Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə4/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   2   3   4   5   6   7   8   9   ...   124

~ 16 ~

Oxucularımız bu bulağın suyundan bundan əvvəl də dadıblar. 

Müəllifə isə arzumuz budur ki, ilham çeşməsi daha da 

çağlasın, suyu duru olsun. 

 Arzu edirik ki, Allah-Taalanın qisməti ilə oxucularımız 

Zakir Bayramlının yaradıcılq bulağından öz ovqatlarını 

yaxşılaşdırmaq, özlərini mənəvi cəhətdən daha da saflaşdırmaq 

üçün istifadə etsinlər. İndi isə söz istəkli oxucularındır. 

 

        Aydın Tağıyev, 



 Yazıçı-publisist, AYB-nin Şabran filialının sədri,  

Prezident təqaüdçüsü 

           



 

 

  

 

       

 

 

               

 

 


~ 17 ~

 

 

 

 

 

 

I BÖLMƏ 

 

SƏN  ÖMRÜMÜN  MƏNASISAN 

EY  VƏTƏN !.. 

 

 

Ömrümün mənası, dünya gözəli

Sənsən həyatımın ilki, əzəli. 

Sənə həsr edirəm seiri, qəzəli, 

Hüsnün, camalındır məni ram edən, 

                                         Ey Vətən! 

 

       

 

 

 

 

          

     


 

 



~ 18 ~

EY VƏTƏN ! 

 

Ömrümün mənası, dünya gözəli, 

Sənsən həyatımın ilki, əzəli. 

Sənə həsr edirəm seiri, qəzəli, 

Hüsnün, camalındır məni ram edən, 

                                          Ey Vətən! 

 

Sənsiz neyləyirəm dünya mülkünü ? 



Vətənsiz xoş keçməz insanın günü. 

Yazma həyatıma belə sürgünü, 

Candan ayrı düşsə yaşamaz bədən, 

                                          Ey Vətən! 

 

Sən nəhəng dünyada kiçik məkanım, 



Andım, inanc yerim, evim, ehkamım. 

Səni yaşatmağa çatar imkanım,  

Boylanıb uzaqdan, ötmərəm gendən, 

                                           Ey Vətən! 

 

Qürurum, vüqarım sənə bağlıdır, 



Kədərin, niskilin məni ağladır. 

Bilirəm, nə vaxtdır sinən dağlıdır, 

Əlac gözləyirsən dərdinə məndən

                                         Ey Vətən! 

 

Dünyaya səs salan ordun var bu gün, 



Düşmənə dünyanı edib dar bu gün. 

Taleyin olacaq sənə yar bir gün, 

Sənə diş qıcamaz daha hər yetən, 

                                         Ey Vətən! 

 



~ 19 ~

Çox çəkməz çatarsan halal payına, 

Bütün övladların yetər hayına. 

Bir gün oturarıq düşmən vayına, 

Olmaz bəd niyyətlə içindən ötən

                                     Ey Vətən! 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



~ 20 ~

QOBUSTAN DÜNYASI 

(Tarixi poema) 

       


Daş, qaya yaddaşlı qədim Qobustan, 

Sirlər, əfsanələr dolu bir dastan. 

 

Keçib min illərin sərt yollarından, 



Söz açır tarixin olaylarından. 

 

Deyir: - Su örtərkən bütün dünyanı, 



Bu yerdən yan keçmiş “Nuhun” tufanı. 

 

Burada köç salmış bəşər övladı, 



Onlardan qalıbdır Qobustan adı. 

 

Hər daşı, qayası həyat simvolu, 



Füsünkar aləmdən başlayır yolu. 

 

Tayfalar, nəsillər köç edib burdan, 



Yol açıb özünə sudan, qurudan. 

 

Dünyanın ən qədim sivil məkanı, 



“Təkamül” bu yerdən alıb təkanı. 

 

Saysız salnamələr, saysız şəkillər, 



Danışır daşların diliylə illər. 

 

Ötən zamanların izidir onlar



Qədim insanların sözüdür onlar. 

 

Bu yer mədəniyyət tariximizdir, 



Qobustan soyumuz, varisimizdir. 


~ 21 ~

Bir gün nəsib oldu mənə səadət, 



Bu qədim diyara etdim səyahət. 

 

Gəzdim düzlərini, ormanlarını, 



Gördüm dərəsini, yarğanlarını. 

 

Üz tutdum möhtəşəm qayalıqlara, 



Tarixi əks edən o qaynaqlara. 

 

Açıldı qarşımda geniş mənzərə



Sanki göydən enmiş bu daşlar yerə. 

 

Hayana boylanıb baxdımsa burda, 



Baxıb heyran oldum bu qədim yurda. 

 

Bu daşlı, qayalı bəşər dastanı, 



Olub insanların yaşam ostanı. 

 

Burda həyat üçün çox əlləşiblər, 



İnsanlar daşlaşıb, heykəlləşiblər. 

 

Bunu sübut edir bu sal qayalar, 



Dövri zamanların sözüdür onlar. 

 

İşarə yazılar, daş kitabələr, 



Nələr danışmayır bu daş namələr. 

 

Keçib zamanların qarlı qışından, 



Boylanır tarixin daş yaddaşından. 

 

Minlərlə rəsmlər, saysız naxışlar, 



Fərqli düşüncələr, fərqli baxışlar. 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə