Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə227/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   222   223   224   225   226   227   228   229   230

 

 

487



Uzun  sürən  müzakirələrdən  sonra  BVF-nin  SDR  adlandırılan  yeni 

beynəlxalq  pulun  emissiyasını  başlayacağı  ilə  bağlı  kompromis  qərar  qəbul 

edildi. 

BVF üzvlərinin Yamayka sazişi nəticəsində qızıl rəsmi surətdə demone-

tizasiya  edildikdən  sonra  Beynəlxalq  Valyuta  Fondu  SDR-in  emissiyasını 

həyata keçirir. 

BVF səhmdar cəmiyyət modeli əsasında qurulmuşdur. Hər bir ölkə SDR 

ilə  ifadə  edilmiş  kvotaya  malikdir.  Ölkələrin  BVF  ilə  rnünasibətləri  (kapitala 

ödəmələr;  BVF  ehtiyatlarından  istifadə  imkanları,  müvafiq  qərarlar  qəbul 

edilərkən səslərin miqdarı; ölkə tərəfindən alınan SDR-in məbləği və s.) kvota 

ə

sasında müəyyən edilir. Kvotanın həcmi ÜDM-in həcminə, ödəniş balansına, 



rəsmi girov valyuta ehtiyatlarına müvafıq müəyyən edilir. 

Kapitalın və müvafıq olaraq kvotaların məbləği vaxtaşırı olaraq yenidən 

nəzərdən keçirilir və dəqiqləşdirilir. Kapitalın növbəti onbirinci artımı 1999-cu 

ilin yanvar ayında baş verdi və nəticədə BVF-nin kapitalı 212 milyard SDR-ə 

qədər (297 milyon dollar) artdı. 

Rusiya  1992-ci  ilin  iyun  ayında  BVF-nin  üzvü  oldu.  Hal-hazırda  onun 

kvotası  5,9  milyard  SDR  (8,3  milyard  dollar)  təşkil  edir.  Kvotaların  ümumi 

məbləğinin  2,8%-i  onun  payına  düşür  və  Rusiya  doqquzuncu  yerdədir 

(Kanadadan sonra). 

BVF-də  üzvlük  Rusiyaya  həyata  keçirilən  iqtisadi  islahata  maliyyə 

dəstəyi  vermək  və  Dövlət  büdcəsinin  kəsirini  ödəmək  üçün  sərbəst  kon-

vertasiya edilən valyutada kredit almaq imkanı verir. 

1993-1998-ci illər  ərzində Dünya  Bankı Rusiyaya ümumi məbləği  11,4 

milyard dollar təşkil edən 41 istiqraz vərəqəsi təqdim etmişdir. 

Rusiya  1990-cı  ildə  təşkil  olunmuş  Avropa  Yenidənqurma  və  nkişaf 

Bankının  (AY B)  iştirakçısıdır  (1994-cü  ildə  qəbul  edilmişdir).  Bankın  10 

milyon avro həcmində kapitalı hər biri 10 avro dəyərində olan 1 milyon səhmə 

bölünür. Rusiya aparıcı səhmdarlardan biri hesab olunur: bütün səhmlərin 4%-i 

onun payına düşür. 

AY B-nin başlıca vəzifəsi Avropa ölkələrinin  açıq bazar iqtisadiyyatına 

keçməsinə yardım etməkdən ibarətdir. Bunun üçün AY B rəqabətədavamlı özəl 

sektorun, ilk növbədə kiçik və orta müəssisələrin inkişafına və genişlənməsinə 

yardım edir, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədilə xarici və yerli 

kapitalın səfərbər edılməsinə yardım göstərir; investisiyaları özəl müəssiisələrin 

inkişafı üçün şərait yaradan infrastruktur obyektlərinə yönəldir. 

Avqust  böhranınadək  Rusiya  AY B-nin  maliyyə  ehtiyatlarından  bəh-

rələnən  əsas  dövlətlərdən  biri  idi.  Bank  tərəfındən  verilmiş  kreditlərin  25%-i 

Rusiya  üçün  nəzərdə  tutulmuşdu.  Avqust  böhranından  sonra  AY B-nin  Ru-

siyaya münasibətdə kredit siyasəti hər bir investisiya layihəsinə onun maliyyə 

bazarında  sabitliyn  nöqteyi-nəzərindən  yanaşma  istiqamətində  yenidən  nəzər-

dən keçirildi. 



 

 

488



Tərkibinə  34  ölkənin  daxil  olduğu  Beynəlxalq  Hesablaşmalar  Bankı 

(BHB)  beynəlxalq  valyuta-kredit  təşkilatları  arasında  xüsusi  yer  tutur.  Rusiya 

1996-cı ildə bu quruma üzv olmuşdur. BHB-ni mərkəzi banklar bankı kimi tərif 

etmək mümkündür. Ona iki başlıca funksiya həvalə olunmuşdur: 

1.  mərkəzi  bankların  əməkdaşlığına  yardım  etmək  və  beynəlxalq 

hesablaşmaları və digər maliyyə əməliyyatlarını həyata keçirmək üçün əlverişli 

şə

raiti təmin etmək; 



2.  üzvlərinin  beynəlxalq  maliyyə  hesablaşmaları  aparılarkən  bank-

agent və ya bank-depozitari qismində yardım göstərmək. 

London və Paris kreditor klubları beynəlxalq maliyyə bazarında mühüm 

rol oynayır. Hal-hazırda Rusiya bu klubların üzvüdür. 

Rusiya  keçmiş  Sovet  ttifaqı  zamanında  yaranmış  borcun  ödənilməsi 

prosesini  sürətləndirmək  ümidi  ilə  1997-ci  ildə  kreditor  ölkə  qismində  Paris 

kreditorlar  klubuna  daxil  omıuşdur.  Lakin  Rusiyaya  borclu  ölkələrdən  yalnız 

25-i  Paris  klubu  ilə  əməkdaşlıq  edir  (Vyetnam,  Efıopiya,  Əlcəzair,  Yəmən, 

Mozambik və s.). Onların Rusiyaya 50 milyard dollar borcu var. Rusiyanın əsas 

verəcəkliləri  olan  Kuba,  Monqolustan,  Əfqanıstan,  Suriya  və  digər  dövlətlər 

Paris klubunun üzvləri deyil. 

Klubun əsasnaməsinə uyğun olaraq borcların xeyli hissəsi silinir, yaxud 

borclar satıla bilər. 

Paris  klubunun  yardımı  ilə  Rusiyanın  1999-cu  ilin  büdcəsində  keçmiş 

SSR   respublikalarına  verilmiş  kreditlərin  ödənilməsi  hesabına  təqribən  3,5 

milyard dollar gəlir nəzərdə tutulmuşdu. 

London  kreditorlar  klubu  600-dən  artıq  kommersiya  bankını  birləşdirir, 

onlar  əsasən  inkişaf  etməkdə  olan  ölkələrə  kredit  verirlər.  Hökumət  kreditləri 

problemləri  ilə  məşğul  olan  Paris  klubundan  fərqli  olaraq  London  klubu 

kreditləri  sığorta  ilə  müdafiə  olunmayan  özəl  kommersiya  banklarına  olan 

borclarla məşğuldur. 

Keçmiş Sovet  ttifaqının borc öhdəliklərini öz üzərinə götürən Rusiyanın 

London klubunun üzvlərinə təqribən 40 milyard dollar borcu var idi. Bu borcun 

ödənilməsi  sistemli  şəkildə  təxirə  salınırdı.  Cəmi  20  dəfə  möhlət  verilmişdi. 

Lakin Rusiya iqtisadiyyatının vəziyyəti o qədər qeyri-qənaətbəxş idi ki, xarici 

borc  beynəlxalq  maliyyə  təşkilatları  və  ya  Paris,  yaxud  London  klubları 

üzvlərindən  yeni  kreditlər  almaq  yolu  ilə  ödənilirdi  (təxirə  salınmaları  nəzərə 

almaqla). 

Rusiyanın  dövlətlərarası  təşkilata  daxil  olması,  həmçinin  onun  Paris  və 

London kreditor klubların üzvü kimi tanınması dünya maliyyə bazarlarında RF-

nin  mövqelərini  xeyli  gücləndirdi,  onun  müasir  valyuta-kredit  münasibətləri 

sisteminə  uyğunlaşmasına  yardım  etdi.  Bu,  Rusiya  və  xarici  bankların  daha 

geniş inteqrasiyası  üçün imkanlar  açır, Rusiya kapitalının beynəlxalq maliyyə 

bazarına  çıxarılması,  xarici  kapitalın  iqtisadiyyatın  müxtəlif  sahələrinə  cəlb 

olunması üçün şərait yaradır. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə