Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

13

FƏSIL II. ALIŞ-VERIŞ VƏ BAZAR

Ola bilsin ki, satıcılar əvvəlcədən mala çox aşağı qiymət qoysunlar. Belə bir halda, malın alış 

istəyi və imkanları çox alıcıda olacaqdır. Ola bilsin ki, onlar tərəfi ndən tələb edilən say bazarda 

olan malın sayından çox olsun. Mala olan tələbatın çatdırmadan çox olduğu halda, mal qıtlığı ya-

ranacaq və bu da satıcılar üçün siqnaldır ki, onlar satış qiymətini artıra və daha çox mənfəət əldə 

edə bilərlər. Bir qayda olaraq, onlar belə də edirlər və malın qiymətini qaldırırlar. Qiymət artımı 

ilə yanaşı isə, bu malı almaq istəyi və imkanı (tələbatı) olan istehlakçıların sayı azalır. 

Nəhayət, qiymətin, tələbatın və çatdırılmanın mübadiləsi nəticəsində bazarda elə bir vəziyyət 

yaranacaqdır ki, malın çatdırılmış və tələb edilmiş sayı bir-birinə bərabər olacaqdır. Bu vəziyyət 

bazar tarazlığı adlanır. Malın müvafi q qiyməti isə  – tarazlaşdırılmış qiymət. Bu, malın elə bir satış 

qiymətidir ki, bu zaman satıcıların malın satış istəyi və imkanları alıcıların istək və imkanlarına 

bərabər olur. 

PORTAĞAL BAZARINA TƏLƏBAT -ÇATDIRMA 

Adam Smit (Adam Smith, 1723-1790 illər)  – şotlandiyalı siyasi iqtisadçı və 

fi losof. Onun “Millətlərin zənginlik təbiəti və səbəbləri haqqında tədqiqat” ən məşhur 

əsərində təsvir edilir ki, bazarın “gözəgörünməz əli” malın qiymətini necə idarə edir.

ortağal bazarında bazar tarazlığının əldə edilməsi misalını təhlil edək: (sadə olması üçün belə 

hesab edək ki, bazarda hər satıcı 1 kiloqram portağal satır və hər alıcı da 1 kiloqram portağal alır) 

Cədvəldən görünür ki, portağalın qiyməti 10 tetri olduqda, 26 istehlkaçının onu almaq istəyi və 

imkanı var, amma heç bir istehsalçı bu qiymətə portağalı satmaq istəmir. Qiymətin artımı ilə yanaşı   

onu  satmaq istəyən satıcıların da sayı artır, amma bu məhsulu almaq istəyən istehlakçıların sayı 

QİYMƏT

LARİ



14

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Qiymətin dəyişdirilməsi səbəb olacaqdır:

Əlavə izahatlı sxemlərlə kitabın sonunda, 68-74-cü səhifələrdə tanış ola bilərsiniz. 

azalır.  Portağalın satış qiyməti 1 lariyə çatanda, onu satmaq istəyən istehsalçıların sayı 26-ya 

çatır, hərçənd  yalnız 2 istehlakçı onu almaq imkanına malikdir. Cədvəldən göründüyü kimi, bu 

bazarda tarazlıq portağalın qiymətinin 60 tetri olduğunda möhkəmlənir, bu zaman satıcıların və 

alıcıların sayı (və eləcə də satılan və alınan portağalın miqdarı) bir-birinə bərabər olur. 

 Şəkildə tələbat və çatdırma əyri xətlərini qursaq, o zaman onların kəsişmə nöqtəsinin koordinatları 

tarazlaşdırılmış qiymət (0,60) və tarazlaşdırılmış miqdar  (10) olacaqdır.

Qiymət artımında tələbatın miqdarı azalır

Qiymət artımında təklifi n miqdarı artır



BAZARDA TARAZLIQ

Təklifi n miqdarında

dəyişikliklər

ÇATDIRMA

TƏLƏBAT

portağalın 

miqdarı

tarazlaşdırılmış 

miqdar

TARAZ 

QİYMƏT

Portağalın 

qiyməti

Portağalın 

qiyməti

portağalın 

miqdarı

portağalın miqdarı

PORTAĞALIN 

QİYMƏTİ

Tələbat miqdarında 

dəyişikliklər


15

FƏSIL II. ALIŞ-VERIŞ VƏ BAZAR



Yaxşını baha qiymətə almaq lazımdır – xərcini çıxarmaq üçün.

(Gürcü atalar sözü)

Bazar tarazlığını müzakirə etdikdə, biz bazar iştirakçılarının öz qərarlarını rasional 

şəkildə qəbul etdiklərini nəzərdə tuturuq. Məsələn, mobil telefonu əldə etdikdə, alıcı müxtəlif 

modeldə olan telefonun qiymətini, rəngini, ölçüsünü, proqram imkanlarını, nüfuzlu olmasını, 

rahatlığını araşdırır və bütün bu xüsusiyyətləri ölçüb-biçdikdən sonra qərar qəbul edir ki, 

hansı modeldə telefonu alsın.

Həqiqətdə insanlar bu cür rasional deyillər. Bir çox hallarda, qərarımızı irrasional, 

emosiyaların təsiri altında qəbul edirik. Məlum olduğu kimi, kosmetikanı aldıqda emosion-

al qərarların qəbul edilməsi xüsusilə tez-tez olur, halbuki alətləri insan daha rasional seçir. 

İnsanın seçiminin düzgünlüyünü tələsmək və vaxt azlığı azaldır.  İstehlakçı anlayanda ki, 

onun istədiyi malın qiymətinə müvəqqəti endirim elan edilib, bu zaman çalışır ki, dərhal onu 

alsın və əlində olduğu digər imkanlara diqqət vermir. 

Massaçuset Texnoloji Universitetinin professoru Den Ariel (Dan Ariely)  insanlar 

tərəfi ndən məhsulun seçiminin daha bir maraqlı aspektinə diqqəti yönəltdi: bizim üçün nəinki 

əldə etdiyimiz məhsul, eləcə də boyun qaçırdığımız alternativlər də çox vacibdir.İş ondadır 

ki, tez-tez istehlakçı,məhsulun müəyyən xüsusiyyətlərini digər, oxşar məhsulla müqayisə 

yolu ilə qiymətləndirir. Bacarıqlı marketoloq istehlakçının bu yönümünü öz xeyrinə istifadə 

edə bilər. 

İstehlakçıların seçiminin belə bir manipulyasiyasını nümayiş etdirmək üçün Den Ariel 

belə bir eksperiment keçirdi: öz tələbəsinə  “İqtisadçı” (Economist) saytında yerləşdirilən 

növbəti üç təklifdən birini seçməyi təklif etdi:  

1. Jurnalın elektron nəşrinə abunə olmağı, qiyməti: 59$;

2. Jurnalın çap variantına  abunə olmağı, qiyməti: 125$;

3. Jurnalın elektron və çap variantına abunə olmağı, qiyməti:125$.



Den Ariel (Dan Ariely, 1967 il) – amerikalı alim, hal-hazırda Dyuk Uni-

versitetində çalışır (Darem şəhəri, Şimali Karolina ştatı), psixologiya və dav-

ranış iqtisadiyyatı professoru; Retrospektiv tədqiqatlar mərkəzinin təsisçisi.  



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə