  otağın 

arasındakı  qapı  örtülü  idi,  amma  bağlı  deyildi.  Qabaq  otaqdan 

dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü 

mərtəbədə  dəhlizin  sonunda  yerləşən  kiçik  anbarın  qapısı  azacıq 

aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı. Bu 

şeylər  də  otaqdan  ehtiyatla  çıxarılaraq  nəzərdən  keçirildi.  Otaqda 

diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı. Damdakı otaq 

nəzərə  alınmasa,  ev  dördmərtəbəli  idi.  Evin  damına  açılan  qapı 

mismarlanmışdı,  görünür,  çoxdan  açılmamışdı.  Söyüş  səslərinin 

eşidildiyi  vaxtla  qapının  sındırılaraq  açılması  arasındakı  vaxtı 

şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə 

dedilər.  Qapı  güclə  açıldı.  Tabutqayıran  Alfonso  Qarsio  şəhadət 

verir  ki,  Morq  küçəsində  yaşayır  və  mənşəcə  ispaniyalıdır.  Evə 

downloaded from KitabYurdu.org




 

  

20 | 



s ə h i f ə

 

  



 

  

girən  adamlardan  biri  olub.  Yuxarı  qalxmayıb,  əsəbi  olduğundan 



həyəcanlanmaq istəməyib. Söyüş eşidib. Təsdiq edir ki, xırıltılı səs 

fransıza  məxsus  idi.  Nə  dediyini  tuta  bilməyib.  Ciyiltili  səs  isə 

ingilisə məxsus imiş. O, buna əmindir. Ingilis dilini başa düşmür, 

intonasiyasına görə belə mühakimə yürüdür. Kolleksioner Alberto 

Mentani  şəhadət  verir  ki,  pilləkənləri  birinci  qalxanlar  arasında 

olub,  haqqında  danışılan  səsləri  eşidib.  Xırıltılı  səslə  fransız 

danışırmış.  Bir  neçə  sözü  tuta  bilib.  Danışan,  görünür,  kimisə 

söyürmüş.  Zənn  edir  ki,  səs  rus  səsinə  oxşayırdı.  Ümumiyyətlə, 

ifadəni  təsdiq  edir.  Kolleksioner  özü  italyandır.  Heç  vaxt  rusla 

əlaqəsi olmayıb.    

Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördüncü 

mərtəbədəki  bütün  otaqların  buxarıları  dardır,  oradan  adam 

çıxıbdüşə bilməz. Oranı buxarıtəmizləyənlə təmizləyirlər.  

Buxarıtəmizləyən dedikdə, silindr şəkilli şotka nəzərdə tutulur. Bu 

şotkalar evdəki bütün buxarılara aşağı və yuxarıdan salınıb çıxarıldı. 

Adamlar  üst  mərtəbəyə  qalxarkən,  caninin  ehtiyat  nərdivanı 

olmadığından, necə düşüb getməsi barədə fərziyyələr söyləyirdilər. 

Madmazel L’Espanyenin meyiti buxarıya elə pərçim edilmişdi ki, 

yalnız dörd-beş adam köməkləşib onu aşağı düşürə bildi. Həkim Pol 

Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək üçün 

çağırdılar.  Meyitlərin  ikisi  də  madmazel  L’Espanyenin  tapıldığı 

otaqda  çarpayılardan  götürülmüş  döşəklərin  üstündə  idi. 

Madmazelin meyiti daha çox qançırlı və gömgöy idi. Bu o demək 

idi  ki,  onu  buxarıya  güclə  pərçim  etmişdilər.  Boğazı  bərk 

siyrilmişdi. Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir 

neçə  göy-qırmızımtıl  ləkələr  vardı.  Bu,  dırnaq  izləri  idi.  Sifəti 

dəhşətli dərəcədə göyərmiş, gözləri hədəqəsindən çıxmışdı. Dili az 

qala  kəsilmişdi.  Qarnının  aşağı  hissəsində  iri  bir  qançır  vardı, 

görünür,  dizlə  bərk  basılmışdı.  Həkim  M.  Dümanın  fikrincə, 

downloaded from KitabYurdu.org




 

  

21 | 



s ə h i f ə

 

  



 

  

madmazel  L’Espanye  bir  və  ya  iki  şəxs  tərəfindən  boğulub 



öldürülmüşdü.  Anasının  meyiti  isə  dəhşətli  surətdə  eybəcər  hala 

salınmışdı.  Sağ  qıçının  və  qolunun  sümükləri  sındırılmış,  sol 

böyründəki  bütün  qabırğaları  və  eləcə  də  sol  baldır  sümüyü 

qırılmışdı. Bütün bədəni dəhşətli dərəcədə qançır və cırmaq yarası 

ilə doluydu. Bədəninə xəsarətin nə ilə vurulduğunu demək çətindir. 

Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah 

yalnız  çox  güclü  adam  əlində  olarkən  bu  zədələri  bədənə  vura 

bilərdi.  Heç  bir  qadın  bu  xəsarətləri  heç  bir  alətlə  yerinə  yetirə 

bilməzdi. Şahid görəndə mərhum qadının başı tamamilə bədənindən 

ayrılmış, olduqca eybəcər hala salınmışdı. Boğazı, görünür, çox iti 

bir alətlə, güman ki, ülgüclə kəsilmişdi. Cərrah Aleksandr Etyen M. 

üma  ilə  bir  yerdə  meyitləri  müayinə  üçün  çağırılmış,  verilən 

ifadələrə və M. Dümanın fikrinə şərikdi. Bir neçə başqa şəxsin də 

dindirilməsinə baxmayaraq, vacib bir şey hasil olmadı. İndiyə qədər 

Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi. Polis 

tamamilə naçar qalıb. İşin açılmasına kömək edəcək işıq ucu belə 

görünmür”.    

Qəzetdə  xəbər  verilirdi  ki,  hələ  də  Sen-Rok  məhəlləsində 

böyük bir çaxnaşma var. Binanın yenidən axtarılması və şahidlərin 

təkrarən  dindirilməsinə  baxmayaraq,  heç  bir  nəticə  əldə 

edilməmişdir.  Bununla  belə,  əlavə  olaraq  Adolf  Le  Bonun  həbs 

edilməsi  barədə  məlumat  verilmişdi,  ancaq  onu  cinayətdə 

təqsirləndirmək üçün məlum dəlillərdən başqa yeni heç nə müəyyən 

edilməmişdi.  Mənə  heç  nə  deməsinə  baxmayaraq,  onun  özünü 

aparmasından hiss edirdim ki, Düpen işin gedişi ilə çox maraqlanır. 

Bu da yalnız Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və 

dostum  məndən  qətl  barəsində  fikrimi  soruşdu.  Mən  də  sadəcə 

olaraq bütün Paris əhli kimi bu işin açılmaz bir sirr olması fikri ilə 

razılaşmalı oldum. Qatilin izinə düşə bilən bir işıq üzü görmürdüm.    

downloaded from KitabYurdu.org




 

  

22 | 



s ə h i f ə

 

  



 

  



 

Biz  işi  belə  təqdim  etməklə  onun  nəticəsi  barəsində 

mühakimə yürütməliyik, 

 Düpen dedi. 



– 

Gözüaçıqlığına görə bu 

qədər  təriflənən  Paris  polisi  hiyləgərlikdən  başqa  heç  nəyə  qadir 

deyildir.  Zamanın  irəli  sürdüyü  qaydalardan  başqa  onun 

əməliyyatında  heç  bir  sistem  yoxdur.  Polis  geniş  tədbirlər 

kompleksi  hazırlamağı  ilə  lovğalanır,  amma  bu  tədbirlər  heç  bir 

fayda vermir. Əgər polis haçansa nəyəsə nail olursa, o da son dərəcə 

ağır zəhmət sayəsində olur. Bu da kifayət etmir, onun planları puça 

çıxır.  Məsələn,  Vidokda*  sistemli  fikir  yürütmək  qabiliyyəti 

olmadığı halda, onda axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar 

zamanı əsəbilik onu pis vəziyyətə qoyurdu. O, əşyanı gözlərinə o 

qədər yaxın tutardı ki, onun bir sıra əlamətləri nəzərindən qaçardı. 

Ola bilsin, onları son dərəcə aydınlıqla görə bilirdi, amma məsələ 

bütövlükdə onun nəzərindən yayınırdı. Dərinlikdə əllaməlik etmək 

çox da çətin deyil. Həqiqət heç də həmişə quyunun dibində olmur. 

Ən  zəruri  məsələlər  də,  mənim  zənnimcə,  daha  çox  üzdə  olur. 

Həqiqəti  dərənin  dibində  axtarırıq,  o  isə  dağ  zirvələrində  tapılır. 

Qətl  məsələsinə  gəldikdə  isə  gəlin  müstəqil  axtarış  aparaq,  sonra 

mühakimə yürüdərik. Belə axtarış bizi əyləndirər (mən “əyləndirər” 

sözünün yersiz deyildiyini duydum, lakin heç nə demədim). Həm 

də Le Bon bir vaxt mənə yaxşılıq edib. Ona minnətdaram. Gedək 

binaya öz gözümüzlə baxaq. Polis mənim tanışımdır, icazə almaqda 

çətinliyimiz olmayacaq.    

   


İcazə  verildi  və  biz  dərhal  Morq  küçəsinə  yollandıq.  Morq 

küçəsi Rişelye və Sen-Rok küçələrini birləşdirən sakit, yaraşıqsız 

küçələrdən biridir. Bura bizim yaşadığımız məhəllədən xeyli uzaq 

olduğundan,  biz  ora  çatanda  günortadan  keçmişdi.  Evi  asanlıqla 

tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə 

qapaqlarına böyük bir maraqla baxırdı. Bu, Parisin adi evlərindən 

downloaded from KitabYurdu.org



 

  

23 | 



s ə h i f ə

 

  



 

  

biriydi. Bir tərəfində şüşəli keşikçi budkası vardı. Onun pəncərəsi 



yuxarı açılırdı, dalandarın eviydi. İçəri girməzdən əvvəl küçə yuxarı 

gedib dalana döndük, sonra geri qayıdaraq evin arxa tərəfinə çıxdıq. 

Bu vaxt ərzində Düpen malikanəyə və eləcə də bütün qonşu evlərə 

diqqətlə göz qoyurdu. Yenidən binanın qabaq tərəfinə gəldik, zəngi 

basdıq və etimadnamələrimizi göstərdik. Növbədə olan polis işçisi 

bizi  içəri  buraxdı.  Madmazel  L’Espanyenin  meyiti  olan  otağa 

qalxdıq, indi meyitlərin hər ikisi orada idi. Otaqdakı qarmaqarışıqlıq 

elə  əvvəlki  vəziyyətdəydi.  “Məhkəmə  xəbərləri  qazeti”-ndə 

yazılanlardan  başqa  heç  bir  şey  görmədim.  Düpen  isə  hər  şeyi 

diqqətlə nəzərdən keçirirdi, meyitləri də müayinə etdi. Sonra digər 

otaqlara baxdıq və həyətə düşdük; hər yerdə jandarm bizi müşayiət 

edirdi. Qaranlıq düşənə qədər yoxlama ilə məşğul olduq, sonra çıxıb 

getdik.  Evə  gedəndə  dostum  yolüstü  gündəlik  qəzetlərdən  xəbər 

tutmaq  üçün  redaksiyaya  girdi.  Dostumun  müxtəlif  qəribəlikləri 

barədə  danışmışam.  Onun  “mən  onlara  göz  yumuram”  ifadəsinə 

gəldikdə isə deməliyəm ki, bu sözün ingilis dilində qarşılığı yoxdur. 

Indi  dostum  elə  bir  əhvalruhiyyədə  idi  ki,  qətl  barəsində  söhbət 

açmaq istəmirdi. Növbəti gün günorta vaxtı bu haqda danışdı. Sonra 

məndən qəflətən, bu işdə vəhşiliyə xas olan bir şey müşahidə edib-

etmədiyimi  soruşdu.  Onun  “xas  olan”  sözünü  xüsusi  nəzərə 

çarpdırmasında elə bir şey vardı ki, məni dəhşət bürüdü, özüm də 

bilmədim nə üçün.    

 

Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim, 



– 

dedim.    

 

Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli 



tərəfini yaddan çıxarsın.    

Redaksiya  işçilərinin  axmaq  fikirlərini  bir  kənara  qoyaq. 

Mənə elə gəlir ki, bu işi açılmaz hesab edirlər, məhz həmin səbəbə 

downloaded from KitabYurdu.org




 

  

24 | 



s ə h i f ə

 

  



 

  

əsaslanaraq  işi  asanlıqla  həll  etmək  olar.  Mən  qətldə  müşəhidə 



edilən,  bütün  sərhədləri  aşan  dəhşətli  cəhətləri  nəzərdə  tuturam. 

Polis  işçilərini  da  çaşdıran  qətlin  özü  deyil,  bu  vəhşiliyin 

törədilməsinə  məhz  səbəbin  olmamasıdır.  Onları  çətinliyə  salan 

dava-dalaş  zamanı  eşidilən  səslərdəki  barışmaz  ziddiyyətlər  idi. 

Şahidlik edənlər yuxarı mərtəbədə öldürülmüş madam  

L’Espanyedən başqa heç kəsi görmədiklərini söyləyirlər. Aydındır 

ki, adamlar yuxarı qalxarkən qatil onların nəzərindən qaça bilməzdi, 

çünki  başqa  yolu  yoxdur.  Yataq  otağındakı  ağlagəlməyən 

qarmaqarışıqlıq,  buxarıya  başıaşağı  pərçimlənmiş  meyit,  qarının 

dəhşətli  dərəcədə  eybəcər  şəklə  salınması 

– 

bütün  bu  səbəblər 



kifayət  edir  ki,  polis  işçilərini  çıxılmaz  vəziyyətdə  qoysun  və 

uzaqgörənliyi ilə lovğalanan polis agentlərini tamamilə yalnış izə 

salsın. Onlar qeyri-adiliyi izahedilməzliklə qarışdırmaqla kobud və 

ümumi  səhvə  yol  vermişlər.  Məhz  adilik  ölçüsündən  kənara 

çıxarkən həqiqət axtarışlarında ona doğru gedən yolu görmək olur. 

Bizim hazırda apardığımız təhqiqat işində “nə baş vermişdir?” yox, 

“indiyə qədər nə baş vermişdir?” sualını vermək daha yaxşı olardı. 

Həqiqətən də, bu işin həllinə gəlib asanlıqla çıxacağım, bəlkə də, 

artıq  gəlmiş  olduğum  qərar,  polisin  nöqteyi  nəzərincə,  açıq-aşkar 

həllolunmaz hesab edilməsi ilə tərs mütənasibdir.    

Dostuma heyrətlə baxırdım.    

 



Mən indi, 

– 

Düpen qapıya tərəf baxaraq sözünə davam etdi, 



– 

bu dəhşətli cinəyətdə birbaşa iştirak etməsə də, müəyyən dərəcədə 

onun törədilməsinə kömək edən şəxsi gözləyirəm. Ola bilsin ki, bu 

qətllərin baş verməsində onun günahı yoxdur. Bu ancaq ehtimaldır. 

Mən  öz  fikrimdə  haqlıyam,  çünki  müəmmanın  açılışı  bütünlükdə 

bunun  üzərində  qurulur.  Həmin  adamı  burada 

– 

  bu  otaqda 



– 

istənilən anda gözləyirəm. Düzdür o gəlməyə də bilər, amma çox 

downloaded from KitabYurdu.org



 

  

25 | 



s ə h i f ə

 

  



 

  

güman  ki,  gələcək.  Əgər  gəlsə,  onu  tutmaq  lazımdır.  Budur 



tapançalar; şərait onları işə salmağa məcbur etsə, hər ikimiz necə 

istifadə etməyi bacarırıq.    

Nə etdiyimi bilmədən, eşitdiklərimə inanmayaraq tapançaları 

götürdüm.  Düpen  isə  monoloquna  davam  edirdi.  Onun  bəzi 

vaxtlarda ətraf aləmdən təcrid olduğu barədə söhbət açmışdım. O, 

söhbətini  mənə  xitabən  edirdi.  O,  astadan  danışırdı,  lakin 

intonasiyasında uzaq məsafədə olan adamla danışanlara xas olan nə 

isə vardı. Heç nə ifadə etməyən baxışları divara dikilmişdi.    

 

Dava-dalaş  zamanı, 



– 

Düpen  dedi, 

– 

adamların 



pilləkənlərlə  qalxarkən  eşitdikləri  səslərin  qadınlara  məxsus 

olmadığı şahidlər tərəfindən sübuta yetirilib. Bu qıza əvvəlcə anası 

tərəfindən qəsd edilməsi, sonra isə qarının özünü öldürməsi barədə 

gedən  söz-söhbətdən  bizi  xilas  edir.  Əslində  bu  məsələ  haqqında 

sistem  xatirinə  danışıram,  çünki  madam  L’Espanyenin  gücü 

çatmazdı ki, qızının meyitini buxarıya tapıldığı vəziyyətdə tıxamış 

olsun; bu işin öhdəsindən o gələ bilməzdi; onun özünə gəldikdə isə, 

aldığı  yaralar  adamı  özünəqəsd  fikrindən  tamamilə  daşındırır. 

Deməli,  qətli  üçüncü  adam  edib  və  dava-dalaş  səsləri  də  onunku 

imiş.  İndi  isə  gəlin  bu  səslərə  aid  olan  ifadələrin  hamısına  yox, 

onlardakı xüsusi cəhətə diqqət yetirək. Siz orada xüsusi bir şey görə 

bildinizmi?    

Mən dedim ki, bütün şahidlər xırıltılı səsin fransıza məxsus 

olduğunu  təsdiq  etdikləri  halda, ciyiltili  səsə  gəldikdə  isə 

  bunu 


şahidlərdən  biri  kobud  adlandırmışdı 

– 

bu  barədə  rəylər  çox 



müxtəlifdir.    

 



Siz ifadədəki xüsusi cəhətdən deyil, ümumiyyətlə, ifadənin 

özündən danışırsınız, 

– 

Düpen dedi.    



downloaded from KitabYurdu.org


 

  

26 | 



s ə h i f ə

 

  



 

  



 

Siz heç nəyi aydınca müşahidə etməmişsiniz, amma orada 

müşahidə edilməli bir şey var. Şahidlər, sizin qeyd etdiyiniz kimi, 

xırıltılı  səs  haqqında  yekdil  fikirdədirlər.  Ciyiltili  səs  barəsində 

qəribəlik  heç  ayrılığında  yox,  italyan,  ingilis,  ispaniyalı, 

hollandiyalı  və  fransızın  cəhd  edərək  həmin  səsi  yadelliyə  aid 

etməsindədir.  Onların  hər biri  əmindir  ki,  səs  onun  həmvətəninin 

səsinə oxşamır və onu tanış olduğu və hər hansı bir xalqın dilinə 

deyil,  əksinə,  tanış  olmadığı  bir  dilə  oxşadır.  Avropanın  beş  iri 

ölkəsini təmsil edən  şahidlərin  heç  biri  həmin  səslərdə  öz  doğma 

dilinə xas olan heç nə aşkar edə bilməyib. Deyə bilərsiniz, danışan 

asiyalı  və  ya  afrikalıymış,  onların  sayının  Parisdə  olduqca  az 

olmasına baxmayaraq istisna etmirəm. İstərdim diqqətinizi sadəcə 

olaraq  üç  şeyə  yönəldim.  Şahidlərdən  biri  bu  səsi  ciyiltidən  çox 

kobud səsə oxşatdığını deyir, qalan iki nəfər isə onun tez-tez dəyişən 

səs olduğunu qeyd edir. Onlardan heç birinə müyəssər olmayıb ki, 

aydın bir söz və ya aydın bir səs eşitsin. Gəlin xəyalən yataq otağına 

nəzər  salaq.  Hər  şeydən  əvvəl  burada  nə  axtaracayıq?  Qatillərin 

istifadə etdiyi çıxış yolunu. Bunu da deməyə ehtiyac yoxdur ki, heç 

birimiz  möcüzəyə  inanmırıq.  Bir  də  bu  iki  adamı  cinşeytan 

öldürməyib ki. Bu işi edən canlı varlıqlar olub, mövcud qaydalar 

üzrə hərəkət ediblər. Onda necə? Xoşbəxtlikdən, bir o qədər də çətin 

olmayan  mühakimə  tələb  olunur,  bu  da  bizi  qəti  qərara  gətirib 

çıxarmalıdır.  Gəlin  bir-bir  mümkün  olan  çıxış  yollarını  nəzərdən 

keçirək.  Aydındır  ki,  adamlar  pilləkənlərlə  qarxarkən  qatil 

madmazel  L’Espanyenin  tapıldığı  otaqda  ya  da  ona  bitişik 

otaqdaymış. Məhz bu iki otaq hüdudunda çıxış yolunu axtarmalıyıq. 

Polis  işçiləri  döşəmələri,  divarları  və  tavanı  diqqətlə  yoxlayıblar. 

Heç  bir  gizli  çıxış  yolu  onların  ayıq  nəzərindən  yayına  bilməzdi. 

Bununla  belə,  onlara  bel  bağlamayaraq  hər  şeyi  öz  gözlərimlə 

yoxladım.  Hər  iki  otağın  dəhlizə  açılan  qapıları  içəridən  açarla 

downloaded from KitabYurdu.org




 

  

27 | 



s ə h i f ə

 

  



 

  

bağlanmışdı.  Gəlin  buxarılara  nəzər  salaq.  Buxarı  səkkiz-on  fut 



enliyində olsa da, yuxarı qalxdıqca elə daralırdı ki, heç oradan iri 

pişik  belə  keçə  bilməzdi.  Bu  yolla  caninin  qaçması  mümkün 

olmadığından,  bircə  pəncərələr  qalır.  Otağın  küçəyə  açılan 

pəncərəsindən  cani  qaça  bilməzdi,  küçədəki  adamlar  dərhal  onu 

görə  bilərdi.  Deməli,qatil  yataq  otağının  pəncərəsindən  istifadə 

edərək  aradan  çıxıb.  Zahirən  qeyri-mümkün  görünən  bir  şey, 

əslində bir o qədər də elə deyil. Bizə yalnız bir yol qalır ki, bütün 

ağıllı adamlar kimi məntiqi nəticədən çıxış edərək, o qeyri-mümkün 

şeyin mümkün olduğunu sübut edək. Yataq otağının iki pəncərəsi 

vardı.  Onlardan  birinin  qabağında  heç  bir  avadanlıq 

qoyulmadığından  tamamilə  görünürdü.  Digər  pəncərənin  aşağı 

tərəfi  isə  çox  iri  bir  çarpayının  başlığı  ilə  tutulmuşdu.  Birinci 

pəncərə içəridən möhkəmcə bağlanmışdı. Onu açmaq cəhdləri heç 

bir nəticə vermədi. Pəncərənin çərçivəsində sol tərəfdən burğu ilə 

deşik açılmışdı. Onun içində düz axıra kimi vurulmuş iri bir mismar 

vardı. O biri pəncərəni yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun 

kimi vurulmuş mismar gördük. Bu pəncərəni də açmaq cəhdi baş 

tutmadı. Bundan sonra polis tamamilə arxayın olub ki, qatil bu yolla 

qaçıb canını qurtara bilməzdi. Elə buna görə də mismarları çıxarıb 

pəncərələri  açmağı  artıq  iş  hesab  edib.  Mənsə,  daha  diqqətlə 

yoxladım, çünki mənim qarşımda bir vəzifə dururdu, o da zahirən 

qeyri-mümkün  olan  bir  işin,  həqiqətdə  mümkün  olduğunu  sübut 

etmək  idi.  Beləliklə,  mənə  təcrübə  lazımdır, 

– 

deyə  düşündüm. 



Qatillər  hökmən  bu  pəncərələrdən  birindən  qaçıblar.  Belə  olan 

surətdə  onlar  pəncərə  çərçivələrini  içəri  tərəfdən  təzədən  bağlaya 

bilməzdilər. Çünki pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən 

polis  bu  istiqamətdə  öz  axtarışlarını  dayandırıb.  Deməli,  onlar 

özözünə bağlanırmış. Başqa nəticəyə gəlmək də mümkün deyil. Boş 

pəncərəyə  yaxınlaşdım,  bir  qədər  çətinlikdən  sonra  mismarı 

downloaded from KitabYurdu.org



 

  

28 | 



s ə h i f ə

 

  



 

  

çıxartdım  və  çərçivəni  qaldırmağa  cəhd  göstərdim.  Gözlədiyim 



kimi, açılmadı ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.    

Mismarlarla  bağlı  məsələnin  hələ  də  gizli  qalmasına 

baxmayaraq,  mülahizəmin  bu  təsdiqi  məni  inandırdı  ki,  elə  ilk 

gümanlarım da düz imiş. Diqqətli axtarışdan sonra tezliklə gizli yayı 

aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni 

qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum 

və onu diqqətlə nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam onu 

yenidən bağlaya bilərdi. Belə ki, cəftə öz-özünə işə düşərdi, lakin 

mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə aydındı və mənim 

təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda qatillər o 

biri  pəncərədən  qaçıb  getmişdilər.  Onda  güman  etmək  olar  ki, 

pəncərələrin  hər  birində  cəftə  eyni  olub,  fərq  ya  mismarlarda  və 

yaxud  onların  necə  vurulmağında  idi.  Döşəyin  üstünə  çıxdım  və 

çarpayının  baş  tərəfindən  əyilərək  ikinci  pəncərə  çərçivəsini 

diqqətlə yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım və onu 

basdım,  bu  da  gözlədiyim  kimi  eynən  o  biri  pəncərədəki  cəftə 

kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri mismar kimi iri idi 

və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin mənim çətinliyə 

düşdüyümü  zənn  edirsiniz,  belə  düşünürsüzsə,  induktiv  metodun 

mahiyyətini  düz  başa  düşməmisiz.  İdmançıların  diliylə  desək, 

həmişə  hədəfə  düz  vurmuşam.  İndi  də  düz  yoldayam. 

Mühakimələrimdə  bir  dənə  də  olsun  qüsur  yoxdur.  Bu  sirri  son 

nöqtəyə  qədər  araşdırmışam.  Həmin  o  son  nöqtə  mismarla 

nəticələnib.  Yenə  sizə  deyirəm,  o  mismar  hər  cəhətdən,  qonşu 

pəncərədəki  mismara  oxşayır,  amma  bu  dəlil  (özünün  bütün 

inandırıcı  təkidi  ilə)  təkzibedilməz  olduğundan  sirrin  açılmasında 

açar rolunu oynayır. Mismara nə isə olub, 

– 

deyə düşündüm və ona 



toxunan  kimi  mismarın  başı  azacıq  taxta  ilə  qopub  əlimə  düşdü. 

Görünür,  sınıb  orada  qalmışdı.  Qırıq  köhnə  idi  (çünki  ucları 

downloaded from KitabYurdu.org



 

  

29 | 



s ə h i f ə

 

  



 

  

paslanmışdı)  və  çəkic  zərbəsi  ilə  vurulmuşdu.  Çəkic  zərbələri 



pəncərəni  bir  qədər  içəri  əzmiş,  mismarın  başını  isə  ona  tərəf 

əymişdi. Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə 

çarpmırdı.  Yayı  basaraq,  pəncərəni  ehmalca  bir  qədər  yuxarı 

qaldırdım. Öz yerində möhkəmcə oturan mismarın başı çərçivə ilə 

yuxarı  qalxdı.  Pəncərəni  aşağı  saldım.  Belə  təəssürat  yarandı  ki, 

guya  mismar  bütövdür.  Müəmmanın,  beləliklə,  bu  hissəsi 

aydınlaşır.  Qatil  qarşısına  çarpayı  qoyulmuş  pəncərədən  qaçıb. 

Çərçivə aşağı düşərkən çərçivə öz-özünəmi, ya kiminsə köməkliyi 

ilə işə düşmüş və çərçivəni bağlamışdı. Polis isə pəncərədəki yayı 

görməyərək,  mismarın  yerində  olması  ilə  kifayətlənmiş,  sonrakı 

axtarışlarını  mənasız  hesab  etməklə  səhvə  yol  vermişdir.  Növbəti 

məsələ qatilin aşağı necə düşməsi ilə bağlıdır. Bu barədə sizinlə evin 

ətrafını  gəzərkən  düşünmüşdüm.  Haqqında  söhbət  gedən  pəncərə 

yerindən  beş  fut  yarım  aralı  ildırımötürən  keçir.  Həmin 

ildırımötürəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan 

bir işdir.    

Pəncərədən  içəri  keçmək  haqqında  isə  danışmağına 

dəyməzdi. Bununla belə, dördüncü mərtəbədəki parisli dülgərlərin 

“ferrades”  adlandırdığı  pəncərə  qapaqları  nəzərimdən  qaçmadı. 

Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma onlara 

hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez 

rast gəlmək olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşayır, 

fərqi  ondadır  ki,  aşağı  hissəsi  döyülmüş  şəbəkə  formasında  olub, 

əllə tutmaq üçün çox münasibdir. Haqqında danışdığımız pəncərə 

qapaqlarının eni üç fut yarımdır.    

Evin  arxa  tərəfindən  onları  görəndə  qapaqlar  yarıaçıq 

vəziyyətdədir,  necə  deyərlər,  divarlarla  müqayisədə  düzbucaq 

altında durmuşdur. Ola bilsin, polis işçiləri də mənim kimi evi arxa 

tərəfdən  yoxlayıb.  Pəncərə  qapaqlarına  köndələn  istiqamətdə 

downloaded from KitabYurdu.org




 

  

30 | 



s ə h i f ə

 

  



 

  

baxdığından, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da 



lazimi diqqət yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə 

əmin olduğundan, təbii ki, burada başdansovdu yoxlama aparıblar.   

Mənə  aydın  oldu  ki,  qabağında  çarpayı  olan  pəncərənin 

qapağı  divara  tərəf  axıradək  açılsaydı,  onunla  ildırımötürəndən 

pəncərəyə  qalxmaq  olardı.  İki  fut  yarımlıq  (indi  fərz  edək  ki, 

pəncərə qapağı açıq vəziyyətdədir) məsafədən qatil əlini uzadaraq 

şəbəkədən  bərk-bərk  yapışar,  sonra  isə  ildırımötürəni  buraxıb 

ayaqlarını  divardan təkanla  aralayıb  qapını  örtər,  pəncərənin  açıq 

olduğunu  da  zənn  etsək,  özünü  içəri  sala  bilərdi.  İstərdim  ki,  bu 

qədər  cəhdli,  çətin  bir  əməliyyatın  baş  tutması  üçün  fövqəladə 

dərəcədə  çevikliyin  tələb  edildiyini  yaddan  çıxarmayasınız. 

Məqsədim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir. 

Ikinci və başlıcası bundan ibarətdir ki, siz təsəvvür edəsiniz 

– 

bu 



işin yerinə yetirilməsi adamdan fövqəladə dərəcədə, demək olar ki, 

misli  görülməmiş  cəldlik  tələb  edir.  Əlbəttə,  deyəcəksiniz,  bizim 

vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin zəruriliyini tamamilə 

etiraf etməkdənsə, onu gizlətmək “mənim xeyrimə” olardı. Həqiqət 

mənim yalnız son məqsədimdir. Qarşımda duran vəzifə 

– 

nəzərinizə 



belə bir müqayisəni çatdırmaqdan ibarətdir: birincisi, haqqında sizə 

danışdığım fövqəladə çeviklik məsələsi; ikincisi, həmin ciyiltili və 

yaxud kobud səs. O səslərin milli mənsubiyyəti barədə iki nəfərin 

fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığdakı bir sözün belə 

ayırd edilmədiyini bilirsiniz.    

Bu  sözlərdən  sonra  beynimdə  dumanlı  şəkildə  olsa  da 

Düpenin nə demək istədiyi, deyəsən, mənə çatırdı. Mənə elə gəldi 

ki, beynimi bir qədər də işə salsam, onun fikrini başa düşəcəyəm. 

Bəzən  adam  nəyisə  xatırlamaq  üçün  yaddaşına  güc  verir,  amma 

yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.    

downloaded from KitabYurdu.org



 

  

31 | 



s ə h i f ə

 

  



 

  



 

Görürsünüz, 

– 

Düpen  dedi, 



– 

qatilin  otaqdan  necə 

çıxmağını otağa girməyi ilə əvəz etdi. Demək istəyirdim ki, bunların 

hər ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. İndi isə gəlin xəyalən 

otağın  içinə  qayıdıb,  oradakı  mənzərəyə  nəzər  salaq.  Şkafın 

siyirmələrinə  əl  gəzdirilmişdi.  Geyim  şeylərinin  öz  yerlərində 

olmasına  baxmayaraq,  bəzilərinin  oğurlandığını  deyirdilər.  Belə 

nəticəyə gəlmək gülünc görünür. Bu sadəcə olaraq fərziyyədir, özü 

də  axmağından.  Vəssalam.  Biz  haradan  bilək  ki,  bu  siyirmələrin 

içində tapılan əşyalardan başqa orada özgə şeylər də olub. Madam 

L’Espanye və qızı həddindən artıq qapalı həyat tərzi keçirirmişlər. 

Gedib  gələnləri  olmazmış.  Nadir  hallarda  bir  yana  gedərmişlər. 

Çoxlu  pal-paltar  onların  nəyinə  lazımdır?  Əgər  oğru  bir  şey 

götürübsə,  nə  üçün  ən  yaxşısına  əl  vurmayıb  və  ya  hamısını 

götürməyib? Sözün qısası, oğru nə üçün dörd min frank qızıl pula 

toxunmayıb,  əvəzinə  lazımsız  əski-üsküyə  tamah  salıb?  Yenə 

deyirəm, qızıl pulları götürməyib. Demək olar ki, bankir müsyö  

Minonun xatırlatmış olduğu pulların hamısı kisələrdən əl dəyməmiş 

halda döşəmənin üstündə idi. Buna görə də ifadələrdən pulların evə 

çatdırılmasından bəhs edən hissələrin təsiri altında polis işçilərinin 

beyinlərində  kök  salmış  vadaredici  səbəblər  barəsindəki  yanlış 

fikirləri istəyirəm siz də birdəfəlik başınızdan çıxarasınız. Pulun evə 

çatdırılması  və  üç  gündən  sonra  pul  sahiblərinin  qətlə 

yetirilməsindən  on  qat  təsirli  təsadüflər  hər  gün  hamımızın  gözü 

qabağında  baş  verir,  biz  isə  onları  ötəri  də  olsa  duya  bilmirik. 

Ümumiyyətlə,  təsadüflər  ehtimal  nəzəriyyəsinə  məhəl  qoymayan 

mütəfəkkirlərin yolunda böyük əngəl olub, halbuki insan zəkasının 

ən  mühüm  sahələri  özünün  məşhur  kəşfləri  üçün  ehtimal 

nəzəriyyəsinə borcludur. Əgər pulları götürmüş olsaydılar, onların 

evə qətldən əvvəl gətirilməsinə təsadüf kimi yox, başqa cür baxmaq 

olardı və vadaredici səbəblər bu işin bir növ təsdiqi kimi görünərdi. 

downloaded from KitabYurdu.org




 

  

32 | 



s ə h i f ə

 

  



 

  

Bu cinayətdə pulları əsas vadaredici səbəb kimi fərz etməli olsaq, 



onda  gərək  onları  götürməyən  canini  ya  maymaq,  ya  da  səfeh 

adlandıraq.  Indi  isə  diqqətinizi  möhkəmcə  yadda  saxladığınız 

aşağıdakı  cəhətlərə  yönəltmək  istəyirəm:  xüsusi  səs,  qeyri-adi 

çeviklik  və  inandırıcı  səbəbin  olmaması.  Özünün  dəhşəti  ilə 

fərqlənən bu cinayətin baş verdiyi mənzərəyə nəzər salaq. Qızı əllə 

boğub  öldürüblər  və  meyitini  başıaşağı  vəziyyətdə  buxarıya 

tıxayıblar.  Adi  canilər  bu  cür  öldürmürlər.  Heç  vaxt  onlar 

öldürdükləri  adamın  meyitini  belə  gizlətmirlər.  Etiraf  edin  ki,  bu 

qətldə elə bir dəhşətli şey var ki, o hətta ən rəzil adamın hərəkətləri 

ilə bir araya sığmır. Bir də, özünüz təsəvvür edin, meyiti buxarıya 

bu  tərzdə  pərçim  etmək  üçün  nə  qədər  güc  lazım  imiş!  Bir  neçə 

adamın səyi nəticəsində onu zorla dartıb aşağı düşürdüblər! İndi bu 

dəhşətli  qüvvənin  başqa  cəhətlərinə  baxaq.  Buxarının  kənarında 

olduqca sıx, uzun ağsaç cəngəsi yapışıb qalıb. Saç dəri ilə bir yerdə 

qopardılıb.  Başdan  iyirmi-otuz  tükü  birlikdə  qoparmaq  üçün  nə 

qədər güc sərf olunduğunu bilirsiniz?! Qoparılmış baş tüklərini sizin 

kimi mən də gördüm. Onların kökündə 

 demək dəhşətdir! 



– 

başın 


dərisi  ilə  birgə  qoparılmış  qanlı  ət  parçaları  vardı.  Yarım  milyon 

tükü bir dəfəyə qoparmaq üçün sərf olunan gücü təsəvvür etmək çox 

da çətin deyil. Qarının başı bədənindən tamamilə üzülmüşdü. Adi 

ülgüclə kəsilmişdi. İstərdim siz həm də bu işlərin vəhşilərə məxsus 

bir qəddarlıqla edilməsinə diqqət yetirəsiniz. Madam L’Espanyenin 

bədənindəki qançırlardan hələ danışmıram. Müsyö Düma və onun 

hörmətli həmkarı müsyö Etyen deyirlər ki, qançırlar küt bir alətlə 

edilmişdir. Aydındır ki, həmin küt alət həyətdəki döşəmə daşları ola 

bilərdi.  Meyiti  qabağında  çarpayı  qoyulmuş  pəncərədən  həmin  o 

daşların  üstünə  tullamışdılar.  Bu  fikir,  indi  belə  sadə  görünür, 

pəncərə  qapaqlarına  polis  əhəmiyyət  verməmişdir.  Çərçivədəki 

mismarlar fikri yayındırmışdır, onların heç ağlına gəlməmişdir ki, 

downloaded from KitabYurdu.org



 

  

33 | 



s ə h i f ə

 

  



 

  

pəncərələr 



açılır. 

Bu 


dediklərimizə 

yataq 


otağındakı 

qarmaqarışıqlığı əlavə etsək və fövqəladə çevikliyi, insanın imkanı 

xaricində  olan  gücü,  vəhşicəsinə  edilmiş  bu  qəddarlığı,  səbəbsiz 

qətli, səsi və intonasiyası ilə bir neçə milləti təmsil edən, adamlara 

tamamilə yad olan, hər cür aydınlıqdan və başa düşülməkdən uzaq 

o  ciyiltili  səs  barədə  fikirləri  bir-biriylə  əlaqələndirsək,  bundan 

hansı nəticəyə gəlmək olar?  

Təsəvvürünüzdə kimin surəti canlanar?    

Düpen məndən bu sualı soruşanda ətim ürpəşdi.    

 



Dəlinin  biri, 

– 

dedim, 



– 

bunu  yaxınlıqdakı  dəlixanadan 

qaçan ruhi xəstə edib.    

 



Bəzi  cəhətdən, 

– 

o  dedi, 



– 

fikriniz  ağlabatandır.  Amma 

xəstəliyin  ən  şiddətli  anında  dəlilərin  çıxardığı  səslər,  adamlar 

pilləkənləri qalxarkən eşitdikləri o xüsusi səslə yenə də müqayisə 

edilə  bilməz.  Dəli  adam,  necə  də  olsa,  hər  hansı  bir  millətə 

məxsusdur.  Nitqinin  bəzən  rabitəsiz  olmasına  baxmayaraq, 

ümumiyyətlə, dili anlaşıqlı olur. Bundan başqa, dəlinin saçı əlimdə 

tutduğum  saç  kimi  olmur.  Madam  L’Espanyenin  qıc  olmuş 

barmaqlarını  güclə  açaraq  bunu  çıxarmışam.  Bu  barədə  nə 

deyirsiniz?    

 

Düpen! 



– 

tamamilə salsılmış vəziyyətdə dedim, 

bu tüklər 



çox qəribədir, insan tükünə oxşamır.    

 



Bunu təsdiq etməmişəm, 

– 

Düpen dedi, 



– l

akin bu məsələni 

həll  etməzdən  əvvəl  istəyirəm  bu  vərəqdə  çəkdiyim  şəklə  nəzər 

salasınız.  Bu  kağızda  ifadənin  bir  hissəsində  təsvir  olunan 

madmazel  L’Espanyenin  boğazındakı  “qançır  və  dərin  dırnaq 

izlərinin”  olduğu  kimi  şəkli  çəkilmişdir.  Digərində  isə,  Düma  və 

Etyen  cənablarının  yazdıqları  nəticədə  göstərilir  ki,  “bir  sıra 

downloaded from KitabYurdu.org




 

  

34 | 



s ə h i f ə

 

  



 

  

göyqırmızımtıl ləkələr, görünür, barmaq izləridir.” 



– 

Bu çəkdiyim 

şəkil, 

– 

dostum kağızı qabağımızdakı stolun üstünə açaraq sözünə 



davam etdi, 

– 

barmaqların necə möhkəm yapışdığı barədə təsəvvür 



yaradır.  O  barmaqlardan  yaxa  qurtarmaq  müşkül  işdir.  Hər  biri 

əvvəlcədən  necə  yapışıbsa,  həmin  gücü  ilə  də  qurbanı  can 

verənədək  boğmağında  davam  edib.  İndi  çalışın  hər  iki  əlinizin 

barmaqlarını burada gördüyünüz izlərin üstünə qoyun.   Cəhd etdim, 

lakin heç nə alınmadı.    

 



Deyəsən,  işi  düz  aparmırıq, 

– 

Düpen  dedi, 



– 

axı  kağız 

hamar  səth  üzərindədir,  insanın  boğazı  isə  yumrudur.  Bax,  bu 

odunun  dairəsi  təxminən  boğazınkı  qədərdir.  Şəkli  onun  üstünə 

dolayıb yenidən yoxlayın.    

Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.    

 

Bu, insan əlinin izi deyildir, 



– 

dedim.    

 

İndi isə Küvyedən bu parçanı oxuyun, 



– 

Düpen dedi.    

Burada  şərqi  Hindistan  adalarında  yaşayan  nəhəng  qonur 

rəngli oranqutanq meymunu barəsində ətraflı surətdə anatomik və 

ümumi  təsviri  məlumat  verilirdi.  Nəhəng  boylu,  ağlasığmaz 

dərəcədə  gücü  və  çevikliyi,  amansız  qəddarlığı  və  nəhayət, 

təqlidçiliyə meyl göstərməsiylə seçilən bu məməlilər kifayət qədər 

hamıya məlumdur. Qətlin tam dəhşətini dərhal başa düşdüm.    

 

Barmaqların təsviri, 



– 

oxuyub qurtardıqdan sonra dedim, 

– 

çəkdiyiniz  şəkildəkinə  uyğun  gəlir.  İndi  başa  düşürəm  ki,  ancaq 



oranqutanq meymunu bu izləri qoymuş olar. Bu kürən tüklər də bir 

daha  təsdiq  edir  ki,  onlar  Küvyenin  təsvir  etdiyi  oranqutanq 

meymununa  məxsusdur.  Bununla  belə,  bu  dəhşətli  qətldə  bəzi 

cəhətləri başa düşə bilmirəm. Axı şahidlər iki səs eşidiblər, onlardan 

birinin fransıza məxsus olması şübhəsizdir.    

downloaded from KitabYurdu.org




 

  

35 | 



s ə h i f ə

 

  



 

  



 

Haqlısınız,  siz  də,  demək  olar  ki,  əksər  şahidlər  kimi 

ifadələrdəki  “aman  Allah!”  sözlərinin  fransıza  aid  olduğunu 

deyirsiniz. Bu nidanı şahidlərdən Montana adlı bir şirniyyatçı haqlı 

olaraq  etiraz  və  narazılıq  ifadəsi  kimi  səciyyələndirmişdir.  Bu 

müəmmanı  tam  açmaq  üçün  əsas  etibarilə  ümidimi  bu  iki  sözə 

bağlamışam. Hansı fransızsa bu qətlin şahidi olub. Amma ola bilsin 

ki, bu qanlı cinayətin baş verməsində onun əli olmasın. Bəlkə də, 

meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi yerə qədər 

izləyib, lakin baş verəcək cinayətin qarşısını ala bilməyib. Meymun 

indi  də  azaddır.  Hələlik  dediklərim  fərziyyədən  başqa  bir  şey 

olmadığından,  onların  səs-küyə  düşməsini  istəmirəm.  Bu 

fərziyyələr  mənim  özümə  aydın  olmadığı  bir  halda,  çətin  ki, 

başqalarını  inandıra  bilsin.  Buna  görə  də,  onları  hələlik  fərziyyə 

adlandırmalı  və  fərziyyə  kimi  də  araşdırmalıyıq.  Əgər  haqqında 

danışdığımız fransızın mənim fərz etdiyim kimi, bu qətldə təqsiri 

yoxdursa, onda dünən axşam “Le Monde” qəzetinin redaksiyasına 

verdiyim elam mütləq bura gəlib çıxacaq.    

Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.    

 



Bu  ayın  filan  günündə  (qətlin  baş  verdiyi  səhər)  səhər 

tezdən  Bulon  meşəsində  Borneo  adasında  təsadüf  edilən  nəhəng 

boylu,  qonur  oranqutanq  meymunu  tutulmuşdur.  Meymun  öz 

sahibinə  (deyilənə  görə,  sahibi  Malta  gəmisində  dənizçidir) 

qaytarıla bilər, bu şərtlə ki, sahibi onu tanısın və onun tutulması və 

xərclənməsinə  çəkilən  xərcləri  ödəsin.  Bu  ünvana  müraciət  edin: 

SenJermer məhəlləsi, filan küçə, ev N-filan, 4-cü mərtəbə.    

 



Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?    

 



Onu  bilmirəm, 

– 

Düpen  dedi. 



– 

Ona  hələ  bir  o qədər  də 

əmin deyiləm. Amma bu lent parçasına baxın. Forması, görünüşü 

və  yağlı  olmasından,  görünür,  onunla  dənizçilər  saçlarını 

downloaded from KitabYurdu.org



 

  

36 | 



s ə h i f ə

 

  



 

  

bağlayıblar.  Axı  dənizçilərin  letnlə  saçlarını  hörməkdən  xoşları 



gəlir. Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam 

vura  bilər.  Onu,  xüsusilə  maltalılar  yaxşı  edirlər.  Lenti 

ildırımötürənin  aşağısından  tapdım.  Lent  qətlə  yetirilənlərin  heç 

birinki ola bilməzdi. Əgər mən bu lentin Malta gəmisində dənizçi 

işləyən  fransıza  məxsus  olduğunu  deməklə  yanılmamışamsa, 

qəzetdə verdiyim elanda siz deyən bir qəbahətə yol verməmişəm. 

Səhv  etmişəmsə,  dənizçi  mənim  sadəcə  olaraq  yanıldığımı  zənn 

edəcək və işin dərinliyinə getməyəcək. Haqlı olaramsa, deməli, əsas 

məsələni  həll  etmişik.  Qətldə  əli  olmasa  da,  onu  görmüş  fransız, 

meymunu tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə 

tərəddüd edəcəkdir. O, belə mühakimə yürüdəcək: “Mənim təqsirim 

yoxdur; həm də kasıb adamam. Belə bir vəziyyətdə olan adam üçün 

oranqutanq xeyli miqdarda pul deməkdir. Mənazıs şübhə üzündən 

nə üçün onu buraxmalıyam? O ki indi yaxınlıqdadır. Onu qətlin baş 

verdiyi  yerdən  xeyli  uzaqda,  Bulon  meşəsində  tapıblar.  Kimin 

ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə 

baş verməsi ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də, 

mənə nəyisə sübut etmək çətin işdir. Mən bilirəmsə də, deyəcəm ki, 

bu işdə günahım yoxdur. Ən başlıcası budur ki, məni tanıyan var.” 

“Elanda  məni  bu  ədanın  “sahibi”  kimi  qələmə  veriblər.  Görəsən, 

haqqımda  daha  nə  bilirlər?  Özüm  sahibi  ola-ola,  öz  malımdan 

imtina eləsəm, heyvandan şübhələnə bilərlər.  

Nə  heyvanın,  nə  də  özümün  şübhə  altına  düşməyimi  istəmirəm. 

Elanda  göstərilən  yerə  gedib,  oranqutanqı  götürəcək,  bu  əhvalat 

unudulanadək onu gizlədəcəyəm.”    

Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi. 

– 

Tapançanı hazır 



vəziyyətdə  saxlayın, 

– 

Düpen  dedi, 



– 

amma  onu  göstərməyin  və 

mən deməyincə atəş açmayın.    

downloaded from KitabYurdu.org




 

  

37 | 



s ə h i f ə

 

  



 

  

Evin  giriş  qapısı  açılmış,  gələn  adam  zəngi  çalmadan  içəri 



girmiş və bir neçə addım pilləkənlərlə yuxarı qalxmışdı. İndi isə, 

görünür,  tərəddüd  edirdi.  Bir  qədər  keçdikdən  sonra  onun  aşağı 

düşdüyünü  eşitdik.  Düpen  tez  qapıya  tərəf  getdi.  Sonra  həmin 

adamın  yenidən  yuxarı  qalxdığını  eşitdik.  O,  ikinci  dəfə  geri 

dönmədi, qətiyyətlə yuxarı qalxıb qapını döydü.    

 



İçəri buyurun, 

– 

Düpen kefi kök və səmimi tərzdə dedi.    



Gələn adam içəri girdi. Dənizçi olduğu aydın görünürdü. O, 

ucaboylu, dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir 

kişi  idi.  Gündən  çox  qaralmış  sifətinin  yarıdan  çoxunu 

bakinbordları  və  bığları  örtmüşdü.  Əlində  sanballı  bir  palıd 

dəyənəyi vardı. Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş 

əydi  və  “axşamınız  xeyir”  dedi.  Fransızca  təmiz  danışırdı. 

Ləhcəsində  azacıq  şimallılara  məxsusluq  özünü  büruzə  versə  də, 

mənşəcə parisli olduğu aydındı.    

 

Əyləşin, dostum, 



Düpen dedi. 

– 

Zənnimcə, oranqutanqın 



dalınca  gəlmisiniz.  Düzünü  desək,  sizə  qibtə  edirəm.  Çox  gözəl 

növdür, şübhəsiz, olduqca qiymətli heyvandır. Sizcə, onun neçə yaşı 

olar?    

 



Bunu deyə bilmərəm. Bəlkə də dörd, ya beş, bundan çox ola 

bilməz. İndi o buradadır?    

 

Nə danışırsınız, bizdə imkan hardandır ki, belə bir heyvanı 



burda  saxlayaq?  Onu  Dübr  küçəsində  yaşayan  faytonçunun 

karvansarasına  aparmışıq.  Lap  yaxındadır.  Sabah  gəlib  apara 

bilərsiniz. Siz onu tanıya bilərsiniz?    

 



Əlbəttə, ser.    

 



Ondan ayrılacağıma təəssüflənirəm, 

– 

Düpen dedi.    



downloaded from KitabYurdu.org


 

  

38 | 



s ə h i f ə

 

  



 

  



 

Çəkdiyimiz  zəhmətin  hədər  yerə  getməsini  istəməzdim. 

Çox  istərdim  ki,  onun  tapılmasında  çəkdiyiniz  zəhmətin  əvəzini 

pulla ödəyim, necə deyərlər, imkan dairəsində.    

 

Nə olar, 



– 

dostum dedi, 

– 

şübhəsiz bu ədalətli olardı.  



Amma  qoyun  fikirləşim,  görüm  sizdən  nə  alsam,  yaxşı  olar?  Siz 

gəlin  mənə  Morq  küçəsindəki  qətl  barəsində  nə  bilirsiniz,  onu 

danışın.    

Düpen axırıncı sözləri çox alçaqdan və sakit dedi.  

Təmkinliklə qapıya tərəf getdi. Qapını bağlayıb, açarı cibinə qoydu. 

Sonra  qoltuq  cibindəki  tapançanı  çıxarıb,  zərrə  qədər  də 

həyəcanlanmadan  onu  stolun  üstünə  qoydu.  Dənizçinin  sifəti 

pörtdü,  sanki  təngənəfəs  olmuşdu.  Ayağa  sıçrayıb  dəyənəyi 

götürdü, lakin elə həmin anda oturduğu stula sərildi. Bütün vücudu 

titrəyirdi. Rəngi ağappaq olmuşdu. Dinib danışmırdı. Ona yazığım 

gəldi.    

 



Dostum, nahaq yerə qorxursunuz,

– 

Düpen nəvazişlə dedi,   



 

sizə bir centlemen və fransız kimi söz verirəm ki, bizdən 



heç bir ziyan görməzsiniz. Morq küçəsindəki o dəhşətli qətldə sizin 

təqsiriniz olmadığını da lap yaxşı bilirəm. Bununla belə, həmin qətl 

ilə sizin bu və ya digər dərəcədə əlaqəli olduğunuzu inkar etmək 

olmaz.  Sizə  dediklərimi  başa  düşməlisiniz  ki,  bu  barədə  mən 

müəyyən yollarla məlumat əldə etmişəm. Yatsanız, heç yuxunuza 

da girə bilməz. Deməli, məsələ belədir. Axı elə bir iş tutmamısınız 

ki,  danlağa  məruz  qalasınız  və  ya  məsuliyyətə  cəlb  olunasınız. 

Cəzasız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız. 

Nəyisə gizlətməyiniz yersiz görünər. Gizlətmək üçün səbəb yoxdur.  

Bununla belə, vicdan tələb edir ki, bu işlə əlaqədar nə bilirsinizsə, 

hamısını olduğu kimi danışasınız. Günahsız adam həbs olunub, onu 

downloaded from KitabYurdu.org




 

  

39 | 



s ə h i f ə

 

  



 

  

qətldə  təqsirləndirirlər.  Halbuki  siz  əsl  caninin  kim  olduğunu 



bilirsiniz.    

Düpenin  bu  sözlərindən  sonra  dənizçi  sanki  özünə  gəldi, 

amma əvvəlki cəsarətindən əsər-əlamət qalmamışdı.    

 



Allah, sən özün kömək ol. 

– 

Azacıq sükutdan sonra dənizçi 



dilləndi. 

– 

Nə bilirəmsə sizə danışacağam. Ancaq ağlım kəsmir ki, 



dediklərimə inanasınız. Mənə inanacağınızı fərz etmək, həqiqətən 

də  axmaqlıq  olardı.  Yenə  də  deyirəm,  təqsirim  yoxdur.  Bu  işdən 

ötrü  ölsəm  də,  hər  şeyi  etiraf  edəcəyəm.  Onun  nəql  etdikləri 

aşağıdakılardır. Bu yaxınlarda o, hind dənizi səyahətində olub. Bir 

dəstə dənizçi ilə Borneo adasında sahilə çıxıb və şənlənmək üçün 

adanın içərilərinə doğru gediblər. Həmin oranqutanqı bir dostu ilə 

elə  orada tutub.  Bir  müddətdən  sonra dostu  ölür  və meymun  ona 

qalır.İpə-sapa  yatmayan  meymunla  olmazın  əzab-əziyyət  çəkən 

sahibi,  nəhayət,  vətənə  qayıdır.  Həm  qonşuların  zəhlətökən 

marağından  uzaq  olmaq  üçün,  həm  də  ayağına  gəmidə  şey 

batdığından  yarası  sağalana  qədər  oranqutanqı  Parisdəki  evində 

qıfıl altında anbarda saxlayır. Əsas məqsədi bu olub ki, onu münasib 

qiymətə  satsın.  Qətlin  baş  verdiyi  gecəyarısı  hansısa  dənizçi 

dostunun şənliyindən evə qayıdanda, oranqutanqı öz yataqotağında 

görür.  Məlum  olur  ki,  meymun  anbarın  arakəsməsini  sındırıb, 

həmin  otağa  keçibmiş.  Üzünü  ədəb-ərkanla  sabunlayaraq,  əlində 

ülgüc  güzgünün  qabağında  əyləşib,  guya  üzünü  qırxır.  Şübhə 

yoxdur  ki,  sahibi  əvvəllər  üzünü  qırxanda  oranqutanq  anbardakı 

açar  deşiyindən  bunu  görürmüş.  Qəddar  heyvanın  əlində  bu 

təhlükəli aləti gördükdə, meymunun ondan necə istifadə edəcəyini 

bildiyindən başını itirən sahibi bir anlığa çaş-baş qalır. Əvvəllər də 

heyvanın  azğınlaşmış  vaxtlarında  onu  qırmancla  ram  etməyə 

adətkar  olduğundan,  bu  dəfə  də  qırmanca  əl  atır.  Oranqutanq 

downloaded from KitabYurdu.org




 

  

40 | 



s ə h i f ə

 

  



 

  

qırmancı görən kimi tez qapıya tərəf sıçrayaraq pilləkənlərlə aşağı 



qaçır.   

Bədbəxtlikdən pəncərə açıq olduğundan küçəyə çıxır. Ümidsiz bir 

halda  fransız  da  onun  dalınca  gedir.  Ülgüc  əlində  meymun 

hərdənbir  dayanaraq  geri  baxır,  sahibinin  ağzını  əyir,  onu  xeyli 

yaxına buraxdıqdan sonra yenə qaçırmış. Bu təqib xeyli davam edir.   

Səhər saat üç radələrində küçələrdə tam sakitlik imiş.    

Morq  küçəsinin  arxa  tərəfindəki  dalana  burularkən, 

oranqutanqın diqqətini dördüncü mərtəbədə madam L’Espanyenin 

yataq  otağının  açıq  pəncərəsindən  gələn  işıq  cəlb  edib.  Binaya 

özünü yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz bir 

cəldliklə  onunla  dırmaşaraq,  divara  tərəf  tam  açılmış  pəncərə 

qapağından yapışır və birbaşa özünü çarpayının baş tərəfinə atır. Bu 

əməliyyat  bir  dəqiqədən  artıq  çəkməyib.  Otağa  girdikdən  sonra 

yenidən pəncərəni təpiklə vurub açır. Bu vaxt ərzində dənizçi bilmir 

ki,  sevinsin,  yoxsa  kədərlənsin.  Heyvanı  yenidən  tuta  biləcəyinə 

ümid bağlayır. Güc-bəla ilə qaçıb qurtardığı tələyə yenidən düşən 

oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, onun 

da yanını dənizçı kəsdirib dururdu. Birdən onu fikir götürür, evdə 

heyvanın əlindən xata-zad çıxa bilərdi. Bu fikir dənizçını vadar edir 

ki, onu yenidən gizləsin. Dənizçı üçün ildırımötürənlə dırmaşmaq 

çətinlik  törətmir.  Ondan  xeyli  aralı  sol  tərəfdə  pəncərənin 

bərabərinə  çatanda,  dayanmalı  olur.  Yalnız  bir  şey  edə  bilir 

 

boynunu uzadaraq pəncərədən otağın içinə ötəri nəzər salır. Elə ilk 



baxışdan dəhşətə gəlir. Az qalır yıxılsın. Morq küçəsinin sakinlərini 

də yuxudan oyadan məhz  həmin dəhşətli qışqırtılar olub. Madam 

L’Espanye  və  qızı  gecə  paltarında  otağın  ortasında  qoyulmuş, 

haqqında  danışdığımız  dəmir  seyfin  içindəki  sənədləri  nizama 

salırmışlar.  Görünür,  onlar  arxası  pəncərəyə  oturduqlarından, 

downloaded from KitabYurdu.org




 

  

41 | 



s ə h i f ə

 

  



 

  

meymunun içəri girməyindən dərhal xəbər tutmayıblar. Heyvanın 



içəri  girməsi  ilə  qışqırtıların  eşidilməsi  arasında  müəyyən  vaxt 

keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi 

içəri  axanda  nəhəng  heyvan  madam  L’Espanyenin  saçlarından 

yapışaraq  (xanım  yatmazdan  qabaq  saçlarını  darayıb  kürəyinə 

tökmüşdü),  onun  gözü  qabağında  dəlləyin  hərəkətlərini 

yamsılayaraq  ülgücü  yellədirmiş.  Qız  isə  huşunu  itirdiyindən, 

hərəkətsiz halda uzanıb qalmışdı. Qarı qışqırır, müqavimət göstərir, 

qorxudan saçlarını yolmağa başlayır. Nəhayət, bu, meymunu haldan 

çıxarır. Qüvvətli əlini bir dəfə çəkməklə qarının başını, demək olar 

ki,  bədənindən  üzür.  Qanı  gördükdə  daha  da  quduzlaşır,  gözləri 

qəzəbdən  od  tutub  yanır.  Dişlərini  qıcayaraq  qıza  tərəf  atılır  və 

dəhşətli caynaqlarını onun boğazına keçirərək, nəfəsi kəsilənədək 

boğur.  Bu  zaman  vəhşi  nəzərləri  çarpayının  baş  tərəfindən  aralı 

dəhşətdən  ölü  rəngi  almış  sahibinə  zillənir.  Yadından  çıxmayan 

amansız  qırmanc  dərhal  qəzəb  hissini  əvəz  edir.  Haqlı  olaraq 

cəzalanacağından qorxan heyvan qanlı cinayətini ört-basdır etməyə 

cəhd  göstərir.  Qəzəbindən  otaqda  qərar  tutmayaraq,  avadanlığı 

sındırıb  tökür.  Yorğan-döşəyi  çarpayıdan  dartıb,  döşəməyə 

fırıldadır. Nəhayət, əvvəl qızın meyidini qamarlayaraq indi tapıldığı 

buxarıya  tıxayır,  sonra  isə  qarını  götürüb  pəncərədən  başıaşağı 

tullayır.  Meymun  eybəcər  hala  saldığı  yüküylə  pəncərəyə 

yaxınlaşanda,  dənizçı  sarsılmış  halda  ildırımötürənə  tərəf  geri 

çəkilir, onunla sürüşüb düşür. Dəhşət içində oranqutanqı unudub, bu 

qanlı cinayətin nəticəsindən qorxaraq dərhal evə qaçır. Adamların 

pilləkənlərlə  qalxarkən  eşitdikləri  sözlər  fransızın  vahimə  ifadə 

edən  nidası  və  ona  qarışmış  rəzil  heyvanın  çıxartdığı  səslərmiş. 

Deyilənlərə  yeni  bir  şey  əlavə  etmək  çətindir.  Adamlar  qapını 

sındırmazdan  azacıq  əvvəl  oranqutan  otaqdan  ildırımötürən 

vasitəsilə  qaçır.  Pəncərəni  də  çıxarkən  örtür.  Bir  qədər  keçəndən 

downloaded from KitabYurdu.org




 

  

42 | 



s ə h i f ə

 

  



 

  

sonra  dənizçi  onu  özü  tutur  və  böyük  bir  məbləğə  heyvanxanaya 



satır.   

    


Polis  idarəsində  əhvalatı  olduğu  kimi  danışdıq.  Dərhal  Le 

Bonu  buraxdılar.  Bununla  belə,  Düpen  bəzi  şeyləri  deməkdən 

çəkinmədi.  Bu  vəzifəli  çinovnik  dostuma  qarşı  iltifatlı  olmasına 

baxmayaraq,  işlərin  belə  şəkil  aldığını  görəndə  peşmançılığını 

gizlədə bilmədi. Bir neçə kinayəli sözlə hər kəsə öz işi ilə məşğul 

olmağı məsləhət gördü.    

– 

Qoyun çərənləsin, ürəyini boşaltsın, 



 Düpen dedi və ona 

cavab verməyi lüzumsuz hesab etdi.

– 

Rəqibimi öz meydançasında 



məğlub etmək mənə ləzzət verir.    

Polis  bu  müəmmənı  aça  bilmədi,  amma  onun  zənn  etdiyi 

kimi, bu işdə heç bir möcüzə yoxdur. Düzünü desək, polis dostum 

çox hiyləgər olduğundan, məsələnin dərinliyinə gedə bilmir və onun 

mühakimələrində bir səthilik var. Bu səthilik də Laverna ilahəsinin 

şəkillərdə  bədənsiz  baş  kimi  və  yaxud  ən  yaxşı  halda  isə  treska 

balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına oxşayır. 

Buna görə də ona pis adam deməzdim. Bu adamda xüsusilə xoşuma 

gələn cəhət odur ki, diribaşdır. Özünü ağıllı kimi qələmə  verərək 

nüfuz qazanmışdır. Onun xasiyyətini nəzərdə tuturam.    

Yaxşı deyiblər: “Olan şeyi dan, olmayan şey haqqında aləmə 

car çək.”   

   

 

son 



  

   


downloaded from KitabYurdu.org

Yüklə 477,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə