Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   42   43   44   45   46   47   48   49   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
227
zəncirini boynuma bağlayıb həyətdə hürüm. İt sahibinin 
əsəbləşərək ona dediyi bu sözdən sonra onu başa düşür 
və geri qayıdır. 
 
*** 
Keçmişlə indinin bir fərqi də ondadır ki, keçmişdə 
arzudan arzu doğardı, indi isə problemdən problem 
yaranır. 
 
21.07.2015 


B u l u d x a n   X ə l i l o v  
 
228 
 
 
Diri ikən özlərinə qəbir qazdıranlar... 
 
Elələri var ki, diri ikən özlərinin qəbirlərini qaz-
dırırlar. Hətta qəbrin başına öz şəkillərini də böyüdüb 
qoyurlar. Tez-tez qəbirlərini ziyarətə də gedirlər, yasin də 
oxudurlar. Bayram günlərində öz qəbirlərinə olan ziyarət-
lərin və oxutduqları yasinlərin sayını da artırırlar. Ölü-
lərin qəbirlərindən daha çox öz qəbirlərini ziyarət edirlər. 
Qəribədir, insan diri ikən özünə qəbir qazdırır və qəbrini 
ziyarət edir, yasin oxutdurur. Hələ onu demirəm ki, diri 
ikən özlərinə qəbir yeri götürürlər. Bunun fəlsəfəsi nədir? 
Mahiyyəti nədir? Bunu edənlər nə demək istəyirlər? 
Bəlkə də ölümlərini yada salırlar. Bəlkə ölümdən qaçma-
ğın mümkün olmadığını demək istəyirlər. Bəlkə də bütün 
bu işləri heç mahiyyətinə varmadan edirlər. Bəlkələr 
çoxdur... Bir bəlkə  də var. Diri ikən özlərinə  qəbir 
qazdıranlara qazdırdıqları qəbir nəsib olacaqmı?! 
Elələri var ki, diri ikən qəbir daşlarını da hazırla-
dırlar. Yenə də bəlkələr yaranır. Bəlkə insan öləcəyi günü 
düşünür. Bəlkə insan öləcəyi günü yada salır. Bəlkələr 
yenə  də çoxdur... Bu bəlkələr barədə kim nə düşünür?! 
Və düşünürmü?! 
Bəlkə  də belələri göz qaytarırlar. Ömürlərini uza-
dırlar. Ancaq məni ayrı bir məsələ narahat edir. Birdən 
dirilərin rəqabəti başlaya bilər. Onlar rəqabətə girib özləri 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
229
üçün qəbir yerləri, qəbir daşları düzəltdirə bilərlər. Diriy-
kən özlərinə  təmtəraqlı ehsanlar verə bilərlər. Vay o 
gündən. Vay o gündən ki, təmtəraqlı yaşayanlar diri ikən 
təmtəraqlı  qəbirlərini də  fərqləndirsinlər. Necə ki, ölü-
lərin qəbirlərini fərqləndirirlər. Axı təmtəraqlı həyat tərzi, 
təmtəraqlı  qəbirlər insanlığa nə verir? Görünür ki, bu 
dünyada təmtəraqlı yaşayanlar o dünyada da təmtəraqlı 
qəbirləri ilə  fərqlənmək istəyirlər. Bunun çıxış yolu 
varmı? Bəlkə  də var... Var... Bir çıxış yolu da odur ki, 
gərək xislətimizi dəyişək. 
Bütün maddi nemətlər dirilər üçündür. Dirilər də 
bir çox şeylərin naminə bir-birindən fərqlənirlər. Maddi 
nemətlər naminə  hər pis əmələ gedirlər və bir-birindən 
fərqlənirlər. Bu dünyada hər  şey dirilər üçündür. Gəlin 
diriləri qoruyaq və dirilərdən qorunaq. Dirilərin daxilində 
eqoizmin artması, güclənməsi bəşəriyyətin faciəsidir. 
İnsanların daxilində eqoizmin artması, güclənməsi 
bəşəriyyət üçün qorxudur. Ona görə  də, ay insanlar, 
eqoist olmayın, daxilinizdəki eqoizmi boğun, 
daxilinizdəki eqoizmi dəfn edin, daxilinizdəki eqoizmə 
qəbir qazın, daxilinizdəki eqoizmə başdaşı qoyun. 
 
27.07.2015 


B u l u d x a n   X ə l i l o v  
 
230 
 
 
Bədxahlıqlarını “şöhrət”  
hesab edənlərə 
 
Bir-biri ilə intriqada, ziddiyyətdə olan adamlardan 
uzaq olmaq lazımdır. Onlar çalışırlar ki, öz intriqalarına 
başqalarını da qoşsunlar. Bədbəxt o kəslərdir ki, bir-biri 
ilə intriqada, ziddiyyətdə olanların intriqasına, ziddiyyə-
tinə qoşulurlar. Belələri unutmasınlar ki, onlar intriqaya, 
ziddiyyətə qoşulmaqla intriqaların, ziddiyyətdə olanların 
əlində oyuncaq olurlar. Oyuncaqlar isə tez-gec sınır, da-
ğılır. Yenə də qazananlar başqaları olur. Ona görə də baş-
qalarına yem olmamaq üçün insan öz yolunu getməlidir, 
özü olmalıdır. Başqasının probleminin hədəfinə çevril-
məməlidir.  İmkan verməməlidir ki, problem yaradanlar 
ondan istifadə etsin. İmkan verməməlidir ki, problem ya-
radanların problemləri ilə o, məşğul olsun. Onsuz da 
təcrübə onu göstərir ki, dünyada problem yaradanlar az 
olmayıbdır, indi də var. Onların yaratdığı problemlərlə 
ağıllı adamlar həmişə üz-üzə qalıbdır. Bizim hər birimiz 
dünyaya gələnə qədər dünyada çoxlu problemlər olubdur. 
Bizim hər birimiz istəsək də, istəməsək də, dünyada 
mövcud olan hazır problemləri qəbul etmişik.  İndi bu 
azmış kimi intriqaların, ziddiyyətli adamların probleminə 
qoşulmaq bağışlanılmaz haldır. Bu, süni şəkildə insanın 
özünə problem yaratmasıdır. Bu, süni şəkildə insanın 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
231
özünü problemin içərisinə atmasıdır. Bu, süni şəkildə 
insanın özünü məhv etməsidir. Bu, süni şəkildə insanın 
öz başını qatmasıdır. Yaxşı deyiblər ki, “İnsanın özü 
özünə elədiyini el yığışsa edə bilməz”. 
Bir-biri ilə intriqada, ziddiyyətdə olan adamların 
intriqasına, ziddiyyətinə qoşulmaq bir-birinə nifrət edən 
adamların cərgəsinə süni şəkildə qoşulmaqdır. Nifrət də
məhəbbət də təbii olaraq yaranmalıdır. O, süni yolla ya-
ranırsa, onda insanın təbiiliyini əlindən alır, insanın özü-
nü süniləşdirir. Bəzən həyatda belə süni yolla məhəbbət 
və nifrətini bildirənlər olur. Onlar tərəflərin hansının 
ədalətli olub-olmamasından asılı olmayaraq birtərəfli 
mövqe tuturlar. Daha doğrusu, asılı olduqları, yalmandıq-
ları tərəfdə dayanaraq o biri tərəfə öz məhəbbət və nifrət-
lərini bildirirlər. Belələrinin özü həmin o intriqantlardan, 
ziddiyyətli adamlardan qat-qat qorxulu olurlar. Ona görə 
ki, onlar tərəfbazlığın tərəfdarı kimi insanları və insanlığı 
dəyərdən salırlar. Belələri bir gündə yüz dəfə mövqelə-
rini, münasibətlərini dəyişə bilirlər. Belələri abır-həya, 
ləyaqət və  şərəf nə olduğunu bilmirlər. Belələri üçün 
müqəddəs heç nə yoxdur. Belələri üçün hamının qəbul 
etdiyi müqəddəslər tez-tez dəyişir. Sifətlərində, davranış-
larında, münasibətlərində müqəddəslikdən uzaq olan 
bütün göstəricilər, əlamətlər onlar üçün adidən adi görü-
nür. Onlar elə hesab edirlər ki, elə belə də olmalıdır. On-
lar elə hesab edirlər ki, elə belə  də hamıdan haqlıdırlar. 
Onlar elə hesab edirlər ki, elə belə də hamıdan düzdürlər. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə