Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   2   3   4   5   6   7   8   9   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



5

ekspertizası,    ekspertiza  nəticələrinin  riyazi-statistik 

işlənməsi və müzakirəsi öz əksini tapmışdır. 

Axırda  kitabda  toplanan  məlumatlara  yekun 

vurularaq  geniş  nəticə  və  15  bənddən  ibarət  təkliflər 

yazılmışdır. Sonda kitabın qısa məzmunu xülasə şəklində 

rus və ingilis dillərində verilir. 

Geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan  bu 

kitabın  yazılmasında  mövcud  ədəbiyyatlardan  və 

müəllifin özünün tədqiqat işlərinin nəticələrindən istifadə 

edilərək  zeytun  və  zeytundan  alınan  məhsullar,  onların 

kimyəvi  tərkibi,  qidalılıq  dəyəri  və  müalicəvi 

xüsusiyyətləri,  eləcə  də  pəhriz  qidası  kimi  istifadə 

qaydaları haqqında ətraflı məlumat verilir. 

Kitabdan  zeytun  və  zeytun  məhsullarının 

istehsalı  ilə  məşğul  olan  mütəxəssislər,  elmi  işçilər, 

magistr və tələbələr istifadə edə biləcəklər. Eyni zamanda 

zeytun və zeytun yağının müalicəvi əhəmiyyətindən bəhs 

olunan  məlumatlardan  gözəlləşmək  istəyən  xanımlar  və 

qızlar da faydalana biləcəklər. 

Kitabın  əlyazmasının  nəşrə  hazırlanmasında 

etdiyi köməyə görə müəllif «Ərzaq malları əmtəəşünaslığı 

və  ekspertizası»  kafedrasının  əməkdaşı    Namazova  Afaq 

Vəlixan qızına qabaqcadan öz minnətdarlığını bildirir. 

Kitab  haqqında  rəy  və  təkliflərinizi  AD U-nin 

«Ərzaq  mallarının  əmtəəşünaslığı  və  ekspertizası» 

kafedrasına göndərməyiniz xahiş olunur. 

                                                         



Prof. Əhməd-Cabir  Əhmədov                                                                                        

a.ahmadcabir@gmail.com



 

 

 



 

 

 



Zeytun və zeytun yağı_________________________________ 

 

6



“Qurani Kərim” –də  

zeytun və zeytun yağı haqqında 

 

Meyvə-tərəvəzlər  insan  qidası  üçün  qədimdən 

istifadə olunan qidalı məhsullardır. Meyvə-tərəvəzlər mi-

nerallı  maddələrin  və  vitaminlərin  mənbəyidir.  Meyvə-

tərəvəzlər  mədə-bağırsaq  sistemində  qidanın  hərəkətini 

nizamlayır,  qidanın  həzminə  və  mənimsənilməsinə 

müsbət təsir edir. 

Tərəvəzlərdə  5-15%,  meyvələrdə  isə  10-20% 

(Ərəbistan  xurmasında  62%)  karbohidrat  vardır.  Meyvə-

tərəvəzlərdə, demək olar ki, bütün vitaminlər vardır. 

“Qurani Kərim” – də bir sıra meyvə – tərəvəz və 

bitki adlarına rast gəlmək olur. Bəzi ayələrdə onların ilahi 

möcüzə  olaraq  göndərildiyindən,  bəzilərində  isə 

ə

həmiyyətindən söz açılır. Bəzi alimlərin meyvə – tərəvəz 



və  bitkilər  adı  çəkilən  ayələri  nəzərə  alaraq  verdikləri 

açıqlamalarda  yanlış  olaraq  məqsəd  bağbanlıq  sənətini 

insanlara aşılamağın vacib olduğunu qeyd etmişlər, amma 

bu  da  “Qurani  Kərim”  –  in  ali  hədəflərinə  tamamilə 

yaddır.  

“Qurani-Kərim”-in  18  surəsinin  37  ayəsində 

meyvə 

və 


tərəvəz 

haqqında 

Allah 

kəlamları 



buyrulmuşdur. 

slam  dini  meyvə,  tərəvəz,  bitki  mənşəli 

yeməklərə  elə  bir  məhdudiyyət  qoymur.  Yalnız  araq 

çəkilən  və  şərab  hazırlanan  bitkilər  müstəsnalıq  təşkil 

edir.  Bunlara  üzüm,  xurma,  arpa  və  qıcqırmaya  məruz 

qalan digər bitkilər aiddir. 

“Qurani Kərim” – in ayələrində ən çox xurma, 

zeytun,  üzüm,  nar,  banan,  əncir,  sarımsaq,  soğan, 

mərcimək və xiyar haqqında buyuruqlar vardır. 

Zeytun,  əncir,  xurma  və  üzüm  islamda 

müqəddəs hesab edilir. 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



7

“Qurani-Kərim”-də  diqqətimizi  cəlb  edən 

qidalardan  biri  də  zeytundur.  Son  dövrlərdə  aparılan 

araşdırmalar  zeytunun  təkcə  ləzzətli  bir  qida  deyil,  həm 

də  mühüm  bir  sağlamlıq  mənbəyi  olduğunu  göstərib. 

“Qurani-Kərim”-in  7  surısinin  8  ayəsində  zeytun  və 

zeytun yağı haqqında Allah kəlamı buyrulmuşdur. 

 

“Qurani-Kərim”-də zeytun və zeytun yağı   



haqqında ayələ

 

Sıra  

Sayı 

Surənin 

nömrəsi 

Surənin adı 

Ayələrin nömrəsi 

ə



l-Ənam 

99,  141 



12 


Yusif 

49 


16 


ə

n-Nəhl 


11 

23 


ə

l-Muminun 

20 

24 


ə

n-Nur 


 35 

80 


Ə

bəsə 


29 (24-32) 

95 


ə

t-Tin 


 

“ət  –  Tin”  surəsinin  ilk  ayəsində  əncir  və 



zeytuna and içilərək insanların diqqəti onların faydalarına 

yönəldilir. 



“And olsun əncirə və zeytuna.” (ət-Tin, 95/1). 

Bu  həmin  meyvələrin  yüksək  qədir  – 

qiymətindən irəli gəlir. 

Digər  ayələrdə  zeytun  və  zeytun  yağı  haqqında 

müxtəlif kəlamlar buyrulmuşdur. 

“Göydən  su  (yağış)  endirən  odur.  Biz  onunla 

hər  bir  bitkini  yetişdiririk,  yaşıl  fidanlar  göyərdirik, 

onlardan  bir-birinə  sarmaşş  (sünbül  olmuş)  dənələ

çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan 

bir-birinə  sarmaşş  salxımlar  yetişdiririk.  (Biz 

həmçinin)

  üzüm  bağları,  bir-birinə  bənzəyən  və 

Zeytun və zeytun yağı_________________________________ 

 

8



bənzəməyən  zeytun  və  nar  yetişdirdik.  (Onlardan  hə

birinin)

  yetişdiyi  vaxt  meyvəsinə  və  onun  yetişməsinə 

baxın.  Şübhəsiz  ki,  bunda  (Allahın  öz  qüdrəti  ilə 

yaratdığı  bu  şeylərdə)

  iman  gətirən  bir  camaat  üçün 

(Rəbbinizin  varlığını  sübut  edən)

  dəlillər  vardır”  (əl-

Ə

nam, 6/ 99). 



Ayrı  –  ayrı  meyvələr  haqqında  verilən 

məlumatlarla bərabər onlardan istifadə haqqında da ayələr 

mövcuddur. 

“Yer  üzünə  sərilmiş  və  sərilməmiş  bağ  – 

bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı 

və  taxılı,  bir  –  birinə  bənzəyən,  həm  də  bənzəməyə

zeytunu  və  narı  yaradan  Odur.  (Onların  hər  biri)  bar 

verdiyi  zaman  barından  yeyin,  yığım  günü  haqqını 

(zəkatını və sədəqəsini)

 ödəyin, lakin israf etməyin. Allah 

israf edənləri sevməz!” (əl – Ənam, 6/141).  

Buradan  görünür  ki,  meyvəsi  bol  olan  şəxslər 

üçün Allah Təbarəkə Təala onun zəkatının da verilməsini 

insanlara göstərir. 

Digər mövzular kimi meyvələrin növ və əhəmiy-

yətindən  söz  açmaqda  məqsəd  Allahın  qüdrət  və  əzə-

mətini  bəyan  etmək,  onun  tükənməyən  nemətləri 

müqabilində  şükrü  yerinə  yetirmək,  onlardan  səmərəli 

istifadə  etmək,  hər  birinin  quruluş,  dad  və  faydalarından 

ibrət  almaqdır.  Diqqət  yetirmək  lazımdır  ki,  “Qurani 

Kərim” – də xurmanın meyvəsindən və ağacından istifadə 

olunması  və  zettundan  yağ  alınması  haqqında  daha  çox 

söz açılır. 

“Daha  sonra  insanların  bol  yağış  (bərəkət) 

görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, 

xurma  və  s.  meyvələrin)

  şirəsini  sıxacaqlar  (onlardan 

bol-bol  istifadə  edib  bəhrələnəcəklər)

”.  (Yusuf,  12/49). 

Ayədə  bol  yağış  görəcəyi  ilin  gəlməsi  Nil  çayının 

daşmasına işarədir. 



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə