Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   15   16   17   18   19   20   21   22   23

İosif Qrişaşvili belə qələmə alır:

«Şorayeldən, Marneuldan və Durnukdan bura un, taxıl, Qarayazıdan düyü, Ağdaşdan qarpız,

Zaqataladan ləzgi armudu, Şıxlıdan pendir, Duşetdən və Qarabağdan qoyun, yun, kərə yağı,

Hamamlıdan yumurta, Cəlaloğludan və Məngilisdən kartof, Ləmbəlidən yağ, Qulfdan və Kağızmandan

duz, Borçalıdan soğan, badımcan və sair gətirilirdi.

Tatar meydanının ortasında böyük tərəzi - Qapan tərəzisi qoyulmuşdu. Buradan da mal əhaliyə və

alverçilərə paylanırdı. Kənddən gətirilən mal ilk növbədə şəhər sakinlərinə, sonra isə alverçilərə

satılmalı idi. Qapan tərəzisində bayraq ucaldılan zaman əhali, sonra isə alverçilər almalı idi. Saat 12

tamam olanda bayraq endirilirdi və bu, onu göstərirdi ki, bundan sonra alverçilər ilə kəndlilər

arasında alış-veriş başlamalı idi».

 

Ötən əsrdə Şeytanbazarda «Azərbaycan» və «Axundov» mehmanxanaları var idi. Cəlil



Məmmədquluzadə öz xatirələrində bu barədə yazır:

 

«Tiflisin Şeytanbazarında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi.



Material o qədər idi ki, şairlər deyən kimi:

 

Yaza-yaza dərdimi aləmdə kağız qoymadım.



Axırı bir guşəyi-divarə yazdım dərdimi»...

 

Başqa bir yerdə yenə yazır:



 

«Belə məhəllə dünyada müsəlman aləminin hər bir şəhərində var. Qələ şəhərinin Şeytanbazarı,

İrəvanın, Bakının və hətta Təbrizin və qeyri şəhərlərin və qəsəbələrin şeytanbazarları bir şəkildədir:

toz və torpaq, zibil, evlər və dükan-bazar xaraba, küçələr dolu it-pişiklə və keçəl-küçəl müsəlman

uşaqları. İki dükanın biri çayxana, tiryəkxana, qumarxana. Dar küçə və bazarda yük heyvanları

qarışıb adamlara. Camaat cümləsi kişidir. Maarifin, səliqənin və nəzafətin burada iyi-əsəri

görsənməz. Əhali cümləsi müsəlman camaatıdır».

 

 



A.Şaiq də Şeytanbazar barəsində öz xatirələrində yazır:

«Şeytanbazar o vaxt Tiflisin ən çox izdihamlı küçələrindən idi. İki-üç yerdə çayxana var idi. Bu

çayxanalar səhərdən axşama qədər hey dolub boşalır, hərə qarşısında bir stəkan çay oturur, dərvişlər

nağıl söyləyir, ilan oynadır, xanəndələr çalıb oxuyurdular. Böyük samovar səhərdən gecə yarısınadək

qaynayır, onun yanından qızarmış kömür əskik olmur, çayxana xidmətçiləri qəlyan başına maşa ilə od

qoyub, çəkə-çəkə alışdırır, sonra aparıb müştəriyə verirdilər. Müştəri də bir əli ilə qəlyanın uzun

boğazından, bir əli ilə də uzun müştüyündən yapışıb çəkir və tez-tez tüstünü havaya buraxırdı.

Samovarların hisi, tənbəkilərin acı tüstüsü çayxananın içini duman kimi bürüyürdü. Mən dayımgilə

həmişə bu çayxananın qabağından keçib gedərkən qapı ağzında durub, içəridə nağıl söyləyən, ilan

oynadan dərvişlərə və qəlyan çəkən müştərilərə tamaşa edirdim. Bu çayxanalar o zaman işsiz-peşəsiz

həyat keçirən, ətalət və qəflət azarına tutulmuş adamların məskəni idi. Elə çayxana düşgünləri var idi

ki, bütün günlərini orada keçirirdilər».

 



Bu gün Meydanın siması tamamilə dəyişdirilmişdir. Bir vaxtlar hər tərəfdən bağlı olan Kür sahili indi

tamamilə azad olunmuşdur. Köhnə tikililərdən yalnız Qalanın böyük kilsəsi və şimal-şərq tərəfinin bir

zolağı qorunub saxlanılmışdır.

 

Tatar bazarı – O vaxtlar gündəlik bazarlar içində ən böyük və qalabalıq olan bazar Tatar bazarı idi.



O, şəhərin ticarət mərkəzi idi. Bunun digər adı da Rastabazar və yaxud da Uzun bazar idi. II İraklinin

meydanı yaxınlığında yerləşirdi. Dar ticarət məhəllələri ilə xarakterizə olunurdu. Rastabazar farsca

«bir xətt boyu yerləşdirilmiş ticarət cərgəsi» deməkdir. Ərazi baxımından Siracxana da elə ona

məxsus idi. 1679-cu ilin «Nasğidoba» kitabında adı çəkilir. 1800-cü ildə o, Böyük bazar

adlanmışdır.

 

Tatrisxev – Tatar dərəsi – Orxev yaxınlığında quru dərədir.



Tbilelinin karvansarası – Kürün sol sahilində Sion kilsəsi yaxınlığında yerləşirdi. Vaxuştinin 1735-ci

il Tiflis planında qeyd olunmuşdur.

Temurağovis tğe – Teymur ağanın meşəsi. Sğnet qəsəbəsi yaxınlığında meşə və biçənək. Digər adı da

var: Kazaçnıy pokos.

Təbriz meydanı – II İrakli meydanının qədim adlarından biridir. Əvvəllər bir çox ad ilə məlum idi.

Çar, Knyaz, Bebel, Eqzarxos, Qubernator meydanı, Yuxarı bazar, Yuxarı meydan adlanırdı.

 

Təklənin karvansarası – Daha öncə çar İrakliyə məxsus idi və Çar karvansarası adlanırdı.



Qədimlərdə Sion yaxınlığında mal anbarı və ticarət yeri olub. XVII əsrdə Sionun qarşı tərəfində çarın

funduku, istirahət evi tikilmişdi. Ağa Məhəmməd şah Qacarın hücumu nəticəsində dağıdılmış binanın

təməli üzərində şahzadə Təklənin karvansarası tikilir.

 

 



Tiflis – Tiflisin yaranması Vaxtanq Qorqasalın adı ilə bağlıdır. Ona həsr olunmuş əfsanədə nəql

olunur ki, çar Vaxtanq Qorqasal Gürcüstanın o vaxtlar ana şəhəri olan Msxetanın həndəvərlərində ova

çıxıbmış. Çarın şahini səmada gördüyü qırqovulun arxasınca düşür. Yavaş-yavaş onlar Msxetadan

uzaqlaşırlar. Nəhayət şahin qırqovulun üstünə şığıyaraq ona hücum edir və yerə saldırır. Hər ikisi

gölməçəyə düşür. Çar görür ki, quşlar qaynar gölməçədə bişmişlər. Odur ki, Qorqasal burada suyu

qaynar olan xeyli bulaq aşkar edir. Məhz elə bu yerlərdə o, şəhər salmaq qərarına gəlir. Beləliklə,

Tiflis şəhəri yaranır. Tiflis şəhərinin adının da mənası gürcücə «isti su» deməkdir. Və elə onun adı da

bu isti sulardan götürülmüşdür. O vaxtlar Mtabor dağının ətəklərində olan isti bulaqlar indi də

mövcuddur. Həmin bulaqlar əsasında tikilmiş hamamlar yerdən qaynayan isti sular ilə təmin olunur.

Onu da qeyd etmək lazımdır ki, Vaxtanq Qorqasal çox ağıllı, uzaqgörən, zəhmətsevər siyasətçi, dövlət

xadimi, fədakar sərkərdə olub. Onun ləqəbi Qorqasal farsca «canavar başı» mənasını daşıyır və onun

dəbilqəsinin önündə canavar şəkli əks olunubmuş.

 

Elquca Amaşukeli. V.Qorqasalın heykəli.



1957-67-ci illər. Tbilisi

 

«Gürcüstan həyatı»nda belə nəql olunur:



«Çar Vaxtanq isə qızıldan dəbilqə hazırladı. Önü qurd başı idi, arxası aslan bədəni. Qoşunun zora


Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə