Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   29   30   31   32   33   34   35   36   37

Hidayətlə  elmi  birləşdirənlər  “fəra-
sət” sahibi olurlar. Hadisələrin səbəb və 
nəticələrini  dəyərləndirərək  baş  verən-
lərin  tərkibini  qavrayırlar.  Hansı  yol  və 
metodların  insanı  hədəfə  çatdıracağını 
hiss  edirlər.  Keçən  hadisələri  təhlil 
edərək gələcək haqqında dəqiq proqnoz 
verirlər. Fərasət sahiblərini aldatmaq və 
tovlamaq  çətindir,  çünki  onlar  güclü 
dəlillər  tapır  və  istifadə  edirlər.  Fərasət 
sahibi olan möminlər hidayət ölçülərinə 
əsaslanaraq  hadisələri  təhlil  edirlər. 
Allah  Rəsulunun  ifadəsi  ilə  desək: 
“Möminin fərasətindən çəkinin, çünki 
o, Allahın nuru (hidayəti) ilə hadisələri 
görür və dəyərləndirir”. 
Möhtərəm  Ərbakan  Xocamız  fərasət 
sahibi olan bir mömin idi. O, sionizmin 
şeytani  plan  və  hiylələrini  dərhal  başa 
düşər  və  bizə  də  ətraflı  şəkildə  başa 
salardı.  Tarixdə  meydana  gələn  hadisə-
lərin  arxa  planını  onun  bizə  öyrətdiyi 
ölçülərlə  başa  düşərdik.  Son  əlli  ildə 
onun  nəzərə  aldığı  hadisələr  eyni  ilə 
meydana  gəldi.  Zaman  və  hadisələr 
həmişə  onun  sözlərini  təsdiq  etdi.  Za-
lımlar  onu  aldada  bilmədi.  O,  bizə  və 
millətimizə  həqiqətlərin  başa  düşülmə-
sini təmin edən yol və metodlar öyrətdi. 
Tövhid  və  ədalət  əqidəsi  möminlərə 
haqq və ədaləti müdafiə etməkdə dirayət 
qazandırır. Hədəflərinə çatmaqda heç bir 
təhdid  və  çətinlik  onlara  mane  ola 
bilməz.  Həyatlarının  hər  saniyə  və 
dəqiqəsini  məqsədlərinə  çatmaq  üçün 
dəyərləndirirlər.  Onlar  dünyəvi  mövqe 
və  məqamları  aşmış  insanlardır.  Onlar 
üçün  mövqe  və  məqam  inandıqları  hə-
dəfə çatmağı təmin etdiyi təqdirdə məna 
ifadə  edir.  Yalnız  və  yalnız  Allahdan 
qorxar  və  Ona  sığınarlar.  Zalımların 
basqı  və  zülmü  onların  hədəflərinə 
çatmaq cəhdini azaltmaz, əksinə artırar. 
Onlar  qınayanların  qınamasına  əsla 
əhəmiyyət verməzlər. 
Ərbakan  Xoca  inandığı  həqiqətləri 
başa  salmaq  və  həyatını  o  həqiqətlərə 
görə  nizamlama  dirayətinə  sahib  bir 
rəhbər və lider idi. Zalım və quldurların 
ortaya  çıxardığı  maneələr  onun  əzmini 
heç bir zaman azaltmadı. Bəzən hadisələr 
bizi qorxudar və çəkindirərdi. Ona qulaq 
asdıqdan  sonra  mübarizə  əzmi  və  cəh-
dimiz  artardı.  Haqq  bildiyimiz  hədəfə 
doğru getməkdən həzz duyar və xoşbəxt 
olardıq. O, hər bir işimizdə bizə həmişə 
ümid  verdi,  əzmimizin  artması  və 
qətiyyətli addım atmağımız üçün rəhbər-
lik etdi. Onun lüğətində ümidsizlik sözü 
yox idi. 
b) FƏRASƏT 
c) DİRAYƏT
MİLLİ  GÖRÜŞ
87
Ərbakan Xoca xüsusi buraxılış


Səbat  ayağı  yerə  sağlam  basmaq  və 
səndələməməkdir.  Ayaqlarını  yerə  sağ-
lam  basanları  qarşıdan  gələn  çətinliklər 
və  fəlakətlər  yırğalaya  bilməz.  Hər  bir 
vəziyyətdə  yerlərində  dimdik  dayanar-
lar. Mövqelərini tərk etməzlər. Dayanar-
lar,  istirahət  edərlər,  lakin  yenə  yola 
davam edərlər, çünki onlar yalnız güc və 
qüvvət  sahibi  olan  Allaha  güvənərlər. 
Onların  Vəkili  Allahdır.  Allahı  özlərinə 
vəkil  seçənləri  kim  və  hansı  güc 
mübarizələrindən  vaz  keçirə  bilər  ki?! 
Səbat zəfərə doğru gedən yolun kompa-
sıdır.  O  kompasın  göstərdiyi  istiqamətə 
doğru gedənlər gec-tez müzəffər olurlar. 
Quran yer üzünü abadlaşdıracaq və islah 
edəcək  nizamı  quracaq  möminlərə  belə 
xitab edir: “Ey iman gətirənlər! Əgər siz 
Allaha  yardım  göstərsəniz,  O  da  sizə 
yardım  göstərər  və  sizi  sabitqədəm 
edər”.
Ərbakan  Xocamız  inandığı  mübari-
zəyə xidmət edərkən həmişə sabitqədəm 
oldu. Dəfələrlə yolunu kəsdilər. Lakin o, 
mübarizəsində sabitqədəm oldu. Güzəş-
tə  getmədi.  Həqiqətləri  başa  salmaqda 
qorxuya  qapılmadı.  Allah  da  haqq  və 
ədaləti  müdafiə  mübarizəsində  onu 
sabitqədəm  etdi.  Zalımların  zülmü  onu 
öz  ideyalarına  xidmət  etməkdən  çəkin-
dirə bilmədi. 
Səbir  hər  cür  çətinlik  və  məşəqqət 
altında hədəfə çatmaq üçün yola davam 
etməkdir. Çətinliklərə qatlanaraq hədəf-
dən  vaz  keçməmək  əzmi  və  iradəsidir. 
Səbir  çətinlik  və  sıxıntılara  qarşı  mü-
qavimət göstərərək hədəfə çatma əzm və 
iradəsinə  sahib  olmaqdır.  Həzrət  Loğ-
manın oğluna tövsiyə etdiyi səbir hədəf 
və  qayəli  səbirdir.  “Oğlum!  Namaz  qıl, 
əmrun  bil-məruf  və  nəhyun  ənil-
münkər et, sənə üz verəcək müsibətlərə 
səbir  et.  Həqiqətən,  bunlar  əzm  tələb 
edən işlərdəndir!” 
Ərbakan  Xocanın  hər  cür  təzyiq  və 
haqsızlığa qarşı səbir və sabitqədəmliyi, 
ictimai həyatda haqlının haqqını qoruya-
caq  və  nemət-külfət  paylaşdırılmasında 
ədaləti  təmin  edəcək  “Ədalətli  Quru-
luş”u  yaratma  qayəsinə  yönəlmişdi.  O, 
bu məqsədə çatmaq üçün cəhd etdi. İrqçi 
və  istismarçı  mərkəzlərin  təzyiqlərinə 
qarşı səbir etdi. Təcavüzkarların təcavüz-
lərinə əhəmiyyət vermədən haqq bildiyi 
yolla  getməyə  davam  etdi.  “Səbir  edən 
zəfər  əldə  edər”,  –  hədisini  özünə  şüar 
etdi.  Onu  əbədi  aləmə  yola  salan 
milyonlarla  insan  onun  mübarizəsində 
əldə etdiyi zəfəri təsdiq etdi.
Ərbakan Xocamız yuxarıda bildirilən 
xüsusiyyətlərə sahib olduğu üçün digər 
İslam alimləri kimi yol göstərən və cığır 
açan bir lider idi.
ç) SƏBAT
d) SƏBİR
88
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə