Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə36/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

NİTROAMMOFOSFATLAR VƏ

KARBOAMMOFOSFATLAR

Ümumi məlumat

Ammofos tərkibində qida komponentərinin əlverişsiz nisbəti ilə xarakterizə olunur (N : P2O5< 1:4). Balanslaşdırılmış nisbətə malik gübrə almaq üçün fosfat turşusunun ammonyakla neytrallaşması reaksiya qarışığına tərkibində azot olan kompo-nentlərin – azot turşusu, ammonium nitratın məhlulları və ya ərintisinin, karbamidin əlavə olunması ilə müşayiət oluna bilər. Belə gübrələrdə ammonium fosfatları ammonium nitratlarla birgə istifadə etdikdə onları nitroammofos (N+P), karbamidlə birgə istifadə etdikdə isə karboammofoslar adlandırırlar. Kalium duzları (KCl və ya K2SO4) əlavə etdikdə üçqat gübrələr (N + P + K) – nitroammofoska və karboammofoska alınır. Bu gübrələrin bütün komponentləri suda yaxşı həll olurlar. Dənəvərləşdirilmiş nitroammofosfatlar və nitroammofoskalar, karboammofosfatlar və karboammofoskalar yüksək qatılıqlı ballastsız gübrələrdir. Onların tərkibindəki təsiredici maddələrin miqdarı 55%-dən yuxarı ola bilər. Ammofosfatların və digər komponentlərin – ammoniumnitratın, karbamidin, kalium duzlarının nisbətinin asanlıqla dəyişdirilməsinin mümkünlüyü bu qida elementlərinin istənilən nisbətdə olduğu gübrələrin alınmasına imkan verir. Yüksək qatılıqlı turşuların və ərintilərin istifadəsi isə neytrallaşdırılmış məhsulun bərk dənələrə emalına enerji sərfini azaldır. Turşunun ammonyak ilə neytrallaşmasını məhsulun qurudulması ilə birgə aparmaq olar. Bu zaman qurutma kənardan əlavə istiik reaksiyasının istiliyi hesabına həyata keçirilir. Reaksiya kütləsində kalsiumlu birləşmələrin olmaması tez və dərin ammonyaklaşmanı həyata keçirməyə imkan verir. Belə ki, bu şəraitdə fosforun retroqra-dasiyası mümkün deyil. Buna görə də ammonyaklaşmanı fosforun bütövlükdə diammoniumfosfata keçməsinə qədər aparmaq olar. Bu zaman ammonyakın sərfinin artması hesabına (məs. diammoniumnitrofoska (HNO3, NH4NO3)) bahalı azotlu birləşmələrin sərfi azalır. Ammonium nitratın müəyyən hissə-sinin ammonyak ilə əvəz olunması gübrədə qida maddələrinin ümumi miqdarının artmasına gətirib çıxarır. Belə ki, ammon-yakda azotun qatılığı ammonium nitratdakına nisbətən 2,5 dəfə çoxdur. Qida elementləri 1:1:1 nisbətində nitrofoskanın tərki-bində adətən 17%N, P2O5 və K2O (tərkibi 17-17-17) diammo-niumnitrofoskada isə 17,7% (17,7 -17,7- 17,7) olur. Karbo-ammofosfatların və karboamofoskaların fosfat turşusunun karbamid tərkibli ərintilərlə neytrallaşdırılmasından və karba-midin monoammoniumfosfat məhlulu ilə qarışdırılması, emalı, alınan məhlul və ya ərintinin dənəvərləşdirilməsindən almaq olar. Bu zaman karbamidin qismən hidrolizi və ammonium fosfatın ammonyak ayrılmaqla dissosiasiyası gedir, hansını ki, mütləq neytrallaşmaya gedən fosfat turşusu ilə tutmaq lazımdır.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə