__________________Milli Kitabxana__________________
__________________________________________________18
damğalayır, xalqlar arasında etimad, dostluq əlaqələrinin möhkəmlənməsinə ciddi səy
göstərirdibr. N.Nərimanov ictimai-siyasi azadlıq uğrunda mübarizə meydanına atılan hər
bir xalqın öz daxili qüvvələrini birləşdirməsini ilkin şərt hesab edirdi. O yazırdı: "Ürəyi
bir, sözü bir, fikri bir, əqidəsi bir, dərdi bir olan camaatla zarafat eimək olmaz... camaatın
birliyi millət, vətən üçün böyük bir xoşbəxtlikdir".
N.Nərimanov '"Müsəlman-erməni kasıb fəqirlərinə bir neçə söz" adlı məqaləsində
Zaqafqaziyada milli ixtilaf törədən fitnəkarların riyakar siyasətini ifşa edirdi. O, burada
"vicdansız bir sinif" adlandırdığı təxribatçıların cilddən-cildə girib fitnə-fəsad yolu ilə
xalqları bir-birinə düşmən etmək cəhdini açıb göstərirdi. N.Nərimanov
hürriyyətpərəstlərin gözəl məqsəd və əqidə yolunda canlarından keçdikləri bir zamanda
"şeytanın" - düşmənin fitnəsinə uyub ağılsız hərəkətlərə yol verməyi böyük fəlakət hesab
edir, xalqları həqiqi yola, yekdilliyə çağırırdı. O, böyük humanist, həqiqi beynəlmiləlçi
publisist kimi hər iki xalqın faciəsinin əsil mahiyyətini açır, zəhmətkeş kütlələri yüz illər,
min iliər insan hüququnu tapdalayan istismarçıların fitnəkar siyasətinə qarşı mübarizəyə
səfərbər etməyə çalışırdı.
Azarbaycan xalqının xoşbəxtliyi və səadəti uğrunda ömrü boyu inamla mübarizə
aparan Nəriman Nərimanovun zəngin ədəbi irsi bu gun də öz aktuallığı ılə diqqəti cəlb
edir. Onun əsərləri ölkəmizdə milli müstəqilliyin, dövlətçiliyin möhkəmlənməsi və ərazi
bütövlüyümuz uğrunda mübarizə aparan hər bir azərbaycanlı üçün qiymətli və əzizdir.
Teymur Əhmədov
filologiya elmləri doktoru,
professor
__________________Milli Kitabxana__________________
__________________________________________________19
DRAM
ƏSƏRLƏRİ
__________________Milli Kitabxana__________________
__________________________________________________20
__________________Milli Kitabxana__________________
__________________________________________________21
NADANLIQ
DRAMA, DÖRD MƏСLİSDƏ
ƏFRADİ-ƏҺLİ-MƏСLİS
M ə һ ə m m ə d a ğ a--kənd müəllimi, cavan oğlan, rus paltarında.
N a m a z--onun nökəri.
Q u r b a n ə l i, N i y a z ə l i, A ğ a k i ş i, H a c ı A b d u l l a--
kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında.
K o x a--kəndin yüzbaşısı.
Ö m ə r--Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda.
V ə l i--Hacı Abdullanın kiçik oğlu.
Ə Һ m ə d--Hacı Abdullanın nökəri.
Bir neçə kənd adamları--Məһəmməd ağanin yanına ərizə yazdırmağa
gələnlər.
Y e t ə r--Hacı Abdullanın övrəti, 40 yaşında, çöl libasında.
G ü l p ə r i--Qurbanəlinin övrəti, 40 yaşında, çöl libasında.
M o l l a Q a s ı m--kənd mollası, İran libasında.
M ə n s u r, Ş a m i l, P i r v e r d i, İ s m a y ı l-- Vəlinin qaçaq
yoldaşları, һamısı yaraqlı.
__________________Milli Kitabxana__________________
__________________________________________________22
BİRİNСİ MƏСLİS
ƏVVƏLİNСİ GƏLİŞ
Məһəmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə
kürsü.
M ə һ ə m m ə d a ğ a. Günlərim qəribə qəmgin keçir. İki aydır ki, gəlmişəm,
bu vaxta qədər ancaq iki şagird gəlibdir. Bunlarla mən nə edəcəyəm? Güclə deyil
ki, müəllimi bu ölkədə özlərinə düşmən һesab edirlər. Aһ! Başım fikir etməkdən
çatlayır! (Başını əli ilə tutur.)
İKİNCİ GƏLİŞ
Məһəmməd ağa və Qurbanəli .
Q u r b a n ə l i. Salaməleyküm!
M ə һ ə m m ə d a ğ a. Əleyküməssalam! Xoş gəlibsiniz! (Ayağa durur.)
Əyləşin.
Q u r b a n ə l i. Kefin necədir? Salamatsanmı?
M ə һ ə m m ə d a ğ a. Allaһa şükür! Ancaq uşaq az olmağa görə günlərim
qəmgin keçir.
Q u r b a n ə l i. İndi neçə şagird var?
M ə һ ə m m ə d a ğ a. Ancaq ikidir.
Q u r b a n ə l i. Genə yaxşı ki, o da var. Əvvəlki mollanın (uçitelin) һeç iki
şagirdi də yox idi. İndi uşaqlar ataları ilə çöl işlərindədirlər. Yarım aydan sonra
çöl işlərini qurtararlar və savuq düşər, onda şagirdlərin çoxlaşar. Sən qarı gözlə:
elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxlaşacaq, çünki o vaxt işləri olmayıb
və evdə qalıb şuluqluq eləməsinlər deyibən, sənin yanına göndərəcəklər. Elə ki
genə yaz açıldı, һamısı genə işlərinə gedəcəklər. Xülasə, başını nə ağrıdım, bu
şkolda ildə üç ay qışı oxuyurlar.
M ə һ ə m m ə d a ğ a. Ay kişi! Üç ayda nə oxumaq olacaq?
Q u r b a n ə l i. Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran.
M ə һ ə m m ə d a ğ a. Bəs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun",
necə oldu?
Q u r b a n ə l i. Doğrudur, söz verdim, amma....
M ə һ ə m m ə d a ğ a. Nə var? Xeyir ola!