Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   2   3   4   5   6   7   8   9   ...   25

 
21 
etmədim.  O  çox  israr  etdi.  Peyğəmbərin  bir  hədisini 
misal  gətirərək,  “evlənməyənlər  mənim  ümmətimdən 
deyil”  -dedi.  Mən  bu  hadisənin  səmimiyyətimizə  xələl 
gətirəcəyini  duyub  yalandan,  məndə  cinsi  acizlik 
vardır, 
-deyə 
bəhanə 
gətirdim. 
Bununla 
da 
əlaqələrimizi  və  dostluğumuzu  davam  etdirdim.  Bir 
müddət  sonra  Əhməd  əfəndiyə  vətənimə  dönmək 
istəyimi  bildirdim.  O  təəssüflənərək,  Allah-Taala  bu 
şəhərə  din  və  dünyanı  birlikdə  vermişdir.  Ata-ananın 
öldüyünü  demişdin,  qohum-qardaşın  isə  yoxdur. 
Məsləhət  görürəm  ki,  daimi  yaşayış  üçün  İstambulu 
seçəsən.  O  çox  israr  etdi,  lakin  Lodona  getmək  mənim 
vəzifə  borcum  idi.  Xilafət  mərkəzi  haqqında  geniş 
mə`lumat verib, yeni əmrlər almalıydım.  
İstambulda  olduğum  müddətdə  hər  ay  MNN-ə 
müşahidə  etdiyim  hadisələrlə  əlaqədar  mə`lumatlar 
hazırlayıb göndərirdim.  
Hesabatlarımın  birində  yazmışdım  ki,  yanında 
şagirdlik  etdiyim  usta  məni  cinsi  əlaqəyə  məcbur  edir, 
nə  edim?  Onlar  mənə  cavab  olaraq,  belə  yazmışdılar: 
”Bu  iş  səni  hədəfə  çatdırarsa,  edə  bilərsən”.  Cavabı 
oxuyanda çox əsəbləşdim, sanki dünya başıma fırlandı. 
Bu kimi hadisələrə İngiltərədə təbii baxıldığını bilirdim. 
Lakin  mənə  bu  işlərdə  əmr  olunacağını  ağlıma  belə 
gətirməzdim.  Nə  etməli,  suyu  son  damlasına  qədər 
içmək  məcburiyyətindəyəm.  Odur  ki,  susaraq,  öz 
vəzifəmi yerinə yetirdim.  
Əhməd  əfəndi  ilə  vidalaşanda  gözləri  yaşardı: 
”Oğlum, Allah-Taala yardımçın olsun! Bir də İstambula 
qayıtsan,  yəqin  ki,  mənim  öldüyümü  görərsən;  onda 


 
22 
məni  xatırla,  ruhuma  bir  “Fatihə”  surəsi  oxu!  İnşallah, 
qiyamət  günü  Peyğəmbərin  hüzurunda  görüşərik”. 
Mən  də  çox  kövrəldim,  gözlərim  yaşardı.  Lakin  vəzifə 
borcu şəxsi hisslərimdən daha üstündür. 


 
23 
ÜÇÜNCÜ FƏSİL 
Əməkdaşlarım  məndən  əvvəl  Londona  dönərək, 
MNN-dən 
yeni 
əmrlər 
almışdılar. 
Doqquz 
əməkdaşımdan  yalnız  beş  nəfəri  geri  dönə  bilmişdi. 
Katiblərin  dediyinə  görə,  qalan  dörd  nəfərdən  biri 
müsəlman 
olub 
Misirdə 
qalmışdı; 
lakin 
sirri 
açmamışdı.  İkincisi  Rusiyaya  gedərək  orada  qalmışdı; 
o,  əslən  Rusiyalı  idi  və  onun  Rusiya  casusu  olduğu 
güman olunurdu. Üçüncüsü Bağdadda vəba xəstəliyinə 
tutularaq  vəfat  etmişdi.  Dördüncüsü  Yəmənin  Cəna 
şəhərindən bir ilə qədər məlumat göndərmiş, sonradan 
əlaqə  kəsilmişdi.  Nazirlik  dörd  nəfərin  aradan 
getməsini fəlakət kimi qəbul edirdi. Biz əslən vəzifələri 
böyük, sayı az bir millətik. Hər bir nəfərimiz gərəklidir.  
Mə`lumatlar  katibliyə  təqdim  edildikdən  sonra 
nəticələri  araşdırıb  şərh  etməkdən  ötrü  iclas  çağırıldı. 
İclasda  mənim  mə`lumatlarım  tənqid  olundu.  Lakin 
ümümi  nəticəyə  görə  üçüncü  yerdə  idim.  Birinci  yeri 
əməkdaşım Georgi Bilqaydi, ikinci yeri isə Henri Fansi 
qazanmışdı. Mən türk və ərəb dillərini, Qur`ani-Kərimi 
və  şəriəti  mükəmməl  şəkildə  öyrənmişdim.  Lakin 
Osmanlı  dövlətinin  zəif  nöqtələrini  göstərən  mə`lumat 
hazırlaya  bilməmişdim.  İki  saat  qədər  davam  edən 
iclasdan sonra bu bacarıqsızlığımın səbəbini soruşanda, 
mən onlara belə dedim:  
Mənim  əsl  vəzifəm  Qur`anı,  şəriəti  və  dili  öyrənmək 
idi.  Başqa  işlər  üçün  vaxt  tapa  bilməmişdim.  Ancaq 
növbəti səfərimdə mütləq sizi razı salacağam.  
Katib: 


 
24 
Şübhəsiz  sən  müvəffəq  olacaqsan!  Amma  sənin 
birinci olmanı istərdim. Hemfer, gələcək səfər üçün iki 
mühüm məsələdə məs`uliyyət daşıyırsan: 
1.  Müsəlmanların  zəif  nöqtələrini  müəyyən  edib, 
qarşıdurma  yaratmaq  üçün  onları  qruplara  bölmək...! 
Düşmənə qalib gəlməyin yolu ancaq və ancaq budur! 
2.  Bunları  etdikdən  sonra  ümumi  proqramı  mərhələ-
mərhələ həyata keçirmək.  
Bu  işləri  bacarıb  yerinə  yetirsən,  nazirlik  tərəfindən 
xüsusi mükafatlara layiq görüləcəksən. 
Londonda  altı  ay  qalıb  əmim  qızı  Mariya  ilə 
evləndim.  O  zaman  mənim  iyirmi  iki,  onun  isə  iyirmi 
üç  yaşı  var  idi.  Mariya  orta  savadlı,  mədəni  və  çox 
gözəl  bir  qız  idi.  Həyatımın  ən  unudulmaz  anlarını 
onunla  keçirdim.  Yoldaşım  hamilə  idi;  onun  azad 
olmasını  gözləyirdik  ki,  elə  bu  vaxt  İraqa  getmək 
əmrini 
aldım. 
Övladımın 
dünyaya 
gəlməsini 
gözləyərkən,  bu  əmrin  gəlməsi  məni  çox  sarsıtdı. 
Ancaq 
vətənə 
xidmət 
üçün 
verdiyim 
and, 
əməkdaşlarımı  ötüb  keçərək  məhşurlaşmaq  həvəsi 
atalıq  hisslərimi  üstələdi.  Buna  görə  də  tərəddüd 
etmədən  əmri  qə`bul  etdim.  Mariya  uşağın  dünyaya 
gəlməsi  üçün  qayıtmağımı  istədi;  lakin  onun  sözlərinə 
əhəmiyyət  vermədim.  Vidalaşdığımız  gün  ikimiz  də 
ağladıq.  Yoldaşım  mənə  -  əlaqəni  kəsmə,  mən  də  sənə 
qızıl  kimi  qiymətli,  yurdumuzla  əlaqədar  məktublar 
yazacağam - dedi. Bu sözlər qəlbimdə fırtına yaratdı, az 
qala səfəri təxirə salacaqdım. Lakin hisslərimi cilovlaya 
bildim.  Mariya  ilə  vidalaşıb  son  tə`limat  almaq  üçün 
nazirliyin binasına getdim.  


 
25 
Artıq  altı  ay  idi  ki,  İraqın  Bəsrə  şəhərində  idim.  Bu 
şəhər əhalisinin bir hissəsi sünni, digər bir hissəsi isə şiə 
idi.  Müxtəlif  tayfaların  məskunlaşdığı  Bəsrə  şəhərində 
ərəblər  və  farslar  əksəriyyət  təşkil  edirdi;  burada 
xristianlar da var idi. Həyatımda ilk dəfə şiə və farslarla 
burada  qarşılaşmışdım.  Sözə  başlarkən,  az  da  olsa 
sünni  və  şiələrdən  danışmaq  yerinə  düşərdi.  Mənim 
gəldiyim qənaətə görə, Əli, Həsən və Hüseynin xilafəti 
barədə şiələr haqlıdırlar. İslam tarixindən əldə etdiyim 
mə`lumatlara  əsasən  deyə  bilərəm  ki,  Əli  xəlifə  olmaq 
üçün  tələb  olunan  yüksək  sifətlərə  malik  bir  dahi 
şəxsiyyət idi. Həsən və Hüseyni də bu işə layiq bilirəm. 
Ancaq 
Hüseynin 
övladlarının 
Məhəmməd 
(ə) 
tərəfindən  necə  xəlifə  tə`yin  olunması  mənim  üçün 
şübhəlidir.  Ona  görə  ki,  Məhəmməd  (ə)  peyğəmbər 
idisə,  gələcəkdən  xəbər  verməsi  yalnız  Allah-Taalanın 
bildirməsi  ilə  mümkündür  (İsa  Məsihin  zühur 
edəcəyini 
deməsi 
kimi). 
Lakin 
Məhəmmədin 
peyğəmbərliyi 
biz 
xristianlara 
görə 
şübhəlidir. 
Müsəlmanların 
onun 
peyğəmbərliyinə 
dəlil 
və 
sübutları çoxdur. Bunlardan biri də Qur`andır; Qur`anı 
oxudum,  həqiqətən  çox  yüksək  bir  kitabdır.  Hətta 
Tövrat  və  İncildən  də  yüksəkdir.  Bəhs  olunduğu 
mövzular,  qanunlar,  nizamlar,  əxlaq  və  s.  çox  dolğun 
şəkildə  ifadə  olunub.  Məhəmməd  kimi  yazıb-oxumaq 
bacarmayan  bir  şəxsin  belə  bir  uca  kitabı  necə 
gətirdiyinə  heyrət  edirəm.  Görəsən  o,  bu  cür  düşüncə, 
zəka  və  əxlaqa  necə  malik  olmuşdur?  Məhəmmədin 
peyğəmbərliyi barədə olan həqiqətləri əldə etmək üçün 
daim  araşdırmalar  aparırdım.  Bir  dəfə  Londonda 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə