Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

_____________Milli Kitabxana_____________ 
62 
 
* * * 
 
Cumdum genə qəvvas tək dəryayə mən, dəryayə mən, 
Qıldım nəzər bir lö’lövü-lalayə mən, lalayə mən. 
 
Sən sanma mən bu bəhrdə hər inci, mirvari gəzim, 
Göz dikmişəm bir gövhəri-valayə mən, valayə mən. 
 
Getdim biyaban gəştinə, vurdum təcəlla dəştinə, 
Etdim tamaşa Turdə Musayə mən, Musayə mən. 
 
Çıxdım bu ərşin üstünə, baxdım büləndü pəstinə, 
Pəs onda nagəh uğradım Isayə mən, Isayə mən. 
 
Saldım təmami-aləmi gözdən, unutdum Adəmi, 
Verdim könül bir vahidi-yektayə mən, yektayə mən. 
 
Gəzdim səmavati tamam, hər mənzilə etdim xuram, 
Qıldım güzər həm cənnəti-ə’layə mən, ə’layə mən. 
 
Etdim təmaşa güllərin, həm rəngbərəng bülbüllərin, 
Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən. 
 
Getdi sərimdən əqlü huş, bir guşədə otdum xəmuş, 
Düşdüm əcayib məntəri-ixfayə mən, ixfayə mən. 
 
Nə yatmış idim, nə oyaq, nə atlı idim, nə yayaq, 
Bir vaxt gördüm gəlmişəm dünyayə mən, dünyayə mən. 
 
Leyli deyib çəkdim aman, qan-yaş töküb etdim fəğan, 
Düşdüm genə Məcnun kimi səhrayə mən, səhrayə mən. 
 
Fani olubdur bu bədən, dur tap, Nəbati, bir kəfən, 
Bu canı qurban eylədim Leylayə mənə, Leylayə mən. 


_____________Milli Kitabxana_____________ 
63 
 
* * * 
 
Ta ki, oldum aşinə ol rindi-sufirəngə mən, 
Badə verdim əqlimi, düşdüm xəyali-bəngə mən. 
 
Tutmuyum vəhşi kimi səhradə məskən, neyləyim, 
Aşiqəm bir dilbəri-əyyarü şuxü şəngə mən. 
 
Bundan öncə hər cəfa qıldın – təhəmmül eylədim, 
Indi rəhm et, gəlmişəm hicran əlindən təngə mən. 
 
Rəhm qıl, insafə gəl, ahım şərarından saqın, 
Tutiya tək nərm olur, salsam nəfəs, gər, səngə mən. 
 
Satmışam mən baği-rizvani, Nəbati, bir cövə, 
Bu cahan mülkün sərasər almanam bir dangə mən. 


_____________Milli Kitabxana_____________ 
64 
 
* * * 
 
Görüm ey şux, səni xürrəmü xəndan olasan, 
Qönçə gültək açılıb, zibi-gülüstan olasan. 
 
Geyəsən əyninə hər həftədə bir dəst libas, 
Bərq urub aləmə bir mehri-dirəxşan olasan. 
 
Tirmə başında, ayağında firəngi başmaq, 
Sona kəklik kimi hər yanə xuraman olasan. 
 
Vəsmə qaşında, gözün sürmədə, zülfün üzdə, 
Hər tərəfdən tökülə sünbülü reyhan olasan. 
 
Olmaya şəngü qəşənglikdə də bir tay sənə
Hamı dilbərlərə sən sərvəri-xuban olasan. 
 
Nə qədər var isə ömrün gəzəsən məstanə, 
Bu cahan bağına bir sərvi-xuraman olasan. 
 
Həq-taala səni, ey gül, eləsin bir də cavan, 
Genə ondördcə yaşında məhi-taban olasan. 
 
Üz gətirsin sənə dövlət belə dərya-dərya! 
Hər nə dövlətli ola, sən olara xan olasan. 
 
Qonşuya getməyəsən hacət üçün bir zadə, 
Sən oları gətirib qapına, sultan olasan. 
 
Gənci-Qarun kimi sən cəm edəsən simü zəri, 
Sahibi-məmləkətü xösrövü xaqan olasan. 
 
Bir dua qıldı Nəbati, onu mövlayə burax, 
Ta onun sineyi-suzanına dərman olasan. 


_____________Milli Kitabxana_____________ 
65 
 
* * * 
 
Möhrüm əlimdə var şəhi-sahib-bəratdən, 
Bax bir nəzər ki, had ola könlüm həyatdən. 
 
Mövla yolunda tutiyə şəkkər əsirgəmə, 
Allam əgər gətirməli olsan Heratdən. 
 
Kəşkulümü nəbatilə doldur ki, ta deyim, 
Boş olmasın məzaqü dəmağın nəbatdən. 
 
Tanrı sənə nəsib eləsin abi-kövsəri, 
O bir sudur ki, ölməz içən ol qənatdən. 
 
Məcnuni-binəvanı ayaq üstə saxlama, 
Bu şahi-eşqbazı xilas eylə matdən. 
 
Ta ölməyincə, fikr edəsən, əl çəkim, gedim, 
Tari bilir ki, yoxdu hərasım məmatdən. 
 
Aləm bilir ki, mən yeyirəm müttəssil nəbat, 
Əl çəkmişəm o sən yeyən abü nəbatdən. 
 
Imanü küfrdən dəxi, mən olmuşam bəri
Mən keçmişəm pərəstişi-Latü Mənatdən. 
 
Məcnun deyillə adıma, amma Nəbatiyəm, 
Daim işimdi, kam alıram mən nəbatdən. 


_____________Milli Kitabxana_____________ 
66 
 
* * * 
 
Sinəmi çak qılan çaki-giribanındır, 
Bağrımı parə qılan xəncəri-müjganındır. 
 
Çeşmi-məstindi məni kuhi-biyabanə salan, 
Dağ edən cismimi ol qəmzeyi-fəttanındır. 
 
Dərdi-hicranə dəva yoxdu, məgər badeyi-nab 
Iç bu qan olmuşu kim, yaxşıca dərmanındır! 
 
Çarə yox, aşiqi-zarın dönə bilməz səndən, 
Kəsəsən başın əgər qoç kimi qurbanındır. 
 
Saqiya, gəldi genə işrəti-əyyami-bahar, 
Meyli-gülgunu gətir dövrə ki, dövranındır. 
 
Dürdi-safi nə bilir lə’li-ləbin sərməsti, 
Dur gətir kim, içərəm, meylim əgər qanındır. 
 
Istəməz əyninə Məcnun geyə gülrəng qəba, 
Qoy desinlər ki, sənin aşiqi-üryanındır. 
 
Zahidin başına kül, talib olur rizvanə, 
Gün bu gün, Tari bilir, deyrdə rəhbanındır. 
 
Verdiyim ismi-əzimi məni-divanəyə ver, 
Lə’nəti qoy adımı, fərz elə şeytanındır. 
 
Bir üzük ki, ola hökmündə onun cümlə cahan, 
Taxginən div əlinə, söylə Süleymanındır. 
 
Gəl, Nəbati, bir utan, küfr deməkdən bir usan, 
Bihəya, şərm elə, bu küfr məgər canındır? 


_____________Milli Kitabxana_____________ 
67 
 
* * * 
 
Mənim bu natəvan könlüm genə fəsli-bahar istər, 
Həmişə bülbüli-şeyda kimi bir mürğzar istər. 
 
Gəhi bir gül ayağında düşüb məstanə xab etmək, 
Gəhi saqi ayağında şərabi-xoşgüvar istər. 
 
Edib sünbüllərin dəstə, tamaşa eyləyib sərvə, 
Gəzib seyr etməyə hərdəm kənari-cuybar istər. 
 
Əlində sağəri-badə, çəkib qümri kimi nalə
Yanında bir büti-ziba, pərivəş, gülü’zar istər. 
 
Özü gül, kakili sünbül, dəhanı qönçeyi-tazə, 
Mələkmənzər, qəmərtəl’ət, siyəh çeşmin xumar istər. 
 
Nə təqsir etmişəm, bilməm, neçün ol xösrövi-xuban, 
Məni-biçarəni daim pərişan-ruzigar istər? 
 
Xəcalətdən görüm qurtarmasın hərgiz bu aləmdə 
Ki, hər kim aşiqi bir xəstə tək xəlq içrə zar istər! 
 
Məlamətdən başı ayrılmasın, daim məlul olsun, 
Məni əmsalü əqran içrə hər kim şərmsar istər! 
 
Nəbati bilmərəm, yarəb, nə halət hasil etmiş kim, 
Özün bu əhli-dünyadən həmişə bərkənar istər?! 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə