Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   2   3   4   5   6   7   8   9   ...   56


 
deməyə meylim və xüsusi səriĢtəm olmasa da, ayrıca əhəmiyyətli faktlara görə əzbər 
bildiyim parçalar var: Ona Anna Axmatovadan dedim: 
 
И снова осень валит Тамерланом, 
В Арбатских переулках тишина... 
 
Özüm  bilmədən  və  istəmədən  o  qərib  qadını  ağlatdım.  Anna  Axmatova 
yaĢayırdı. Nə söz, nə də məhəbbət ölməyəcəkdir. 
 
ƏSL SOYADI KUYUMÇU OLAN RƏSSAM KUİNCİ 
 
1768-1774-cü  illərin  Rus-Türk  müharibəsi  hələ  bitməmiĢdi.  Yekaterinanın 
göstəriĢi ilə  qubernator Çertkov 1770-ci  ildə  Kalçık çayı (rus tarixi  mənbələrindən 
Kalka  adı  ilə  tanıdığımız  çay)  vadisindəki  qədim  türk  qalası, 
müharibələrin  dağıtdığı  Kalçıkın  xarabalıqları  üzərində  Ģəhər 
salır. 
Tarixlərə  düĢən  Kalka  vuruĢu  bu  Qıpçaq  torpaqlarında  - 
Kalçık  çayının  sahilində  1223-cü  il  mayın  31-də  baĢ  vermiĢdi. 
Qıpçaq  qoĢunu  öz  müttəfiqi  rus  qüvvələri  ilə  birlikdə  Cəbə  və 
Subutay  bahadırın  komandanlığı  altında  monqol-tatar  qoĢunu  ilə 
qarĢı-qarĢıya  gəlmiĢdilər.  Qıpçaq-rus  birləĢmiĢ  qüvvələri  bu 
döyüĢdə  yenilmiĢdilər.  Yenə  burada,  fəqət  150  ildən  də  bir  qədər  artıq  vaxt  sonra 
Qızıl  Ordanın  qanuni  həqiqi  hakimi  qüdrətli  ToxtamıĢ  xanla  Kulikovo  çölündəki 
döyüĢdə yenilmiĢ Mamay arasında sonrakı döyüĢ də bu çayın sahilində, həmin yerdə 
1380-ci ildə baĢ vermiĢdi. 
Bir quru dövləti kimi tanınan Rusiyanın dənizlərə çıxmaq planında ilk hədəf 
Baltik və Qara dəniz idi. Qara dənizin yolunda Azov dənizi (əsl adı Azak) dururdu. 
Azak  dənizini  Pyotr  iki  hərbi  yürüĢ  nəticəsində  əldə  etmiĢdi.  Pyotrun  1696-cı  ildə 
istila  etdiyi  Azak  dənizi  və  üstündəki  hərb  qalaları  1711-ci  ildə  Rus  dövlətinin 
məğlubiyyətini  təsdiqləyən  Prut  sülhünün  Ģərtlərinə  görə  Türkiyəyə  qaytarıldı.  II 
Yekaterinanın böyük vüsətlə apardığı ardıcıl Rus-Türk müharibələri gediĢində 1770-
ci ildə Azak və sahilləri birdəfəlik istila olundu. 
Bu torpaqlar istila olunan  kimi bu  yerləri xristianlaĢdırmaq və  yerli türkləri 
zəiflətmək  məqsədilə  Azak  dənizi  boyundakı  Kalçık  Ģəhərinə  yunanlı  və  erməni 
ailələri, həmçinin kazaklar köçürülür. Yenidən məskunlaĢdırılan bu Ģəhərin əsl adına 
etina  edilmədən  Yekaterinanın  oğlu,  gələcək  rus  çarının  Ģərəfinə  Pavlovsk  adlanır. 
Lakin  yeni  istila  olunan  Kırımı  və  ona  bağlı  olan  əraziləri,  yaxın  keçmiĢin  türk 
torpaqlarını  Yunan  vilayətinə  çevirmək  istəyən  Yekaterina  Ģəhərə  Mariupol  yunan 
adı verir. 
Rus mənzərə rəssamı Kuinci Arxip Ġvanoviç 1842-ci ildə Azov (əsl adı Azak) 
dənizi sahillərində Kalçık çayı ağzında əsl adı Kalçık olan, sonra adı dəyiĢdirilərək 
Mariupol qoyulan, indiki Jdanov Ģəhərində doğulmuĢdur. 


10 
 
Kuincinin  ailəsi  burada  Yemençilər  ləqəbi  ilə  tanınırdı  (26,  8).  Atası 
çəkməçiliklə  məĢğul  idi.  Yemençi  türkcə  "çəkməçi"  deməkdir.  Gələcək  rəssam  15 
yaĢına kimi doğum Ģəhadətnaməsində rəsmən Yemençi oğlu soyadı ilə göstərilirdi. 
Yemençilər ailəsi Ģəhərin Karasevka məhəlləsində yaĢayırdılar. YaĢlılar hələ 
də  öz  məhəlləsinə  Karasu deyirdilər. Onlar hələ  1738-ci  ildə  General  Minixin fəth 
edib  dağıtdığı  Kırımın  Karasu  Bazar  Ģəhərindən  köçürülüb  gətirilmiĢdilər.  Karasu 
Bazar  Ģəhərinin  indiki  adı  Beloqorskdır.  Kırımın  minlərlə  adı  kimi  o  da 
dəyiĢdirilmiĢdir.  MəĢhur  Azərbaycan  alimi  Bəkir  Çobanzadə  də  bu  Ģəhərdən 
çıxmadır. 
Mariupol  Ģəhərində  gəlmələr-yenicə  xristianlaĢdırılmıĢ  türklər  hər  biri  öz 
keçmiĢ Ģəhərlərinin adını məhəllələrində saxlayırdılar. Feodosiyadan köçürülən Kafa 
kvartalında  (Kafa  "qafa,  baĢ"  yəni  baĢ  Ģəhər,  mərkəz.  Feodosiya  Ģəhərinin  əvvəlki 
adı),  Yevpatoriyadan  gələnlər  Kozlev  məhəlləsində  (Kozlev  Yevpatoriya  Ģəhərinin 
əvvəlki türk adı: Gozlev) yaĢayırdılar. 
Yemençilər  ailəsi  həm  də  bilirdilər  ki,  onların  ata-babaları  nəsillikcə  qızıl 
ustaları  (türkcə  kuyumçu  "qızıl  ustası,  zərgər"  deməkdir)  olmuĢlar;  kuyumçuluq 
onların qədim peĢələridir. 
Ata-anasını  6  yaĢında  itirən  gələcək  rəssamı  baba  himayəsinə  alır  və  öz 
ləqəbini, çox qürrələndiyi Kuyumçu adını ona verir. 1857-ci ildə yerli əhali siyahıya 
alınarkən  Kuyumçu  familiyasını  qeyd  etdirirlər.  Kilsədə  rəsmən  xaçlanıb 
Ģəhadətnamə  verilərkən  kiçik  rəssamın  familiyası  Kuyumçu  yazılır.  Bu  vaxta  kimi 
Yemençi  kimi  tanınan  ailənin  uĢağı  dədə-baba  sənətini  soyadı  götürməli  olur. 
Beləliklə,  bu  ailədə  ilk  rəsmi  Ģəhadətnaməni  Kuyumçu  Arxip  almıĢ  olur  (26.11.). 
Arxipin  böyük  bacı-qardaĢları  isə  özlərinin  türk  soyadından  ürkərək  öz 
familiyalarının  ruscaya  tərcümə  variantını  -  Zolotaryov  (qızıl  ustası,  qızılçı 
sözündən) rəsmiləĢdirdilər. 
Kuinci ilk təhsilini xristianlaĢmıĢ türk olan Kostançıoğlunun Ģəhərdəki yunan 
məktəbində  almıĢdır.  Öz  türk  soyadını  yunanlaĢdırmaq  arzusu  da  bu  təhsil  aldığı 
yunan  məktəbində  doğmuĢdu.  Onun  Ģagirdlik  illəri  barədə  sinif  yoldaĢı  KarakaĢ 
xatirəsində  göstərirdi  ki,  oxumağa  çox  laqeyd  olan  Arxip  dərsdə  müəllimə  qulaq 
asmır, yalnız elə Ģəkil çəkirdi. 
Sonralar  qazandığı  böyük  sənət  Ģöhrətinin  rüĢeymləri  idimi,  bu?  Yoxsa 
yetimçilik  qəhri  idi?!  Daldığı  gözəllikləri,  Ģirin  nağılları,  xəyallarındakı  cənnət 
mənzərələri - həsrətində olduğu Ģirin bir dünyanı Ģəklə köçürürdü. 
Kuinci  yeni  inanc,  yeni  din  qazanmıĢdı,  amma  arxası  yox  idi,  ata-anadan 
məhrum  idi;  iĢləməli  idi,  ona  öz  əlinin  zəhmətilə  yaĢamaq,  dolanmaq  lazım  idi. 
BaĢqa ailəyə boğazortağı və qabırğa olan oğlan 11 yaĢının içində olsa da iĢləmək, öz 
əlinin  çörəyini  yemək  zərurətini  duyurdu.  Odur  ki,  oxumağın  daĢını  atır,  təhsilini 
yarımçıq buraxır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə