Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
61
sığınacaqlar uğrunda çarpışan insanı daha çətin sınaqlar,
həm də uğurlar, nailiyyətlər gözləyir. Ancaq insanın sonu
yenə də sığınacaqdır. Axtara-axtara, özümüz də bilmədən
və hərəmiz bir yolla sığınacağımızı tapırıq. Deməli, son
məqsədimiz sığınacağımızı tapmaqdır. Biz insanlar son
məqsəd kimi dünyaya sığınacaq axtarışına gəlmişik və
hələ də sığınacaq axtarışındayıq. Bir sözlə, insan ömrü
boyu sığınacaqlara doğru tələsir. Son sığınacaq hər bir
kəsin qismətinə alın taleyi kimi yazılıbdır. Kimsə son sı-
ğınacaqdan qaça bilərmi?! Kimsə son sığınacağı
haqqında düşünürmü?! Dünyanın qəribə işləri var. Bir
atanın, bir ananın övladlarının son sığınacağı bir olmur!
Məncə, hər bir şeyin fəlsəfəsinə varmaq lazımdır. Görün
ədəbiyyat üzrə Nobel mükafatçısı Ernest Heminquey
necə deyib: “Hər insanın ölümü mənim ömrümü gödəl-
dir, çünki mən Bəşəriyyətin ayrılmaz bir parçasıyam və
elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt
soruşma ki, kimdir dünyadan köçən; Sənsən dünyadan
köçən”. (bax: Ernest Heminquey. Seçilmiş əsərləri. Bakı,
“Şərq-Qərb”, 2010, s.7)
Ancaq insanın ölməsi, son sığınacağını tapması
məğlubiyyət deyil. Ədəbiyyat üzrə Nobel mükafatçısı
Uilyam Folkner demişkən: “Mən insanın ölümü fikrini
rədd edir, buna inanmıram; insan nəinki duruş gətirəcək,
mən qəti əminəm ki, o – qalib gələcək”. Ernest Hemin-
queyin sözləri ilə desək: “İnsan övladı məğlubiyyət üçün
yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub
B u l u d x a n X ə l i l o v
62
etmək mümkünsüzdür”. Bir azərbaycanlı şairin dediyi
kimi: “Ölüm ölmək deyil ki, Vətənə qayıdışdır”. Bir ədə-
biyyat üzrə Nobel mükafatçısının belə fikri var: “Mənim
başlanğıcım mənim sonumdur, mənim sonum isə mənim
başlanğıcımdır”. Bu mənada hələ bilmək olmaz ki, kimin
başlanğıcıdır, kimin isə sonudur. Ancaq bu da bir həqi-
qətdir ki, dünya yaranandan indiyə qədər insan məğlub-
olmazdır. Nəsillər dəyişir, bir-birini əvəz edir. İnsanlar
isə qurub-yaradır və fəaliyyət göstərirlər. Deməli, insan
məğlubedilməzdir.
19.01.2015
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
63
Tarix insanların gözünü qamaşdırır
Hər bir insan dünya tarixini öyrənə bilər və öyrənir.
Qəhrəmanlıqla, mübarizə ilə, döyüşkənliklə, şücaətlə
dolu tarix bəzən insanı heyrətləndirir. Ancaq nəzərə al-
maq lazımdır ki, tarixin həmin anlarını yaşasaydıq, daha
doğrusu, tarixin həmin anlarında olsaydıq, biz də bu
qeyri-adi hadisələrə qoşulmalıydıq, qəhrəmanlıq, şücaət
göstərməliydik. Çünki tarixin həmin məqamları bizi
şücaət və qəhrəmanlıq göstərməyə məcbur edəcəkdi. Gə-
lin bir anlıq hər şeyin əksini fikirləşək. Məsələn, Babək,
Koroğlu, Nəbi və digərləri indi doğulsaydı nə edərdi?
Tarixin bu mərhələsində onlar kim olardı? Hər bir tarixi
dövr öz tələbinə uyğun qəhrəmanlarını yetişdirir. Bəlkə
də ani bir an kimisə tarixin qəhrəmanlıq səhifəsinə salır.
Və bəlkə ani bir an kimisə tarixin qəhrəmanlıq səhifəsin-
dən silir. Və bu qədər çoxlu bəlkələr tarixin özünü şanslı
edir. Və bu qədər bəlkələr tarixdə konkret şəxsləri şanslı
edir. Həm də tarixi hadisələrə də yanaşmalar dəyişir.
Bəzən tarixi şəxsiyyətlərə də münasibət eyni olmur. Bə-
zən mifoloji obrazlara da müxtəlif cür yanaşılır. Tarixin
özü dəyişdiyi kimi, bəzən tarixin yaratdığı dəyərlər də
dəyişir. Məsələn, bu gün Koroğlu, Nəbi dövrünü yaşa-
maq olmur. Həm də bu gün Koroğluluq, Nəbilik etmək
qəhrəmanlığa sığırmı?! Müasir dünyanın müasir tələb-
B u l u d x a n X ə l i l o v
64
lərinə uyuşurmu? Müasir dünyada özünü doğruldurmu?
Tarixi dəyərlər dəyişdikdə hər dövrün öz Koroğlusu,
Nəbisi yaranır. Həm də tarixi şəxsiyyətlərin əbədiyaşar-
lığı azalır. Düzdür, əbədi yaşayan və yaşayacaq tarixi
şəxsiyyətlər də vardır. Onlar olub və olacaqlar. Ancaq
yenə də tarixi şəxsiyyətləri qabaqda nə gözlədiyini bil-
mirik. Biz sadəcə olaraq mövcud reallıqların təsiri altında
yaşayırıq. Hisslərimiz, duyğularımız, düşüncəmiz isə
əksər vaxtlar yaşadığımız tarixi dövrün tələblərinə uy-
ğunlaşır. Yaşadığımız tarixi dövrün tələblərinə uyğunlaş-
mayan hisslər, duyğular, düşüncələr isə əksər vaxt böyük
bir qüvvənin təsirinə və təqibinə məruz qalır. Bu zaman
yenə də tarixə – gələcək tarixə və onun verəcəyi qiymətə
ehtiyac yaranır. Vaxt və zaman tələb edən bu iş, bir az
poetik desək “Axı dünya fırlanır” fəlsəfəsini önə çıxarır.
Məhz burada gələcək tarixi həqiqətin naminə və onun
yolunda çoxlu itkilər, haqsızlıqlar baş verir. Bizim böyük
əksəriyyətimizin imkanı və gücü çatmır ki, həmin haqsız-
lıqların, itkilərin vaxtında qarşısını alaq. Hər halda tarix
bütün məqamlarda biz insanların gözünü qamaşdırır.
Bəli, tarix insanların gözünü qamaşdırır. Beləliklə, istəni-
lən bir tarix də, tarixi dövr də, tarixi şərait də özünü ya-
şatmaq naminə bizlərin hər birinin ömür-gününü yeyir...
Görəsən, dünyada ədalətli adamlar olmasaydı, nələr
baş verərdi?! Görəsən, yalanlara, böhtanlara rişxəndlə
baxanlar olmasaydı, dünyada nələr baş verərdi?!
Görəsən, insanlar Allahdan qorxmasaydılar, nələr baş
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
65
verərdi?! Görəsən, dünyada insanların inam və imanları
olmasaydı, nələr baş verərdi?! Bəs, görəsən, dünyada
yaxşılar və pislər olmasaydı, nələr baş verərdi?! Bəs,
görəsən, dünyada yaltaqlar olmasaydı, nələr baş verərdi?!
Bəs dünyada ölüm olmasaydı, nələr baş verərdi?! Bəs
biganələr, laqeydlər, kənarda dayanıb seyr edənlər
olmasaydı, nələr baş verərdi?! Tarix həm də baş verən və
baş verəcəklərdən ibarətdir.
C.S.Levis yazırdı: “Bir tərəfdən Allah bizdən daha
müdrikdir, bəzi şeylər barədə də onun hökmü bizimkin-
dən fərqlidir. Ola bilsin ki, bizə xeyir kimi görünən
Allahın nəzərində heç də xeyir kimi görünməsin, yaxud
da bizə şər kimi görünən Allah nəzərlərində heç də şər
olmasın”. Bəs bizə xeyir və şər kimi görünənlər tarixin
nəzərində necədir? Yenə də bu barədə tarix öz hökmünü
verir və verəcəkdir. Ancaq bütün məqamlarda tarix
insanın gözünü qamaşdırır.
30.01.2015
Dostları ilə paylaş: |