11
təyin etməsi haqqında fərmanın surəti də bu qaynaqda öz əksini
tapmışdır.
XVI əsrin tarixi qaynaqları içərisində «Şah Təhmasibin
təzkirəsi» (56) adlı əsərin də xüsusi yeri vardır. 1524-1560-ci illərdə
Səfəvi dövlətində baş vermiş hadisələri əks etdirən həmin əsərdə
dövlətin inzibati quruluşu, vilayətlərə hakim təyinatı ilə bağlı elmi
əhəmiyyətli məlumatlar üstünlük təşkil edir.
Xacə Zeynalabidin Əli Əbdi bəy I Şah Təhmasibin qızı
Pərixan xanıma ithaf etdiyi «Təkmilətül-əxbar» adlı əsərini (28;
117) 1570-ci ildə Ərdəbil şəhərində yazmışdır. Ümumtarix əsəri
olan bu kitab dünyanın yaranmasından, yəni Adəmdən 1570-ci ilə
qədər geniş bir dövrü əhatə edir. Əsərdə I Şah İsmayıl və I Şah
Təhmasib dövründə mərkəzi və yerli idarələrdə müxtəlif vəzifələrə
təyinatlar, Qızılbaş əmirlərinin dövlət idarələrində roluna aid
qiymətli materiallar vardır.
Mir Yəhya bin Əbdüllətif Qəzvinin (1481-1555) Bəhram
Mirzəyə ithaf etdiyi "Lübbət - təvarix" (138) adlı ümumtarix əsəri
dörd bölmədən ibarət olub birinci bölüm Həzrəti Peyğəmbər və
Həzrəti Əliyə, ikinci bölüm islam öncəsi şahlarina, üçüncü bölüm
islam dönəmi şahlarina, dördüncü bölüm isə Səfəvilərə həsr edil-
mişdir. Dördüncü bölümdə Səfəvi sülaləsi, Səfəvi dövlətinin yaran-
ması, I Şah İsmayıl və I Şah Təhmasib dövrünün (1540-cı ilə qədər)
siyasi tarixi hadisələri haqqında qiymətli məlumatlar verilmişdir.
Mənbənin sonuncu bölümü Həmidrza Məhəmmədnejad tərəfindən
türk dilinə tərcümə olunmuş və 2011-ci ildə Ankarada nəşr edil-
mişdir (59a).
Xurşah ibn Qubad əl-Hüseyninin «Tarix-i elçi-ye Nizamşah»
(95), Qəzvin qazısı Əhməd ibn Məhəmməd əl-Qaffarinin 1562-ci
ildə yazıb qurtardığı və 1564/6-cı illərə qədərki hadisələri özündə
əks etdirən «Tarix-i cahanara» (120) əsərlərində Azərbaycan və ona
qonşu ölkələrin dövlət quruluşu haqqında maraqlı və həm də
olduqca dəyərli məlumatlar vardır. Bu əsərlərdə dövrün bir çox
dövlət məmurlarının qısa tərcümeyi-halı da verilmişdir.
Budaq Qəzvininin «Cəvahir əl-əxbar» adlı ümumtarix əsərin-
də (85) də mövzu ilə əlaqədar maraqlı materiallar az deyildir. Əsər
12
Adəmdən 1576-cı ilə qədərki dövrü əhatə edir. Həmin əlyazmanın
nadir nüsxəsi Saltıkov-Şedrin adına Peterburq Kütləvi Dövlət
Kitabxanasında Dornun katoloqunda mühafizə olunur.
Mövzuya aid mühüm mənbələrdən biri də Azərbaycanın
Rumlu elindən olan Həsən bəy Rumlunun «Əhsən ət-təvarix» (77)
əsəridir. Bu əsərin sonuncu cildində 1494-1577-ci illər arasında baş
vermiş tarixi hadisələr əks olunmuşdur. Mənbədə Səfəvilərin
Osmanlı, Babur və Şeybanilərlə qarşılıqlı münasibətləri və müna-
qişələri təsvir olunmuşdur. Eyni zamanda Osmanlı, Babur və
Şeybani dövlətləri və onların fəthləri haqqında da məlumatlar veril-
mişdir.
«Əhsən ət-təvarix»də Azərbaycan Səfəvi dövlətinin mərkəzi
və yerli idarə quruluşunda müxtəlif vəzifələrdə olmuş Qızılbaş-Türk
əsilzadələri haqqındakı məlumatların tədqiq olunan mövzu üçün
mühüm elmi əhəmiyyəti vardır. Əsərin «ölüm hadisələri» bölüm-
lərində illər üzrə vəfat etmiş əmirlər, din xadimləri haqqında da
məlumatlar verilmişdir. Əsərin elmi əhəmiyyəti ondan ibarətdir ki,
müəllifi şahidi olduğu hadisələrlə yanaşı, dövrün qaynaqlarından
əldə etdiyi məlumatlara da geniş yer vermişdir.
Dövrün ən maraqlı qaynaqlarından biri də Mahmud
Nətənzinin 1599-1600-cü illərdə yazıb bitirdiyi «Nəqavat əl-asar fi
zikr-ül-əxyar» əsəridir (129). Mahmud Nətənzi «Nəqavat əl-asar fi
zikr-ül-əxyar» əsərində siyasi hadisələri sadalamaqla kifayətlən-
məmiş, həm də onların səbəblərini dəqiq və yığcam aydınlaşdır-
mağa çalışmışdır. Bu əsərdə mövzu ilə əlaqədar elə materiallar
vardır ki, onlar dövrün digər mənbələrində yoxdur.
Mövzu ilə bağlı ən dəyərli qaynaqlardan biri də Fəzli
İsfahanınin 1617-ci ildə bitirdiyi «Əfzəl ət-təvarix» əsəridir (118).
Əsərin II cildi Şah I Təhmasibin hakimiyyətinin ilk günlərindən
1587-ci ilə qədərki dövrü əhatə edir. Hələlik bu əsərdən tədqi-
qatçılar az istifadə etmişlər və qaynaqda surəti olduğu kimi verilmiş
fərmanların bəzisi arxivlərdə, muzeylərdə yoxdur. Müəllif əsərin bir
hissəsini Qarabağda olarkən yazmışdır.
Qazi Əhməd Quminin (1546-1617) «Xülasət ət-təvarix» əsə-
rində (119) də Səfəvilərin dövlət aparatı, əyalət və şəhərlərdə idarə
13
sistemi, yüksək vəzifəli şəxslər, o cümlədən vilayət bəylərbəyi,
kələntərlər, darğalar, qazılar, sədrlər, şeyx ül-islamlar, möhtəsiblər
barədə məlumat vardır. O, özü də müəyyən müddət qazı vəzifəsində
işləmişdir. Qazı Əhməd ibn Mir Münşi Şərəf əd-Din 1546-cı ildə
Qumda anadan olmuş, on yaşında ikən atası ilə birlikdə Məşhədə
getmiş, orada səkkiz il yaşamış, xəttatlıq öyrənmiş, 1566-cı ildən
sarayda yüksək vəzifələrdə çalışmışdır. 1605-ci ildən ömrünün
sonuna qədər isə Hindistanda yaşamışdır. Vəfat tarixi dəqiq məlum
deyildir.
Azərbaycanın mərkəzi idarələrində çalışan məmurlar, vilayət
və şəhər hakimləri, dini təsisatlar barədə çox qiymətli məlumatlarla
zəngin olan qaynaqlardan biri də İskəndər bəy Münşinin (1560-
1634) «Tarix-i alamara-yi Abbasi» əsəridir (80). Bu əsər dövrün
digər mənbələrindən fərqlənir. İskəndər bəy Münşi Səfəvi hökmdar-
larından I Şah İsmayıl, I Şah Təhmasib, II Şah İsmayıl, Sultan
Məhəmməd və I Şah Abbasın hakimiyyətləri dövründəki hadisələ-
rin bəhsinə yekun vurduqdan sonra, dövrün müxtəlif dini və dün-
yəvi vəzifələrində çalışmış şəxslərin soykökü ilə yanaşı, qısa tərcü-
meyi-halını da vermişdir. İskəndər bəy Münşinin Azərbaycan
Səfəvi dövlətinin idarə quruluşu ilə yaxından tanışlığı onun Təbriz,
Ordubad və başqa şəhərləri gəzməsi, hadisələrin əksəriyyətinin
iştirakçısı və müşahidəçisi olması ilə bağlıdır.
Görkəmli Azərbaycan tarixçisi İəgəndər bəy Münşi Türkma-
nın farsca yazdığı "Tarix-i alamara-yi Abbasi" adlı üçcildli əsərinin
birinci cildi AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru,
professor Oqtay Əfəndiyev və tarix elmləri namizədi Namiq Musalı
tərəfindən Azərbaycan dilinə tərcümə olunub, ön söz və şərhlərlə
2009-cu ildə çap edilmişdir (29a).
I Şah Abbasın sarayında baş münəccim olmuş Cəlaləddin
Məhəmməd Münəccim Yəzdinin «Tarix-i Abbasi» (131) əsəri I Şah
Abbas (1587-1629) dövrünün çox böyük elmi əhəmiyyət kəsb edən
mənbələrindəndir. Əsərdə 1576-1611-ci illərin tarixi hadisələri öz
əksini tapmışdır. Mənbədə dövlətin mərkəzi və yerli idarələrində
müxtəlif vəzifələrdə çalışan Qızılbaş-Türk əsilzadələri haqqında
qiymətli məlumatlara təsadüf edilir.
Dostları ilə paylaş: |