Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   2   3   4   5   6   7   8   9   ...   22

 

Ailə - müqəddəsdir; 



Söz verdinsə - əməl elə; 

Qadının namusu - toxunulmazdır. 

Qədim  dövrlərdə  “Dədə  Qorqud”,  “Manas”,  “Alpamış”, 

“Koroğlu”  dastanları,  xalqımıza  mənsub  olan  dahi  şairlərimiz, 

yazıçılarımız  -  Nizami,  Yunus  Əmrə,  Əlişir  Nəvai,  Füzuli, 

Nəsimi,  Məhtimqulu,  Abay  və  digərləri  tariximizi,  mənəvi 

dəyərlərimizi  əks  etdirən,  bizi  dünyada  tanıdan  ölməz  əsərlər 

yaratmışlar  və  bunlar  nəsillərdən-nəsillərə  xalqlarımızı  özünə-

məxsus milli-mənəvi dəyərlər o cümlədən, ümumbəşəri dəyərlər 

əsasında  tərbiyə  etmiş,  hazırlamış,  vətənpərvərlik,  Vətənə 

sədaqət hisslərini daim gücləndirmişdir. 

Bu  zəngin  irsdə  xalqın  soykökünə  bağlı  olan  adət-ənənələr 

yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın 

toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, 

yas  mərasimləri,  İslam  dininin  təmizlik,  düzlük,  insanlıq,  kimi 

bəşəri,  ali  hissləri  tərbiyə  edən  dəyərləri  onun  milli-mənəvi 

dəyərlərini  özündə  yaşadır. Bütün  bunların  kontekstində 

Azərbaycan vətəndaşının varlığı  göstərilir. Uzun illərin  yolu  və 

əsrlərin,  qərinələrin  sorağı  bu  ənənələrə  bizi  bağlamış, 

dövrümüzə  körpü  salmışdır.  Müasir  insanın  formalaşması  və 

özünü təsdiqi, məhz milli-mənəvi  dəyərlərin aşılanması prosesi 

ilə bağlıdır. 

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi 

hazırda  xalqın  fəxr  mənbəyi  və  dünya  mədəniyyətinə  töhfəsi 

qismində  çıxış  edir.  Bu  sahəyə  dövlət  qayğısının  günü-gündən 

artması  və  beynəlxalq  təcrübənin  tətbiqi  istiqamətində  görülən 

işlər  qeyri-maddi  mədəni  irsin  gələcəyinə  nikbin  baxmağa 

ümidləri artırır.  

Azərbaycan  xalqı  azad  və  suveren  dövlət  quraraq  mədəni 

iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə 

qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. 

Deyilənləri  nəzərə  alaraq  sizə  təqdim  edilən  bu  metodik 

vəsaitdə  milli-mənəvi  dəyərlərin  qorunmasında  ulu  öndər 

Heydər  Əliyev  şəxsiyyətinin  rolundan,  milli-mənəvi  dəyərlərin 




 

təbliği  məqsədilə  kitabxanalarda  həyata  keçirilən  kütləvi  tədbir 



formalarından,  milli-mənəvi  dəyərlərin  mühafizəsi  və  gələcək 

nəsillərə ötürülməsində əhəmiyyət kəsb edən beynəlxalq hüquqi 

sənədlərdən  və  mövzu  ilə  əlaqədar  əlavə  materiallardan  bəhs 

edilmişdir. 




 

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz 

 

Milli-mənəvi  dəyərlər və  Azərbaycançılıq  –  bu sözlər hər 



bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, 

həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın 

fundamental  prinsiplər  əsasında  formalaşması  deməkdir.  Xalqı-

mız,  millətimiz  keçmişin  bütün  buxovlarından  azad  olduqdan 

sonra  əlindən  zorla  alınmış  milli-mənəvi  dəyərlərin,  milli  özü-

nüdərkin  formalaşmasına  yeni  zəmin  yarandı.  Müasir  tarixi-

mizin  səhifələrində  yer  almış  milli  oyanış  dövründə  millətin 

həmin  dəyərlər  uğrunda  canından  belə  keçməyə  hazır  olması, 

xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir. 

1969-cu il iyulun  14-də  Azərbaycanda siyasi  hakimiyyətə 

gələn  ümummilli  lider  Heydər  Əliyev  ilk  gündən  hər  cür 

ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli 

özünüdərki  üçün  bütün  zəruri  tədbirləri  həyata  keçirməyə 

başlamış,  ictimai  şüurdakı  qorxunu,  ehtiyatlılığı  aradan  qal-

dırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəliş-

lərə  ruhlandırmağı  bacarmışdır.  Ulu  öndər  xalqda  milli  heysiy-

yəti  gücləndirmək,  onu  öz  şanlı  keçmişinə,  soy-kökünə  qaytar-

maq,  habelə  zəngin  bədii  irsini,  mədəniyyətini,  incəsənətini, 

adət-ənənələrini  yaşatmaq,  ana  dilini  inkişaf  etdirmək  üçün  bir 

sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.  

Ulu  öndər  Heydər  Əliyevin  1993-cü  ildə  hakimiyyətə 

qayıdışı  gənc  dövlətin  siyasi  və  iqtisadi  əsaslarını  yaratmaqla 

yanaşı,  Azərbaycan  xalqının  milli-mənəvi  irsini  ehtiva  edən 

ideyanın  –  Azərbaycançılığın  təşəkkül  və  inkişafına  müstəsna 

diqqət vermişdir. 

Ümummilli  lider  Heydər  Əliyevin  böyüklüyü  rəhbər 

vəzifəyə  gəldiyi  gündən  bu  dəyərləri  düzgün  qiymətləndirməsi, 

daim diqqət mərkəzində saxlamasıdır. 

Ümummilli  liderin  milli  ideologiyanın  ən  mühüm 

istiqamətlərindən  və  komponentlərindən  biri  kimi  qiymət-

ləndirdiyi  milli-mənəvi  dəyərlər  özü  də  mürəkkəb  daxili  struk-

tura  malikdir.  Burada  Heydər  Əliyev  üç  tərkib  hissəsini  xüsusi 




 

qeyd  edirdi:  dil,  din,  adət-ənənə



 

(bunların  şüur  müstəvisində 

proyeksiyası olan milli mentalitet). 

 Heydər  Əliyev  milli-mənəvi  dəyərlərimizin  öyrənilməsi-

ni,  qorunub  saxlanmasını  və  inkişaf  etdirilməsini  əsas 

vəzifələrdən  biri  kimi  irəli  sürürdü.  Bunlarsız  millət  yoxdur. 

Bunları  qoruyub  saxlamış  xalq  isə  həmişə  müstəqillik  yolu  ilə 

getmək, müstəqilliyini qorumaq əzmindədir.  

 “...Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiyyətinə  görə 

qürur  hissi  keçirməlidir  və  biz  Azərbaycançılığı  -  Azərbaycan 

dilini,  mədəniyyətini,  milli-mənəvi  dəyərlərini,  adət-ənənələrini 

yaşatmalıyıq” - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir 

ideologiya  kimi  irəli  sürür,  mədəniyyətimizi,  mənəvi  dəyərləri 

təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət 

quruculuğu  prosesinin  mühüm  atributu  kimi  dəyərləndirirdi. 

Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi 

dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Hələ 

ötən  əsrin  70-ci  illərində  görkəmli  dövlət  xadimi,  müdrik 

şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş 

milli  ideologiya  hər  bir  xalqın  irəliyə  doğru  inkişafının  yol 

göstərəni  və  bələdçisidir.  Milli  dövlətçilik  və  milli-mənəvi 

dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və 

özünü  bir  millət  kimi  dərk  edən  xalqın  bitkin  inkişaf 

konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı 

yaratdı,  həm  də  çox  böyük  ustalıqla,  səbr  və  təmkinlə  həyata 

keçirtdi.  “Mən  fəxr  edirəm  ki,  azərbaycanlıyam!”-  deyən  ulu 

öndər  bütün  həyatı  boyu  mənəvi-əxlaqi  və  dini  dəyərlərimizin, 

adət-ənənələrimizin  keşiyində  durdu.  Hələ  keçmiş  sovetlər 

dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstə-

ricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və 

gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün böl-

gələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında 

sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araş-

dırılması,  aşıq  sənətinin  inkişafı,  milli  mərasimlərimizin  təbliği 

istiqamətində  ciddi  tədbirlər  həyata  keçirildi.  İti  fəhmi,  intuisi-

yası  ilə  gələcək  müstəqilliyi  duyub-hiss  edən  Heydər  Əliyev  o 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə