17
özünütəsdiq prosesində həm elmi, həm də siyasi-ictimai
əhəmiyyət daşıyır. Bu kitab xalqın tarixi haqqını qorumaq
yolunda çox uğurlu, gərəkli və cəsarətli bir addımdır.
Oxucuların bu kitabdan öyrənəcəyi, ibrət götürəcəyi
məqamlar çoxdur.
«Zamanın axarı ilə» (I cild) kitabında isə alimin ədəbi
dilimiz, onun problemləri, inkişaf və zənginləşmə yolları,
ədəbi dilin tarixi, nitq mədəniyyəti və s. mövzularda
məqalələri, müsahibələri toplanıb. Müxtəlif vaxtlarda qələmə
alınmış bu yazılarda müəllifin bir alim, ziyalı, vətəndaş
mövqeyi daha aydın görünür, onun xalqına, Vətəninə,
tarixinə, dilinə böyük diqqət və məhəbbəti özünü qabarıq
şəkildə büruzə verir. Kitabda janr və üslub xüsusiyyətlərinə
görə bir-birindən fərqli olan 83 adda əsəri çap olunub. Bu
əsərlər arasında «Zamanın yaddaşı» bölməsində müəllifin
ümummilli liderimiz Heydər Əliyevlə bağlı qələmə aldığı
«Heydər Əliyev fenomeni» məqaləsi diqqəti xüsusilə cəlb edir.
«Heydər Əliyev və Azərbaycan dili», «Heydər Əliyev:
müstəqilliyimiz, dövlətçiliyimiz», «Heç vaxt silinməyən
yaddaş», «Siyasi nüfuz və qüdrətin təzahürü», «Xeyirxahlığın
ali nümunəsi», «Böyüklük… sadəlik», «Azərbaycanın işıqlı
gələcəyinin təminatçısı», «Həmişə zirvədə» adlı
yarımbaşlıqlarla yazılmış bu məqalə səciyyəsi və mündəricəsi
etibarilə siyasi xarakter daşısa da, məqalənin dilinə səmimi,
lirik bir ovqat hakimdir.
Bu kitab haqqında filologiya elmləri namizədi Xanəli
Kərimli «Zamanın axarı dəyişkən olur» adlı məqaləsində
yazır: «… bu başlığı təsadüfən seçmədik. Təbii ki, zaman
dəyişir və dəyişdikcə də yeni məzmun və mahiyyət kəsb edir.
Fikrimizcə, bütün zamanların axarında dəyişməyən bir şey
var ki, o da özünə hörmət qoyan şəxsiyyət və mənliyinin
dəyərini dərindən dərk edən insanın mövqeyi, əqidəsi, bir də
18
onun vaxtında, zamanında yaratdığı maddi və mənəvi
dəyərlərdir. «Zamanın axarı ilə» kitabı Nizami Xudiyevin
ömrünün, gününün yaddaşından, yaşadığı zamanın bətnindən
damla-damla süzülüb gələn mənəvi bir dəyərdir ki, bu dəyər
gələcək zamanlar üçün dəyişilməz olaraq qalacaqdır». Bu
fikirlər kitab haqqında çox şey deyir və fikirlərlə
razılaşmamaq mümkün deyil.
Nizami Xudiyevin bir sıra kitab və məqalələri xarici
ölkələrdə (İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s.) nəşr edilmişdir.
Professor Nizami Xudiyev bu gün pedaqoji fəaliyyətini
də uğurla davam etdirir, geniş auditoriyalarda tələbələr
qarşısında mühazirələr oxuyur, onlara ana dilimizin
gözəlliklərini, incəliklərini sevə-sevə tədris edir, öz zəngin
biliyini böyük səxavətlə tələbələrinin yaddaşına köçürür.
Tələbələri onu həm də həssas qəlbli bir pedaqoq kimi sevirlər.
Onun yetişdirdiyi gənc alimlər isə bu gün fəxrlə onunla çiyin-
çiyinə universitet auditoriyalarında dərs deyirlər.
Zəngin müşahidə qabiliyyətinə, həssas qəlbə, analitik
təfəkkürə malik olan professor Nizami Xudiyev həm də gözəl
publisistdir. Ana dilimizin incəliklərinə dərindən bələd olması
bu sahədə özünü daha qabarıq göstərir. Bu mənada, onun
portret oçerkləri daha çox yadda qalır. Alimin ulu öndər
Heydər Əliyev haqqında «Heydər Əliyev fenomeni», «Dərin
zəka və yaddaş sahibi» adlı oçerkləri xalqımızın bənzərsiz
övladı haqqında ən dəyərli publisistik yazılardan hesab oluna
bilər. «Heydər Əliyev fenomeni» oçerkində oxuyuruq: «…
Heydər Əliyev. Müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə
dünyanın ən nəhəng sayseçmə siyasətçiləri ilə bir sırada
özünə əbədi yer alan ən böyük azərbaycanlı. Adı
Azərbaycanın, bütövlükdə türk dünyasının tarixinə qızıl
hərflərlə yazılmış dahi. Belə dahilər, bu cür hərtərəfli düşüncə
19
və dərrakəyə, təfəkkürə malik insanlar isə hər əsrin və hər
xalqın bəxtinə düşmür! Bu siyasət korifeyinin heç bir təbliğ
təntənələrinə ehtiyacı olmasa da, biz dönə-dönə ona
qayıdacağıq, o səbəbdən ki, özümüzün ona ehtiyacımız
var!…»
Nizami Xudiyevin xalqımızın tanınmış övladları
haqqında, o cümlədən Şıxəli Qurbanov, İsmayıl Şıxlı, Cavad
Heyət, Rəhim Rəhimov, Budaq Budaqov, Murtuz Ələsgərov,
Məmməd Araz, Mövlud Süleymanlı və başqaları barədə
portret oçerkləri də çox oxunaqlı və təsirlidir. Müəllif oxucuya
öz qəhrəmanının daxili aləmini parlaq detallarla çatdırmaqla
bərabər, həm də onların cəmiyyətdəki mövqeyi, fəaliyyəti,
Vətən, xalq qarşısında xidmətləri haqqında dolğun təsəvvür
yaratmağa müvəffəq olur. Onun nəzərində Şıxəli Qurbanov
«…gözəl yazıçı-dramaturq, böyük alim, görkəmli ictimai
xadim», İsmayıl Şıxlı «…qətiyyətli, prinsipial, xeyirxah,
qayğıkeş, sözü keçən alim-pedaqoq», Əbdül Əlizadə
«…saflığını, təmizliyini, ucalığını qoruya bilən gözəl alim»,
Məmməd Araz «…şeirində hər sözün, hər kəlmənin yeri olan
böyük şair», Murtuz Ələsgərov «…özündə bir çox ümummilli
maraqları, həşəri dəyərləri birləşdirən və haqqını əməlləri ilə
təsdiq edən ağsaqqal», Cavad Heyət «…dünya miqyasında
tanınmış cərrah və tədqiqatçı, ədəbi dilimizin təbibi», Budaq
Budaqov «…əsl elm və ziyalılıq fədaisi», Rəhim Rəhimov
«…həqiqi vətəndaş, müdrik el ağsaqqalı», Mövlud Süleymanlı
«…hər əsərinə, hər cümləsinə, hər kəlməsinə ciddi yanaşan
yazıçı»dır.
Nizami Xudiyevin bu yaxınlarda işıq üzü görmüş, əziz
atasının 85 illik yubileyinə həsr etdiyi «Mənalı ömür yolu»
kitabı isə onun əsl yazıçı qələminə, yazıçı səriştəsinə sahib
olduğunu sübut edir. Alim uşaqlığı, valideynləri, böyüyüb
boya-başa çatdığı doğma ocağı, el-obası, həmçinin tələbəlik
Dostları ilə paylaş: |